İqtisadiyyat elmi və onun yaranması tarixi İqtisadiyyat «oikonomik»


Azərbaycanda iqtisadi fikir tarixi



Yüklə 152,03 Kb.
səhifə9/56
tarix11.05.2022
ölçüsü152,03 Kb.
#86462
1   ...   5   6   7   8   9   10   11   12   ...   56
1-11

Azərbaycanda iqtisadi fikir tarixi

Tarixin ilkin dövrlərindən başlayaraq Azərbaycanda, Şərqdə iri şəhərlər, elm və mədəniyyət mərkəzləri yaranmış və özünün yüksək inkişaf mərhələsini keçirmişdir. Çindən Avropaya uzanan qədim ipək yolu Azərbaycanın və bir çox Şərq ölkələrinin iqtisadi, mədəni inkişafında mühüm yer tutmuşdur. İndi bərpa olunmağa başlanılan bu qədim karvan yolu xalqlar arasında iqtisadi, mədəni və mənəvi yaxınlığa və tərəqqiyə də səbəb olmuşdur. IX-XIV əsrlərdə Şərqdə və Azərbaycanda elm, sənət və mədəniyyət yüksək inkişaf dövrü keçirmişdir. Bu dövrdə Şərqin dünya şöhrətli dahi mütəfəkkirləri yetişmişdir. Bunlardan Fərabi (870-950), İbn Sina (980-1037), Biruni (973-1048), Bəhmənyar (993-1066), Nizami (1141-1209), Tusi (1201-1274), İbn Xəldun (1332-1406) kimi mütəfəkkirlər çoxcəhətli elmi və ədəbi yaradıcılıqları ilə dünya mədəniyyətini zənginləşdirmişlər. Çox erkən dövrlərdə heyvandarlıqla, əkinçiliklə məşğul olan türk tayfaları dəmir-metal əşyalardan sənət məmulatları istehsal etməyə başlamışlar. Azərbaycanda dəmir filizi, mis istehsalı və onlardan istifadə olunması qədim tarixə malikdir. Məşhur türkoloq alim Lev Qumilyev «Qədim türklər» əsərində yazır: «Türklər dəmirin sənaye üsulu ilə istehsalını mənimsəyən ilk xalq kimi tarix səhnəsinə çıxmışlar».

Azərbaycanda ilkin iqtisadi fikir və təsəvvürlər türk dünyasının böyük abidəsi olan «Kitabi-Dədə Qorqud» dastanlarında da əks olunmuşdur. Bu dastanda əks etdirilən həyat səhnələri, qəhrəmanlıq hadisələri ilə yanaşı, oğuz qəbilələrinin yaşadığı iqtisadi və sosial həyat şəraiti haqqında da məlumatlar verilir. Dastanın boylarından aydın olur ki, qədim oğuzlar maldarlıqla, əkinçiliklə məşğul olmaqla yanaşı, sənətkarlığın müxtəlif növləri ilə də məşğul olmuşlar. Bu sənətlərdən dəmir və poladdan düzəldilmiş alətlər, döyüşdə istifadə edilən qılınc, nizə, xəncər, ox və yay, zirehli paltar və sairələri daha çox yayılmışdır. Bununla yanaşı, xalçaçılıq, keçəçilik, toxuculuq, zərgərlik və şərabçılıq kimi sənət növləri də xüsusi yer tuturdu. Bütün bu sənət və peşə növlərinin inkişafı qədim türk-oğuz tayfalarında əmtəə mübadiləsinə və ticarətə də şərait yaratmışdır.

İslam mədəniyyəti xalqların həyat tərzinə, əxlaqi davranış və düşüncələrinə daxil olmaqla yanaşı iqtisadi-sosial həyat məsələlərinin də tənzim edilməsində özünü göstərir. İslamın müqəddəs kitabı «Qurani-Kərim» də və Məhəmməd Peyğəmbərin kəlam və nəsihətlərindən ibarət olan «Hədislər» də mülkiyyət, sərvət, əmək, bölgü, mübadilə, ticarət, pul, sələm və vergilər kimi iqtisadi məsələlərə münasibət bildirilir. Quran»ın bir çox surələrində ticarətdə, alqı-satqıda bərabərlik prinsipinə əməl olunması göstərilir. Çəkidə, ölçüdə, malın keyfiyyətində aldatmaq şəriət qanununa zidd bir əməl kimi pislənilir.

İbn Xəldunun böyük elmi xidmətlərindən biri cəmiyyətin keçdiyi təbii-tarixi inkişaf mərhələləri və onun hərəkətverici qanunları haqqındakı fikirləridir. O göstərir ki, cəmiyyət öz inkişafında köçərilik, oturaq həyat və mədəniyyət mərhələlərindən keçməlidir. Müəllif bu inkişaf mərhələlərinin birindən digərinə keçməsi prosesini əmək bölgüsü və məhsuldar qüvvələrin inkişafında baş verən dəyişiklik və tərəqqilə izah edir. İbn Xəlduna görə dövlətin və məmurların bilavasitə iqtisadi fəaliyyətlə, ticarətlə məşğul olması o ölkənin təbəələri üçün zərərli haldır. Azərbaycanın və Şərqin ictimai fikrinin mühüm hissəsi olan iqtisadi fikir sonrakı dövrlərdə də məşhur mütəfəkkirlərin əsərlərində bu və digər dərəcədə öz əksini tapmışdır. Xüsusilə Azərbaycanda iqtisadi fikir və təlimlər XIX əsrin ikinci yarısında M.F.Axundovun, H.B.Zərdabinin, N.B.Vəzirovun, Z.Marağayinin və başqa mütəfəkkir və yazıçıların əsərlərində inkişaf etdirilmişdir. XX əsrin əvvəllərində baş verən ictimai-siyasi hadisələr Azərbaycanda xeyli qəzet və jurnalların yaranmasına, müxtəlif fikir cərəyanlarının meydana çıxmasına təkan vermişdir. Bu dövrün mətbuatında, böyük mütəfəkkir, şair, yazıçı və siyasi xadimlərin əsərlərində Azərbaycanın mövcud iqtisadi və mənəvi mühiti ifadə edilmişdir.





  1. Yüklə 152,03 Kb.

    Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə