Inqilab Kerimov (Revayetler). qxd



Yüklə 2,95 Kb.
Pdf görüntüsü
səhifə21/112
tarix14.12.2017
ölçüsü2,95 Kb.
#15617
1   ...   17   18   19   20   21   22   23   24   ...   112

Truppa müdiri:
Üzr istəyirik, molla əmi, nə edək qaydamız belədir, tamahşanı
saat səkkizədə başlayırıq, – deyib, yoldaşlarına göz vurur.
Molla bayaqdan özlərini qəm dəryasına batmış kədərli kimi gös-
tərən aktyorların qımışdığını görüb məsələnin nə yerdə olduğunu, al-
dandığını başa düşür. ucadan bir “Fatihə” verib deyir:
– Qayda ki var, çox ciddi və mühim məsələdir, a bala! Gərək rəa-
yət edəsən, yoxsa gönü suya verərsən, aldanmış molla kimi gülünc
vəziyyətə düşərsən. Aktyorlar hörmətlə onu dövrəyə alıb qucaqlayır-
lar, yerbəyerdən üzr istəyirlər. Onsuz da əvvəldən teatra, aktyorlara
rəğbəti olan molla deyir:
– Mən sizi başa düşürəm, lap yaxşı etmisiniz, ancaq mən bununla
kifayətlənə bilmərəm, gözləyin axşam tamaşasında gəlib “meyit na-
mazını” özüm qılacağam.
Həqiqətən də molla gəlir, tamaşa böyük müvəffəqiyyətlə keçir.
Molla teatra elə bağlanır, aktyorlara elə səmimi ünsiyyətdə olur ki,
hətta teatrın bir-neçə tamaşasında çıxış edir. Bir neçə il sonra dünya-
sını dəyişən həmin mollanın məzarı başında aktyorlar dost sözü söy-
ləyir, kədərləndiklərini bildirirlər.
* * *
Azərbaycanın digər maarifçi yazıçıları kimi Sultan Məcid Qəni-
zadə (1866-1937) ilə Eynəli bəy Sultanov da (1863-1935) öz əsərləri
ilə həyata və insanların xasiyyətində kök salan naqis cəhətdəri, mənfi
keyfiyyətləri, ailədə hökm sürən köhnə arxaik qanunları, ədalətsizliyi
tənqid atəşinə tutub qamçılamışlar.
Bu cəhətdən Sultan Məcid Qənizadənin “Yadımdadır”, Eynəli bəy
Sultanovun “Tatarka” (“Azərbaycanlı qadın”) pyesləri maraqlıdır.
1908-ci il dekabr ayının 13-də “Bakı obşestvennaya sobra -
niya”nın zalında müsəlmanlar arasında savad yayan cəmiyyətin xey-
rinə keçirilən ilk müsəlman gecəsinin proqramında “Yadımdadır”
əsərinin rusca məzmunu verilmişdir. Bunun oxucular üçün maraqlı
olacağını nəzərə alıb, onu eynilə verirəm.
71


...Töhvə əri ilə boyunbağıdan mərc gəlir. Ərlə-arvad hər ikisi
mərci udmağa səy göstərirlər. Qulluqçu Zəhra Töhvəyə deyir ki, qon-
şuluqda yaşayan Şəfi adlı gənc ona boyunbağı gətirməyə hazırdır.
Töhvə ərini mərcdə udmaq, həm də Şəfiyə qulaqburması vermək
məqsədilə bu vəziyyətdən istifadə etmək qərarına gəlir, oğlanı evinə
dəvət edir. Şəfi Töhvəyə öz məhəbbətini izhar edir. Töhvə hiyləgər-
liklə o vaxta qədər nazlanır ki, Zöhrə qaçaraq gəlib onun əri Əbdül-
salamın gəldiyini bildirir. Töhvə Şəfini taxçada gizlədir. Otağa daxil
olan Əbdülsalam Şəfinin yaddan çıxarıb taxtın üstündə qoyduğu pa-
pağı görür, qadından papağın sahibini soruşur. Töhvə əvvəl müxtəlif
yalanlar uydurur, sonra isə deyir ki, papaq onu sevən Şəfinindir. Özü
də taxçada gizlənib. Əbdülsalam hirslə balta üçün çölə qaçır. Şəfi tax-
çada yazıq-yazıq ağlayır. Töhvə onu qurtaracağına söz verir və ona
and içdirir ki, birdə başqalarının qadınına yaxın durmayacaq.
Əbdülsalam əlində balta içəri girib taxçanın qapısını sındırmaq
istəyir. Töhvə taxçanın açarını ərinə verir, “apardım” deyib mərci
udur. Əbdülsalamın əlləri yanına düşür. O, şükür edir ki, bu həqiqət
deyil, bir oyun oldu. Axı şeytanın özü belə qadın əməli, qadın məkri
qarşısında acizdir.
Töhvə ərini boyunbağı almaq üçün mağazaya tələsdirir. Əbdül-
salam qapı ağzında kişiləri başa salır ki, heç vaxt qadınlarla mərc -
ləşməsinlər.
Sultan Məcid Qənizadənin “Yadımdadır” pyesi ilə Eynəli bəy
Sultanovun “Tatarka” pyesi arasında məzmun oxşarlığı nəzərə çarpır.
Eynəli Sultanovun 1887-ci ildə yazdığı və həmin ilin mart ayında
şəhər müəllimlərinin iştirakı ilə tamaşaya hazırladığı “Tatarka” pye-
sində Azərbaycanlı qadınların ağır vəziyyəti və onların bu vəziyyət-
dən xilas olmaq üçün yollar aradıqları təsvir olunmuşdur.
Əsərin məzmununu söyləməzdən əvvəl, qeyd edim ki, filologiya
elmləri doktoru, professor Əli Sultanlı (1906-1960) səhvən əsərin
1883-cü ildə yazıldığını qeyd edir. (Əli Sultanlı Azərbaycan drama-
turgiyasının inkişafı tarixindən, Bakı, Azərnəşr, 1964, səh.133.) Əli
Xəlilov isə əsərin 1884-cü ildə yazıldığını iddia edir. Aktyor və jur-
nalist Lətif Hüseynzadə isə əvvəla əsəri bir pərdəli pyes kimi qələmə
vermiş, ikincisi əsərin məzmununu düzgün şərh etməmiş bayağılığa
72


yol vermişdir. Lətif Hüseynzadənin yazdığına görə guya “gənc bir
qız zor ilə yaşlı Həsənəli bəyə ərə verilmişdir. Qız qoca bəyi sevmir
və həyatından çox narazıdır. Həmişə öz yaşıdları qızlarla görüşəndə
şikayətlənir və sevdiyi oğlanı arzulayır. Gənc qadın bəzən fürsət ta-
paraq öz sevgilisi ilə də görüşüb dərdləşir və “Qoca kaftardan” xilas
olmaq üçün götür-qoy edirlər”. Bir gün Novruz bayramı axşamı
qadın əri ilə plov yedikdən sonra toyuğun cınağı ilə çəkişirlər. Bu çə-
kişmədən bir gün sonra qızın sevgilisi bayram görüşü münasibətilə
gəlir. Hər ikisi şirin söhbətdə ikən qapı döyülməyə başlayır. Qadın
ərinin gəldiyini bildirərək özü də çətin vəziyyət qarşısında qalır. Heç
bir çıxış yolu tapa bilməyən qadın oğlanı sandıqda gizlədib bağlayır
və qorxa-qorxa qapını açmağa gedir. Qapının gec açılması bəyi şüb-
həyə salır və səbəbini soruşur. Heç bir söz uydura bilməyən gənc
qadın sözün doğrusunu deməyə məcbur olur. Bəy qəzəblənir, qışqırır,
xəncəri çəkib qadını hədələyir və yad kişinin harada olduğunu soru-
şur. Qadın yad kişinin sandıqda olduğunu söyləyir. Bəy açarı tələb
edir. qadın açarı bəyə verir. Bəy açarı əlinə alarkən qadın vəziyyətdən
çıxaraq “apardım” deyə qəhqəhə ilə gülüb əlini-əlinə vurur. Açar
bəyin əlindən düşür. Qadın dərhal açarı götürür. Bəy uduzduğunu
boynuna alır. Uduzduğu şeyi almaq üçün qadın ərini dərhal bazara
göndərir. Bəy getdikdən sonra qadın sevgilisini sandıqdan çıxarıb bir
sıra nəsihətlər verdikdən sonra yola salır. (Bax. İskusstvo Azerbaydjana.
T.Z. Bakı, Səh.196-197.) Göründüyü kimi əsərin məzmunu dolaşdırıl-
mış, bayağılaşdırılmışdır. Əslində isə qadın azadlığı düş mənlərinə qarşı
yazılmış bu əsərdə iki obraz üz-üzə dayanıb, mübarizə edirdi. Bun-
lardan biri Sənəm, digəri isə Həsənəli bəydir. Sənəm mərd, ağıllı,
təmiz xislətli bir qadındır. O, sevgilisi Ağaşəriflə xoşbəxt yaşayır.
Lakin Həsənəli bəy bu xoşbəxtliyə darılır. Sənəmə necə deyərlər göz
verib, işıq vermir. Onu ələ gətirmək üçün yollar arayır, qadını ələ gə-
tirmək, ondan istifadə etmək üçün hər cür iyrənc üsullara əl atır. Nə-
hayət, Nisə qarının köməyi ilə Sənəmi “yoldan çıxaran” Həsənəli bəy
onun yanına gəlir, hər şeyi əvvəldən düşünmüş Sənəm Həsənəli bəyə
yaxşıca bir qulaqburması vermək üçün onu öz evinə buraxır.
Onlar söhbət etdikləri zaman birdən qapı döyülür. Sənəm ərinin
gəldiyini söyləyir və qorxmuş Həsənəli bəyi sandığa salıb bağlayır.
73


Yüklə 2,95 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə