Inqilab Kerimov (Revayetler). qxd



Yüklə 2,95 Kb.
Pdf görüntüsü
səhifə32/112
tarix14.12.2017
ölçüsü2,95 Kb.
#15617
1   ...   28   29   30   31   32   33   34   35   ...   112

man Sani Axundov, Qəhraman bəyin arvadı Nazlı xanımın rolunu
Rza Mirzoyev adında bir tələbə oynayıbmış. Tamaşada məktəblilər
xorunda Üzeyir Hacıbəyov və başqa şagirdlər iştirak ediblərmiş. Ta-
maşa müvəffəqiyyətlə keçib, lakin səhəri günü Nazlu xanım rolunu
ifa edən Rza Mirzoyevin anası məktəbə gəlib hay-küy qopararaq söy-
lənib ki, hanı o şəbehgərdan? Mənim oğluma arvad paltarı geydirib
xalqın qabağına çıxaran.
* * *
1938-ci ildə Moskvada Azərbaycan incəsənəti ongünlüyü zamanı
payğaxt mətbuatı qəzet və jurnalları bir səslə belə bir yekdil fikri ifadə
etmişdilər ki, Azərbaycan teatrı bir çox teatrların, o çümlədər Orta
Asiya teatrlarının yaranmasında və təşəkkülündə çox böyük bir rol oy-
namışdır. Bu həqiqəti 15 sentyabr 1938-ci il tarixli “Pravda” qəzeti belə
ifadə etmişdi: “Azərbaycan incəsənətinin özünəməxsusluğu yalnız
özünə bağlanıb qalmır, dini və milli məhdudiyyətlərdən uzaqdır. Məhz
bu ali keyfiyyətlər Orta Asiya və Zaqafqaziya xalq larının incəsənətinin
inkişafına böyük təkan vermişdir. Azərbaycan xalqının incəsənətinə
məxsus milli obrazlar, mövzular və qəhramanlar Azərbaycan hüdud-
larından çox-çox uzaqlarda da yaxşı tanınır və sevilir”.
Yarandığı ilk gündən mütərəqqi fikirlər, bəşəri ideyalar mövqe -
yindən çıxış edən humanizm və demokratik keyfiyyətlərlə zəngin
olan Azərbaycan teatrı başqa xalqların teatr sənətinə hörmət və qayğı
ilə yanaşmışdır. Bir çox yerlərdə teatr sənətinin əsaslarını qoymuşlar.
Mirzə Fətəli Axundovun, Nəcəf bəy Vəzirovun, Əbdürrəhim bəy
Haqverdiyevin, Nəriman Nərimanovun və digər Azərbaycanlı drama -
turqların əsərləri bu ölkələrdə, xüsusilə Orta Asiyada tamaşaya qo-
yulmuşdu”.
1904-cü ildə Aşqabadda göstərilən “Yağışdan çıxdıq, yağmura
düşdük”, 1907-ci ildə oynanılan “Müsyo Jordan və dərviş Məstəli
şah” tamaşalarının Türkmənistanda teatrın yaranmasında böyük rolu
olmuşdur.
105


* * *
Məlumdur ki, Cəlil Məmmədquluzadə bir jurnalist kimi nəinki
çar Rusiyasında, eləc də dünyanın başqa ölkələrində baş verən hər
bir haqsızlığı görmüş və amansız satira atəşinə tutmuşdur. Məhz buna
görə də XX əsrdə çıxın jurnalların heç birinin əhatə dairəsi “Molla
Nəsrəddin” jurnalı qədər geniş məzmunlu və ifşaedici olmamışdır.
Böyük ədibin qələmindən çıxan əsərlərin yayılması və təsir gücü
də “Molla Nəsrəddin” jurnalından geri qalmamışdır. Bu cəhətdən
Cəlil Məmmədquluzadənin “Ölülər” pyesi daha səciyyəvidir.
Azərbaycan, Gürcüstan, Dağıstan, Türkmənistan və Özbəkista -
nın teatr həvəskarları “Ölülər” tamaşasını böyük maraqla qarşı la -
mışlar. Lakin müqavimətə də az rast gəlməmişdilər. 1916-cı ilil
yayında Mirzə Cəlil Məmmədquluzadə və Əliqulu Nəcəfovun (Qə-
müsar) Aşqabada gəlmək xəbəri şəhərin tərəqqipərvər ziya lılarının
hədsiz sevincinə səbəb olmuşdur. Onların gəlişində məqsəd bu imiş
ki, burada “Ölülər” pyesini tamaşaya hazırlasınlar və əldə edilən gə-
lirlə “Molla Nəsrəddin”i yenidən nəşr etdirsinlər. Təyin olunan
vaxtda lazımi adamlar. “Firiduni” məktəbinə toplaşırlar. Cəlil Məm-
mədquluzadə yığıncağın səbəbini izah edir, sonra rollar bölünür,
məşq günləri təyin edilir. “Ölülər” pyesinin məşqləri həvəslə, şövqlə
aparılır. Burada da Şeyx Nəsrullah rolunu Əliququ Nəcəfov hazırla-
yırmış. Tamaşanın göstərilməsininə iki-üç gün qalmış, birdən-birə
Mirzə Cəlil gözə görünmür. Həvəskarlar bir saat gözlədikdən sonra
onlara xəbər verilir ki, Mirzə Cəlil məşqə gəlməyəcək, ümumiyyətlə
o, bir daha gəlməyəcək və “Ölülər” oynanılmayacaq. Sonradan
məlum olur ki, Aşqabadda yaşayan bahai burjuaziyası “Molla Nəs-
rəddin” jurnalının bahailiyə qarşı verdiyi yazı və karikaturaların in-
tiqamını Mirzə Cəlildən almaq üçün şəhər polismeysteri Alekseyevə
rüşvət verib və onu 24 saat ərzində Zakaspi vilayətindən sürgün et-
dirməyə müvafiq olmuşlar.
106


XƏNCƏRİ GÖTÜR, MƏNİ VUR
Azərbaycan səhnəsinin görkəmli faciə aktyoru Hüseyn Ərəb-
linski Türk dramaturqu Namik Kamal bəyin (1840-1888) “Vətən,
yaxud Silistrə”, “Gülnihal”, “Zavallı çocuq” və “Akif bəy” adlı pyes-
lərini dəfələrlə tamaşaya qoymuş, özü də baş rollarda çıxış etmişdir.
“Vətən, yaxud Silistrə” bəzən “Osmanlı müharibəsi”, “Gülnihal2,
bəzən də “Qaplan Paşa” adları ilə oynanılmışdı. “Akif bəy” pyesini
də H.Ərəblinski bəzən “Namus” adı ilə tamaşaçılara təqdim etmişdi.
Faciə janrında yazılmış bu pyesi Hüseyn Ərəblinski bir melodrama
kimi şərh etmişdi; Akif bəy obrazının ümumi rəsmində qısqanan bir
ərin faciəsini göstərmişdi. Əsərin “Namus” adı ilə oynanılması özü
sübut edir ki, əsas diqqət qadın-mişi münasibətləri üzərində cəmləş-
dirilmişdi. Əsərdə cəmi dörd nəfər iştirakcı vardı: Akif bəy, Əsəd bəy,
Süleyman paşa və Dilruba xanım. Akif bəyi Hüseyn Ərəblinski özü,
Əsəd bəyi Məmmədəli Qayıbov, Dilruba xanımı Lizina, Süleyman
paşa rolunu isə Ələkbər Süheyli oynamışdı.
Təbii ki, Hüseyn Ərəblinskinin gur səsə, aydın diksiyayası ifa-
sının ikinci planı ilə işləmək bacarığına malik idi. Onun dediyi söz -
lərin məna və məzmununu eyni ilə üz-gözündə, mimikasında,
jestlərində əks olunurmuş. Bir dəfə məşq zamanı Hüseyn Ərəblinski
Məmmədəli Qayıbova deyib: “Əsəd bəy rolunu pis oynayırsan, ancaq
çalış ki, qaş-gözündəki hərəkət dediyin sözlərə münasib olsun! Çünki
aktyorluğun əsas cəhətlərindən biri budur”. Məmmədəlinin: “Ay Hü-
seyn, mən sən ola bilmərəm! Nəinki mən, bəlkə bəşqaları da!” – ca-
vabı müqabilində Hüseyn hansısa mahir bir əcnəbi aktyorunun adını
çəkərək deyib ki, “əsil mimika onda idi. O, əli ilə üzünü ikiyə bölərdi;
üzünün yarısı gülər, yarısı ağlayardı”.
Hüseyn Ərəblinski səhnədə hər cür çıxılmaz vəziyyət əmələ gəl-
seydi, çıxış yolu taparmış. O, yeri gələndə, lazım olanda vəziyyəti
elə məharətlə dəyişərmiş ki, tamaşaçı bunun elə səhnədə bu cür ol-
duğunu zənn edərmiş.
“Akif bəy” (“Namus”) tamaşasında vəziyyət beləydi ki, döyüşə
getməli olan Akif bəyin – Hüseyn Ərəblinskinin bütün hissi, ruhu,
107


Yüklə 2,95 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə