Inqilab Kerimov (Revayetler). qxd



Yüklə 2,95 Kb.
Pdf görüntüsü
səhifə23/112
tarix14.12.2017
ölçüsü2,95 Kb.
#15617
1   ...   19   20   21   22   23   24   25   26   ...   112

üzərində koklənmişdi. Teatrın qostrol tamaşaları keçmiş 26 Bakı
Kommissarları adına mədəniyyət sarayında göstərilirdi. Birinci ola-
raq Aşot Yerkat” tamaşasını göstərəcəkdilər. Tamaşadan əvvəl qo-
naqları respublikamızın ictimayyəti adından əməkdar artist, rejissor
Əliheydər Ələkbərov (1915-1974) rus dilində çox səmimiyyətlə sa-
lamladı, onlara can sağlığı, yaradıcılıq uğurları arzuladı. Sonra qo-
naqlardan biri onları səmimiyyətlə, hörmətlə qarşılayan azərbaycanlı
həmkarlarına, ev sahiblərinə əhəmiyyət vermədən, tamaşaçılara mü-
raciətlə, erməni dilində danışmağa başladı; axırda dedi ki, məcburam
bunlara gərək (Azərbaycanın sənət adamlarına) rus dilində bir neçə
kəlmə deyim. Sonra o, rus dilində:
– Bizi yaxşı qarşıladığınız üçün təşəkkürümüzü bildiririk – deyib
susdu.
Tamaşa başlandı. Əsərin mövzusu ermənilərlə ərəblərin müba ri -
zə sindən alınmışdı. Məlumdur ki, Azərbaycan xalqının qəhraman oğlu
Babək ərəb istilasına qarşı 22 mübarizə aparmışdır. Aşot Yerkat da
ərəblərlə döyüşdə öz xalqına başcılıq etmişdi; bu öz yerində (Tarixdən
məlumdur ki, Babəki, inanıb, ümid bağladığı bir erməni Knyazı ələ
vermişdi. Ehtimal etmək olar ki, o knyaz, Sumbatyan kimi tanınan Aşot
Yerkat imiş). Amma tamaşa bütünlüklə millətçilik ruhu ilə hopdurul-
muşdu. Ərəblər azərbaycanlılar kimi təqdim olunurdular. Elə bir və-
ziyyət yaranmışdı ki, yanında oturan erməni tamaşaçısı sənə nifrətini
gizlətmirdi. Tamaşaçı zalında Andronikin adı xalq qəhrəmanı kimi tez-
tez çəkilirdi. Tamaşanın hər gəlişi, hər epizodu anti-Azərbaycan fikri
üstündə köklənmişdi. Qabaqcadan planlaşmaya görə “Aşot Yerkat” ta-
maşası iki dəfə göstərilməli idi. Birinci pərdədən sonra tamaşaçıların
(əlbəttə, ermənilərin) təkidi ilə onu dörd dəfə göstərmək qərarlaşdı və
həmin andan biletlər satılmağa başlandı. Azərbaycanlılar isə (qonaqları
salamlayan Azərbaycan incəsənət ustaları) artıq çıxıb getmişdilər. Mən,
dillə ifadəsi çətin olan dəhşətli bir hal keçirirdim. Bu nədir? evimizin
içində bizi təhqir edirlər, meydan sulayırlar. Nədir bunun səbəbi? Bizim
acizliyimiz, zəifliyimiz, qorxaqlığımız, yoxsa onların təkəbbürlülüyü,
mənəm-mənəmliyi, həyasızlığımı? Suallar beynimdə aramsız dolaşırdı.
Nə edəcəyimi kəsdirə bilmirdim, qəhər məni boğurdu, əsəbilik öz işini
görmək ərəfəsində idi. Necə olsa da onların qonaq olduqlarını düşünüb,
78


təmkin və soyuqqanlılıqla Kirovokan teatrının əli belində, hakimi-müt-
ləq kimi foyedə dayanan direk toruna yaxınlaşdım. Salamdan sonra:
– Axı bu yaxşı deyil. Zəmanənin belə bir çağında, insanları dost-
luğa çağırdığımız bir vaxtda siz millətçilik fikri təbliğ edən tamaşa
göstərirsiniz.
O, əvvəl müəmmalı şəkildə gülümsündü, çevrilib sağa – tama -
şaçı zalına diqqət yetirdi, qulağının ardını qaşıdı. Sifətinin ifadəsi bir-
dən dəyişdi. Tərs-tərs özünə baxıb:
– Axı səni kim dəvət edib, xoşuna gəlmir çıx get, baxma,– dedi.
Ani bir sükutdan sonra əlavə etdi: – İstəyirsən tapşırım biletinin pulu -
nu da versinlər. Ona qonaq olmağına baxmayaraq tutarlı cavab ver-
mək istəyirdim ki, o vaxt Respublika Mədəniyyət Nazirliyində
incəsənət işləri idarəsinin rəyisi vəzifəsində işləyən Emin Şeyxzadə
bizə yaxınlaşdı. (Emin Şeyxzadə həm də Azərbaycan EA, mənim iş-
lədiyim Memarlıq və İncəsənət İnstitutunun dissertantı idi.)
Mən:
– Təqsir sizdə deyil, – deyib direktora baxdım. – Günah Azər-
baycan Mədəniyyət Nazirliyində, xüsusilə incəsənət işləri idarəsinin
işçilərindədir ki, bu cür tamaşanın göstərilməsinə icazə veriblər.
Emin Şeyxzadə tutuldu:
– Bilirsinizmi, İnqilab müəllim, mən ezamiyyətdən bu gün qayıt-
mışam. Teatrın qostrol repertuarından xəbərim olmayıb. Bir də ki, axı...
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin rəhbər işci-
sinin mənə münasibəti, görünür, direktoru düşünməyə vadar etdi:
Nə nöqsan var, deyin düzəldərik, – deyə əvvəlki hakimanə gör-
kəmini dəyişdi. Acıqlı sözlərinə düzəliş verdi.
Tamaşanın ikinci pərdəsi daha dəhşətli oldu. Aşot Yerkatın qay-
natasına dediyi “Siz Girdimanı azərbaycanlılara satdınız” kimi sözlər,
millətçilik əhval-ruhiyyəli hərəkətlər, azərbaycanlıları təhqir edən söz
və ifadələr tamaşaçı zalında güclü bir tərpəniş yaradırdı. Mən özümü
təhqir olunmuş, alçalmış hiss edirdim. Fikirləşirdim ki, hardandır on-
larda bu cəsarət ki, respublikanın mərkəzində – Bakıda çəkinmədən,
qorxmadan daşnak fikri yayır, Andraniki bir xalq qəhramanı kimi təb-
liğ edirlər?
79


Tamaşadan sonra səhərə qədər yatmayıb yeddi səhifədən ibarət
bir məqalə yazdım. Məqalədə Zaqafqaziya xalqlarının tarixi dost -
luğundan söhbət açılır, “Aşot Yerkat” tamaşası ilə Kirovokan teatrı
kollektivinin yanlış mövqeyi, əsərin millətçilik rühünda yazıldığı
qeyd olunurdu. İş başlanan kimi məqaləni “Bakı” qəzetinin incəsənət
və mədəniyyət şöbəsinin müdiri, yazıçı-dramaturq Qeybulla Rəsu lo va
verdim. O, məqaləni gözdən geçirib dedi:
– Yox, qardaş, bu mənim işim deyil. Yaxşı olar ki, məqaləni re-
daktorun özünə verəsən.
Redaktor da məqalənin çap olunmasını məsləhət bilmədi. Pərt
halda işlədiyim Memarlıq və İncəsənət institutuna qayıtdım. O zaman
həmin institut Nizami adına Ədəbiyyat Muzeyinin binasında yerləşirdi.
İnstitutun teatr və kino şöbəsinin müdiri Cəfər Cəfərov (1914-1973)
mənim bu halətimi görcək:
– Nə olub? Bu nə sir-sifətdir? Yoxsa evdə söz-söhbət olub? –
deyə sorğu-suala başladı.
Gördüklərimi, eşitdiklərimi ona yerli-yataqlı danışdım. Çox pə-
rişan və narahat oldu. Telefonun dəstəyini götürüb Respublika Mə-
dəniyyət Nazirliyinin müavini Çülxur Əlibəyovaya (1928) zəng etdi.
Görünür, aldığı cavab Cəfər Cəfərovu qane etmədi, nazir Məmməd
Qurbanova (1911-1979) zəng etdi. Onun da cavıabından razı qal-
madı. Azərbayccan KP MK katibi Xasay Vəzirovun (1914-1998) te-
lefon nömrəsini yığdı; danışdılar, şərtləşdikləri kimi 10-15 dəqi qədən
sonra Xasay Vəzirov Cəfər Cəfərova zəng atdi. Danışıb qurtardıqdan
sonra Cəfər müəllim mənə dedi:
– Dur get Mərkəzi Komitəyə. Mənə danışdıqlarını olduğu kimi
orada danış.
Mən yazdığım məqaləni verib, hadisəni olduğu kimi danışdıqdan
sonra Mərkəzi Komitədə belə bir təklif etdilər ki, tamaşaya yenidən
ictimai baxış keçirilsin. Mən etirazımı bildirib dedim ki, 1899-cu ildə
çap senzurası Nəriman Nərimanovun “Nadir şah” adlı tarixi dramının
əlyazması üstündə yazmışdı: “Çap olunmağına icazə verirəm, ta -
maşaya qoyulmağına yox”. Cünki teatr oluqca mürəkkəb bir orqa -
nizmdir. Bu tamaşada yaxşı qələmə verilən bir hal sabahkı tamaşada
80


Yüklə 2,95 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə