7
6.1. Azərbaycan Respublikasının Dövlət bayrağı dövlət hakimiyyət orqanları tərəfindən keçirilən
rəsmi tədbirlər və mərasimlər zamanı qaldırılır (asılır) və ya yerləşdirilir.
Maddə 7. Azərbaycan Respublikası Dövlət bayrağının matəm günlərində və matəm
mərasimlərində istifadəsi.
7.1. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş və ya müvafiq icra
hakimiyyəti orqanı tərəfindən elan olunmuş matəm günlərində Azərbaycan Respublikası Dövlət
bayrağının dəstəyinin və ya dirəyinin yuxarı hissəsinə eni 10 santimetr olan qara lent bərkidilir və (və
ya) Dövlət bayrağı bayraq dirəyinin yarısına qədər endirilir.
7.2. Azərbaycan Respublikasının vəfat etmiş (həlak olmuş) vətəndaşlarına hərbi ehtiram
göstərilməsi ilə bağlı Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Maddə 8. Azərbaycan Respublikası Dövlət bayrağının digər bayraqlarla birgə qaldırılması
(asılması) və ya yerləşdirilməsi.
8.1. Azərbaycan Respublikasının Dövlət bayrağı qeyri-hökumət təşkilatlarının, siyasi partiyaların,
müəssisə və idarələrin bayraqları ilə birgə qaldırılırsa (asılırsa) və ya yerləşdirilirsə, həmin bayraqların
ölçüsü Azərbaycan Respublikası Dövlət bayrağının ölçüsündən böyük ola bilməz.
8.2. Azərbaycan Respublikasının Dövlət bayrağı digər dövlətlərin dövlət bayraqları, habelə
beynəlxalq təşkilatların, siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, müəssisə və idarələrin
bayraqları ilə birgə qaldırılırsa (asılırsa) və ya yerləşdirilirsə, qarşıdan baxıldıqda, Azərbaycan
Respublikasının Dövlət bayrağı həmin bayraqlardan solda olmalıdır.
Maddə 9. Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsinə dair tələblər.
9.1. Azərbaycan Respublikasının Dövlət bayrağı və onun təsviri, onların ölçülərindən asılı
olmayaraq, Azərbaycan Respublikasının Konstitusiyasında müəyyən edilmiş tələblərə uyğun olmalıdır.
9.2. Azərbaycan Respublikası Dövlət bayrağının sənaye üsulu ilə hazırlanması, düzəldilməsi,
rəngli təsvirinin çapı zamanı onun mavi rənginin "Panton" rənglər kataloqunun Blue 313 C rənginə,
qırmızı rənginin - Red 185 C rənginə, yaşıl rənginin - Green 3405 C rənginə uyğunluğu təmin
edilməlidir.
9.3. Azərbaycan Respublikasının Dövlət bayrağı bütöv olmalı və solğun görünməməlidir.
9.4. Azərbaycan Respublikasının Dövlət bayrağı ya bayraq dirəyi, ya da xüsusi tutqaclara
bərkidilən dəstək üzərində qaldırılır.
9.5. Azərbaycan Respublikasının Dövlət bayrağı elə qaldırılmalıdır ki, onun parçasının aşağı tərəfi
yerdən azı üç metr hündürlükdə olsun.
Maddə 10. Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsinə dair məhdudiyyətlər.
Azərbaycan Respublikasının Dövlət bayrağı masaların və ya kürsülərin üstünə örtük kimi sərilə
bilməz, oturulan və ayaq basılan yerlərə qoyula bilməz.
Maddə 11. Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında qanunvericiliyin pozulmasına
görə məsuliyyət.
Azərbaycan Respublikası Dövlət bayrağının bu qanunun tələblərinə zidd istifadəsi, habelə
Azərbaycan Respublikasının Dövlət bayrağı barədə təhqiredici hərəkətlər Azərbaycan Respublikasının
qanunvericiliyinə uyğun olaraq məsuliyyətə səbəb olur.
8
Maddə 12. Yekun müddəaları.
12.1. Bu qanun dərc edildiyi gündən qüvvəyə minir.
12.2. Bu qanun qüvvəyə mindiyi gündən 1991-ci il 5 fevral tarixli Azərbaycan Respublikasının
Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında" Əsasnamənin 3-cü,
4-cü, 6-cı və 7-ci bəndləri qüvvədən düşmüş hesab edilsin.
12.3. Azərbaycan Respublikası Dövlət bayrağının qaldırılması (asılması), endirilməsi,
saxlanılması və istehsalı qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 8 iyun 2004-cü il
683-IIQ
9
İSTİQLAL BƏYANNAMƏSİ
ƏQDNAMƏ
Böyük Rusiya inqilabının cərəyanı ilə, dövlət vücudunun
ayrı-ayrı hissələrə ayrılması ilə Zaqafqasiyanın rus orduları
tərəfindən tərkinə movcib bir vəziyyəti-siyasiyyə hasil oldu.
Kəndi qövmeyi-məxsusələrinə tərk olunan Zaqafqasiya millət-
ləri müqəddəratlarının idarəsini biizzat kəndi əllərinə alaraq
Zaqafqasiya Qoşma Xəlq Cümhuriyyətini təsis etdilər. Vaqieyi-
siyasiyyənin inkişaf etməsi üzərinə gürcü milləti Zaqafqasiya
Qoşma Xəlq Cümhuriyyəti cüzvindən çıxıb da müstəqil Gürcü
Xəlq Cümhuriyyəti təsisini saleh gördü.
Rusiya ilə Osmanlı imperatorluğu arasında zühur edən
müharibənin təsviyyəsi üzündən hasil olan vəziyyəti-hazireyi-
siyasiyyə və məmləkət daxilində bulunan misilsiz anarşi Cənub-
Şərqi Zaqafqasiyadan ibarət bulunan Azərbaycana, dəxi
bulunduğu daxili və xarici müşkülatdan çıxmaq üçün xüsusi bir
dövlət təşkilatı qurmaq lüzumunu təlqin ediyor.
Buna binaən arayi-ümumiyyə ilə intixab olunan
Azərbaycan Şurayi-Milliyeyi-İslamiyyəsi bütün cəmaətə elan
ediyor ki:
1- Bu gündən etibarən Azərbaycan xəlqi hakimiyyət həqqinə malik olduğu kibi, Cənub-Şərqi
Zaqafqasiyadan ibarət Azərbaycan dəxi kamil-əl-hüquq müstəqil bir dövlətdir.
2- Müstəqil Azərbaycan dövlətinin şəkli-idarəsi Xəlq Cümhuriyyəti olaraq təqərrür ediyor.
3- Azərbaycan Xəlq Cümhuriyyəti bütün millətlər və bilxassə həmcivar olduğu millət və
dövlətlərə münasibəti-həsənə tə’sisinə əzm edər.
4- Azərbaycan Xəlq Cümhuriyyəti millət, məzhəb, sinif, silk və cins fərqi gözləmədən
qələmrəvində yaşayan bütün vətəndaşlarına hüquqi-siyasiyyə və vətəniyyə təmin eylər.
5- Azərbaycan Xəlq Cümhuriyyəti ərazisi daxilində yaşayan bilcümlə millətlərə sərbəstanə
inkişafları üçün geniş meydan buraxır.
6- Məclisi-Müəssisan toplanıncaya qadar Azərbaycan idarəsinin başında arayi-ümumiyyə ilə
intixab olunmuş Şurayi-Milli və Şurayi-Milliyyəyə qarşı məs’ul Hökuməti-Müvəqqəti
durur.
1
28 mayıs 1918 sinədə
Tiflis şəhərində
Azərbaycan Milli Şurasının Sədarəti:
Katib:
İmzalar
1
Azərbaycan Respublikası Mərkəzi Dövlət Arxivi, fond 894, siyahı 10, iş 192, vərəq 1.