İnsan və tale problemi



Yüklə 144,32 Kb.
səhifə19/32
tarix21.01.2022
ölçüsü144,32 Kb.
#83022
1   ...   15   16   17   18   19   20   21   22   ...   32
Mürtəza Mütəhhəri. İnsan və tale problemi

İnsanın üstünlüyü

İnsanın iş və əməlləri qəti və dəyişməz taleyə malik hadisələrdən deyil. Çünki o, minlərlə səbəbdən, o cümlədən insanın özünün müxtəlif istək və seçimindən asılıdır. Cansız təbiət, bitki və heyvanın instinktiv hərəkətlərində mövcud olan imkanların hamısı, eləcə də onların gerçəkləşməsində olan "əgərlərin hamısı insanın iş və əməllərində mövcuddur. Har hansı bir ağacın böyüməsi və ya hər hansı bir heyvanın instinktlə bir iş görməsi üçün təbii şərtlərdən ibarət minlərlə "əgər" ola bilər. İnsanın iş və əməllərində də həmin "əgər” lərin hamısı vardır. Bundan əlavə, insan ağıl, şüur, əxlaqi istək, seçim və tərcih etmə qüvvəsinə də sahibdir.

Ola bilər, insan onun təbii və heyvani instinkti ilə yüz faiz uyğun olan və heç bir maneəsi olmayan bir işi öz seçimi ilə məqsədəuyğun hesab edərək tərk etsin. Həmçinin ola bilər, o, təbiəti ilə yüz faiz ziddiyyət təşkil edən işi heç bir kənar məcburedici amil olmadan məqsədəuyğun saysın və öz ağılı ilə onu yerinə yetirsin. İnsan da heyvan kimi nəfsani təhrik və daxili istəklərin təsirinə məruz qalır. Amma onların qarşısında insanın əl-qolu bağlı deyil və o, bir növ azadlığa malikdir. Yəni hər hansı bir heyvanın instinktlə bir işi görməsinə zəmin yaradan və onu həmin işi yerinə yetirməyə və hərəkətə vadar edən bütün şərait insan üçün də yaranandan sonra onun ağıl və iradə ilə həmin işi yerinə yetirmək və ya tərk etmək imkanı açıqdır. Həmin işin yerinə yetirilməsi onun seçim qüvvəsinin bu işin görülməsini Ali Şura kimi təsdiq etməsindən və iradəsinin icraedici hakimiyyət kimi işə başlamasından asılıdır. Bütün bunlardan belə məlum olur ki, insan muxtar, yəni bütün təbii şərtlər mövcud olandan sonra onu yerinə yetirmək və ya tərk etməkdə azad və öz taleyinə təsir etmək imkanına malik bir subyektdir. İnsanın azad olması onun səbəbiyyət qanunundan azad olması demək deyil. Çünki birincisi, səbəbiyyət qanunundan azad olmaq qeyri-mümkündür, ikincisi, onun ixtiyar və seçim ilə heç bir əlaqəsi də yoxdur. Əksinə, belə bir azadlıq "icbar" ilə eynidir. İnsanın xüsusi bir amil tərəfindən məcbur edilərək öz istəyinin əksinə davranması ilə əməlin səbəbiyyət qanunundan azad olaraq heç bir səbəb, o cümlədən insanın özü ilə əlaqəsinin olmaması və öz-özünə baş verməsi arasında nə fərq var?! "İnsan ixtiyar sahibi və azaddır", - cümləsi onun əməlinin öz istək, tam razılıq və seçim qüvvəsinin təsdiqindən qaynaqlanması yə heç bir amilin onun istək, rəğbət, razılıq və seçim qüvvəsinin əksinə vadar etməməsi deməkdir.

Əlqərəz, bütün səbəblər ilahl qəzavü-qədərin təzahürləri olduğuna görə hər bir hadisə barəsində nə qədər müxtəlif səbəb təsəvvür olunarsa, bir o qədər müxtəlif qəzavü-qədər fərz edilə bilər. Baş verən hadisə də, baş verməyən hadisə də ilahi qəzavü-qədər ilə gerçəkləşir.




Yüklə 144,32 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə