İnsan və tale problemi



Yüklə 144,32 Kb.
səhifə25/32
tarix21.01.2022
ölçüsü144,32 Kb.
#83022
1   ...   21   22   23   24   25   26   27   28   ...   32
Mürtəza Mütəhhəri. İnsan və tale problemi

Əgər qəza gəlsə…

Həzrət Peyğəmbər və məsum imamlardan bu məzmunda hədislər nəql edilib ki, qəzavü qədər gələndə səbəblər, xüsusilə insanın ağıl və düşüncə qüvvəsi işdən düşür. Bu məsələ fars və ərəb ədəbiyyatında da öz əksini tapmışdır.

"Camius-səğir" kitabında həzrət Peyğəmbərdən bu məzmunda bir neçə hədis nəql edilir, o cümlədən:

"Allah hər hansı bir işin baş verməsini istəyəndə Öz əmrini həyata keçirənə kimi insanların ağıllarını onlardan alır. Həmin işi həyata keçirəndən sonra ağıllarnı onların özünə qaytarır və həmin vaxt peşmançılıq baş verir".

"Tuhəful-uqul" kitabının 442-ci səhifəsində İmam Rzadan belə buyurması nəql edilir:

"Allah bir şeyi (n həyata keçməsini) istəyəndə bəndələrin ağlını alır və Öz hökmünü həyata keçirir, Öz istəyini sona çatdırır. Öz hökmünü həyata keçirəndən sonra həmin şəxsin ağlını özünə qaytarır və həmin şəxs durmadan: "Görəsən, bu iş necə baş verdi? Bu iş necə gerçəkləşdi?" - deyir".

Mövlana belə deyir:

"Qaza gələndə insan idrakını itirər, fikirləşə bilməz, qəzanı Allahdan başqa heç kəs bilməz; qəza galəndə insanın bəsirəti bağlanar və ağıl başla ayağı bir-birindən ayırd edə bilməz; təqvalıların rəhbəri də buyurub ki, qəza galəndə göz kor olar, qəza gəlib gedəndən sonra insan içini yeyər və pərdələri aradan götürən şəxs yaxasını cırar

Başqa bir şeirində isə belə deyir: "Qəza gələndə sən dəridən başqa bir şey görməz, dostu düşməndən seçə bilməzsən.

Həmçinin deyir:

"Qəza gələndə təbib ağlını itirər, dərman da kömək etməz".

Burada nəzərə çarpan problem qəzavü-qədərin ümumi səbəbiyyət qanununu səhv çıxardan, aləmdəki digər faktorların qarşısında dayanan və onlardan daha güclü faktor kimi təqdim edilməsidir. Bu, ilahi qəzanın hər bir şeyi səbəb yolu ilə zəruriləşdirməsi ilə bağlı öncə qeyd edilən və hədislərdə də təsdiq edilənlərlə paradoks təşkil edir.

Bir hədisdə belə deyilir: "Allah aləmin işlərini yalnız vasitə və səbəblərlə həyata keçirir. Allah hər bir şey üçün səbəb, hər bir səbəb üçün hikmət, hər bir hikmət üçün elm, hər bir elm üçün danışan bir qapı təyin edib".56

İkinci irad bu izahda qeyd edilənlərin qəzavü-qədərin ümumiliyi ilə ziddiyyət təşkil etməsidir. Halbuki heç nə qəzavü-qədərdən kənar deyil və öncə də qeyd etdiyimiz kimi, Qurani-kərim onu açıq-aydın təsdiqləyir. Əgər hər şey və bütün hadisələr ilahi qəzavü-qədər ilə baş verirsə, deməli, ilahi qəzavü-qədərin olmadığı bir an belə yoxdur. Belə olan halda, "əgər qəza gəlsə…", - ifadəsi nə deməkdir? Deməli, qeyd edilən hədis və açıqlamalar ümumi səbəbiyyət qanunu ilə ziddiyyət təşkil etməkdən əlavə, qəzavü-qədərin ümumi olması ilə də ziddiyyət təşkil edir və ondan belə çıxır ki, ilahi qəzavü-qədər xüsusi və istisnai hallarda ortaya çıxır və həmin vaxt hər şey işdən düşür, ağıllar başdan çıxır, gözlər kor olur, dərmanlar öz təsirini itirir və əks təsir göstərir.

Bəs nə etmək lazımdır? Görəsən, bu hədislər islam təlimləri ilə ziddiyyət təşkil edir, fatalistlər tərəfindən uydurulub, yoxsa onların düzgün izah va yozumu var?

Mənim fikrimcə, bu kimi hədislər düzgün bir məsələyə işarədir və bu nə ümumi səbəbiyyət qanunu, nə də qəzavü- qədərin ümumiliyi ilə ziddiyyət təşkil edir. Qeyd olunan hədislər aləmin ümumi quruluşunu, maddi və mənəvi olmasından asılı olmayaraq, bütün səbəbləri, mənəvi səbəblərin maddi səbəbləri öz təsiri altına aldığı yerləri nəzərdə tutur.

Öncə də qeyd etdik ki, səbəblər yalnız maddi çərçivədə məhdudlaşdırılmamalıdır. Ən mükəmməl sistem gizli və aşkar səbəblərdən ibarətdir. Maddi və fiziki səbəblər bir-birlərini işdən saldığı kimi xüsusi hallarda onlar mənəvi səbəblərin də təsiri altında işdən düşürlər.

Təkcə maddi və fiziki səbəbləri görən şəxs səbəbin ancaq onlarda məhdudlaşdığını güman edir. Amma bilmir ki, ola bilər, ilahi qəzavü-qədərin hökmü ilə minlərlə başqa səbəb də mövcud ola bilsin və həmin səbəblər ortaya çıxanda maddi səbəblər öz təsirini itirərək işdən düşsün.

Bu məsələ Qurani-kərimdə hədislərdəkindən daha dolğun açıqlanmışdır.

Quran Bədr müharibəsi barədə belə buyurur:



"Üz-üzə gəldiyiniz zaman Allah olacaq işi yerinə yetirmək məqsədilə onlar sizin gözünüzdə (sayca) az göstərir. (siz qorxmayıb döyüşə başlayasınız, onlar da qorxuya düşüb qaçmasınlar, döyüşüb sonda məğlub olsunlar deyə) sizi də onların gözündə azaldırdı. Bütün işlər axırda Allaha qaytarılacaqdır".57

Bu hadisə mənəvi sabəblərin maddi səbəbləri üstələdiyi yerlərdən biridir.

Hər hansı bir dəstə düzlük və islahat yolunda addımlamaqla yardım edilmək ləyaqəti əldə edəndə və başqa bir dəstə onun əksinə, xarlıq və məhvə layiq olanda aləmin möhkəm və kamil quruluşu birinci dəstəni maddi təchizatının azlığına baxmayaraq, himayə, ikinci dəstəni isə butün maddi təchizatına baxmayaraq, məhv edər.

Həmçinin Qurani-kərim buyurur:



"Kim Allaha təvəkkül etsə, Allah ona kifayət edər. Allah Öz əmrini yerinə yetirəndir. Allah hər şey üçün bir ölçü qoymuşdur".58

Bu müqəddəs ayədə "Allah hər şey üçün bir ölçü qoymuşdur", - cümləsi ilə aləmin sisteminə və heç nəyin boş yerə baş verməməsinə, hər şeyin öz yerinin olmasına təkid edilməsinə, yəni səbəb-nəticə sisteminin rəsmi olaraq təsdiqlənməsinə baxmayaraq, buyurulur ki, Allah Öz əmrini yerinə yetirəndir. Yəni mənəvi əlaqə və qeyb (metafizik) yardımları ortaya çıxanda işlərin gedişatı dəyişir və zahiri səbəblər təsirsiz olur.




Yüklə 144,32 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə