Inqilab Kerimov (Revayetler). qxd



Yüklə 2,95 Kb.
Pdf görüntüsü
səhifə31/112
tarix14.12.2017
ölçüsü2,95 Kb.
#15617
1   ...   27   28   29   30   31   32   33   34   ...   112

Üzeyir bəy Sovnarkomda belə bir əmr yazdırır ki, “Harada “Əsli
və Kərəm” oynansa məsuliyyətə alınacaqdır. Bu minval ilə 1934-cü
ilə qədər heç yerdə “Əsli və Kərəm” oynanılmadı”.
* * *
Azərbaycan səhnəsində kişilər içərisində qadın rollarının ən
mahir ifaçısı Əhməd Ağdamski (Bədəlbəyli. 1884-1954) olmuşdur.
Tamaşaçıların ona dərin hüsn-rəğbəti ilə yanaşı mətbuatda da Əhməd
Ağdamskinin qadın rollarındaki çıxışı təqdir olunurdu. Kamil aktyor -
luq istedadı ilə məlahətli səsin bir-birini tamamladığı göstərilirdi. “Bu
gecə Leyli rolunda çıxan Ağdamski öz istedadının ən yüksək mərhə-
ləsində idi. Artistin səsi əla idi. Tamaşaçılar onu arası kəsil mədən al-
qışlayırdılar”. “Əsli rolunda Ağdamski Hüseynqulu Sarabski 
nin
ləyaqətli partnyoru idi. Gözəl səsə malik olan bu artist ta  ma şaçıları
elə cəlb edirdi ki, qadın rolunun kişi tərəfindən ifa edilməsi kimi ağır
təəssüratı diqqətdən yayınırdı. Hüseynqulu Sarabskidə öz sənət dostu-
nun səsinə heyran idi. Qarabağda qostrolda olarkən ta maşadan əvvəl
Məcnun rolunu ifa edən Hüseynqulu Sarabski Leyli rolunu oynayan
Əhmət Ağdamskiyə demişdi:
– Əhməd, mən bu gecə oxuyacağam. Ağlaya-ağlaya oynayaca-
ğam. Sənin səsini dinləmək üçün”.
Xalq artisti Mustafa Mərdanov xatirələrində bildirir ki, 1914-cü
ildə Tiflisdə Kazyonnı teatrda (indiki Z.Paliaşvili adına Gürcüstan
Dövlət Akademik Opera və Balet Tearının binasında) Bakı artistləri
“Leyli və Məcnun” operasını göstərirdilər. Baş rollarda H.Sarabski
(Məcnun), Əhməd Ağdamski (Leyli), Hənifə Terequlov (Nofəl) çıxış
edirdilər. Böyük müvəffəqiyyətlə keçən tamşaya iki minə qədər ta-
maşaçı baxırdı. Leylinin ölümündən sonra pərdənin örtülməsinə bax-
mayaraq alqış səsləri kəsilmirdi. Gürcüstanın ictimai xadimləri,
incəsənət ustaları təbrik üçün səhnəyə çıxırdılar. Təbrik zamaı bir
nəfər ictimai xadim artistləri alışlayıb, əllərini sıxdı. Növbə Əhməd
Ağdamskiyə çatanda o, aktyoru qadın zənn etdiyindən zadəgan adə-
tincə baş əyib əlini öpdü. Bu çətin vəziyyətdə Ağdamski özünü itir-
mədi. Yüngül reveransla ictimai xadimə əlini öpməyə imkan yaratdı.
102


MOLLALIQDAN ARTİSTLİYƏ
1929-cu il idi; Sovet ideologiyası, qırmızı təbliğat tuğyan edirdi.
Respublikamızın digər teatrları kimi Naxçıvan şəhərində Dövlət teatrı
da din və mövhumat əleyhinə təbliğatı özü üçün vacib bir iş sanırdı.
Məhərrəmlik ayında Cəlil Məmmədquluzadənin “Ölülər” əsərini ta-
maşaçılara göstərməyə hazırlaşırlarmış. Tamaşanın çiddi məşqləri
aparılırmış. Bu vaxt Naxçıvanda yaşayan Molla Mahmud Cakər adlı
molla təsadüfən teatra gəlibmiş; oturub məşqə baxırmış. Tamaşanın
quruluşcu rejissoru Şeyx Əhməd rolunu oynayan artisti səhnəyə ça-
ğırır və rolunu təkrar etməsini tələb edir, ancaq aktyorun oyunu onu
qane etmir. Mübahisə başlayır. Elə bu vaxt Molla Mahmud Cakar
gözlənilmədən işə müdaxilə edərək Şeyx Əhməd rolunu ifa edəcək
aktyora deyir:
– Rejissor düz söyləyir. Mollalıq asan iş deyil ki, bacarasan. Mən
özüm qırx il mollalıq etmişəm. Onun çətinliyini yaxşı bilirəm, –
deyib səhnəyə qalxır və Şeyx Əhmədi oynayan artistin əvəzinə rolu
elə məharətlə oynayır ki, həmı heyran talır.
Onu dövrəyə alıb Şeyx Əhməd rolunu oynamasını xahiş edirlər.
Molla Mahmud Cakər etiraz etmir. Onun adı ilə afişalar və elanlar
yazdırıb lazımi yerlərə yapışdırırlar. Cakər Şeyx Əhməd rolunu gö-
rünməmiş məharətlə ifa edir, güclü, gürultulu tamaşaçı alqışlarına
səbəb olur. Həmin vaxtdan Molla Mahmud Cakər mollalıqdan əl
çəkib artistlərə qoşulur. “Molla Nəsrəddin” jurnalının 1929-cu il
nömrələrinin birində Cakərin Şeyx Əhməd rolunda bir neçə şəkili
çap olunmuş və “Mollalıqdan artistliyə” sərlövhəli məqalədə yazıl-
mışdı: “Qırx il mollalıqda stajı olan Molla Mahmud Cakər bu axır
vaxtlarda ancaq mollalıq rolunu oynamaq şərti ilə Naxçıvan Türk Hö-
kumət Teatrına daxil olub, bığ-saqqalını dəxi dibdən götürtmüşdür.
Dekabr ayının axırlarında oynanılan “Ölülər” pyesində Molla Mah-
mud Şeyx Əhməd rolunu, həqiqi bir molla olduğundan, olduqca ti-
piçini ifa etdi. Molla Mahmudun birinci dəfə olaraq səhnədə
görünməsi tamaşaçılar üzərində böyük təsir bağışladı...
1892-ci ilin yay fəsli idi. Müəllimlər həmişəki qayda ilə taplaşıb
Xandəmirovun salonunda Haşım bəy Vəzirovun (1868-1916) “Evlən-
103


mək su içmək deyil” adlı komediyasını oynayırmışlar. Əsərin pərdə-
lərinin birində Qarabağda toy məclisi göstərilirmiş. Bir guşədə dörd
nəfər oturub “dörd aşıq” oynayırmışlar. Bir aşıqın “alçı” durması üs-
tündə mübahisə düşür. Oyunçulardan biri aşığın “alçı” durduğunu
sübut etmək üçün bərkdən qışqırır ki, “a kişi, Həzrət Abbasa and olsun
ki, aşıq alçıdır”. Bu sözlər teatr solanunda bir bomba kimi partlayıb,
tamaşaçılar arasında böyük bir qarışıqlığa səbəb olur. Tamaşaçılar:
– Bu məlunlar, araq, çaxır içənlər nə haqq ilə teatro kimi nalayiq
bir yerdə Həzrət Abbasın adını çəkirlər, – deyib xəncər və tapancalara
əl atırlar.
Tamaşa yarımçıq pozulur. Həvəskar aktyorlar da dal qapıdan
qaçıb gedirlər. Hətta səhnədə iştirak edən bir müəllim əynindəki qa -
dın paltarını soyunmağa məcal tapmadığından öz paltarlarını qol -
tuğuna vurub evlərinə qədər qaçıbmış.
Səhəri gün şəhərin gəncləri silahlanıb kənd müəllimlərinə divan
tutmağa başlayırlar. Müəllimlər isə hamısı qaçıb öz kəndlərinə ge -
dirlər. Əsərin müəllifi Haşım bəy Vəzirov qapısını bağlayıb evində
gizlənməyə məcbur olur. Bir axşam Haşımbəy öz qohumlarından bir
neçə nəfər götürüb qazının evinə gedir; əsərin əlyazmasını qazının
qarşısına qoyub deyir:
– Qazı ağa! Bu mənim yazdığım əsər, oxuya bilərsiniz, “Həzrət
Abbas” adını mən kitabıma salmamışam. Qazı inandıqdan sonra ca-
maatı sakitləşdirir.
* * *
1896-cı ildə yay istirahəti zamanı Şuşa teatr həvəskarları Əbdür-
rəhim bəy Haqverdiyevin yeni yazıb qurtardığı “Dağılan tifaq” fa-
ciəsini müəllifin öz rejissorluğu ilə tamaşaya qoyublarmış.
Xandəmirovun böyük salonunda keçirilən bu tamaşada şəhər müəl-
limləri və Nikolayevski məktəbinin şagirdləri çıxış etmişlər. Nəcəf
bəy rolunu Haqverdiyevin müəllimi Yusif bəy Məlik Haqnəzərov,
Sona xanım rolunu Zülfüqar Hacıbəyov, Suleyman bəy rolunu Suley -
104


Yüklə 2,95 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə