İnsan və tale problemi



Yüklə 144,32 Kb.
səhifə11/32
tarix21.01.2022
ölçüsü144,32 Kb.
#83022
1   ...   7   8   9   10   11   12   13   14   ...   32
Mürtəza Mütəhhəri. İnsan və tale problemi

İntellektual düyün

Əlbattə, öncə qeyd edilənlərin mənası müsəlmanlar arasında qəzavü-qədər, fatalizm və ixtiyar məsələsinin kökünün yalnız ictimai və siyasi olması deyil. Biz qarşıda da izah edəcəyik ki, bu məsələ hər şeydən əvvəl elmi problem, fəlsəfi məchul və intellektual düyündür və ümumi məsələlər barəsində fikirləşmək qabiliyyəti olan hər bir fərd və xalq istər-istəməz onunla qarşılaşır. Bəlkə də, dünyada bu məsələ barəsində har hansı bir şəkildə fikirləşməmiş xalq tapmaq mümkün deyil.



Materialist fəlsəfə və tale

Bəziləri elə sanır ki, bu problemlə ancaq teistlər qarşılaşır və materialistlərə bunun aidiyyəti yoxdur, onlar bu məsələni dərk və həll etmək zəhmətinə qatlaşmalı olmurlar. Bu, səhv bir təsəvvürdür. Bu problemlə cüzi fərqlə materialist düşüncə sahibləri də qarşılaşırlar. Çünki sabit va qəti səbəb-nəticə qanununa əsasən, hər bir nəsnə və olay səbəb, ya səbəblərdən doğur, həmin səbəb və səbəblər də öz növbəsində başqa səbəb və səbəblərdən doğur. Digər tərəfdən, uyğun səbəb mövcud olduğu təqdirdə, nəticənin yaranması zəruri, qəti və qaçılmazdır və səbəb mövcud olmayanda isə onun yaranması qeyri-mümkündür.

Materialistlər ümumi səbəbiyyət prinsipini və kauzal31 zəruriliyi bu şəkildə qəbul ediblər və bunu da materialist fəlsəfənin ən böyük dayağı hesab edirlər. Burada onlar və mənsub olduqları məktəb belə bir sualla qarşılaşır ki, insanın əməl və işləri bütün digər şeylər kimi bu qanuna tabedir və ondan müstəsna ola bilməz. Yəni insanın əməlləri qəti, labüd və determinist qanunların təsiri altında həyata keçir və bu halda azadlıq və ixtiyarı necə və hansı yolla izah etmək olar? Buna görə də gördüyümüz kimi, fatalizm və ixtiyar məsələsi teist və materialist, antik və müasir olmasından aslı olmayaraq, bütün fəlsəfi sistemlərdə müzakirə obyektidir. Əlbəttə, problemin teistik fəlsəfə ilə materialist fəlsəfəsindəki forması qarşıdakı bəhslərdə də qeyd edəcəyimiz kimi, bir-birindən fərqlidir. Amma bu fərq məsələnin mahiyyətinə təsir göstərmir. Hətta ilahi qəzavü qədərə inamın materialist qəzavü-qədər və naturalist determinizmdə olmayan bir sıra imtiyazlar var.


Yüklə 144,32 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə