Inqilab Kerimov (Revayetler). qxd



Yüklə 2,95 Kb.
Pdf görüntüsü
səhifə30/112
tarix14.12.2017
ölçüsü2,95 Kb.
#15617
1   ...   26   27   28   29   30   31   32   33   ...   112

O, arxaya çevrilən kimi biz oturacaqların altında gizlənirdik. Məşqi
davam etdirməyə başlayan kimi qalxıb otururduq. Elə zənn edirdik
o bizi görmür. Demə o bizi görürmüş, bizim onun məşqlərinə baxmaq
hə və simiz və ona hörmət əlaməti olaraq, həm də qorxub gizləndiyi-
miz üçün bir söz demirmiş.
“Od içində” tamaşasının məşqlərinin birində yenə o bir neçə dəfə
çevrilib arxa tərəfə baxdı. Bir söz deməyib məşqini bavam etdirdi.
Səhnə belə idi ki, qəhramanın düşmənə nifrəti coşub-daşır, ölümdən
belə çəkinmirdi. Bu məqamdə Ədil müəllim çevrilib arxaya baxdı.
Biz cəld gizləndik. O, gülümsündü. Üzünü köməkcisi Məmmədka-
mal Kazımova (1929-2005) tutub:
– Qadam, onların öyrənmək həvəsi üstün gəldi, – deyib məşqinə
davam etdi. O gün bir daha çevrilib zala baxmadı.
QADAM, UŞAQ ANANIN NƏYİDİR?
Nazim Hikmətin “Türkiyyədə” əsəinin tamaşasının məşqi ge -
dirdi. Belə bir səhnə vardı: Nurxan-Mərziyyə Davudova və Xədicə-
Hökumə Qasımova adlarında iki qadın söhbət edə-edə gəlib parkdakı
skamyaların birində oturururlar. Qadınlar dolanacağın ağırlığından,
ölkədə ictimai-siyasi və iqtisadi vəziyyətin getdikcə korlandığından,
Amerika imperializminin zülmündən ürək yanğısı ilə danışırlar. Baş-
ları söhbətə qarışdığından yanlarındakı 9-10 yaşlı uşağın nə vaxt və
hara getdiyindən xəbər tutmurlar. Uşağın anası Xədicə başılovlu oğ-
lunu axtarır və nəhayət, gördü ki, uşaq amerikan zabitinin yaşadığı
evin balkonu altında qoyulmuş motosikletə tamaşa edir. Xədicə ana
özünü tez uşaqın üstünə atdı; onu qucaqlayıb bağrına basdı, üzün-
dən-gözündən öpdü. Əlbəttə, bu müəyyət təsir oyadırdı. Ancaq hiss
olu nurdu ki, nə isə təbii alınmır. Tamaşanın quruluşcu rejissoru Ədil
İskəndərov idi. Lakin rejissor Ələskər Şərifov bir neçə məşq etmişdi.
Növbəti məşq zamanı Ədil İskəndərov Xədicə rolunu oynayan aktrisa
Hökumə Qasmımovanı saxlayıb özünəməxsus bir tərzdə soruşdu:
– Qadam, uşaq ananın nəyidir?
Aktrisa:
99


– Ədil müəllim, üşaq ananın hər şeyidir: varıdır, dövlətidir, se-
vincidir.
– Yox, qadam, konkret de, konkret, – deyə Ədil İskəndərov etiraz
etdi. Atrisa susub durdu.
Ədil İskəndərov səhnəyə yaxın gəlib:
– Qadam, uşaq ananın ürəyidir. Nə qədər ki, ana uşaqı görməyib,
onu axtarır, ürək yerindən çıxıb, elə ki, uşağı gördü, ürək yerinə gəldi,
çırpıntısı dayandı. Sən heç uşağa yaxın getmə, həyacanlı axtarışdan
sonra elə ki, uşağı gördün, heç ona yaxın getmə, əlini qoy ürəyinin
üstünə.
Aktrisa Hökumə Qurbanova rejissorun dediyi kimi etdi. Əlbəttə,
bu obrazın psixoloji vəziyyətini daha dəqiq və təsirli ifadə edirdi.
Heyf ki, aktrisanın ifasında tam təbiiliyi ilə görünmürdü. Bunu görən
Ədil İskəndərov səhnəyə çıxıb həmin epizodu ifa etdi. Nə qədər təbii,
nə qədər güclü təsirə malik idi.
Yaxud başqa bir epizod. Ankarada bağda cəsuslar dolaşırdılar.
Cəsurlardan biri (bu rolu Məmməd Kamal Kazımov ifa edirdi) şap-
kasını gözünün üstünə basıb, əlində zəncir fırlada-fırlada bağda gə-
zirdi. Aktyorun hərəkəti, yerişi, baxışı Ədil iskəndərovu qane etmədi,
məqsədini bütün dəqiqliyi ilə aydınlaşdırdı və özü həmin səhnəni
əyani şəkildə göstərdi.
* * *
1916-cı il avqust ayının 17-də Şuşanın teatr həvəskarları Cəlil
Məmmədquluzadənin (1866-1932) “Ölülər” komediyasını Xurşud-
banu Natavanın qızı Xanbikənin evində yerləşən məktəbdə ilk dəfə
tamaşaçılara göstərmişdilər. Tamaşaya Həmidə xanım və qızı Mina-
dan başqa qadın gəlməyibmiş. Tamaşada Əbdürrəhim bəy Haqver-
diyevin əmisi oğlanları iştirak edirmişlər.
Bir gün Cəlil Məmmədquluzadə Şuşa teatr həvəskarlarından olan
Xosrov Şaiqlə birlikdə məsçidə yaxın olan kitabxanaya gedirlərmiş.
Mirzə Cəlil məsçid qarşısında oturmuş mollalara salam verir. Özlərini
eşitməməzliyə vuran mollalar ona arxa çevirir və lənət oxuyurlar.
Mirzə Cəlil gülə-gülə Xosrov Şaiqə deyir:
100


– Mirzə Xosrov bunlar “Ölülər”in təsirindəndir. “Ölülər” bu diri
sayılan adamları yaman hala salıb. Onların məni görməyə gözləri
yoxdur, bacarsalar qanımı tökərlər.
* * *
1921-ci ildə bakıdan Şuşaya konsert briqadası gəlibmiş. Həmin
briqada yerli teatr həvəskarları ilə birləşib iki briqada düzəldiblərmiş.
Birinci briqadaya Əbülhəsən Anaplı (1894-1926) rəhbərlik edirmiş.
İkinci briqadanın rəhbəri Abbas Mirzə Şərifzadə (1893-1938) imiş. Şu-
şaya gedən briqada Şuşa kəndində erməni Tevanın bandit dəstəsi ilə
rastlaşmış. Banditlər 14 nəfər sənətçini vəhşicəsinə qətlə yetirmişdilər.
* * *
“Əsli və Kərəm” tamaşası ilə bağlı respublikamızın əməkdar ar-
tisti Qaflan Muradov (1890-1970) belə bir xatirə söyləyib. Birinci
dəfə Abdal kəndində olduq. Yadımdadır. O günü “Əsli və Kərəm”
operasının tamaşasını göstərəcəkdik. Mən keşiş rolunu ifa edirdim.
Birdən ağlıma gəldi ki, Əslini ver Kərəmə. Əxırıncı pərdədəki hadi-
sələr Hələb paşasının yanında baş verirdi. Hələb paşasının keşişə tək-
lif edirdi ki, onlar bir-birinə aşiqdirlər. Gəl Əslini ver Kərəmə, onlar
muradlarına çatsınlar.
Mən bir qədər fikrə gedib dedim:
– Paşam, İsfahən padşahının yanında mənim hörmətim vardı.
Mən onun sözünü yerə saldım və qızımı götürüb sənin yanına gəl-
mişəm. Sənin şəxsiyyətin mənim çox xoşuma gəlir. Sənin xatirinə
qızımı verirəm Kərəmə. Qoy gedib xoşbəxt olsunlar.
Tamaşaçılar bu sözləri eşitcək alqışların arası kəsilməz oldu. İş-
tirakçılar da elə bil buna bənd imişlər. Səhnədə toy məclisi quruldu.
Keşişin iştirakı ilə Əsli ilə Kərəmə toy elədilər. O vaxt Fizuli rayo-
nunda eşitdilər ki, Ağdam teatrında keşiş qızını Kərəmə verib, onlar
da “verdilər”. Həmin vaxtdan Qarabağın hansı teatrında “Əsli və
Kərəm” oynanıldı keşiş qızını verirdi Kərəmə.
101


Yüklə 2,95 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   112




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə