İnsan və tale problemi


Erkən islam dövrünə bir baxış



Yüklə 144,32 Kb.
səhifə20/32
tarix21.01.2022
ölçüsü144,32 Kb.
#83022
1   ...   16   17   18   19   20   21   22   23   ...   32
Mürtəza Mütəhhəri. İnsan və tale problemi

Erkən islam dövrünə bir baxış

Həzrət Peyğəmbərdən belə soruşuldu: "Şəfa məqsədi ilə istifadə edilən həmaillər36 (Qəzalinin "İhyaul-ulum" kitabında yazdığına əsasən, həm dərman, həm də həmail barədə soruşulub) ilahi qədərin qarşısını ala bilərmi?" O həzrət isə belə buyurdu: "Onun özü də elə ilahi qədərdərdir"37 Yəni onların xəstəliyin qarşısını alması da ilahi qəzavü-qədərə daxildir.

İmam Əli bir əyri divarın kölgəsində oturmuşdu. Daha sonra oradan durub başqa bir divarın kölgəsində oturdu. Bir nəfər o həzrətə belə dedi: "Ya Əmirəl-möminin, Allahın qazasından qaçırsan?" O həzrət isə belə buyurdu: "Allahın qəzasından Onun qədərinə qaçıram".38 Yəni qəzavü-qədərin bir növündən başqa bir növünə sığınıram. Başqa sözlə desək, əgər orada otursam va əyri divar başıma uçsa, bu, ilahi qəzavü-qədər deməkdir. Çünki səbəblər silsiləsinə əsasan, əgər insan əyri üyrü və uçmaqda olan divarın altında otursa, divar da onun başına uçacaq və xəsarət alacaq. Bunun özü ilahi qəzavü qədərdir. Amma əgər özünü bir kənara çəksə, təhlükədən amanda qalacaq. Bu da ilahi qəzavü-qədərdir. Ola bilər, orada da səbəblər silsiləsindən başqa bir təhlükə ilə qarşılaşsın ki, o da ilahi qəzavü qədərdir. Hər halda insanın özünü təhlükədən qoruması Allahın əmri ilə Allahın işindən qorunmaq, ilahi qəza ilə ilahi qəzadan qaçmaqdır. Şair demişkən:

"Əlqərəz, ey tərəddüdlə ora-bura qaçan şəxs, qəzadan qəzaya qaçmaq lazımdır; qəza ilə çarpışmaq cihad deyil, çünki elə bunu da bizə qəza verib".

Ümumilikdə İslam tarixindən belə məlum olur ki, İslamin erkən dövrünün müsəlmanları qəzavü-qədərə möhkəm etiqad bəsləyir və onu özlərinin öz talelərinə hakim olmalarına zidd hesab etmirdilər. Onlar taleyin dəyişməsi və həmin dəyişikliyin özünün də qəzavü-qədərdən olmasına əsla şübhə etməyiblər. Buna görə də onların taleyə möhkəm etiqad bəsləməsi onları fatalizmə sürükləməyib, onları məsuliyyətsiz, laqeyd və hər şeyi təqdirin üstünə atan insan kimi yetişdirməyib. Onlar heyrətamiz fəaliyyət və misilsiz özünəinam ilə həmişə Allahdan ən yaxşı "qəzanı istəyiblər. Onlar hər vəziyyətin müxtəlif qəzavü-qədərin olduğunu başa düşdükləri üçün Allahdan onun ən yaxşısını istəyirdilər. Maraqlısı budur ki, onlar Allahdan artıq hökmü verilmiş və qədəri təyin olunmuş nəsnələrin ən yaxşısını deyil, qəzavü-qədərin ən yaxşısını istəyirdilər. Bu məzmuna İslam dualarının çoxunda rast gəlmək olar. Daha maraqlısı isə odur ki, bu kimi dua məzmunlarına İslamın erkən dövrünün sadə müsəlmanlarının dilində rast gəlinir.

İbn Əsirin "əl-Kamil" kitabının ikinci cildinin 313-cü səhifəsində "Tarixi-Təbəri"yə istinadən Səd Vəqqasın məktubu nəql edilib. O həmin məktubu Örmərə yazıb. Səd həmin məktubda belə yazıb; "Allahın əmri hələ də keçərlidir, qəzası isə bizim lehimizə və əleyhimizə təyin elədiyi nəsnəyə təslimdir. Elə isə Allahdan sağlam halda həm qəzanın ən xeyirlisini, həm də qədərin ən xeyirlisini diləyirik". Yəni ilahi əmr keçərli və qəzavü-qədər isə qətidir. O bizim üçün nə təqdir görübsə, biz Ondan ən yaxşı qəza və qədərləri diləyirik.

İbn Əbilhədid "Nəhcül-bəlağə"nin 132-ci xütbəsinin şərhində belə yazır: "Ömər ibn Xəttab Şam səfərlərinin birində şəhərə daxil olmamışdan qabaq eşitdi ki, şəhərdə taun xəstəliyi yayılıb. Şəhərə girib-girməmək barədə yoldaşları ilə məsləhətləşdi və onların - müsəlmanların Şamdakı əmiri Əbu Übeydə Cərrahdan başqa - hamısı onu şəhərə daxil olmaqdan çəkindirdi. Əbu Übeydə Cərrah, Ömərə dedi: "Ya əmirəl-möminin, Allahın qəzavü-qədərindən qaçırsan?" Ömər isə dedi: "Bəli, Allahın qəzavü-qədərinin hökmü ilə Allahın qəzavü-qədərindən ilahi qəzavü-qədərə doğru qaçıram". Həmin vaxt bir nəfər iddia etdi ki, həzrət Peyğəmbərdən belə buyurduğunu eşidib: "Əgər bir şəhərdə taun xəstəliyi olsa və siz şəhərdən kənarda olsanız, həmin şəhərə daxil olmayın. Amma əgər siz bir şəhərdə olsanız və həmin şəhərə taun xəstəliyi gəlsə, şəhərdən çıxmayın", Bu hədisi eşitməmişdən qabaq bir az tərəddüddə olan Ömər hədisi eşidəndən sonra şəhərə daxil olmaq fikrindən daşındı.

Ümumilikdə şiə və sünni hədislərindən belə məlum olur ki, həzrət Peyğəmbər qəzavü-qədər məsələsini səhabələrinə izah etmişdir. Həzrət Əli də bu barədə dəfələrlə söhbət etmişdir. Məsələnin maraqlı tərəfi bu böyük təlimin İslamın erkən dövrünün insanlarına çox ustacasına və məharətlə və fatalizmlə əlaqəsi belə olmayan şəkildə başa salınması və onları fatalist və nəticədə iradəsiz, özünə inamı olmayan insanlar kimi yetişdirməməsidir. İslamın erkən dövrünün insanlarının həm əməlləri, həm də az-çox nəql edilən sözləri bundan xəbər verir. Sonradan islam teoloqları gəlib bu məsələni müzakirə və təhlil etmək istəsələr də, qəzavü-qədər inancı ilə fatalizm inancı arasında fərq qoya bilməyiblər. Və o vaxtdan indiyə kimi təxminən 14 əsr keçməsinə baxmayaraq, şərq və qərbdə çox az adam bu iki inancı bir-birindən fərqləndirə bilmişdir.




Yüklə 144,32 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə