International scientific conference of young researchers



Yüklə 24,65 Mb.
Pdf görüntüsü
səhifə26/465
tarix12.10.2018
ölçüsü24,65 Mb.
#73522
1   ...   22   23   24   25   26   27   28   29   ...   465

II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

Baku Engineering University  

969

  

27-28 April 2018, Baku, Azerbaijan 

“ŞƏKİ” TOPONİMİNİN ETİMOLOGİYASI 

 

İradə İSRAFİLOVA

 

iisrafilova@std.qu.edu.az 

AZƏRBAYCAN 



 

XÜLASƏ 

Azərbaycan dilində olan sözlər hamısı birdən yaranmayıb. Bugün bir çox sözlər müxtəlif dillərdə geniş istifadə olunsa da, 

əslində  bu  sözlərin  öz  mənşələri  var.  Dilimizdə  zaman  keçdikcə  bəzi  sözlər  dəyişdikdən  sonra  yeni  məna  daşıyaraq  istifadə 

olunmağa başlayıb. Hal-hazırda mənası bilinməyən və ya heç yada düşülməyən sözlər vardır. Cəmiyyətdə istifadə olunan sözlərin 

mənasını öyrənmək üçün bir çox tədqiqatçılar çalışmışlar və sözlərin mənşəyinə uyğun lüğətlər tərtib etmişlər.  

 Sözlərin  mənasını,  mənşəyini  öyrənən  dilçilik  sahəsi  etimologiya  adlanır.  Cəmiyyətin  ictimai  iqtisadi  təcrübəsi  olub,  dərk 

etmənin mənbəyi, hipotez və nəzəriyyənin həqiqilik meyarıdır. Etimologiyada sözlər və ya dil vahidləri qohum, yaxud qonşu dillərin 

oxşar vahidləri ilə tutuşdurulur. (№1.) 

 Açar sözlər: etimologiya, toponimlər, Şəki 

SUMMARY 

 

All the words in Azerbaijani language were not formed at once. Although, today many words have been used widely 



in different languages, in fact these words have their own origins. In our language, some of the words changed over time and 

then began to be used with new meanings. Currently there are some words which have unknown meanings or they have never 

been remembered. To learn the meaning of words used in the community, many researchers have done studies and arranged 

dictionaries in accordance with the origin of words. 

 Etymology  is  the  field  of  linguistics  which  learns  the  meaning  and  te  origin  of  the  words.  It  is  social-economic 

experience of the society and the source of understanding, the reality criterion of hypothesis and theory. Etymology compares 

words of language units with similar units of related or neighboring languages. 

 Key words: etymology, toponyms, Shaki. 

 

Etimologiya sözü yunan mənşəli etymon “həqiqət” və loqos “söz, təlim” sözlərinin birləşməsin-



dən əmələ gəlmişdir. Bu termin iki mənada başa düşülür: a) sözlərin mənşəyi mənasında, b) sözlərin 

mənşəyini öyrənən, tədqiq edən elm mənasında. (№2, səh.204) 

Etimoloji araşdırmalar olduqca çətin və mürəkkəbdir. Ona görə də etimoloqun qarşısında duran 

əsas  vəzifələr  sırasında  sözün  “tərcümeyi-halını  bərpa  etmək,  müxtəlif  dövrlərdə  fonetik  və  məna 

cəhətdən  uğradığı  dəyişiklikləri  üzə  çıxarmaqdır.  Sözün  etimoloji  izahında  etimoloq  onun  (sözün) 

mənasına,  formasına,  fonetik  və  məna  dəyişikliklərinə  xüsusi  diqqət  yönəltməlidir.  Belə  olduqda 

etimoloji izah inandırıcı, əsaslı ola bilir. 

Etimologiyada dilin lüğət tərkibindəki bütün sözlər araşdırılmır, tədqiq olunmur. Yalnız etimolo-

giyası məlum olmayan sözlər öyrənilir. Yəni mənası məlum olan sözlərlə leksikologiya məşğul olur. 

Mənası məlum olmayan sözləri isə etimologiya araşdırır. 

Dilin inkişafı ilə bağlı olaraq sözün ilkin mənası onun sonrakı mənası ilə uyğun gəlməyə bilir. Bu 

zaman  sözün  ilkin  mənası  unudulur.  Çoxmənalılığın  yaranması  ilkin  mənanın  aydınlaşmasına 

maneçilik törədir. 

Sözün etimologiyasını öyrənən etimoloq aşağıdakıları mütləq bilməlidir: 

a)

 

Sözü qohum dillərin sözü ilə tutuşdurmağı, müqayisə etməyi bacarmalıdır; 



b)

 

Sözlərin müqayisəsi mənsub olduğu dilin fonetik qanunlarına uyğun aparılmalıdır; 



c)

 

Sözün  etimologiyasını  düzgün  izah  etmək  üçün  həmin  sözün  mənsub  olduğu  dilin  tarixini 



dərindən bilmək lazımdır; 

d)

 



Hansı xalqın dilinin etimologiyası öyrənilirsə, həmin xalqın adət-ənənəsinə, məişətinə, tarixinə 

hərtərəfli bələd olmaq vacibdir. 

Sözlərin  etimoloji  izahının  elmi  əsaslar  üzərində  aparılması  elmi  etimologiyanın  əsas  tələbidir. 

Elmi etimologiyadan başqa, xalq etimologiyası da vardır. Xalq etimologiyası xalqın hafizəsinə, yadda-

şına,  biliyinə  əsaslanmaqla  aparılan  etimologiyadır.  Burada  bəzən  ehtimallar,  təhriflər  də  az  olmur. 

Xalq  etimologiyasında  forması,  mənası  bizə  yaxşı  tanış  olmayan  sözlər  təhrif  olunur,  bu  da  nəticə 

etibarilə tamamilə təsadüfi olan bir izahata gətirib çıxarır. Xalq etimologiyası çox vaxt məntiqsizliyə, 

cəfəngiyyata meydan açır. Etimologiyanın bu növü təsadüfi oxşarlıq, səs uyğunluğu, anlaşılmayan hər 

hansı bir sözün təhrif yolu ilə mənalandırılması nəticəsində yaranır (№2, səh.204-205). 

Bugün bir çox sözlər müxtəlif dillərdə geniş istifadə olunurlar. Amma bu sözlərin öz mənşələri 

var, hansısa ölkələrdən gəlib çatıblar. Məsələn, ingilis sözü “television”-televizor yunan dilində “tele 

video”-“uzağı  görürəm”  mənasındadır.  Televizor  isə  hamıya  məlum  olan  şeylərdəndir.  Bəs  dil 

mənşəyinin bizim həyatlarımıza nə kimi təsiri var? 



II INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS 

Baku Engineering University  

970

  

27-28 April 2018, Baku, Azerbaijan 

Etimologiya  nəinki elm  və texnika nailiyyətlərində, həmçinin tarixi və coğrafi adlar və sözlərdə 

özünü  büruzə  verir.  Düşünürəm  ki,  etimologiyanın  ən  maraqlı  və  tarixi  mənbələri  şəhər  və  ölkələrə 

aiddir.  Hər  bir  şəhərin  adının  mənşəyi  barədə  çox  danışmaq  olar.  Burada  bir  neçə  şəhərlərin  ad 

mənşəyini göstərə bilərik. 

Hər bir şəhərin özünün mənbəyi var. Və bu adların mənşəyinə dair şəhərin tarixinin öyrənilməsi 

mümkün ola bilər. Buna görə də tarixin öyrənilməsi zamanı etimologiyanın çox böyük əhəmiyyəti var. 

Amma etimologiya təkcə şəhərlərdən bəhs etmir, incəsənətə də aidiyyəti var. “Latın atalar sözləri 

və deyimləri” adlı bir kitab var. Əslində balaca kitabçadır, amma içində çoxlu maraqlı məlumat var. 

Bu kitabda bir deyimə rast gəldim: “Avis rara” tərcümədə “nadir hallarda rast gəlinən quş” deməkdir. 

Təfsirdə nadir hallarda rast gəlinən əşyaya belə deyilir. Avis-“a bird” ingiliscə “quş” sözünə bir qədər 

oxşayır, bundan da çox “rara” sözü yenə də ingilis sözü “rare” nadir sözünə uyğunlaşır. 

Etimologiya özü sözlərin mənşəyi üzrə bir elm olaraq, çox böyük fayda daşıyır. Onun misalları 

saysız-hesabsızdır  və  coğrafiyaşünas,  tarixçi,  filoloq  və  bir  çox  başqa  elmləri  öyrənənlər  üçün 

faydalıdır (№3). 

Sözü mənşəyinə görə təhlil etmək (yəni etimoloji təhlil) onun yarandığı zaman (tarixin müəyyən 

mərhələsində malik olduğu tərkibi (kökü, şəkilçini) meydana çıxarmağa xidmət edir. Bu, sözün indiki 

strukturunu da müəyyən etmək üçün vacibdir (№10, səh.85). 

Şəki  Azərbaycanda  inzibati  rayondur.  Respublikanın  şimal-qərbində  yerləşir.  Rayonun  şimal 

hissəsi  Baş  Qafqaz  silsiləsinin  cənub  yamacında,  cənub  hissəsi  Bozdağ  yaylasında,  mərkəzi  hissəsi 

Əyriçay vadisində yerləşir. Rayonun ərazisindən Əyriçay axır və ona sağ tərəfdən Kiş, Şin və b. çaylar 

tökülür.  Mərkəzi  Şəki  şəhəridir.  Rayon  və  onun  mərkəzi  1968-ci  ilədək  Nuxa  adlanmışdır. 

Azərbaycanda  şəhər  eyniadlı  rayonun  mərkəzidir.  Baş  Qafqaz  silsiləsinin  ətəyindədir.  Şəki 

Azərbaycanın  ən  qədim  şəhərlərindəndir.  Şəhər  əvvəllər  Kiş  çayı  vadisində  yerləşirdi.  1772-ci  ildə 

güclü  sel  Şəkini  dağıtdıqdan  sonra  əhali  Nuxa  adlanan  indiki  əraziyə  köçmüşdür.  Şəhərin  adı  e.ə. 

Azərbaycana  gəlib  burada  məskunlaşmış  sak/şak  və  ya  saka/şaka  tayfasının  adı  ilə  bağlıdır.  Bu 

tayfanın  indiki  Gəncə-Qazax  zonasında  məskunlaşdığı  ərazi  antik  mənbələrdə  Sakasena,  erməni 

mənbələrində  isə  Şakaşen  kimi  qeyd  olunub.  Bəzi  tədqiqatçılara  görə,  saka/şaka  tayfası  İrandilli 

olmuşdur.  Lakin  son  tədqiqatlar  onların  türkdilli  olduğunu  göstərir.  Bunu  türkdilli  qazaxlarda  şaqa

özbəklərdə şakay/şekey, qırğızlarda sake/saka, türkmənlərdə şaklar tayfalarının mövcudluğu da sübut 

edir.  Yakutlar  bu  gün  də  özlərini  saxa  adlandırırlar.  Menandr  hələ  568-ci  ildə  yazmışdır  ki,  türklər 

qədimdə  saka  adlanırdılar.  Türkiyə,  Tatarıstan,  Ermənistan  ərazisində  Şəki  adlı  yaşayış  məntəqələri 

mövcuddur. Şəki rayonunun Suçma kəndi 1968-ci ildə Ermənistan ərazisindəki Gülüdüzü, Qavuşuq, 

Ələyəz,  Qabaqlı,  Gədikvəng,  Cabut,  Köçbəy,  Teri  və  Gomur  kəndlərindən  ermənilərin  zorla 

köçürdüyü  azərbaycanlılar  Şəki  üzümçülük  sovxozunun  birinci  şöbəsi  yanında  salmış  və  Şəki 

adlandırmışlar (№4, səh.211-212) 

Sözün  qədim  forması  Şakaşen  kimidir.  Görünür,  “sakların  şənliyi”  (abad  etdikləri  yer)  demək 

olub (Bəşir Əhmədov. Etimologiya lüğəti) (№5). 

Kiş  çayının  sol  sahilində  yerləşən  Şəki  şəhəri  1772-ci  ildə  baş  verən  palçıq  vulkanından  sonra 

yerini  dəyişərək  indiki  yerləşdiyi  ərazidə  yerləşir.  Nuxa  kəndinin  yaxınlığında  yerləşən  Şəki  şəhəri 

uzun  müddət,  yəni  1960-cı  illərə  qədər  Nuxa  kimi  adlandırılmış,  yalnız  1960-dan  sonra  öz  əvvəlki 

adını bərpa edərək Sak tayfalarının adıyla bağlı Şəki adını yenidən özünə qaytarmışdır (№6). 

Toponim kimmerlərin tərkibində gələn sak əsasında əmələ gəlmişdir. Şəki sak//saka etnoniminin 

fonetik variantıdır (№7, səh.322). 

Q.Qeybullayev saka türk etnoniminin həm də şaka formasında olduğunu göstərir. Etnotoponim-

dir. Quruluşca sadə toponimdir (№7, səh.322). 

Azərbaycanın  şimal  torpaqlarında  hələ  Miladdan  əvvəl  VI  yüzillikdə  maskutlar  məskun  idilər. 

Məlumdur  ki,  maskutlar-saklar  da  adlanırdılar.  Sakların  bu  ərazidə  çarlıq  yaratmaları  tarix 

ədəbiyyatında  mübahisə  doğurmur.  Onların  yaratdıqları  çarlığın  Sakasenanın  yaxud  Şakaşenanın 

ərazisi  görkəmli  mütəxəssis,  alim  İ.M.Dyakonovun  fikrincə,  şimalda  Kür  çayının  sağ  axarından 

tutmuş,  indiki  Gəncə  və  Qazaxdan  cənubda  Urmu  gölünün  sahillərinə  qədər  uzanırdı.  Bu  dövlətin 

adını indi də Şəki toponimi qoruyub saxlamaqdadır. Bu şəhər Şakaşena adlanmış, illər bir-birini, yüz 

illiklər yüz illikləri əvəz etdikcə, baş verən transformasiya nəticəsində Şakaşena toponimi Şəki şəklini 

almışdır (№8). 




Yüklə 24,65 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   465




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə