International scientific conference of young researchers



Yüklə 24,65 Mb.
Pdf görüntüsü
səhifə25/465
tarix12.10.2018
ölçüsü24,65 Mb.
#73522
1   ...   21   22   23   24   25   26   27   28   ...   465

II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

Baku Engineering University  

967

  

27-28 April 2018, Baku, Azerbaijan 

formalaşdırmışdır.  Zamanın  formal  əlaməti  kimi  burada  –dı

qrammatik  ünsürü  mətnin  ümumi 



məzmununu keçmiş zamana bağlayır. Daha diqqətçəkən məqam isə leksik səviyyədə zaman məzmunu 

ifadə edən “dəmbədəm” sözündən istifadədir. Azərbaycan dilinin izahlı lüğətində saatbasaat, anbaan, 



hər  ləhzə,  hər  dəqiqə,  hər  vaxt,  daim,  getdikcə  sözləri  ilə  mənası  açıqlanan  [2,  s.580]  dəmbədəm 

zaman zərfinin seçilməsi bəndin ahəngdarlığını daha da artırmışdır. Sözün fonetik tərkibində [d], [b], 

[m]  samitləri  müxtəlif  sözlərdə  işlənərək,  bəndin  ümumi  fonetik  sistemi  ilə  səsləşməsi  nəticəsində 

fonetik səviyyədə obrazlılıq yaratmışdır.  

B. Vahabzadənin 1966-cı ildə yazdığı “Təzadlar” poeması isə başdan-başa zamanın bədii-fəlsəfi 

estetikası ilə cilalanmışdır. Zaman ətrafında fəlsəfi mühakimələr B.Vahabzadə poeziyasında xüsusi bir 

xətt təşkil edir. 

Dolandım  

səhər-axşam  

Başına dünyamızın.  

Gördüm:  

Günün,  


Zamanın  

Əməlləri  

Yaraşmır  

Yaşına dünyamızın.  

Çox qocadır ərzimiz  

Ancaq,  


Başqadır bizim  

Ərzimizə ərzimiz. 

Tarixdən də qocadır,  

Zamandan da qocadır,  

Ancaq qocaman deyil,  

Onu belə qocaldan  

Vaxt deyil,  

Zaman deyil.  

Bir kainat əks olur  

Bəzən bircə qətrədə.  

Bir damlada,  

gilədə.  

O, necə qocadır ki,  

Dərk edə bilməmişdir  

Öz-özünü  

hələ də. [3, s.118-119] 

Yuxarıdakı nümunədə səhər-axşam, hələ kimi birbaşa zaman ifadə edən sözlər özündə zamanın 

fəlsəfi  dərkini  cəmləşdirən  gün,  zaman,  yaş,  qoca,  tarix,  vaxt  kimi  zaman  ifadə  etməyən,  yaxud 

birbaşa  zaman  ifadə  etməyən  sözlərlə  əlaqələnərək,  şairin  həyati  müşahidələrini  zaman  konsepti 

çərçivəsində aparılan fəlsəfi mühakimələrdə ümumiləşdirir. Zaman, vaxt, gün kimi semantik vahidlər 

isə bədii obraz səviyyəsinə yüksələrək, leksik səviyyədə obrazlılıq özünü göstərmişdir. Obrazlılıq daha 

çox  özünü  metaforaların  yaranmasında  göstərir.  Bu  da  əslində  həmin  semantik  vahidlərin  bədii 

mühakimələrin  mərkəzində  dayanaraq  obraza  çevirilməsi  ilə  bağlıdır.  “Günün,  zamanın  əməlləri 

yaraşmır”,  “onu  belə  qocaldan  vaxt  deyil,  zaman  deyil”  kimi  ifadələrlə  yaranmış  metaforalar  fikrin 

ifadəsində zaman konseptinin xətlərini daha da qalınlaşdırmışdır. 

Məmməd Arazın “Professor Gülə Məktub” şeirindən verilmiş parçada isə həm morfoloji-sintaktik 

strukturda, həm də leksik-semantik qatda bədii qavrayışın məntiqi yekunu kimi ortaya çıxmışdır. 

Daha dozmür, uçuram 

Əsrimin indisinə.  

Xəzər kimi hayqırır  

indi sinəm;  

Xəzəri qorumağa  

Silah istəyir, 



II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

Baku Engineering University  

968

  

27-28 April 2018, Baku, Azerbaijan 

 Yunan əsatirindən 

 Allah istəyir, 

 Dənizlər Allahı!  

Yox, professor, sabahı  

Sabah bu gün qorumalıyıq!  

Sabahın bu günkü kefindən  

qorunmalıyıq!  

Bu gün çürüyən toxum  

Sabah bərəkət olmur!  

Qənaət olmayanda,  

Bərəkət sərvət olmur...  

Biz bağların barını 

 Ömürlük dərsək,  

Gələcək nəsilə  

Quru ağac versək,  

Adımızı, ruhumuzu  

Çəkərlər dara.  

Sümüyümüzü yığıb  

Qoyarlar toplara... [4, s.67] 

Morfoloji-sintaktik  konstruksiyada  ifadə  olunan  indiki  zaman  konsepti  (dözmür,  uçur,  hayqırır, 

istəyir,  bərəkət  olmur,  sərvət  olmur)  leksik-semantik  qatda  ifadə  olunan  indiki  zaman  konsepti  ilə 

(indi,  bugün)  qarşılaşdırılması  ilə  ifadə  edilən  fikir  estetik  biçimdə  cilalanmışdır.  Şair  eyni  üsulla 

morfoloji-sintaktik  konstruksiyada  ifadə  olunan  gələcək  zaman  konseptini  (qorumalıyıq, 



qorunmalıyıq,  dərsək,  versək,  dara  çəkərlər,  toplara  qoyarlar)  leksik-semantik  qatda  ifadə  olunan 

gələcək  zaman  konsepti  ifadə  edən  sabah  sözünün  misralarda  təkrarı  ilə  ifadə  etmək  istədiyi  fikri 

emosional tərzdə biçimləndirmişdir. Zaman konseptinin leksik-semantik yükü ilə cilalanmış  ömürlük 

sözü  həmişəlik  mənasında  işlənərək,  bir  insan  ömrünə  bərabər  vahid  zaman  anlayışı  yaradır. 

Göründüyü  kimi,  zamanın  bu  cür  uyğunlaşdırılması,  zamandan  istifadənin  sadalanan  üsulları 

misralarda estetik, emosional-ekspressiv zaman harmoniyası yaratmışdır.  

Bədii düşüncədə zamanın öyrənilməsi tədqiqat üçün əlverişli imkanlar yaradır. Obrazlı dil, zəngin 

məcazlar sistemi zamanın ifadəsində də özünü göstərir.  

“Dilşünasların və filosofların metod və üsulları çoxdur. Bu fənləri kəskin ayırmaq yox, bir-birini 

tamamlayan  tərəflərini  nəzərə  almalıyıq.  İkisi  arasında  mübadilə  imkanlarını  sübut  etmək  üçün  bir 

neçə  nümunə  göstərə  bilərik.  “Kitab  dilçiliyi  və  Fəlsəfə  bu  günə  qədər  davam  edir,  struktur  dilçilik 

analitik fəlsəfəni yeni bir texnika ilə təmin edir. Hal-hazırda gedən inkişaf bu xəttin təbii davamıdır.” 

(Zeno  Vendler).  J.  L.  Austinə  görə  adi  dil  filosofları  vasitəsilə  elmi  tədqiqatlara  verilən  töhfə 

şübhəlidir:  “Dilçiliyin  fəlsəfə  halına  gətirdiyi  xətlər  boyunca  fəlsəfə  aparıcı  rola  malikdir.  Hesab 

edirəm  ki,  fəlsəfə  dilçiliyin  müəyyən  konsepsiyalarından  istifadə  edərək,  ortaya  çıxan  problemlərin 

analitik araşdırılmasında aparıcı rola malikdir.” [5, s.143] 

Qavrayışın  məfhuma  çevirilməsi  prosesində  zamanın  konseptual  dərki  elmi  yaradıcılıqda  da 

ayrıca  bir  istiqamət  təşkil  edir.  Elmi  yaradıcılıq  prosesində  zamanın  linqvistik  məzmunundan  daha 

çox,  zamanın  fəlsəfi  məzmununun  dərki  aparıcı  rola  malikdir.  Əslində  zamanın  koqnitiv  kateqoriya 

kimi dərki zamanın fəlsəfi dərkindən başlayır. Zamanın dil qatında ifadə vasitələri isə onun linqvistik 

istiqamətdə  tədqiqatına  şərait  yaradır.  Buradan  belə  bir  qənaətə  gələ  bilərik  ki,  zamanın  koqnitiv 

kateqoriya kimi tədqiqatı daha ümumi  məsələ olub, özündə zamanın fəlsəfi və linqvistik istiqamətdə 

tədqiqatını cəmləşdirir.  

ƏDƏBIYYAT 

1.

 



Axundov A. Ümumi dilçilik. Bakı: Şərq-qərb, 2006, 278 s. 

 

2.



 

AMEA Nəsimi adına Dilçilik İnstitutu. Azərbaycan dilinin izahlı lüğəti. I c., Bakı: Şərq-qərb, 2006, 740 s. 

3.

 

Vahabzadə B. Seçilmiş əsərləri. II c., Bakı: Öndər nəşriyyat, 2004, 321 s. 



4.

 

Məmməd A. Seçilmiş əsərləri. I c., , Bakı: Lider Nəşriyyat, 2004, 224 s 



5.

 

Chomsky N. Language and Mind. Cambridge University Press, 2002,209 p. 



6.

 

Robert J. S., Karin S. Cognitive Psychology, sixth edition, 609 p. www.cengage.com/highered  



7.

 

Abdullayev S. Dil və bədii qavrayış. Bakı: yazıçı, 1984, 167 s. 



8.

 

Evans V. and Green Melanie. Cognitive Linguistics. Edinburgh University Press Ltd, 2006, 851 p. 




Yüklə 24,65 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   465




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə