İnsan və tale problemi



Yüklə 144,32 Kb.
səhifə12/32
tarix21.01.2022
ölçüsü144,32 Kb.
#83022
1   ...   8   9   10   11   12   13   14   15   ...   32
Mürtəza Mütəhhəri. İnsan və tale problemi

Tənzih32 və tövhid

İslam filosofları və teoloqları arasında bu məsələnin ortaya çıxmasının səbəbi onların bir tərəfdən səbəb-nəticə qanununa və bütün hadisə və mümkün varlıqların zəruri varlıqla sonlanmasına, digər tərəfdən isə hər hansı bir hadisənin yaranması, amma Allahın iradəsinə əsaslanmamasının qeyri-mümkünlüyünə diqqət etməsidir. Başqa sözlə desək, onlar bir tərəfdən, feili tövhidə və varlıq aləmində Allahın şərikinin olmamasına diqqət edirdilər, digər tərəfdən isə hətta avam insanların dərk etdiyi bu nüansı başa düşürdülər ki, çirkinlikləri, pis işləri və günahları Allaha aid etmək olmaz. Buna görə də onlar tənzih ilə tövhid arasında çaşbaş qalırdılar. Belə ki, onların bəzisi "tənzih" adı ilə Allahın iradə və istəyinin bəndələrin bəzən də pis və çirkin olan əməllərinə təsir etmədiyini deyirdilər. Bəziləri isə tövhid və "Varlıq aləmində Allahdan başqa təsir qüvvəsi yoxdur" adı ilə hər şeyi Onun iradəsinə aid edirdilər.

Deyilənlərə görə, insanın iradə azadlığı və ixtiyara malik olmasına etiqad bəsləyən Gilan Diməşqi qəzavü-qədərə inanan məşhur alim Rəbiətürrəyin başı üzərində dayanaraq belə deyib: "Sən Allahın özünə qarşı günah edilməsini istədiyini güman edən şəxssən". Yəni sənin əqidənə görə, günahlar da Onun istək və iradəsindən qaynaqlanır. Rəbiətürrəy də dərhal belə cavab verib: "Sən Allahın özünə qarşı məcburi olaraq günah edildiyini güman edən şəxssən". Yəni sənin əqidənə görə, ola bilər, Allah bir şey istəsin, amma Onun istədiyinin əksi baş versin.

Bir gün qəzavü-qədər əqidəsi tərəfdarı olan Əbu İshaq İsfərayini, Sahib ibn Əbbadın yanında oturmuşdu. Qazi Əbdülcəbbar Mötəzili içəri daxil oldu. Əbu İshaqdan fərqli olaraq Qazi Əbdülcəbbar qəzavü-qədərin ümumiliyini inkar edirdi. Qazi Əbdülcəbbann gözü Əbu İshaqa sataşan kimi belə dedi: "Allahın zatı çirkin işlərin Ona aid edilməsindən pak və uzaqdır". O, kinayə ilə demək istəyirdi ki, sən hər şeyi Allaha isnad edirsən və bu, Allahın pis işlər görməsi deməkdir. Əbu İshaq isə dərhal belə cavab verdi: "Mülkündə - varlıq mülkündə - istədiyindən başqa heç nə baş verməyən Allah eyib və nöqsanlardan pak və uzaqdır". O da kinayə ilə bunu demək istəyirdi ki, sən Allahın mülkündə Ona şərik qoşursan və hər hansı bir şeyin Allahın istəməməsinə rəğmən, baş verməsinin mümkün olduğunu güman edirsən.

Öncə də qeyd etdiyimiz kimi, bu məsələ siyasi və ictimai maraqların müdaxiləsindən qabaq elmi məchul və problem olub. Bəziləri hər şeyin, hətta çirkin və pis işlərin Allaha isnad edilməsi əqidəsini qəbul edə bilməyiblər və Allahın bu cür işlərdən pak və uzaq olduğunu deyiblər. Tövhidlə daha yaxından tanış olan başqa bir dəstə üçün isə Allahın zatı ilə var olan və hər bir varlığın hər an Allahdan yardım aldığı varlıq alamində hansısa bir varlığın müstəqil olması, Allahın bir, həmin varlığın isə başqa bir şey istəməsi və sonda Allahın istəyinin əksinə olaraq maxluqun istəyinin gerçəkləşməsi qəbuledilməzdir. Buna görə də məsələ ilə bağlı fikirayrılığı ortaya çıxdı.

Bu dəstələrin hər biri öz əqidasinə tutulan iradlara cavab verməyin öhdəsindən gələ bilimədən qarşı tərəfin əqidəsi barəsindəki iradları bəyan etmaklə öz əqidəsinin düzgün olduğunu sübut etməyə çalışırdılar. Əgər ilahiyyat kitablarına müraciət etsəniz, dediklərimizin həqiqət olduğunu görərsiniz. Ğilan ilə Rəbiatürrəy, həmçinin Qazi Əbdül cəbbar ilə Əbu İshaqin mübahisəsi belə bir arqumentasiya (dəlilgətirmə) metodunun bariz nümunəsidir. Əslində, nə qəzavü-qədər, nə də iradə azadlığı tərəfdarlarının təqdim etdiyi qəzavü-qədər və iradə azadlığı müdafia edilməyə layiqdir. Əgər onlar məsələnin həqiqətini dərk etsəydilər və dəstələrdən hər birinin nəzərinin həqiqətin yalnız bir hissəsini ehtiva etdiyini başa düşsəydilər, o zaman mübahisə aradan qalxar və bilərdilər ki, qəzavü-qədər və feili tövhidə inam fatalizm və insanın azadlığının əlindən alınması ilə nəticələnmir. Həmçinin insanın ixtiyar və iradə azadlığına malik olması qəzavü-qədərin inkar edilməsini tələb etmir.




Yüklə 144,32 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə