83
ABŞ DÖVLƏT KATİBİ MÜAVİNİNİN AVROPA VƏ AVRASİYA MƏSƏLƏLƏRİ ÜZRƏ
KÖMƏKÇİSİ İLƏ GÖRÜŞDƏ
SÖHBƏT
Prezident sarayı
9 mart 2004-cü il
İ l h a m Ə l i y e v: Sizi səmimi-qəlbdən salamlayıram. Sizin regiona səfərləriniz
böyük əhəmiyyətə
malikdir və Birləşmiş Ştatların regionda artan marağının təzahürüdür.
Mən Azərbaycanla ABŞ arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirirəm və bu əməkdaşlıq
bütün sahələri əhatə edir. Siyasi sahədə əlaqələri xüsusilə vurğulayıram və əmin olduğumu bildirirəm ki, bu,
gələcəkdə də davam edəcəkdir. Azərbaycanda və regionda həyata keçirilən irimiqyaslı layihələr bilavasitə
Amerika Birləşmiş Ştatlarının dəstəyi ilə aparılır. Hamı bilməlidir ki, əgər bu dəstək olmasaydı, həmin
layihələrin həyata keçirilməsi mümkün olmazdı.
Ölkəmizin Birləşmiş Ştatlarla hərbi sahədə də faydalı əməkdaşlıq etdiyini xatırladıram, Azərbaycan bu
sahədə ABŞ-la müttəfiqdir və eyni koalisiyadadır. Azərbaycan özü dəfələrlə terrorizmin qurbanı olmuşdur və
terror aktlarının nəticəsində minlərlə insan həlak olmuşdur. Məhz bu səbəbdən ölkəmiz ilk günlərdən Birləşmiş
Ştatların apardığı antiterror fəaliyyətinə qoşulmuşdur və bu əməkdaşlıq gələcəkdə də davam edəcəkdir.
Mən bir daha ABŞ-ın Azərbaycan üçün strateji tərəfdaş olduğunu söyləyir, hər iki ölkəni gələcəkdə böyük
işlər gözlədiyini və birgə səylərlə bütün bunların həllini tapacağına əminliyimi ifadə edirəm. Eyni zamanda,
regionda uzunmüddətli və möhkəm sülhə nail olmaq üçün ən ağrılı problemlərin, ilk növbədə Ermənistan–
Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin öz həllini tapmasının vacibliyini vurğulayıram. Ümidvar olduğumu
bildirirəm ki, ATƏT-in Minsk qrupunun həmsədri olan Birləşmiş Ştatların səylərinin artırılması yaxın
zamanlarda bu münaqişənin ədalətli həllinə dair sülh müqaviləsinin imzalanması ilə nəticələnəcəkdir. Mü-
naqişənin ağır nəticələri barədə Sizdə ətraflı məlumat var. Onu xüsusi olaraq vurğulayıram ki, Azərbaycan tor-
paqlarının işğalı nəticəsində 1 milyondan çox insan qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür.
ABŞ-la strateji əməkdaşlıq siyasəti Azərbaycanın maraqlarına
cavab verir və əminəm ki, bu siyasət
ölkələrimizin daha da yaxınlaşmasına xidmət edəcəkdir.
L i n n P a s k o: Səmimi qəbula görə Sizə təşəkkürümü bildirirəm. Mən, ATƏT-in Minsk qrupunun
nümayəndəsi kimi, Azərbaycanda keçirdiyim görüşləri indi də xatırlayıram. Əminəm ki, yaxın zamanlarda
Dağlıq Qarabağ münaqişəsi nizama salınacaqdır. Azərbaycanla Birləşmiş Ştatlar arasında əməkdaşlığın yüksək
səviyyədə olması haqqında Sizin fikirlərinizlə razıyam. Hər iki ölkənin xalqları və hökuməti arasında əlaqələrin
bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə ümidvar olduğumu bildirirəm.
Terrorizmlə mübarizədə Azərbaycanın Birləşmiş Ştatlarla yaxın tərəfdaş olduğunu diqqətə çatdıraraq
bildirirəm ki, bu sahədə əməkdaşlıq gələcəkdə də davam etdiriləcəkdir. Cənubi Qafqaz regionunda, xüsusilə
Azərbaycanda gedən müsbət dəyişiklikləri çox sevindirici hal kimi qiymətləndirir
və bunun Vaşinqtonda, habelə
Avropada böyük maraqla izlənildiyini bildirirəm.
Sözümü yekunlaşdıraraq bildirim ki, Birləşmiş Ştatlar hökuməti Azərbaycan rəhbərliyi ilə siyasi və iqtisadi
məsələlər də sıx əməkdaşlıq etmək niyyətindədir. Cənab Prezident, biz Sizə ABŞ hökumətinin ən xoş
salamlarını yetiririk və Sizinlə əməkdaşlıqdan çox məmnun olduğumuzu bildiririk.
84
AZƏRBAYCAN XALQININ ÜMUMMİLLİ
LİDERİ HEYDƏR ƏLİRZA OĞLU ƏLİYEVİN
XATİRƏSİNİN ƏBƏDİLƏŞDİRİLMƏSİ
HAQQINDA
Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev Azərbaycan
tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir. Azərbaycanın son 30 ildən artıq bir
dövrünü əhatə edən tarixi
taleyi, bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəlişi Heydər Əliyevin
adı ilə sıx bağlıdır.
Heydər Əliyev rəhbərlik etdiyi bu dövr ərzində Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından
çıxara bilmiş, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etmiş və onun həyata keçirilməsi üçün mühüm
addımlar atmışdır. Azərbaycanın 1969-cu ildən bəri yaşanan dövrü xalqımızın tarixinə Heydər Əliyev dövrü kimi
əbədi həkk olunmuşdur.
Tarixi bu dövrdən etibarən başlanan Heydər Əliyev idarəetmə fəlsəfəsinin başlıca ideya-siyasi istiqaməti
xalqın milli özünüifadəsinin bütün forma və vasitələrinin geniş vüsət alması, milli qürur hissinin güclənməsi və
milli şüurun yüksəlişinə təkan verən sürətli inkişaf strategiyasının gerçəkləşdirilməsi ilə səciyyələnmişdir.
Xalqın tarixi yaddaşının özünə qaytarılması onun qəlbində illərdən bəri sıxılıb qalmış milli dövlətçilik
ideyasının gələcəkdə böyük hərəkətverici
qüvvəyə çevrilməsi, müstəqil dövlətçilik ideyalarının gerçəkləşməsi
üçün zəmin yaratdı.
Azərbaycanın müasir tarixində 1969-cu il respublikanın sosial-iqtisadi və mədəni inkişafında dönüş ili
olmuşdur. Heydər Əliyevin rəhbərliyi altında respublikanın dinamik inkişafı üçün kompleks proqramların
işlənib hazırlanmasında yorulmaz fəaliyyət, misilsiz təşəbbüskarlıq və nəhəng enerji 70-ci illərin bariz əlamətinə
çevrildi. Bu illər Azərbaycanın quruculuq salnaməsinə ən parlaq səhifələr kimi daxil olmuşdur. Kənd
təsərrüfatının inkişafında böyük nailiyyətlər əldə edildi. Sənayenin dinamik yüksəlişini təmin etmək üçün
iqtisadiyyatda struktur islahatları həyata keçirildi. Yeni sənaye sahələri yaradıldı, sənayenin qabaqcıl sahələrində, ilk
növbədə, maşınqayırma
kompleksində, kimya və neft kimyasında, əlvan metallurgiyada texniki cəhətdən yeniləşmə
və yenidənqurma işləri, neft emal edən sənayenin, energetikanın, qara metallurgiyanın və dağ-mədən sənayesinin
genişləndirilməsi prosesi başlandı. Azərbaycan bu illərdə neft məhsulları, neft avadanlığı, polad borular, əlvan
metallar, sintetik kauçuk, elektrik mühərrikləri, tikinti materialları, məişət kondisionerləri,
avtomobil hissələri,
mineral gübrələr, çini-saxsı, xalça və xalçaçılıq məmulatı istehsalı üzrə keçmiş SSRİ-də aparıcı yerlərdən birini
tuturdu. Azərbaycanda buraxılan 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac olunurdu. Əslində, Azərbaycanın
dövlət suverenliyi və müstəqilliyi, sistemli şəkildə artan xarici iqtisadi əlaqələri, dünya iqtisadiyyatına get-gedə daha
dərindən inteqrasiya olunması, hələ 1970–1985-ci illərdə təməli qoyulmuş iqtisadi potensiala əsaslanır.
Dinamik inkişaf edən iqtisadiyyatı yüksək ixtisaslı kadrlarla təmin etmək üçün Azərbaycanda orta ixtisas və
ali təhsil məktəbləri şəbəkəsi nəzərəçarpacaq
dərəcədə genişləndirildi, hər il Moskvanın, eləcə də keçmiş SSRİ-
nin digər şəhərlərinin aparıcı elm və təhsil ocaqlarına gənclərin göndərilməsi həmin illərdə bir ənənəyə çevrildi.
Azərbaycanda Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradılması, gənc və yeniyetmə azərbaycanlı
oğlanların həmin məktəbə, habelə respublikadan kənarda ali hərbi məktəblərə cəlb olunması Azərbaycan üçün
peşəkar hərbi kadrlar hazırlanması işinə böyük təkan verdi. Beləliklə, Heydər Əliyevin uzaqgörənliyi sayəsində
gələcəkdə müstəqil Azərbaycanın Milli Ordusunun formalaşması üçün kadr probleminin həlli yolunda mühüm
addım atıldı.
Azərbaycanın elmi, mədəniyyəti və incəsənəti həmin illərdə böyük yüksəliş dövrü yaşadı. Respublikanın
paytaxtı Bakı şəhərinin, digər şəhər və rayonların inkişafı və abadlaşması sahəsində kompleks tədbirlər həyata
keçirildi.
Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra ilk illərdə ölkədə hakimiyyət uğrunda başlanan
silahlı mübarizə, hakimiyyətlərin bir-birini əvəz etməsi və çoxhakimiyyətliliyin hökm sürməsi müstəqil
dövlətçiliyə ağır zərbələr vurdu. Ölkədə yaranmış ictimai-siyasi xaos,
anarxiya, zorakılıq halları, milli və
vətəndaş qarşıdurmasının kəskinləşməsinə və hakimiyyətin tam iflasına rəvac verirdi. Nəticədə, 1993-cü ilin
yayında Azərbaycan dövlətçiliyi böhran və məhv olmaq təhlükəsi qarşısında qaldı, ölkə vətəndaş müharibəsi və
parçalanma həddinə gətirildi. Belə bir vəziyyətdə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev öz
böyük siyasi təcrübəsi və müdrikliyi ilə Azərbaycanı bu təhlükəli vəziyyətdən çıxarmaq üçün gərgin işə başladı.
İlk növbədə, hakimiyyət vakuumu aradan qaldırıldı, respublikanın müxtəlif bölgələrində baş qaldırmış
destruktiv qüvvələr xalqın fəal köməyi ilə zərərsizləşdirildi, vətəndaş müharibəsinin qarşısı alındı. Azərbaycanın
dövlətçiliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə qəsdlər təşkil edən cinayətkar
ünsürlər cəmiyyətdən təcrid
edildi. 1994-cü ilin mayında Ermənistan–Azərbaycan müharibəsində atəşkəsə nail olundu. Heydər Əliyev