Inqilab Kerimov (Revayetler). qxd



Yüklə 2,95 Kb.
Pdf görüntüsü
səhifə26/112
tarix14.12.2017
ölçüsü2,95 Kb.
#15617
1   ...   22   23   24   25   26   27   28   29   ...   112

– Hansı xüsusiyyətdir? – sualını Hidayət Orucov belə cavablayır:
– Sənət eşqi. Teatra vurğunluq. Orda elə qızlar, elə oğlanlar var
ki, tamaşa oynayandan sonra, səhnədə ölsələr də “uf” deməzlər.
Hidayət Orucovun Cəfər Cəfərova dediyindən aydın olur ki, İrə-
vanda yaşayan görkəmli teatrşunas alim, sənətkarlıq doktoru, profes-
sor Sabir Rzayev də İrəvanda açilmış Azərbaycan teatrına ümidsiz
baxır, onun gələcəyinə inanmır. Hidayət Orucov dediyi “Görünür,
Sabir Rzayev də bizim teatrın sabahına inanmır” – sözləri də Cəfər
Cəfərovun baxışlarındakı ümid qığılcımlarını söndürə bilmir.
Cəfər Cəfərovun ümid dolu sözləri, tövsiyyələri çox çətin vəziy-
yətdə olan İrəvan Azərbaycan Teatrının direktoru gənc Hidayətə qol-
qanad verir, onu ürəkdən sevindirir. Xüsusilə Cəfər Cəfərovun telefon
dəstəyini qaldırıb Azərbaycan Mədəniyyət Nazirliyi ilə danışması,
İrəvıandakı Azərbaycan teatrına qayğı göstərilməsi barədə konkret
tapşırıqlar verməsi onu əməlli-başlı sevindirir.
Lakin çox-çox təəssüflər olsun ki, İrəvan Azərbaycan Teatrında
bütün həyatları ilə teatra, səhnəyə bağlı olan, ürəkləri sənət eşqi ilə
döyünən istedadlı oğlanlar və qızlar olmasına baxmayaraq, ermənilər
onların bu sənət eşqlərini söndürmək üçün teatrı heçliyə yuvarlamaq
üçün bütün vasitələrdən xəlvəti istifadə etməyə səy göstərirdilər. Nə-
hayət, 1988-ci ildə erməni qəsbkarlarının azərbaycanlılara qarşı tə-
cavüzü nəticəsində İrəvanda yaşayan bütün yurddaşlarımız öz doğma
ata-baba yurdlarından, doğma torpaqlarından qovuldular. İrəvan
Azərbaycan teatrı da qaçqın düşdü. Bakı şəhərində məskunlaşdı.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin (indiki Azərbay-
can Respublikası Mədəniyyət və Turizm Nazirliyinin) diqqət və qay-
ğısı ilə qaçqın İrəvan Azərbaycan Teatrı əvvəl studiya kimi Bakıda
öz fəaliyyətinə başladı (1989). Beş il sonra 1994-ci ildə teatra yenidən
dövlət statusu verildi və Huseynqili Sarabskinin (1879-1945) adını
daşıyan Bakıdakı Mədəniyyət evində məskunlaşdı. 2005-ci ilin de-
kabr ayından teatr Nəriman Nərimanov adına kinoteatrın binasında
yerləşdirildi. 2008-ci ildən isə teatr Məmmədəmin Rəsulzadənin
adını daşıyan qəsəbədəki Mədəniyyət evinə köçürüldü. Fəaliyyətini
orada davam etdirməyə başladı.
87


* * *
Zəka sahibləri, müdrik insanlar, o cümlədən Azərbaycan teatrının
baniləri XIX əsrin sonu, XX əsrin əvvəllərində yaşayıb yaratmış dra-
maturqlar, eləcə də sonrakı dövrlərdəki mütərəqqi fikirli ziyalılar te-
atra “Məbədgah”, “Müqəddəs məkan”, “Tərbiyə ocağı”, “Darulədəb”
və s. kimi baxmışlar. Lakin elələri də olub ki, teatrdan gəlir mənbəyi
kimi istifadə edib, öz naqis hərəkətləri ilə bu müqəddəs məkanın hör-
mətini heçə endirməyə səy göstəriblər
* * *
Heç yadımdan çıxmaz 1960-ci ilin əvvəlləri idi. “Azərbaycan
gəncləri” qəzetinin redaktoru tanınmış jurnalist, yazıçı Cəmil Əlibə-
yovla (1927) onun iş otağında görüşdüm. Quba Dövlət Dram Teat-
rındakı özbaşınalıqdan bəhs edən çoxlu imzasız şikayət məktublarını
göstərib dedi:
– Bu səpkili məktubların arası kəsilmir. Xahiş edirəm Qubaya
gedib bu imzasız məktublarda yazılanları yoxlayasan. Məsəl var de-
yərlər: “od olmasa, tüstü çıxmaz”. Razılaşdım, ezamiyyə vərəqini
götürüb, səhəri günü avtobusla yola düşdüm. Gündüz saat üçdə Qu-
baya yetişib, birbaş teatra getdim, gözətçidən başqa heç kəs yox idi.
Gözətçi:
– Ay oğlul, – dedi, – Məmmədağa (teatrın direktorunu deyirdi)
iki gündür ki, İrəvana Qaynının ad gününə gedib. Ona görə də ta -
maşalar təxirə salınıb, axı tamaşadakı əsas rolları Məmmədağanın
arvadı Şaginyan ifa edir. yəqin ki, bu gün olmasa da, sabah gələr.
Aktyorlar da yəqin ki, bağdakı çayxanada olarlar.
Səhər teatra gələndə məni 45-50 yaşlarında ucə boylu, möhkəm
bədənli, qarabəniz bir nəfər qarşıladı, gülə-gülə əl uzadıb:
– Məmmədağa, – dedi və mənə imkan vermədən, – Ə kişi, gə -
lişin barədə bir xəbər vereydin də, heç yaxşı olmadı. Sonra yan otaq-
dan bir nəfəri çağırıb: – Tez get Cəfər kişiyə de günortaya yaxşı
yemək hazırlasın, hörmətli qonağım var.
88


Yarıciddi, yarızarafatla soruşdum:
– Hardan bildin ki, hörmətliyəm, biz ki, ilk dəfədir görüşürük?
Mən hələ özümü təqdim etməmişəm.
Bic-bic qımışdı:
– Ay pir olmuş, – dedi, – bunu bilməyə nə var ki? Gözətçi ucun-
dan-bucağından mənə danışıb. Əsası budur ki, mənim gözlərim sərraf
gözləridir. “Vaqif” əsərini, görünür, yaxşı bilirsiniz. Bilirsiniz nədir?
“Vaqif” əsərini özüm tamaşaya hazırlamışam. Qacar rolunun ən yaxşı
ifaçılarından hesab olunuram, – dedi. – Gülümsədim. Qolumdan tu tub:
– Gedək mənim kabinetimə, sənə pürrəngi, mürəbbəli çay təşkil edim,
– dedi.
–Yox, – dedim, – teatrın səhnəsinə, qrim otaqlarına baxmaq istər -
dim. Etiraz etmədi, tamaşaçı salonuna, qrim otağına, səhnəyə baxıb,
paltarsaxlanan otağa keçdik. Geyimlər kif iyi verirdi. Foyeyə keçdik.
– Bu gün hansı tamaşanı göstərəcəksiniz? – sualım elə bil onu arı
kimi sancdı.
Hirsini zorla boğub:
– Bu gün tamaşa olmayacaq, “Qatır Məmməd” tamaşasını gös -
tər məliydim. Yasəmən rolunu oynayan aktrisa xəstələndiyi üçün gös-
tərə bilməyəcəyik, – dedi.
Soruşdum:
– Rolun ikinci ifaçısı yoxdur?
– Canım nə qoyub, nə axtarırsan, bura Bakıdakı Akademik Dram
Teatrı deyil ki, aktrisalar rol üçün növbəyə dursun? Bir də ki, Yasə-
mən rolunu oynayan akrtrisa Şagınyandan sonra bu rolu kimə etibar
etmək olar? Əslində Şaginyan özü də buna razı olmaz, teatrın altını-
üstünə çevirər. Bir neçə gün bundan əvvəl Bakıdan bir neçə gənc gön-
dəriblər. Biri rejissordu Ağakişi (indi xalq artisti Ağakişi Kazımov,
1935), biri aktyordur Səyavuş adında (indi xalq artisti Səyavuş Aslan,
1935), bir də aktrisadır, deyəsən Səyavuşun arvadıdı (Ofeliya Əf-
qanlı-Aslan, 1939). Nə bacarıq var, nə istedad, gəl ki iddiaları yerə-
göyə sığışmır. O gün ağzından süd iyi gələn o aktrisa gör mənə nə
deyir: “Məmmədağa müəllim, məni Şaginyana dublyor yazın da, axı
50 yaşlı qadın nə vaxta kimi 18-20 yaşlı qız rollarını oynayacaq? Elə
bil dünya başıma hərləndi; qonaq olmasaydı cəvabını verərdim. Ağa-
89


Yüklə 2,95 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə