İpek yolu è ипек йолу реäАÊсийа ùейяти: Аêèô Ìóñàéåâ



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə4/76
tarix31.10.2018
ölçüsü3,91 Mb.
#77158
1   2   3   4   5   6   7   8   9   ...   76

əşyalar  və  gildən  hazırlanan  əşyalar  istehsalı  sahələrinin  Türkiyənin  ən  vacib  sahələri
olduğunu müəyyən etmişlər. Əsas tərəfdaşlar içərisində isə ilk 10 ölkənin Almaniya, İn-
giltərə, İtaliya, Fransa, İspaniya, Birləşmiş Ərəb Əmirlikləri, ABŞ, Rusiya, Rumıniya və
İraq olduğu müəyyən edilmişdir. İxracda ən vacib on sahə üzrə Türkiyə ilə eyni bazarlara
məhsul satan rəqib ölkələrin İtaliya, Fransa, Almaniya və Çin olduğu qənaətinə gəlinmişdir
[3, s.39]. 
Abebayehu Tegenenin müəllifi olduğu “Afrika ölkələri nümunəsində ixrac gəlirlərinin
qeyri-sabitliyi və ixracın diversifikasiyası” adlı tədqiqat işində də Afrika ölkələrinin ixracının
diversifikasiya səviyyəsi GHİ vasitəsilə qiymətləndirilmişdir. Tədqiqat zamanı müəllif belə
qənaətə gəlmişdir ki, Afrika ölkələrinin, xüsusilə də ən zəif inkişaf etmiş Afrika ölkələrinin
ixracı yüksək səviyyədə ixtisaslaşmışdır. Başqa sözlə, ixracın həm əmtəə, həm də tərəfdaşlar
üzrə strukturu aşağı səviyyədə diversifikasiya edilmişdir. Qiymətləndirmələri bir qədər də
dərinləşdirən Abebayehu Tegene ixrac gəlirlərində baş verən qeyri-sabitliyin əsas səbəbi
kimi həmin ölkələrin ixracının az sayda məhsullardan ibarət olduğunu və ixrac gəlirlərinin
coğrafiyasında yüksək ixtisaslaşmanın mövcud olduğunu qeyd etmişdir [4, s. 58].
Benton F. Massell 1970-ci ildə çap etdirdiyi “İxracın qeyri-sabitliyi və iqtisadi struktur”
adlı  məqaləsində  58  ölkə  (19-u  inkişaf  etmiş,  39-u  LDCs)  üzrə  apardığı  tədqiqatın
nəticələrini ümumiləşdirmişdir. Bu tədqiqat işində müəllif əvvəlcə GHİ vasitəsilə sözügedən
ölkələrin ixracının həm əmtəə, həm də tərəfdaşlar üzrə diversifikasiya səviyyəsini ölçmüş,
sonra isə həmin ölkələrin iqtisadi strukturunu xarakterizə etməyə imkan verən, ixracda ərzaq
və xammal məhsullarının ayrı-ayrılıqda paylarını (Rf və Rr), daxili istehlakın ümumi is-
tehsaldakı  payını  (D),  ixrac  bazarının  payı  əmsalını  (Z)  hesablamışdır.  Qeyd  edək  ki,
tədqiqatın ekonometrik modeli aşağıdakı tənlikdə verilmişdir:
I = b0 + b1C + b2G + b3Rf + b4Rr + b5log (D) + b6log (Z) + b7log (Y) + b8 M + b9
log (X) + e
Yuxarıdakı tənlikdə müəllif apardığı hesablamaların nəticələri ilə yanaşı adambaşına
düşən  milli  gəlir  (Y)  və  mallar  üzrə  ixracın ABŞ  dollarında  ifadəsi  (X)  kimi  statistik
məlumatlardan da istifadə edərək ixrac gəlirlərinin qeyri-sabitliyi ilə bu ölkələrin iqtisadi
strukturunda  baş  verən  dəyişikliklər  arasındakı  əlaqəni  ekonometrik  üsullarla
qiymətləndirmişdir [5, s.618-630].
Qeyd edək ki, belə tədqiqat işlərinə geniş yer vermək olar. Lakin onların əsas ortaq cəhəti
ondan ibarətdir ki, müəlliflərin böyük əksəriyyəti ya HHİ, ya GHİ, ya da CR4 əmsalının
metodologiyasına istinad edərək öz qiymətləndirmələrini aparmışlar. Bu baxımdan araşdır-
mada Türkiyədə ixracın diversifikasiyasının qiymətləndirilməsi məqsədilə yuxarıda adı çə -
kilən 3 indeksdən istifadə edilmişdir.
Metod və statistik göstəricilər
Metod
Tədqiqatın  əvvəlində  də  qeyd  olunduğu  kimi,  ixracın  diversifikasiyasının
qiymətləndirilməsi üçün çoxsaylı indeks və əmsallar formalaşdırılmış və təhlillərdə istifadə

İPƏK YOLU 

1/2017
AZƏRBAYCAN UNİVERSİTETİ
6


edilmişdir.  Bu  cür  indeksləri  uzun-uzadı  sadalamaq  olar.  Lakin  sadə  hesablanma
metodologiyasına  malik  olması  və  daha  dəqiq  nəticələr  əldə  etməyə  imkan  verməsi
səbəbindən biz hesablamalar zamanı  Herfindahl- Hirschman, Gini- Hirschman və CRm
(Concentration Ratio) indekslərindən istifadə etmişik. 
Herfindahl- Hirschman indeksi. Bu indeksdən ilk dəfə Albert O. Hirschman və Orris K.
Herfindahl istifadə etmişdir. Lakin onlar bunu bir-birindən xəbərsiz etmişlər. Buna görə də,
indeksin ilk dəfə hansı alim tərəfindən formalaşdırıldığını müəyyən etmək mümkün ol-
mamışdır. Elə bu səbəbdən də, iqtisadi ədəbiyyatlarda qeyd olunan bu indeks əsasən Herfin -
dahl-Hirschman (HH) indeksi kimi də şərh edilir [6, s.266].
Herfindahl-Hirschman indeksi bütün ixrac mallarının və ya tərəfdaşlarının ixracdakı pay-
larının kvadratları cəmi kimi ifadə edilir. İndeksin riyazi təsviri aşağıdakı kimidir:
(1)
Ümumiyyətlə, ixrac mallarının və ya tərəfdaşların ümumi ixracdakı payının (faizlə) cəmini
100 qəbul etsək, HHİ ən çox 10.000 qiymətini ala bilər (ixracda bir malın və ya tərəfdaşın
olduğu tam ixtisaslaşma vəziyyətində). Əgər ixracda bərabər ixrac payına sahib mallar və
tərəfdaşlar varsa, HHİ sıfıra yaxınlaşır, lakin sıfır olmur [7, s.23]. 
İqtisadi ədəbiyyatlarda ixracın diversifikasiyası ilə bağlı aparılmış əksər tədqiqat işlərində
HHİ 0 ilə 1000 arasında qiymət alarsa yüksək, 1000 ilə 1800 arası qiymət alarsa orta, 1800
ilə 10 000 arası qiymət alarsa zəif ixrac diversifikasiyasının olduğu kimi qəbul edilmişdir [8,
s.78]. Qeyd olunanları nəzərə alaraq, hazırkı tədqiqat işində biz də bu metodologiyadan isti-
fadə edəcəyik.
Gini-Hirschman  indeksi.  Məhsul  və  ölkə  səviyyəsində  intensivləşmənin
qiymətləndirilməsində daha çox istifadə edilən GHİ aşağıdakı düsturla hesablanır [9, s.19]:
GHİ=100*√(∑_(i=1)^n▒〖(X_(i,t)/X_t )^2 〗)                            (2)         
Bu tənlikdə istifadə edilən GHİ “t” ölkəsinin “i” sektorunda intensivləşmə indeksini; “n”
araşdırılan sektor sayını; “Xi” t ölkəsinin “i” sektorunun ixracını; “X” isə “t” ölkəsinin cəmi
ixracını göstərir. Başqa sözlə, bu indeks ölkənin mallar və tərəfdaşlar üzrə ixracının cəmi
ixracdakı payının kvadrata yüksəldilməsi və daha sonra bütün mallar və ya tərəfdaşlar üzrə
alınan nəticənin cəmindən kvadrat kökün alınaraq 100-ə vurulması yolu ilə hesablanır. 
Əgər GHİ hesablanarkən alınan qiymət 0-40 arasındadırsa, ixracın diversifikasiyası yüksək
(ixtisaslaşma zəif), 40-100 arasındadırsa, onda ixracın diversifikasiyası zəifdir (ixtisaslaşma
yüksək) [9, s.19].
CRm (Concentration Ratio) indeksi. CRm asan hesablanan bir ixtisaslaşma əmsalı olduğuna
görə geniş istifadə olunmaqdadır. Bu əmsalı müəyyən saydakı müəssisə, məhsul, sahə və ya
ölkənin ümumi paylarını izah edən bir anlayışdır. Burada CR1 ən böyük hissənin payı, CRm
isə m-ci hissənin komulyativ payıdır. M-ci hissənin qiymətinin seçimi tamamilə sərbəstdir.
AZƏRBAYCAN UNİVERSİTETİ
7

İPƏK YOLU 

1/2017


Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə