İpek yolu è ипек йолу реäАÊсийа ùейяти: Аêèô Ìóñàéåâ



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə7/76
tarix31.10.2018
ölçüsü3,91 Mb.
#77158
1   2   3   4   5   6   7   8   9   10   ...   76

Qeyd: * HHİ indeksinin qiyməti 0-10 000 intervalında
** GHİ indeksinin qiyməti 0-100 intervalında dəyişir
*** CR4 indeksinin qiyməti 0-100 intervalında dəyişir
Mənbə: Müəllif tərəfindən hesablanmışdır.
Apardığımız qiymətləndirmələr Türkiyə ixracının həm mallar, həm də tərəfdaşlar üzrə
yüksək səviyyədə diversifikasiya edildiyi nəticəsini ortaya qoymuşdur. Bununla yanaşı,
1980-ci ildən başlayaraq 2015-ci ilə kimi ixracın diversifikasiyasında əhəmiyyətli dəyişik-
liklər Türkiyənin bu istiqamətdə doğru mövqedə olduğunu, aparılmış fəaliyyətin, eləcə də
formalaşdırılmış mexanizm və alətlərin effektivliyini bir daha sübut etmişdir. Onu da qeyd
etməliyik ki, təhlillər göstərir ki, dünya təcrübəsində çox az ölkə var ki, ixracın diversi-
fikasiyasında həm mallar, həm də tərəfdaşlar üzrə Türkiyə kimi nəticələrə malik olsun.
Bəs belə mütərəqqi nəticələr əldə etmək üçün Türkiyə hansı addımlar atmışdır? Bu suala
tədqiqatın növbəti hissəsində cavab tapmağa çalışılmışdır. 
türkiyədə ixracın diversifikasiyası siyasəti
Bu baxımdan, Türkiyənin ixracın diversifikasiyası istiqamətində apardığı siyasət ətraflı
şəkildə  öyrənilmiş,  həmçinin  formalaşdırılmış  mexanizm  və  alətlərin  xarakterik  xü-
susiyyətləri təhlil edilmiş və əsas xüsusiyyətləri aşağıdakı sxemdə əks edilmişdir.
Sxem 1. türkiyədə ixracın inkişaf istiqamətində mövcud olan mexanizmlər
Mənbə: Müəllif tərəfindən hazırlanmışdır.
Türkiyə Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən ixracın təşviqi ilə bağlı aşağı-
dakı təşviq proqramları tətbiq edilməkdədir [14]:
“Ar-Ge” dəstəyi, beynəlxalq rəqabət qabiliyyətinin yüksəldilməsi ilə bağlı dəstək, məşğul-
luq dəstəyi, marketinq dəstəyi, ölkə daxilində keçirilən beynəlxalq səviyyəli sərgilərdə işti-
rakın  dəstəklənməsi,  xarici  ölkələrdə  keçirilən  sərgilərdə  iştirakın  dəstəklənməsi,  ətraf
mühitin qorunması ilə bağlı xərclərin dəstəklənməsi, xarici ölkələrdə marka və reklam
fəaliyyətinin dəstəklənməsi, Türk məhsullarının xarici ölkələrdə brendləşdirilməsi, Türk
malı imicinin formalaşdırılması və “TURQUALITY” dəstəyi, dizayn dəstəyi, texniki fir-
maların xaricdə fəaliyyətinin təmin edilməsi üçün dövlət dəstəyi, aqrar məhsulların ixracı
ilə bağlı geri ödəmə dəstəkləri və s.
Yuxarıda göstərilənlərlə yanaşı qeyd etməliyik ki, Türkiyədə ixracın yüksək diversi-

İPƏK YOLU 

1/2017
AZƏRBAYCAN UNİVERSİTETİ
12


fikasiya səviyyəsinə malik olmasının digər bir amili ixrac subsidiyalarının verilməsidir.
Təhlillər göstərir ki, bu ölkədə ixrac subsidiyası hesab edilən tədbirlərdən - ixrac yönümlü
məhsul istehsalçılarına birbaşa və dolayı vergilər üzrə güzəştlərin verilməsi, ixracın güzəştli
şərtlərlə kreditləşdirilməsi və həmin kreditlərin güzəştli sığortalanması alətlərindən istifadə
edilmişdir. Belə ki, ÜTT-nin Türkiyə Ticarət Siyasətinin İcmalı Hesabatına əsasən 2011-ci
ildə Türkiyə hökuməti tərəfindən ixrac olunan qurudulmuş tərəvəzlərin 1 tonuna 370 ABŞ
dolları, balıq və balıq məhsullarının və toyuq ətindən hazırlanan məhsulların 1 tonuna 250
ABŞ dolları, kəsilmiş güllərin 1 tonuna 205 ABŞ dolları, toyuq ətinin 1 tonuna 186 ABŞ dol-
ları, meyvə və tərəvəz şirələrinin 1 tonuna 150 ABŞ dolları ixrac subsidiyası verilmişdir [15,
s. 149].
Bununla yanaşı, ÜTT-nin hesablamalarına əsasən müasir dövrdə ixrac subsidiyalarından
ən səmərəli şəkildə istifadə edən inkişaf etməkdə olan ölkələrdən biri də Türkiyədir. Digər
tərəfdən, ÜTT-nin ixrac subsidiyasından istifadə üzrə limitlər nəzərdə tutulmuş məhsul çeşidi
(44 mal mövqeyi) və bu limitlərin həcmi (105,3 milyon ABŞ dolları) baxımından Türkiyə
digər inkişaf etməkdə olan ölkələrdən əsaslı şəkildə fərqlənir. ÜTT tərəfindən Türkiyəyə ixrac
subsidiyasından istifadə ilə bağlı limitlər verilmiş məhsullara meyvə-tərəvəzlər və onların
emalı məhsullarını (il ərzində 43,5 mln. USD), dənli bitkiləri (il ərzində 32,2 mln. USD), ət
və ət məhsullarını (il ərzində 6,9 mln. USD), tütünü (il ərzində 6,2 mln. USD), un və yarma
məhsullarını (il ərzində 4,9 mln. USD), bitki yağlarını (il ərzində 4,8 mln. USD) və s. misal
göstərmək olar [16].
Bunlarla yanaşı, 1987-ci ildə yaradılmış Türk Eximbank 2015-ci ildə ixracatçılara 30,2
milyard ABŞ dolları həcmində maliyyə dəstəyi göstərmişdir. Bunun təqribən 20 mlrd. ABŞ
dolları kredit, 10 mlrd. dolları isə kreditlərin sığortası üçün verilmişdir. İndiyədək isə Türk
Eximbank 143,9 mlrd. ABŞ dolları həcmində ixrac kreditləri vermiş və kreditlərin sığorta-
lanmasına 101,5 mlrd. ABŞ dolları ayırmışdır [17]. 
İxracatçıların təşkilatlanması sahəsində həyata keçirilmiş fəaliyyət də digər ölkələrə nü-
munə olacaq səviyyədədir. Belə ki, hazırda Türkiyədə ixracın artırılması və diversifikasiyası
məqsədilə İxracatçılar Məclisi və 13 regional ixracatçı birlikləri fəaliyyət göstərir. Bu birliklər
aşağıdakılardır [18]:
Regionlar üzrə ixracatçı birlikləri:
1. Aralıq dənizi İxracatçı Birlikləri (www.akib.org.tr);
2. Qərbi Aralıq dənizi İxracatçı Birlikləri (www.baib.gov.tr);
3. Şərqi Anadolu İxracatçı Birlikləri (www.daib.org.tr);
4. Mərkəzi Anadolu İxracatçı Birlikləri (www.oaib.org.tr);
5. Cənub-Şərqi Anadolu İxracatçı Birlikləri (www.gaib.org.tr);
6. Qara dəniz İxracatçı Birlikləri (www.kib.org.tr);
7. Şərqi Qara dəniz İxracatçı Birlikləri (www.dkib.org.tr);
8. Ege İxracatçı Birlikləri (www.egebirlik.org.tr);
9. Dənizli İxracatçı Birlikləri (www.denib.org.tr);
10. İstanbul İxracatçı Birlikləri (Birlikləri (www.iib.org.tr);
AZƏRBAYCAN UNİVERSİTETİ
13

İPƏK YOLU 

1/2017


Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə