İnsan və tale problemi



Yüklə 144,32 Kb.
səhifə15/32
tarix21.01.2022
ölçüsü144,32 Kb.
#83022
1   ...   11   12   13   14   15   16   17   18   ...   32
Mürtəza Mütəhhəri. İnsan və tale problemi

Azadlıq və ixtiyar

Burada bir sual yarana bilər: əgər biz ilahi qəzavü-qədəri hadisələrin birbaşa və bilavasitə səbəbi hesab etsək, onda insanın azadlıq və ixtiyarının heç bir anlamı qalmayacaq. Görəsən, ümumi səbəbiyyət qanununu qəbul etməklə insanın azad və ixtiyar sahibi olduğunu qəbul etmək olarmı, yoxsa ümumi səbəbiyyət qanunu da insanın azadlıq və ixtiyarı ilə ziddiyyət təşkil edir? Görəsən, insanın azadlıq və ixtiyara malik olmasına inamın yeganə yolu onun əməl, iş və istəyinin heç bir kənar səbəblə əlaqəli olmamasına inanmaq və öncə qeyd edilən üç yanaşmadan birincisini qəbul etməkdirmi?

Qədim və müasir mütəfəkkirlərin bir çoxu ümumi səbəbiyyət qanununun insanın azadlıq və ixtiyar sahibi olması ilə ziddiyyət təşkil etdiyini güman ediblər. Buna görə də onlar məcbur qalıb azad iradənin, yəni heç bir səbəblə əlaqəsi olmayan iradənin mövcud olmasına inanıblar. Əslində, onlar, ən azı, insanın iradəsi ilə bağlı təsadüf və bihudəliyin var olduğunu qəbul ediblər.

Biz "Falsəfənin əsasları və realizm metodu" kitabının üçüncü cildinə yazdığımız haşiyələrdə sübut etmişik ki, ümumi səbəbiyyət qanunu inkaredilməz və istisnasadır. Bundan əlavə, əgər biz hər-hansı bir iradənin özündən kənar səbəblə əlaqəsini inkar etsək, onda gərək insanın bütün əmal və işlərinin onun ixtiyarından xaric olduğunu qəbul edək. Yəni biz iradə ilə hər hansı bir səbəb arasında zəruri əlaqənin olmadığını qəbul etməklə insanın ixtiyar sahibi olduğunu sübut etmək əvəzinə, onu daha da ixtiyarsızlaşdırmış oluruq.

İnsan azad va muxtar yaradılıb. Yəni ona ağıl, düşüncə və iradə verilib. İnsan öz ixtiyari işlərində yuxarıdan aşağı buraxılan və yerin cazibə qüvvəsinin təsiri altında özündən asılı olmayaraq yerə düşən daş kimi deyil. Həmçinin o, qarşısında ancaq məhdud bir yol olan va inkişaf şəraitinə malik mühitdə olanda özündən asılı olmayaraq qidanı özünə cəzb edərək inkişaf edən, böyüyən bitki kimi deyil. Habelə o, instinktlə bəzi işlər görən heyvan kimi də deyil. İnsan özünü həmişə dördyol ayrıcında görür və onlardan yalnız birini seçməyə məcbur deyil. Digər yollar onun üzünə bağlı deyil. Mövcud yollardan hansısa birini seçmək onun şəxsi fikir, nəzər, iradə va istəyindən asılıdır. Yəni konkret olaraq hansısa bir yolun seçilməsini onun təfəkkür tərzi və seçimi müəyyənləşdirir. Burada insanın şəxsiyyəti, əxlaqi keyfiyyatləri, psixologiyosı, aldığı tərbiyə, genetik xüsusiyyətləri, ağıl və uzaq- görənliyi özunü göstərməyə başlayır, hər bir kəsin xoşbəxt və ya bədbəxt gələcəyinin onun şəxsiyyəti, psixologiyası, əxlaqi vərdişləri, intellektual və elmi səviyyəsi və nəhayət, özü üçün seçdiyi yol ilə nə qədər əlaqəli olması məlum olur.

İnsanla toxunduğu şeyi yandıran od, içindəkini boğan su, bitən bitki, hətta yol gedən heyvan arasındakı fərq budur ki, onların heç biri öz iş və xüsusiyyətini neçə iş və xüsusiyyət arasından seçmir, amma insan belə bir seçim edir. O həmişə neçə iş və neçə yol qarşısında olur və har hansı bir yol və işin qətiləşməsi yalnız onun şəxsi istəyi ilə əlaqəlidir.




Yüklə 144,32 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə