İNKİŞaf – MƏQSƏDİMİZDİr biRİNCİ Kİtab



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə76/86
tarix28.06.2018
ölçüsü2,17 Mb.
#52079
1   ...   72   73   74   75   76   77   78   79   ...   86

160 
 
 
ATƏT-in HAZIRKI SƏDRİ, NİDERLAND  
KRALLIĞININ XARİCİ İŞLƏR NAZİRİ  
YAAP DE HOOP SXEFFER VƏ ONU  
MÜŞAYİƏT EDƏN NÜMAYƏNDƏ HEYƏTİ İLƏ  
GÖRÜŞDƏ SÖHBƏT 
 
22 oktyabr 2003-cü il 
 
İ l h a m   Ə l i y e v: Hörmətli cənab nazir! 
Hörmətli qonaqlar!  
Sizin hamınızı ürəkdən salamlayıram, Azərbaycana xoş  gəlmisiniz. Mən bilirəm ki, regiona səfəriniz 
çərçivəsində müxtəlif görüşlər keçirirsiniz. Bu gün də Azərbaycanda görüşləriniz olmuşdur.  Əminəm ki, 
keçirdiyiniz bütün görüşlər, burada aparılan danışıqlar Azərbaycanda baş verən hadisələr haqqında sizdə daha 
geniş təəssürat yaradacaqdır.  
Azərbaycan inkişaf edən ölkədir və müstəqillik  əldə etdikdən sonra bütün sahələrdə böyük uğurlar 
qazanmışdır.  Əlbəttə, ölkəmizdə problemlər də vardır və onların  ən vacibi Ermənistan–Azərbaycan, Dağlıq 
Qarabağ münaqişəsidir. ATƏT və onun Minsk qrupu bu məsələ ilə bağlı uzun illərdir məşğul olur və göstərilmiş 
bütün səylərə görə mən sizə öz minnətdarlığımı bildirirəm. Eyni zamanda, ümid edirəm ki, bu fəaliyyət davam 
edəcək və konkret nəticələr əldə olunacaqdır. Biz hamımız münaqişənin ədalətli şəkildə həll olunmasını istəyirik 
və bu istiqamətdə ATƏT-in Minsk qrupunun fəaliyyəti güclənməlidir, yeni təkliflər hazırlanmalıdır. Əminəm ki, 
veriləcək bütün təkliflərə diqqətlə baxılacaq və beynəlxalq hüquq normaları əsas tutularaq, münaqişə tezliklə öz 
həllini tapacaqdır.  
Y a a p   d e   H o o p   S x e f f e r: Cənab yeni seçilmiş Prezident, hər şeydən əvvəl, çox sağ olun ki, bu 
gün bizim nümayəndə heyətini qəbul edirsiniz. Bizim regiona olan səfərimiz, həqiqətən, çox böyük əhəmiyyət 
kəsb edir. Çünki bu regionda olan bir sıra problemlər çoxdan bəri öz həllini gözləyir.  
Bu problemlər həm də  bəşəri dəyərlər, insan haqları  və qanunun aliliyi ilə bağlıdır. Düşünürəm və ümid 
edirəm ki, Sizin bu yaxınlarda Azərbaycan Prezidenti kimi fəaliyyətə başlamağınız bu problemlərin həllinə yeni 
bir pəncərə açacaqdır. Bu, Dağlıq Qarabağ  ətrafında danışıqların davam etdirilməsi üçün imkan pəncərəsi 
olacaqdır. Bildiyiniz kimi, ATƏT bu məsələdə Sizə əlindən gələn yardımı etməyə həmişə hazırdır. Ümidvaram 
ki, Minsk qrupunun həmsədrləri də bir sıra müzakirələr apardıqdan sonra ilin axırında regiona gələ bilər. Bu 
qrup heç vaxt fəaliyyətini dondurmayıb və  daim  bu  məsələ üzərində  işləyir. Son nəticə isə neçə illərdir ki, 
uzanır. O da məlumdur ki, bir çox insanlar bu son nəticəni gözləyərək  əziyyət çəkməkdədirlər. Bu nəticə 
Ermənistandan və Azərbaycandan asılı olacaqdır. Həmçinin ümidvar olduğumu bildirirəm ki, bu məsələnin həlli 
regionda sabitliyin və təhlükəsizliyin daha da möhkəmlənməsinə səbəb olacaqdır. Sabitlik və təhlükəsizlik isə 
region üçün çox vacibdir. Buna görə  də Avropa Şurası, Avropa Birliyi və ATƏT kimi beynəlxalq təşkilatlar 
buraya gəlməli və öz fəaliyyətlərini davam etdirməlidirlər.  
Cənab yeni seçilmiş Prezident, Sizə dediklərimi eynilə Ermənistanın prezidentinə  də söyləmişəm. Elə 
bilirəm ki, məsələnin həlli üçün imkanlar hələ də mövcuddur və gərək çalışaq ki, bu tunelin sonunda olan işıq 
yanmaqda davam etsin və sönməsin.  
Qonaqpərvərliyə görə Sizə bir daha minnətdarlığımı bildirmək istəyirəm və ümidvaram ki, tezliklə bu məsələ 
öz həllini tapacaqdır.  
İ l h a m   Ə l i y e v: Çox sağ olun, cənab nazir, mən sizinlə tamamilə razıyam. Regionda sülhün, sabitliyin və 
təhlükəsizliyin qorunması çox mühüm bir vəzifədir. Azərbaycan öz tərəfindən bu istiqamətdə işlər görür və hesab 
edirəm ki, regionda sabitliyin qorunmasına öz dəyərli töhfələrini vermişdir.  
Siz qeyd etdiyiniz kimi, bu münaqişədən çox insanlar əziyyət çəkir. Bildiyiniz kimi, münaqişə nəticəsində 
Azərbaycanın torpaqlarının 20 faizi işğal olunmuşdur və nəticədə bir milyondan artıq vətəndaşımız qaçqın və 
məcburi köçkün vəziyyətinə düşmüşdür.  Əlbəttə, onların yaşayış  şəraiti çox ağırdır və münaqişədən  ən çox 
əziyyət çəkən məhz onlardır. 
Eyni zamanda, biz bilirik ki, bu münaqişə Ermənistana da çox böyük ziyan vurmuşdur. Bu ölkənin də 
iqtisadi inkişafı münaqişənin həlli ilə bağlıdır. Ona görə də Ermənistan tərəfi də münaqişənin tezliklə həllində 
çox maraqlıdır. Hər iki tərəfdən xoş niyyət olarsa, ədalətli prinsiplər üzərində və beynəlxalq hüquq normaları 
əsasında münaqişənin həlli mümkün olarsa, bu həm Azərbaycan, həm Ermənistan, həm də bütün region üçün 
böyük bir inkişafa səbəb olacaqdır. ATƏT-in Minsk qrupu öz fəaliyyətini davam etdirir və biz bu qrupun 
həmsədrlərini Azərbaycanda qəbul etməyə, onlarla danışıqlar aparmağa hazırıq. Ümidvarıq ki, onların yeni 
təklifləri məhz beynəlxalq normaların bərqərar olunmasını  təmin edəcək və münaqişənin həllinə nail 
olmağımıza imkan yaradacaqdır.  


161 
 
Y a a p   d e   H o o p   S x e f f e r: Cənab yeni seçilmiş Prezident! Mən istəyirəm sözlərimi ümid notları ilə 
tamamlayım. Çünki biz həmişə ümidlə yaşayırıq. Prezident seçkiləri beynəlxalq təşkilatlar tərəfindən, o 
cümlədən mənim təmsil etdiyim ATƏT tərəfindən bəzi tənqidlə qarşılandı. Lakin buna baxmayaraq, biz 
ümidvarıq və gözləyirik ki, Sizin liderliyiniz dövründə ölkənizdə tam razılıq olacaqdır.  Əlbəttə ki, cinayət 
törədənlər cəzalandırılmalıdır, eyni zamanda, hesab edirik ki, bəzən həbsxanalarda lazımsız saxlanılanlar da olur 
və onlar azadlığa buraxılacaq, onların yanına hüquqşünasların getməsinə icazə veriləcəkdir. Bir daha demək 
istəyirəm ki, Sizin liderliyiniz altında ölkədə tam razılıq və konsensus olacaqdır.  
Mən qədim ənənələrə malik olan Hollandiyadanam. Bəlkə də buna görədir ki, Azərbaycandan daha çox şey 
gözləyirəm. Deməliyəm ki, bu mənada Sizin ölkəniz müəyyən uğurlar əldə etmişdir. Öncə Seçki Məcəlləsinin 
uğurla hazırlanması haqqında bir neçə  kəlmə xoş söz demək istəyirəm. Bu sənəd, həqiqətən, çox yüksək 
səviyyədə hazırlanmışdır və ümid edirəm ki, bu məcəllənin müddəalarına gələcəkdə  də  əməl olunacaqdır. 
Həmçinin ümidvar olduğumu bildirmək istəyirəm ki, Siz iqtidarla müxalifət arasında dialoq yaratmağa nail 
olacaqsınız.  
Mən isə bu gün Hollandiyaya qayıtmalıyam. Çünki orada məni parlamentdə gözləyirlər. Bu, demokratiyanın 
ən çətin, lakin eyni zamanda, ən gözəl cəhətlərindən biridir ki, biz parlament qarşısında məsuliyyət daşıyırıq. 
Bir daha ümidvar olduğumu bildirirəm ki, Sizin liderliyiniz altında Azərbaycan inkişaf etməkdə davam 
edəcəkdir və ölkənizdə mətbuat, əvvəllər olduğu kimi, yenə də azad fəaliyyət göstərəcəkdir. Siz region ölkələri 
ilə yaxşı münasibətlərə nail olacaqsınız və eyni zamanda, Avropa Şurası  və Avropanın digər beynəlxalq 
təşkilatları ilə əlaqələriniz yeni səviyyəyə qalxacaqdır. 
Cənab yeni seçilmiş Prezident, icazə verin, ümidvar olduğumu bildirim ki, bundan sonra da Azərbaycana 
gəlmək və Sizinlə yenidən görüşmək imkanım olacaqdır. Onda biz bu gün toxuna bilmədiyimiz digər məsələləri 
də müzakirə edəcəyik. Təəssüf ki, bu səfərim zamanı Sizin atanızla – prezident Heydər  Əliyevlə görüşə 
bilmədim. Sizdən çox xahiş edirəm ki, mənim ən xoş arzularımı və salamlarımı ona yetirəsiniz.   
İ l h a m   Ə l i y e v: Hörmətli cənab nazir! Qeyd etmək istəyirəm ki, Azərbaycanda prezident seçkiləri 
ədalətli və şəffaf şəkildə keçirilmişdir. Azərbaycan xalqı sərbəst və azad surətdə öz iradəsini ifadə etmişdir. Bəzi 
qüsurlar olmuşdur və heç kəs onları inkar etmir. Bu təbiidir. Çünki Azərbaycan demokratiya yoluna yeni qədəm 
qoymuş ölkədir.  Əlbəttə, bu nöqsanların aradan qaldırılması istiqamətində ciddi iş aparılacaqdır. Ancaq eyni 
zamanda, onu da deməliyəm ki, bu qüsurlar ümumi nəticəyə heç bir təsir etməmişdir. Deyə bilərəm ki, beş min 
məntəqədən 3600-də protokollar bütün komissiya üzvləri, o cümlədən müxalifətin nümayəndələri tərəfindən 
imzalanmışdır. Bununla yanaşı, mən razıyam ki, biz gərək Azərbaycanda fəaliyyət göstərən bütün siyasi 
qurumlarla dialoq aparaq. Seçki kampaniyası  ərzində  mən bir neçə  dəfə müxalifətə dialoq təklif etmişdim. 
Təəssüf edirəm ki, onlar məni eşitmədilər. Əksinə, onlar qeyri-qanuni hərəkətlər edərək Azərbaycanda sabitliyin 
pozulması istiqamətində addımlar atmışlar. Əlbəttə, bütün bu xoşagəlməz hadisələrin qarşısı qanun çərçivəsində 
alınmışdır. Artıq bu hadisələrdə fəal iştirak etməyən şəxslərin böyük bir hissəsi azadlığa buraxılır və bu proses 
davam edəcəkdir. Əmin ola bilərsiniz ki, biz bu məsələyə yalnız hüquq prizmasından baxacağıq və burada heç 
bir siyasi aspektdən söhbət gedə bilməz.  
Azərbaycanda demokratiya inkişaf edir, biz demokratiya prinsiplərinə sadiqik. Biz də Azərbaycanın Avropa 
Birliyi ilə əməkdaşlığının gələcəyinə böyük ümidlərlə baxırıq.  
Sizin salamlarınızı hörmətli cənab prezident Heydər  Əliyevə çatdıracağam. Mən də  təəssüf edirəm ki, Siz 
onunla görüşə bilmədiniz və ümidvar olduğumu bildirmək istəyirəm ki, növbəti dəfə Azərbaycana gələndə onunla 
görüşə biləcəksiniz. 


Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə