İnsan və tale problemi



Yüklə 144,32 Kb.
səhifə23/32
tarix21.01.2022
ölçüsü144,32 Kb.
#83022
1   ...   19   20   21   22   23   24   25   26   ...   32
Mürtəza Mütəhhəri. İnsan və tale problemi

Digər nəzəriyyələr

Verdiyimiz izahlara əsasən, qəzavü-qədərin qəti və qeyri-qəti kimi növlərə bölünməsi varlıqların xüsusi vəziyyətindən irəli gəlir. Çoxsaylı imkanlara sahib, müxtəlif səbəblərdən təsirlənə bilən və hər bir varlığın təsiri nəticəsində bir yola istiqamətlənməsi ehtimalı olan varlığın müxtəlif müqəddəratı olur. O nə qədər səbəbdən asılı və nə qədər səbəblə əlaqəli olarsa, müqəddəratı da bir o qədər fərqli ola bilər. Buna görə də həmin varlığın tale və qəzavü-qədəri qeyri-qəti olur. Amma yalnız bir imkanı və bir yolu olan və yalnız bir növ səbablə əlaqəli olan varlığın taleyi qəti və dəyişməz olur. Başqa sözlə desək, qətilik və qeyri- qətilik aktiv yöndən yox, passiv yöndən qaynaqlanır, yəni bir va ya müxtəlif potensialın, qabiliyyətin olması anlamında. Ona görə də "istedad imkanı" olmayan ali mücərrəd varlıqların, habelə bəzən birdən artıq gələcək potensial olmayan təbiət varlıqlarının taleyi qətidir. Amma təbiətin birdən artıq gələcək potensialı olan varlıqlarının taleyi qeyri-qətidir. Bu, qəti və qeyri-qəti qəzavü-qədərin qısa izah və yozumu idi.

Bəziləri bu məsələni başqa cür, onu insan meyarı ilə izah ediblər. Deyiblər ki, dəyişilməsi insanın ixtiyarında olmayan gerçəkliklərin müqəddəratı qəti, dəyişilməsi insanın ixtiyarında olan gerçəkliklərin müqəddəratı isə qeyri- qətidir. Məsələn, (ən azı, hal-hazırda) insanın hava şəraitini - isti və soyuq, qar, yağış, külək və s. baxımından, yaxud yer üzündə zəlzələ, tufan, sel və digər təbii hadisələr baxımından dəyişikliklər etməsi mümkün deyil. Onlar insanın istəyib-istəməməsindən asılı olmayaraq baş verir. Buna görə də onlar və onlarla bağlı ilahi təqdir qətidir. Amma ictimai vəziyyətin dəyişdirilməsi, işlərin ədalət, ümumi rifah və xoşbəxtlik istiqamətində aparılması insanın imkanları çərçivəsindədir və insanın istəyi onları əvəz edə bilər. Ona görə də onlar qeyri-qəti nəsnələrdir və Allahın onlarla bağlı təqdiri də qeyri-qətidir.

Bu, düzgün bir izah deyil. Çünki insanın güc və imkanının müqəddəratın qəti və qeyri-qəti olmasının meyarı kimi təyin edilməsinə heç bir əsas yoxdur. Bu izah dini mətnlərlə də uzlaşmır.

Bəziləri isə qəti və qeyri-qəti qəzavü-qədəri şəraitinin gerçəkləşməsi və ya gerçəkləşməməsi meyarı ilə izah ediblər. Belə ki, öncə də qeyd etdiyimiz kimi, bəzi varlıqların çoxsaylı imkanları var və onlar müxtəlif səbəblərlə əlaqədədirlər. Onların nə qədər fərqli səbəblərlə ələqəsi olarsa, bir o qadər fərqli təqdiri olar və əslində, onların taleyi səbəblərin əlindədir. Hər bir səbəbin əlində bu varlıq üçün bir tale var və hər bir tale müqəddəratı əlində olan hamin səbəbin gerçəkləşməsindən asılıdır, Bildiyimiz kimi, müxtəlif səbəb və şərtlər arasında bəziləri gerçəkləşir, bəziləri isə gerçəkləşmir. Həmçinin səbəb və şərtlərdən bəzisinin gerçəkləşməsinin səbəbi onun özünün səbəb və şərtlərinin mövcud olması, bəzisinin gerçəkləşməmasinin səbəbi isə onun səbəb və şərtlərinin mövcud olmamasıdır. Üçüncü və dördüncü dərəcəli səbəb və şərtlər də beləcə davam edir…

Qəti təqdirlər varlığı mövcud səbəb və şərtlərin əlində olan təqdirlər deməkdir. Amma qeyri-qəti təqdirlər varlığı mövcudluğuna zəmin yaranmayan səbəb və şərtlərin əlində olan təqdirlər deməkdir.

Fərz edək ki, bir şəxs fiziki baxımdan sağlamlıq qaydalarına riayət edəcəyi təqdirdə 150 il yaşaya bilər. Amma əgər o, sağlamlıq qaydalarına riayət etməsə, ömrü yanba-yarı azalacaq. Həmin şəxsin sağlamlıq qaydalarına riayət edəndə 150, riayət etməyəndə isə 75 il yaşaması onun təqdiridir. İndi bu şəxs sağlamlıq qaydalarına riayat etmir və ölür. Deməli, bu şəxs üçün iki ömür "təqdir" olaraq seçilib və onların hər ikisi də şərtlidir. Ancaq birinin şərti gerçəkləşib, o birinin şərti isə gerçəkləşməyib.

Şərti gerçəkləşən və həqiqətə çevrilən "təqdir" qəti qəzavü-qədərdir. Amma şərti gerçəkləşməyən "təqdir" qeyri-qəti qəzavü-qədərdir. Bu iki "təqdir" bir nəfər barəsində iki müxtəlif şəraitdə ki iki qanun kimidir. Masələn, qanunda deyilir ki, əgər müttəhim öz günahını baynuna alsa, aidiyyəti cəza tədbiri həyata keçirilsin, amma əgər o, cinayət törətdiyini etiraf etməsə və onun cinayət törətməsinə dəlalət edəcək başqa dəlillər da olmasa, sərbəst buraxılsın. İndi, əgər müttəhim cinayət törətdiyini etiraf etsə, mütləq, cəzalandırılacaq. Beləliklə, qanunun "Əgər etiraf etsə, cəzalandırılmalıdır", - hökmü bu şəxs barəsində qətiləşib, amma "Etiraf etməsə və əleyhinə başqa dəlil də olmasa, sərbəst buraxılmalıdır", - hökmü isə qətiləşməyib.

Bu izaha əsasən, burada "qətilik" deyəndə şərtin yaranması və qanunun məqsədinin əməli şəkildə gerçəkləşməsi nəzərdə tutulur. Yoxsa ki, qanun ümumi qayda olduğu üçün hər iki cəhətdən qəti və dəyişməzdir.

Yaradılış aləminə bir sıra bəlli qəti və dəyişməz qanunlar hakimdir. Bütün qanunlar ümumi qanun olmaq cəhətindən qəti və istisnasızdır. Məsələn, filan fiziki istedadı olan insanların sağlamlıq qaydalarına riayət edəndə 150 il yaşaması aləmin qəti qanunlarından biridir. Eləcə də onların sağlamlıq qaydalarına riayət etməyəndə ömürlərinin yarbayarı azalması aləmin qəti qanunlarından biri hesab olunur. Bu qəti qanun və qaydalar ilahi qəzavü-qədərin təzahür və gerçəkləşmə yolları kimi çıxış edir. Buna görə də qəti qəzavü-qədər şərtləri yaranmış və əməldə həyata keçirilmiş qanun, qeyri-qəti qəzavü-qədər isə şərti yaranmamış və əməldə gerçəkləşməmiş qanun deməkdir.

Bu təfsir öz-özlüyündə məqbul - böyük bir ehtimalla bəzi dini ifadələr onunla bağlıdır - olsa da, dini mətnlərdə (hədislər) işlənmiş labüd və qeyri-labüd, qəti və qeyri-qəti kimi ifadələri bu mənaya yozmaq olmaz. Şübhəsiz, labüd və qeyri-labüd qəzavü-qədərdə məqsəd dəyişən və dəyişməyən qəzavü-qədərdir. Həmçinin ümumi bir qanunun şəraiti mövcud olan durumlarda dəyişiklik imkanı itmir. Hadisə öz zat etibarilə başqa cür olmaq imkanına malik olub. Buna görə də şərtləri gerçəkləşəndə qəzavü-qədər öz qeyri-qətilik cəhətini qeyd edilən mənada tam itirmir. Digər bir təfsirə əsasən, qəti qəzavü-qədər gerçəkləşməsi Allah tərəfindən vurğulanan və zəruriləşdirilən və hökmən gerçəkləşən qəzavü-qədərdir. Amma qeyri-qəti qəzavü-qədər elə bir qəzavü-qədərdir ki, Allahın iradəsi onun gerçəkləşməsinə nisbətdə neytral durumdadır, yaxud da neytral durumda deyil, amma ortada zərurilik də yoxdur. Misal üçün, dini öhdəliklərə aid hökmlər bu qəbildəndir. Bəzən bir şey qanunverici tərəfindən zəruriləşdirilir (vacib anlayışı) və bəzənsə qanunverici bir şeyə nisbətdə bitərəf mövqedə durur və ona görə o şeyin yerinə yetirilməsi ilə yerinə yetirilməməsi eyni olur (mübah anlayışı). Bəzən də qanunverici hər hansı bir işin yerinə yetirilməsi və ya yerinə yetirilməməsini üstün tutur, amma vacib etmir (müstəhəb və ya məkruh anlayışları).

Ontoloji nəsnələrdə də durum eynidir. Belə ki, bəzən ortada zərurət olur və bu, qəti qəzavü-qədərdir. Bəzənsə bitərəflik olur, yaxud onun bir tərəfi (gerçəkləşməsi və ya gerçəkləşməməsi) üstün olur, amma yenə ortada zərurət olmur. Bu, qeyri-qəti qəzavü-qədərdir.

Bu izah sözügedən məsələnin ən qeyri-elmi təfsiridir. Əslində, bu, qəzavü-qədəri inkar etmək deməkdir. Çünki hər hansı bir hadisənin səbəbiyyət qanunundan kənara çıxması, yaxud səbəbiyyət qanununa tabe olub, amma ortada heç bir zərurət və tələbin olmaması qeyri-mümkün olduğu kimi, Allahın iradəsinin də hansısa bir hadisəyə münasibətdə bitərəf və neytral olması və ya bitərəf və neytral olmayıb, amma onu zəruriləşdirməməsi qeyri-mümkündür. Ontoloji həqiqətləri şərti nəsnələrlə müqayisə etmək doğru deyildir.


Yüklə 144,32 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə