İnsan və tale problemi



Yüklə 144,32 Kb.
səhifə16/32
tarix21.01.2022
ölçüsü144,32 Kb.
#83022
1   ...   12   13   14   15   16   17   18   19   ...   32
Mürtəza Mütəhhəri. İnsan və tale problemi

Qəti və qeyri-qəti

Dini mətnlərdə (hədislər) qəti və qeyri-qəti qəzavü-qədərdən söz açılıb. Buna Quranda da işarə edilib, Bütün bunlardan belə məlum olur ki, iki cür qəzavü-qədər var: qəti və dəyişilməz qəzavü-qədər və qeyri-qəti və dəyişilən qəzavü qədər.

Burada belə bir sual yaranır ki, qeyri-qəti qəzavü-qədər nə deməkdir? Əgər biz hər hansı bir hadisəni nəzərə alsaq, görərik ki, Allahın əzəli elm və iradəsi ona ya yönəlib, ya da yönəlməyib. Əgər yönəlməyibsə, deməli, qəzavü- qədər yoxdur. Amma əgər yönəlibsə, o, mütləq, baş verməlidir. Əks təqdirdə, Allahın elmi gerçəkliklə üst-üstə düşməyəcək və baş verməsi istənilən nəsnə və ya olay Onun istəyindən yayınacaq ki, bu da Allahın zatında nöqsan və natamamlığın olması deməkdir.

Başqa sözlə desək, əslində, qəzavü-qədər bütün səbəblərin ilk səbəbi olan Allahın iradə, istək və elmindən qaynaqlanmasıdır. Terminoloji dillə desək, "qəza" - varlığın ən gözəl quruluşunu bilmək deməkdir ki, bu da onun mənşə və yaradıcısı hesab olunur.

Digər tərəfdən, bildiyimiz kimi, ümumi səbəbiyyət qanunu zərurət və qətilik tələb edir. Səbəbiyyət qanunu hər hansı bir hadisənin özünün xüsusi zaman və məkan şəraitində baş verməsini, həmin şərait olmayanda isə baş verməməsini mütləq, qəti və labüd edir. Elmlər öz tezislərindəki qətiliyi bu qanuna borcludurlar.

İnsanın elmi proqnozu onun səbəblərdən xəbərdar olduğu qədərdir və qəzavü-qədər hadisələri kauzal sistemdə səbəb-nəticə vasitəsi ilə zəruriləşdirərək təyin elədiyi üçün o, zərurilik və qətiliyin özüdür. Belə olan halda, qəzavü- qədərin "qəti" ilə "qeyri-qəti"yə və ya "dəyişilən" ilə "dəyişilməyən” ə bölünməsi nə anlam ifadə edir?

Biz burada belə bir çıxılmaz vəziyyətlə qarşılaşırıq: ya əşərilər kimi yalnız bir növ qəzavü qədərə inanmalı, taleyin hər hansı bir şəkildə dəyişdirilməsinin mümkün olmasını inkar etməli və nəticədə insanın taleyin dəyişdirilməsində heç bir azadlıq və ixtiyara malik olmadığına inanmalıyıq, ya da mötəzilə kimi aləmdə və ya ən azından insanın iş və əmallərində qəzavü-qadəri inkar etməliyik. İndi isə baxaq görək bu çətin vəziyyətdən çıxış yolu var, ya yox?

İlk öncə qeyd etmək lazımdır ki, əşərilərin taleyin dəyişdirilməsinin mümkün olmaması barəsindəki nəzəri insanın qüdrət və ixtiyarını inkar edib onun öz taleyinə hakim olmamasına dəlalət etdiyi kimi, mötəzilənin nəzəri də tövhid və ilahi elmin təməl prinsipləri baxımından qəbuledilməz olmaqdan əlavə, insanın qüdrət və ixtiyar sahibi olub öz taleyinə hakim olması baxımından da bir dərdə dəymir. Çünki qəzavü-qədəri öz dini anlamında qəbul etməsək də, onun maddi anlamını, yəni ümumi və inkaredilməz səbəbiyyət qanununu və qanunların ondan doğan cəbri hökmranlığını (determinizmi) qabul etmək məcburiyyətindəyik.

Görəsən, aləmdə, ya heç olmasa, insanın iş və əməllərində səbəbiyyət qanununu inkar edə bilərikmi?! Mötəzilə və onların davamçıları bunu da ediblər. Onlar kauzal zərurilik prinsipini - ən azı, azad insan barəsinda - inkar ediblər. Mötəzilənin bu barədəki fikirlərini müasir Avropa alimlarinin bəzisi də deyib. Onlar "azad iradədən, yəni səbəbiyyət qanununa tabe olmayan iradədən söz açaraq hətta iddia ediblər ki, səbəbiyyət qanunu yalnız atomlardan ibarət maddi aləmdə keçərlidir və bu qanun qeyrimaddi və atomdaxili aləmə aid deyil. Söhbətimizin mövzusu səbəbiyyət qanunu olmadığı üçün biz indi bu mövzuya daxil olub, ondan danışa bilmərik. Bu barədə ətrafı məlumat almaq istəyənlərə "Fəlsəfənin əsasları və realizm metodu" kitabının üçüncü cildinə yazdığımız haşiyələrə müraciət etməyi tövsiyə edirik. Burada sadəcə bunu deyə bilərik ki, müasir alimlər səbəbiyyət qanununun ümumi bir qanun olmasına şübhə ilə yanaşdıqlarına görə onu təcrübi bir qanun olduğunu sanıblar. Daha sonra elmi təcrübələrin nəsnələr arasındakı kauzal əlaqələri kəşf edib müəyyən səbəbin ardınca müəyyən nəticənin yaranmasını dərk edə bilmədikləri durumlarda bu kimi durumların səbəbiyyət qanunu çərçivəsindən xaric olduğunu güman ediblər.

Ümumiyyətlə, bəşəriyyətin bütün elmi qanunlarının və insanın bütün zehni təsəvvürlərinin hiss və təcrübədən qaynaqlanması görüşü bir çox qərb fəlsəfi sistemlərinin düçar olduğu ən böyük səhvlərdən biridir. Bu onların şərqdəki təqlidçilərinə də keçib.

Uzun sözün qısası, ümumi səbəbiyyət qanununu inkar etmək mümkün deyil və onu qəbul etməklə qəzavü-qədərin ilahi tərifinə inanıb-inanmamağımızdan asılı olmayaraq, qeyri-qəti tale problemi öz yerində qalır. Problemin xülasəsi belədir: hər bir hadisə, o cümlədən insanın iş və əməlləri öz səbəbləri vasitəsi ilə qətiləşir ("qəza") və öz xüsusiyyətlərini onu yaradan səbəblərdən aldə edir ("qədər"). Demək, səbəbiyyət qanunu qətilik və inkarolunmazlıqla eynidir və onda hər hansı bir dəyişiklik baş verə bilməz. Ona görə də bu problemlə ümumi səbəbiyyət qanununu qəbul edənlərin hamısı, o cümlədən həm kauzal zəruriliyi və determinizmi qəbul edən, həm də taleyin dəyişməsini mümkün sayaraq insanın öz taleyinə hakim olduğunu deyən materialistlər də qarşılaşırlar. Odur ki, mötəzilələrin qəzavü-qədəri öz dini anlamında inkar etməsi, yəni ilahi iradənin aləmdə olan bütün hadisələrə şamil olmasını və ilahi elmin ümumi varlıq sisteminin qaynağı olmasını inkar etməsinin heç bir faydası yoxdur.


Yüklə 144,32 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə