İnsan və tale problemi



Yüklə 144,32 Kb.
səhifə9/32
tarix21.01.2022
ölçüsü144,32 Kb.
#83022
1   ...   5   6   7   8   9   10   11   12   ...   32
Mürtəza Mütəhhəri. İnsan və tale problemi

Siyasi sui-istifadələr

Tarixdən belə məlum olur ki, qəzavü-qədər məsələsi Bəni-Üməyyənin hakimiyyəti dövründə əməvi siyasətçilərinin əlində möhkəm və tutarlı bəhanə olmuşdur. Onlar ciddi şəkildə fatalizmi müdafiə edir və insanın azad və ixtiyar sahibi olması tərəfdarlarını dini etiqada qarşı çıxmaq adı ilə ya öldürürdülər, ya da zindana salırdılar. Hətta belə bir məşhur deyim də var idi: "Cəbr (fatalizm) və təşbeh əməvilərin, ədalət və tövhid ələvilərin (Əli tərəfdarlarının) etiqadıdır".

Əməvilərin zamanında insanın iradə azadlığına malik olması məsələsini irəli sürən və insanın azad və ixtiyar sahibi olması inancını müdafiə edən ən qədim şəxslərdən biri iraqlı Məbəd Cühəni və şamlı Gilan Diməşqi olub. Bu iki şəxs dürüst, doğruçu, sadiq və imanlı şəxs kimi tanınırdılar. Məbəd, ibn Əşəs ilə birlikdə qiyam elədi və Həccacın əli ilə öldürüldü. Həmçinin Gilanın bu barədəki sözləri Hişam ibn Əbdülməlikin qulağına çatandan sonra Hişamın göstərişi ilə onun əl və ayaqları kəsildi və daha sonra onu dar ağacından asdılar. Şibli Nöman "İlahiyyat elmi tarixi" adlı kitabının birinci cildinin 14-cü səhifəsində belə yazır:

"Əqidə ixtilafı üçün bütün cəhətlərdən tam münasıb şarail olsa da, onun başlanğıcı siyasət və ya ölkənin idarəçilik sisteminin təlabatı olub. Əməvilərin zamanında zülm va qəddarlıq baş alıb getdiyi üçün insanların içində etirazlar baş qaldırırdı. Amma kiminsə ağzından şikayət çıxan kimi hökumət tərəfdarları məsələnin ilahi təqdirdən asılı olduğunu deyir, onu sakitləşdirməyə va susdurmağa çalışır, baş verənlərin Allahın təqdiri və razı qaldığı iş olduğunu və danışıb etiraz etməyin düz olmadığını deyirdilər: "Biz ilahi təqdirin xeyrinə də, şərinə də iman gətirmişik. Həccacın zamanında tabiinlərdən olan çox şücaətli və doğruçu şəxs Məbəd Cühəni bir gün öz ustadı Həsən Bəsridən soruşdu: "Bəni- Üməyyənin qəzavu-qədər məsələsini bu qədər qabartması nə qədər düzgün və doğrudur?" Həsən Bəsri isə belə dedi: "Onlar Allahın düşmənidir, yalan danışırlar".

Abbasilərin siyasəti Əməvilərin siyasəti ilə üst-üstə düşmürdü və onların bəzisi, xüsusilə Məmun və Mötəsim insanın azadlıq və ixtiyara malik olmasına etiqad bəsləyən mötəziliyi himayə edirdilər. Amma Mütəvəkkilin xilafəti dövründən sonra vəziyyət dəyişdi və onlar fatalist əşəriliyi himayə elədilər və ondan sonra isə əşərilik İslam dünyasının geniş yayılmış və ümumi məzhəbi oldu.

Şübhəsiz, əşərilik məktəbinin İslam dünyasında yayılması və nüfuz qazanmasının çox böyük mənfi nəticələri oldu. Şiəlik kimi digər məzhəblər rəsmən onlara tabe olmasalar da, onların etiqadının nüfuz qazanmasından amanda qalmadı. Buna görə də şiə məktəbi ilə əşərilik məktəbi arasında ziddiyyət olsa da, - əlbəttə, şiəlik mötəziliklə də tamamilə uyğun deyil - ərəb və fars dilində olan şiə ədəbiyyatında insanın azadlıq və ixtiyara malik olması barədə fatalizm qədər söz açılmayıb. Halbuki şiə rəhbərlərinin, yəni Əhli-beyt imamlarının açıq-aydın sözlərinə əsasən, ümumi qəzavü-qədər insanın iradə azadlığı ilə ziddiyyət taşkil etmir.

"Tale" və ya "qəzavü-qədər" sözünün qorxunc olmasının səbəbi islam dünyasına əşərilik məktəbinin hakim kəsilərək islam ədəbiyyatını öz təsiri altına alması nəticəsində bu və buna bənzər sözlərin fatalizm, azadlığın olmaması, gözəgörünməz bir qüdrətin məntiqsizçəsinə insana, onun əməl və işlərinə hakim olmasına sinonim kimi təqdim edilməsidir.


Yüklə 144,32 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə