İnsan və tale problemi



Yüklə 144,32 Kb.
səhifə13/32
tarix21.01.2022
ölçüsü144,32 Kb.
#83022
1   ...   9   10   11   12   13   14   15   16   ...   32
Mürtəza Mütəhhəri. İnsan və tale problemi

Qazavü-qədər

"Qəza" sözünün mənası "hökm çıxarmaq, kəsmək, son qoymaq"dır. Qaziyə "qazi" deyilməsinin səbəbi onun mübahisə edən tərəflər arasında hökm çıxarması və onların mübahisasinə son qoymasıdır. Bu söz Qurani-kərimdə həm insan barəsində, həm Allah barəsində, həm ixtilafa son qoyan söz barasində, ham də əməli və təbii iş və həqiqət barəsində çox işlədilmişdir.

"Qədər" sözünün manası isə "ölçü, təyin etmək"dir. Bu söz da Qurani karimdə həmin mənada çox işlədilmişdir.

Aləmdəki hadisələr, onların baş verməsi Allahın elm və istəyində qətiləşdiyi üçün "ilahi qəza" ilə həyata keçirlər və onların məkan və zaman baxımından çərçivə, ölçü və vəziyyəti təyin olunduğu üçünsə "ilahi təqdir" ilə ölçürlər.

Filosof və teoloqlar bu barədə müxtəlif terminlərdən istifadə edirlər. Onlar Allah-taalanın elminə və Onun elminin mərtəbələrinə aid olduğu və habelə bir çox məsələlərdən, o cümlədən ümumi varlıq aləmləri barədə araşdırma aparılmasından asılı olduğu üçün biz bu mövzuya daxil olmuruq.

Sadəcə burada araşdırmaq lazımdır ki, aləmdə baş verən hadisələr barədə ümumilikdə üç növ yanaşmadan söz açmaq olar:

Birinci yanaşma: hadisələrin öz keçmişi ilə heç bir əlaqəsi yoxdur, Belə ki, baş verən heç bir hadisənin özündən qabaqkı hadisələrlə (istər zaman baxımından qabaqkı olsun, istər zamandan başqa baxımdan) əlaqəsi yoxdur; onun nə varlığının özü əvvəlki şeylərlə əlaqəli və onlardan asılıdır, nə də xüsusiyyət, forma, zaman və məkan baxımından xüsusiyyətləri, ölçü və hüdudu keçmişə aiddir və keçmişdə təyin olunmuşdur.

Əlbəttə, belə bir halda tale mənasızlaşır. Heç bir varlığın taleyi əvvəlcədən, yəni başqa varlığın varlıq mərtəbəsində təyin olunmur. Çünki onların arasında heç bir ontoloji əlaqə yoxdur. Bu görüşə əsaslansaq, onda gərək səbəbiyyət prinsipini tamamilə inkar edək, hadisələrin əbəs olduğunu və təsadüfən baş verdiyini deyərək onları qeyri- elmi şəkildə izah edək. Ümumi səbəbiyyət prinsipi, hadisələr arasında qəti və zəruri bağlılığın olması və hər bir hadisənin öz qətiliyini, həmçinin təqdir və ontoloji xüsusiyyətlərini özündən əvvəlki nəsnə və ya nəsnələrdən alması qəti və inkaredilməz bir məsələdir. Səbəbiyyət prinsipi, kauzal zərurilik prinsipi va habela kauzal uyğunluq prinsipini bütün bəşəri elmlərin postulatı hesab etmək lazımdır.33

İkinci yanaşma: biz hər bir hadisənin səbəbinin olduğunu deyir, amma səbəb-nəticələr sistemini, hər bir səbəbin xüsusi bir nəticəni zəruriləşdirməsini və hər bir nəticənin yalnız müəyyən səbəbdən doğmasının mümkünlüyünü inkar edərək belə sanırıq ki, bütün varlıq aləmində bir səbəb və bir subyekt var və o da Allah-taaladır; bütün hadisə və varlıqlar birbaşa və bilavasitə Ondan doğulur; Allahın iradəsi hər bir hadisəyə birbaşa və müstəqil şamil olur; belə fərz edirik ki, "İlahi qəza" Allahın hər bir mövcudun varlığı ilə bağlı elm və iradəsi digər elm və qəzasından ayrı və müstəqil olması deməkdir. Bu zaman qəbul etməliyik ki, Allahdan başqa heç bir aktiv subyekt yoxdur. Allahın elmi əzəldən filan hadisənin filan vaxt baş verməsinə yönəlib və həmin hadisə həmin vaxt, mütləq, mövcud olur və həmin hadisənin mövcud olmasında heç nə rol oynamır. İnsanların iş və əməlləri də həmin hadisələrdən biridir. Bu iş və əməlləri birbaşa və bilavasitə qəzavü-qədər, yəni ilahi elm və iradə yaradır və insanın özü, güc və qüvvəsi onda heç bir rol oynamır. Bunlar sadəcə olaraq zahirdə olan bir pərdə və xəyali bir səhnədir.

Budur fatalizm və cəbri talenin mənası. Bu elə bir inancdır ki, əgər hansısa şəxs va ya qövmdə belə bir inanc yaranarsa, onların həyatını məhv edər.

Bu yanaşma elmi va ictimai fəsadlara yol açmasından əlavə, məntiqi baxımdan da qəbuledilməzdir, Hərmçinin öz yerində qeyd edildiyi kimi, əqli və fəlsəfi sübutlar baxımından bu fikrin əsassız olması şübhəsizdir. Səbəb-nəticə qanunu və hadisələr arasındakı kauzal əlaqəsin var olması inkaredilməz bir həqiqətdir. Təbiət elmləri, hissi və təcrübi müşahidələr səbəb-nəticə qanununa dəlalət edir. Bundan əlavə, İslam fəlsəfəsində bu tezisin lehinə olduqca tutarlı sübutlar gətirilmişdir. Ümumi səbəbiyyət prinsipini və səbəb-nəticə sistemini Qurani-kərim də təsdiqləmişdir.

Üçüncü yanaşma: aləmə və aləmdə olan bütün hadisələrə ümumi səbəbiyyət qanunu və hər bir nəticənin xüsusi səbəbdən doğması prinsipi hakimdir və əvvəl mövcud olmayıb sonradan yaranan hər bir şey öz varlığının zəruriliyini və qətiliyini, həmçinin öz forma, zaman və məkan xüsusiyyətlərini, eləcə də digər ontoloji xüsusiyyətlərini özündən qabaqkı səbəblərdən əldə edib və hər bir varlığın keçmişi, indiki vəziyyəti və gələcəyi ilə ondan əvvəlki səbəblər arasında sarsılmaz, ayrılmaz bir bağlılıq var.

Bu yanaşmaya əsasən, hər bir varlığın taleyi onun səbəbi kimi çıxış edən başqa varlığın əlindədir. Onun yaranmasını həmin səbəb zəruriləşdirərək ona qətilik bəxş edib. Həmçinin onun ontoloji xüsusiyyətlərini həmin səbəb zəruriləşdirib. Həmin səbəbin özü də başqa bir səbəbin nəticəsidir və bu, beləcə davam edir… Deməli, ümumi səbəbiyyət prinsipinin qəbul edilməsi hər bir hadisənin öz zərurət və qətiliyini, eləcə də öz xüsusiyyət, forma, ölçü və keyfiyyətini öz səbəbindən götürülməsinin qəbul edilməsini tələb edir. Bu məsələdə bizim teist olub, bütün zərurətlərin ("qəzaların) və bütün təyinlərin ("qədərlərin) mənşəyi olan ilk səbəbə inanıb-inanmamağınızın fərqi yoxdur. Buna görə də əməli və ictimai baxımdan bu məsələdə teist ilə materialist arasında fərq yoxdur. Çünki taleyə inam ümumi səbəbiyyət qanununa və kauzal sistemə inamdan qaynaqlanır, istər bu inamın tərəfdarı teist olsun, istər də materialist. Sadəcə olaraq fərq burasındadır ki, materialistə görə, qəzavü-qədər sırf obyektiv (ontoloji) bir nəsnədir, teistə görə isə, obyektiv nəsnə olmaqla yanaşı, həm də idraki (epistemoloji) nəsnədir. Yəni hər hansı bir materialistin fikrincə, hər bir varlığın taleyini öz iş və xüsusiyyətlərindən xəbəri olmayan əvvəlki səbəblər təyin edir. Amma teistin fikrincə, vertikal (şaquli) səbəblər (zamanın fövqündə dayanan səbəblər) özlərindən, öz iş və xüsusiyyətlərindən xəbərdar və agahdırlar. Ona görə də teistlərin məktəbində həmin səbəblərə "kitab", "lövh", "qələm" və s. bu kimi dini adlar verilir. Amma materialistlərin məktəbində bu adlara layiq olacaq heç nə yoxdur.


Yüklə 144,32 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə