Inqilab Kerimov (Revayetler). qxd



Yüklə 2,95 Kb.
Pdf görüntüsü
səhifə24/112
tarix14.12.2017
ölçüsü2,95 Kb.
#15617
1   ...   20   21   22   23   24   25   26   27   ...   112

pis qələmə verilə bilər. Xüsusilə sözsüz səhnələrdə aktyorun hərə -
kətləri, jesti, mimikası, baxışları və s. bu işdə böyük rol oynayır.
Təsəvvür edin ki, Aşot Yerkat dörd bir tərəfdən üzük qaşı kimi
ərəblər tərəfindən mühasirəyə alınıb, çıxış yolu yoxdur. Elə bu vaxt
sərkərdələrdən biri içəri girib xəbər verir ki, Aşot, azərbaycanlılar
gəldi köməyə.
Əvvəla xəbər gətirən sərkərdə rolunun ifaçısı bu sözləri elə iro-
niya ilə, ikrahcasına deyir ki, köməyə gələnlərin heç nə olduğunu ta-
maşaçılara çatdırır. Digər tərəfdən Aşotun bu səhnədə sözü yoxdur.
Bu rolu ifa edən aktyor qaş-qabağını tökər, xəbər gətirən aktyora
acıqla baxar, əllərini yelləyib hirslə yan otağa keçər. Bu o, deməkdir
ki, onların gəlişi mənə heç lazım deyil. Yaxud əksinə, aktyorun üzü
gülər, sevinər, qollarını açıb qapıya tərəf gedər. Bu o deməkdir ki,
dost göməyə gəlib, qorxu aradan götürülüb. Siz baxış keçirəcəksiniz,
hərəkətləri, jestləri, mimikaları dəyişəcəklər, millətçilik toxumu
səpən, antia-Azərbaycan ideyasını tbliğ edən sözləri, cümlələri, mə-
qamları ixtisar edəcəklər.
Sözüm onların ağlına batdı, bu qərara gəldilər ki, tamaşa dayan-
dırılsın. Belə də oldu. İki gün sonra məni yenə Mərkəzi Komi təyə
çağırdılar. Məlum oldu ki, azərbaycanlıların imzası ilə çoxlu şikayət
məktubları daxil olub. bu məktublarda “Aşot Yerkat” tamaşası çox
yüksək qiymətləndirilir, xalqlar dostluğunu təbliğ edən əsər kimi qə-
ləmə verilirdi. Heç şübhəsiz ki, məktublardakı imzalar qondarma idi.
Azərbaycan KP MK-nın birinci katibi Vəli Axundov (1916-1986)
tapşırdı ki, əsəri verin, erməni dilini yaxşı bilən bir azərbaycanlı alim
oxusun. Bu iş tanınmış alim, filologiya elmləri doktoru, professor
Mirəli Seyidova (1918-1992) həvalə olundu. O əsəri oxuduqdan
sonra Azərbaycan KP MK-nə yazdığı arayışda hər şeyi olduğu kimi
göstərmişdi. Hətta qeyd etmişdi ki, İnqilab əsərdə olan anti-Azərbay-
can fikrinin, daşnak əhval-ruhiyyəsinin üçdə birini görə bilməyib.
Bəs sonra nə oldu? Biganəlik laylası bizi yatırtdı. “Əşşi”, “Cə-
hənnəmə ki”, “Əhəmiyyət vermə” kimi beynimizə həkk olunmuş fi-
kirlər yenə öz işini gördü. Mərkəzi Kolmitədə və başqa məsul
vəzifələrdə çalışan ermənilərdən, tanış kirvələrdən ayıbdır dedik.
81


Necə deyərlər, abrımıza qısıldıq. Əsər və tamaşa haqqında yazılan
arayış da, rəy də yeddi arşin quyunun dibinə elə salındı ki, heç səs-
səmiri də çıxmadı. Ermənilər isə öz gözlərində tiri görməyib, bizim
gözü müzdə tük axtarmaga başladılar. Elə hərəkət etdilər, elə danış-
dılar ki, biz məəttəl qaldıq. Necə deyərlər oğru elə bağırdı ki, doğru-
nun bağrı yarıldı. Hələ bu harasıdır ki, bizim adlı, şanlı, görkəmli
sənətkarlarımız da az qala məni ittiham etməyə başladılar.
– Sənin də işin qurtarıb, tamaşadır da, nə deyirlər qoy desinlər,
kimə nə ziyanı? – deyə mənə irad tutdular.
Həm də mənim həm şəxsiyyətinə həm də sənətinə hörmət etdiyim
respublikamızın xalq artisti Mustafa Mərdanov (1894-1968) bu, on-
ların köhnə adətidir, fikir vermə, necə deyərlər, “it hürər, karvan keçər”
– deyə mənə təskinlik verəndə özümü saxlaya bilmədim və dedim:
– Yox Mustafa dayı, it hürəndə bəzən karvan keçə bilmir.
Mustafa Mərdanov məni birinci dəfə görürmüş kimi, diqqətlə
süzüb:
– Düz deyirsən, oğul, bu ermənilərin çörəkləri dizlərinin üstün -
dədir. Həya-abır bilən deyillər. – Sonra qolumdan tutub gülümsündü:
– Mən də istədim bu işə qarışım, axı səninlə həmrəy idim,– dedi.
Sonra zarafatla: – amma açığını deyim ki, qorxdum. Qorxdum ki,
Azəarbaycan teatrı pəltəksiz qalar.
İÇƏK DOSTLUĞUN SAĞLIĞINA
İrəvanda Azərbaycan Teatrrı yaranan ilk gündən Azərbaycanlı-
ların məkrli niyyətlərinə, düşmənçilik münasibətlərinə tuş gəlib.
Müxtəlif yollar və vasitələrlə bu teatrın məhvinə çalışıblar. Lakin irə-
vanlı azərbaycanlı ziyalılar öz teatrlarının yaşaması, layiqincə fəa-
liyyət göstərməsi üçün bütün əziyyətlərə dözüblər. Bu fədakar və
qətiyyətli mübarizənin nəticəsi olaraq, dəfələrlə açılıb-bağlanan İrə-
van Azərbaycan teatrı 1967-ci ildə yenidən bərpa olundu. Həmin
andan başlayaraq öz uğurları ilə nəzəri cəlb etdi. Bir neçə dəfə Bakıda
və Respublikamızın ayrı-ayrı şəhər və rayonlarında qostrol tamaşaları
ilə çıxış etdilər. Azərbaycanlı sənətçilər Ermənistan dövlətinin qay -
82


ğısından və diqqətindən uzaq olsalar da, Azərbaycan Respublikasının
fəxri adları ilə təltif olundular...
Bu şərhləri yazarkən 1970-ci illərin əvvəllərində baş verən bir
hadisəni xatırladım. O vaxt həmin hadisə mənim qəlbimdə heç bir
şübhə, beynimdə heç bir qarışıq fikir oyatmamışdı. İndi isə həmin
hadisə barədə fikirləşdikcə, deyilən sözləri saf-çürük etdikcə, həm-
söhbətlərimin baxışlarını davranış və hərəkətlərini gözlərim önünə
gətirdikcə bütün varlığımda naxoş bir duyğu hiss edirəm.
...Xankəndindəki Azərbaycan Dövlət Erməni Teatrında Vilyam
Şekspirin (1564-1616) “Qış nağılı” əsərinin tamaşası hazırlanmışdı.
Onun ictimai baxışında iştirak edib qəbul etmək üçün Azərbaycan
Respublikası Mədəniyyət Nazirliyi tərəfindən məsul bir şəxs kimi
oraya ezam edilmişdim. Teatrın yaradıcılıq həyatı ilə ətraflı tanış olub
seminar keçirmək üçün ezamiyyə müddətini bir neçə gün artıq ver-
mişdilər. İş beləydi ki, teatrın “Qış ağalı” tamaşasına baxmaq üçün
İrəvandan da qonaqlar gəlməli idilər. Odur ki, milliyyətcə rus olan
rejissor Varşavski ilə milliyyətcə erməni olan rəssam Mukeş Sağıyanı
da mənə qoşmuşdular. İrəvandan isə məhşur erməni rejissoru, SSRİ
xalq artisti, Ermənistan Ali Sovetinin Deputatı, İrəvandakı Sunduk-
yan adına teptrın baş rejissoru, İrəvan Teatr Sənəti İnstitutunun pro-
fessoru Vartan Mıkırtıçoviç Acemyan dörd nəfər erməni həmkarı ilə
gəlmişdi, teatrşunas Levon Haqverdiyan da onların arasındaydı.
İndi ağlıma gəlir və dərk edirəm ki, teatrın müdiriyyti bizi qonaq
sifətində görür, onlara isə ev sahibləri kimi baxırdılar. Bu bütün söh-
bətlərdə, hərəkət və rəftarlarda aydın hiss olunurdu. Bakıdan göndə-
rilmiş Varşavski də, Mukeş Sağıyan da onların hər sözünə, təbir caizsə,
zuy tuturdular. Tamaşaçı zalında mənimlə yanaşı oturmuş Açemyan
tamaşanın kəskin dramatik məşqamında mənə tərəf əyilib rusca:
– Siz erməni dilini bilirsiniz?– deyə soruşdu.
– Tək-tək sözləri başa düşürəm– dedim.
– Bəs tamaşanı necə qəbul edəcəksiniz? – deyə ikinci sualını
verdi.
Onun həm ictimai, həm də sənət aləmində yüksək mövqeyi, həm
yaşca məndən böyük olduğunu (o, 1905-ci ildə anadan olmuşdu.
Məndən 26 yaş böyük idi), həm də mənim doğmə vətənimdə qonaq
83


Yüklə 2,95 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə