www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
527
etnotarixi mötəbərliyə, etnomədəni, etnosiyasi özünümüəyyənliyə
azərbaycançılıq mövqeyindən yanaşmanın xeyrinə həll
edilmişdir» [72, 160].
Maraqlıdır ki, akademik milli dilin adı məsələsində türk dili
və Azərbaycan dili variantından çıxış edən hər iki tərəfin eyni
dərəcədə haqlı olduğunu söyləsə də, Konstitusiyada «Azərbaycan
dili»nin öz əksini tapmasını «real həyatın gedişi» ilə bağlayır.
Halbuki bir millətin dilinin mahiyyətinin yüzdə-yüz türk olduğu
halda, adının «Azərbaycan dili» kimi müəyyənləşdirilməsi «real
həyatın gedişi» ilə həll oluna bilməzdi. Ümumiyyətlə, milli dilin
adı məsələsi ilə bağlı akademik «real həyatın gedişi» dedikdə
konkret nəyi nəzərdə tutmuşdur, məlum deyildir. Ancaq
Ə.Daşdəmirovun daha sonra qeyd etməsi ki, milli dilin adı
məsələsi azərbaycançılıq konsepsiyasının xeyrinə həll edilmişdir,
bu zaman müəyyən suallar ortaya çıxır. Yəni Ə.Daşdəmirovun bu
yanaşmasından belə nəticə çıxarmalıyıq ki, türk dilinin
Azərbaycan dili ilə əvəz olunması azərbaycançılıq konsepsiyasını
əsaslandırmaq üçün baş vermişdir. Bu, doğrudan da, məhz belə
olmuşdursa, deməli Azərbaycan türklərinin türk dili ilə
azərbaycançılıq bir-birinə zidddir. Əgər türk dili və
azərbaycançılıq ziddiyyət təşkil edirsə, Azərbaycan türklərinin
türk kimliyi ilə azərbaycançılıq da belə olmalıdır. Ancaq bütün
bunlar doğrudanmı belədir? Şübhəsiz ki, yox. Əgər türk dili və
türk kimliyi azərbaycançılığa zidd olsaydı, Azərbaycan türk
ideoloqları nə «Azərbaycan» adına müraciət edər, nə də bir türk
dövlətinə Azərbaycan Cümhuriyyəti adını verməzdilər.
Milli dilin adının türk dili deyil, «Azərbaycan dili» olmasını
əsaslandırmaq üçün AMEA-nın müxbir üzvü Nizami Cəfərov isə
üç tezis irəli sürür: 1) iki müstəqil türk mənşəli dilin hər ikisinin
eyni bir adla adlandırılması özünü doğrultmur; 2) qeyri-türk
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
528
528
mənşəli etnoslar «Azərbaycan dili»nin «türk dili» adlanmasından
narahatdır; 3) «Azərbaycan dili» adı artıq neçə on illərdir ki,
uğurla işlənir [65, 244]. Eyni zamanda, o qeyd edir ki,
«Azərbaycan dili» «Azərbaycan xalqı», «Azərbaycan milləti»,
«Azərbaycan dövləti» anlayışları ilə səsləşir. Əgər «Azərbaycan
dili» əvəzinə «türk dili», yaxud da «Azərbaycan türkcəsi» desək,
onda «türk milləti», «türk ədəbiyyatı», «türk dövləti» məfhumları
kimi yeni analogiya təklif edilmiş olur [64, 326].
Fikrimizcə, N.Cəfərovun birinci tezisi ümumiyyətlə, heç bir
mənada məntiqə uyğun deyil. Ən azı ona görə ki, iki, üç, beş və s.
deyil, hər bir türksoylu millətin türk dilinə sahib çıxması onun
təbii haqqıdır. Qeyri-türk mənşəli etnosların türk dilindən narahat
olmasına gəlincə, belə anlaşılır ki, əhalinin 100-də 90 faizini təşkil
edən biz Azərbaycan türkləri millətimiz və dilimizin «türk»
adından azsaylı etnoslara (talışlar, ləzgilər, avarlar, kürdlər və b.)
görə imtina etməliyik, ancaq bu mənada həmin etnik qruplar nə
dillərindən, nə də etnik adlarından imtina etməyə bilərlər və
etmirlər də. Sonuncu məsələyə gəlincə isə, «Azərbaycan dili»nin
bir neçə on illik tarixi olduğu halda, türk dilinin tarixi nəinki on
illiklərlə, heç minilliklərlə müqayisə edilə bilməz. Bu baxımdan
türk dilini istər vətəndaşlıq hüququ qazanması, istərsə də dünya
miqyasında tanınması mənasında Azərbaycan dili ilə müqayisə
etmək belə doğru deyil. Özəlliklə, N.Cəfərovun türk dilinin öz
haqlı və təbii mövqeyini bərpa edəcəyi təqdirdə «türk dövləti»,
«türk ədəbiyyatı», «türk tarixi» və bu kimi anlayışların da
işlədiləcəyini, ancaq bunun doğru olmaması ilə bağlı
mülahizələrinin heç bir elmi əsası yoxdur. Çünki hər millətin tarixi
onun yaşadığı coğrafi ərazinin adından öncə milli kimliyi, dili və
adət-ənənələri ilə bağlıdır. Məsələn, ABŞ-ın rəsmi dili ingiliscədir,
ancaq əhalisi amerikan adlanr. Ona görə də fikrimizcə,
www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
529
N.Cəfərovun burada «Azərbaycan dili»nin varlığını isbat etmək
üçün irəli sürdüyü müddəaların heç bir əsası və inandırıcı görünən
tərəfi yoxdur.
«Azərbaycançılıq» və «türkçülüy»ün sintezindən çıxış
edənlərin əksəriyyəti (B.Vahabzadə, Anar, H.Həsənov,
T.Hacıyev, K.V.Nərimanoğlu, K.Abdulla, C.Həsənli və b.) hesab
edirlər ki, Azərbaycan dili türk dili, «Azərbaycan türk dili»,
«Azəri türk dili», «Azərbaycan türkcəsi» kimi də adlandırla bilər.
Məsələn, tarixçi alim Həsən Həsənov (Əzizoğlu) yazır ki, dilimiz
türk dili adlansaydı daha yaxşı olardı [99, 39]. Azərbaycan
filosofu Rafail Əhmədli də təxminən enyi mövqedən çıxış edir:
«Dil davası, millət olaraq varlıq, müstəqillik davasıdır. Mənsub
olduğumuz türk dili vətənimizin birlik və bütünlüyünü, milli
tariximizin davamlılığını yaşadır» [78, 238]. Onlardan fərqli
olaraq Azərbaycan alimi Kamal Abdulla bu məsələ ilə bağlı bir
neçə variant irəli sürür və fikrimizcə, o qədər də məqbul olmayan
belə bir nəticəyə gəlir: «Dilimiz, əlbəttə ki, türk dilidir… Amma
bəlkə onu Azərbaycan dili adlandırsaq, daha düzgün olar?! Elədir
ki, var, dilimiz həm də Azərbaycan dilidir. Azərbaycan türk dili
necə? Şübhəsiz, o da doğrudur. Dilimiz Azərbaycan türk dilidir…
Eyni dilin üç adı? Təəccüblənməyə tələsməyək. Niyə də yox?! Bu
adların heç biri digərini inkar etmir» [1, 65-66]. Fikrimizcə, bir
millətin həyatı üçün müstəsna əhəmiyyətə malik olan dil
məsələsinə, yəni milli dilin adının hansı şəkildə müəyyənləşməsi
ilə bağlı problemə bu cür yanaşma qətiyyən doğru deyildir. Bəlkə
də, coğrafi ərazi, yaxud da dövlət adının hansı adla
adlandırılmasıyla bağlı bir neçə variant olsaydı, bunu haradasa da
təbii qəbul etmək olardı. Buna örnək olaraq, indiki dövlətimizin
vaxtilə hansı adla adlandırmasıyla bağlı bir neçə variantın (Xəzər,
Azərbaycan, Cənubi Qafqaz Türk və b.) irəli sürülməsini də
Dostları ilə paylaş: |