Inqilab Kerimov (Revayetler). qxd



Yüklə 2,95 Kb.
Pdf görüntüsü
səhifə29/112
tarix14.12.2017
ölçüsü2,95 Kb.
#15617
1   ...   25   26   27   28   29   30   31   32   ...   112

kasıb müəllimlərə pul yığacağıq. Mən kefimdən qalacağam, nə üçün?
Kasıb uşaqlara ianə üçün... Ay özün öləsən... yeri hə, yeri...
Almas. Biclik eləyirlər. Bu canım ölsün ki, hamısı pul tələsidir.
Balaqardaş. Bu kefin bir dəqiqəsini vermərəm yüz elə teatra.
Qoysana getsinlər cəhənnəmə.
* * *
Səhnəyə böyük məhəbbəti olan, teatra, aktyor sənətinə vicdanlı
məsuliyyətli və aydın bir münasibət bəsləyən Mərziyə Davudova
(1901-1962) “Koroğlu” filmində Dayə rolunda çəkilirmiş. Filmdə
belə bir səhnə var: şah Dayənin yeniyetmə qızını öz yatağına salıb,
sonra hərəmxanasına göndərmək fikrindədir. Dayə bu işə mane ol maq
üçün əllərini geniş açıb qapının qarşısında durur, şahın gön dərdiyi
adamı içəri buraxmaq istəmir. Rejissor mizanı beləymiş ki, şahın gön-
dərdiyi adam rolunu oynayan Ağadadaş Qurbanov (1911-1965) Da-
yənin – Mərziyyə Davudovanın qolundan tutub itələməli və
təpikləməlidir. Həmin məqamda Ağadadaş Qurbanov sakitcə daya-
nıb, günahkar adam kimi yazıq-yazıq Mərziyə xanıma baxır. Rejissor
özün dən çıxır, hiddətlənir. Ağadadaş Qurbanov ona deyir:
– Siz gəlin bu mizanı dəyişin, elə edin ki, mənim əlim Mərziyə
xanıma toxunmasın. Mən belə həqarəti edə bilmərəm. Mən Mərziyə
xanıma əl qaldıra bilmərəm. Buna mənim cəsarətim çatmaz.
Bundan xəbər tutan Mərziyə xanım Ağadadaşı yanına çağırıb
barmağı ilə hədələyib deyir:
– Ağadadaş, əzizim, belə yaramaz; axı bu səhnədir. Mən dayə -
yəm, sən isə şah adamı. İtələ məni, vur, yıx, əzişdir. Yoxsa səndən
inciyərəm.
“Xanlar” tamaşasında da Qızyetər rolunda belə olur. O, aktyora
deyir ki, döy məni.
96


ƏYANİ MƏŞQ
Almanyanın görkəmli şairi, dramaturqu İohan Kristov Fridrix
Şillerin (1750-1805) “Qaçaqlar” adlı pyesində ata Moorla oğlu Frans
Moor arasında belə bir dialoq var.
Qoca Moor. O, birdə heç bir zaman, heç bir zaman qayıtmaz! O,
həmişəlik öldü. Lakim mənim ürəyimdə o lənəti qoparan sən oldun...
sən... ver mənim oğlumu!
Frans Moor. Mənim qəzəbimi coşdurmayınız.
Qoca Moo. Canavar! Canavar! Ver mənim oğlumu. (Yerindən
atı lıb Fransın boğazından yapışmaq istəyir) Qocalmış kəmik yığını
artıq öl!
– deyə qocanı itələyərək öz yerinə yıxıb, acıqlı addımlarla aradan
çıxır.
Deyilənlərə görə Frans Moor rolunda çıxış edən Hüseyn Ərəblinski
(1881– 1919) bu rolu hazırlayarkən çox ciddi yaradıcılıq işi aparmış,
Frans Moorun atasını boğduğu səhnənin daha təsirli və inandırıcı ol-
ması üçün öz anasını Qoca Moorun yerində olmasını xahiş etmiş,
onunla məşq etməyə başlamışdır. Frans Moor atasını boğduğu mə-
qamda ana bunu bir həqiqət kimi qəbul etmiş, qorxmuş, oğlunun əlin-
dən qaçıb küçəyə çıxımış “Aman, kömək edin, oğlum məni öldürür!”
– deyə haray qoparmışdı.
ONLARIN ÖYRƏNMƏK HƏVƏSİ ÜSTÜN GƏLDİ
Azərbaycan rejissorluq sənətinin inkişafında əvəzsiz xidmətləri
olan, 1936-cı ildən başlayaraq Azərbaycan Dövlət Akadnmik Dram
Teatrında yeni estetik prinsiplər əsasında mükəmməl monumental ta-
maşalar hazırlamış Ədil İskəndərov (1910-1978) bir sənətkar-şəx -
siyyət kimi özünəməxsusluğu ilə seçilirdi. Sənətində də, məişətində
də güclü məsuliyyət hissinə malik, ciddi və tələbkar olduğu kimi,
həm də səmimi, sadə, xeyirxah bir sənətkar insan idi. Yolda onu gö-
rəndə salamı birinci verməyin özü müşkül bir iş idi; çalışırdı ki, bi-
rinci salamlaşsın. Mən şəxsən dəfələrlə bunun şahidi olmuşam;
97


Bakıda küçədə rastlaşarkən heç vaxt birinci salamlaşmaq şərəfinə
nail ola bilməmişəm. Mingəçevir şəhərində xalq teatrına baxış keçiri -
lirdi. Ədil İskəndərov baxış heyətinin sədri idi; heyətin üzvləri sıra-
sında mən də vardım. Fikirləşirdim ki, hə, indi burada ona salam
verməkdə onu qabaqlayacağam. Bu da mümkün olmurdu, görüş za-
manı, hələ yaxınlaşmağımıza 4-5 addım qalmış:
– Sabahının xeyir, qadam, necəsiniz? Yaxşı dincələ bilmisinizmi?
– deyə soruşardı.
Biz institutda oxuduğumuz müddət ərzində (1948-1953) Ədil İs-
kəndərovun direktor və baş rejissor olduğu Azərbaycan Dövlət Aka-
demik Dram Teatrında ingilis dramaturqu Vilyam Şekspirin
(1564-1616) “Otello”, Ənvər Məmmədxanlının (1913-1990) “Od
içində”, Türk yazıçısı Nazim Hikmətin (1902-1963) “Türkiyədə”,
Sabit Rəhmanın (1910-1970) “Aydınlıq”, Cəfər Cabbarlının (1899-1934)
“Solğun çiçəklər” və “Od gəlini”, ispan dramaturqu Lope de Veqanın
(1562-1635) “Rəqs müəllimi” və “Sevilya ulduzu”, rus dramaturqu
Tur qardaşlarının (Leonid Davıdoviç Tübelski. 1905-1961; Pyetr Lvo-
viç Rıjey. 1908-1983) “Bir evin sirri”, gürcü dramaturqu Georgi Mdi-
vaninin (1905-1961) “Kimdir Müqəssir?”, Əbdürrəhim bəy
Haqverdiyevin “Dağılan tifaq” və “Köhnə dudman”, Cabbar Məcnun -
bəyovun (19123-1967) “Böyük məhəbbət”, rus daramaturqu Boris
Lavrenyovun (1891-1959) “Amerikanın səsi”, Türkmən daramaturqu
Hüseyn Muxtarovun (1914-1980) “Ailə namusu”, Səttar Axun dovun
(1914-1994) “Zərif tellər”, Karlo Holdoninin (1707-1793) “Məzəli ha-
disə” və “Mehmanxana sahibəsi”, Ukrayna nasiri və dramaturqu
Vadim Sobkonun (1912-1981), “İkinci cəbhə arxasında”, Mirzə Fə-
təli Axundovun “Lənkəran xanının vəziri” əsərləri rejissorlardan Əli-
heydər Ələkbərovun, Səftər Turabovun, Mehdi Məmmədovun, Tofiq
Kazımovun (1923-1980) quruluşlarında tamaşaya qoyulmuşdu.
“Otello”, “Od içində”, “Türkiyədə” tamaşalarının quruluşçu rejissoru
Ədil İskəndərov (1910-1978) idi. Biz teatrşunaslıq fakultəsinin tələ-
bələri həmin tamaşaların məşqlərində iştirak etməyə ciddi səy gös -
tərirdik. O biri rejissorları birtəhər razı salmaq olurdu. Ədil
İskən dərov isə məşqlərinə kənar adamların baxmasına imkan ver-
mirdi. Biz üzümüzə salıb, arxa sıralarda, qaranlıq yerlərdə otururduq.
98


Yüklə 2,95 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə