İqtisadiyyata giriş fənni üzrə suallar və cavablar



Yüklə 0,51 Mb.
Pdf görüntüsü
səhifə13/26
tarix17.04.2022
ölçüsü0,51 Mb.
#85556
1   ...   9   10   11   12   13   14   15   16   ...   26
IQTiSADI-NAZARIYYA-2

3.

 

İqtisadi resurslar və onların növləri.

 

 

Tələbatların  artması  və  dəyişilməsi  onların  ödənilməsi  üçün  nəzərdə  tutulan  nemətlərin 

yaradılması üçün güclü sövqedici motivdir. 




 

Tələbatların  daimi  ödənilməsi  üçün  imkanlar  ölkə,  cəmiyyət,  ayrı-ayrı  insanlarda  məhz 



resursların olması səyəsində yaranır. 

Resurslar 



– 

nemətlərin yaradılması və tələbatların ödənilməsi üçün  olan imkanlardır. 

Resurslar cürbəcürdür və müxtəlif cür təsnifləşdirilə bilər. 

Təbii  resurslar,  yəni  cəmiyyətdə  faydalı  qazıntı  ehtiyatları,  kənd  təsərrüfatı  üçün  əlverişli 

şərait, sərfəli coğrafi vəziyyət. 

İstehsal  fəaliyyəti  və  istehlak  üçün  əvvəlki  nəsillər  tərəfindən  yaradılmış  və  toplanmış 

resurslar, (maddi resurslar) yaxud mövcud müəssisələr, nəqliyyat sistemləri yaşayış evləri və s. 

Maddi resurslara istehsal prosesinin (əmək vasitələri və əmək predmetləri) nəticəsi olan istehsal 

vasitələri daxildir. 

Özünün  təcrübə,  ixtisas,  təhsil  səviyyəsi,  eləcə  də  sahibkarlıq  qabiliyyətləri  olan  insan 

resursları. 

Yuxarıda  göstərilən  resurs  növləri  tarixən  daha  qısa  adlanırdı:  torpaq,  kapital,  əmək  və 

sahibkarlıq qabiliyyətləri. 

Maliyyə  resursları  cəmiyyətin  istehsal  prosesini  həyata  keçirmək  üçün  ayırdığı  pul 

vəsaitləridir. Onların mənbələrinə investisiya vasitələri,  qiymətli kağızlar, pul  yığımları, dövlət 

istiqrazları daxildir. 

İnformasiya  resursları  -  avtomatlaşdırılmış  istehsalın  fəaliyyəti  və  onun  kompyuter 

texnikasının köməkliyi ilə  idarə edmək üçün zəruri olan məlumatlardır. 

Resursların digər təsnifatı da mümkündür, məsələn, hazırki dövrdə onların istifadə edilməsi, 

qarşılıqlı əvəz edilməsi, tükənməzlik və  qeyri-tükənməzlik imkanlarının alternativliyi üzrə və s. 

Lakin  təsnifat  tipindən  asılı olmayaraq  bütün  resurslar  ümumi  cəhətə  malikdir:  onlar  iqtisadi 

fəaliyyətin  çıxış  və  əsas ilk zəminini səciyyələndirirlər: zəruri kefiyyətli və müxtəlif  resursların 

olması nemətlərin yaradılması və deməli, tələbatların ödənilməsi üçün  ilkin şərtdir. 

Təbii,  material  və  əmək  resursları  hər  bir  cəmiyyətə  xasdır.  Bazar  iqtisadiyyatı  onlara 

maliyyə  resurslarını  əlavə  edir.  Müasir  postsənaye  bazar  iqtisadiyyatı  elmi-texniki  inqilab 

şəraitində mühüm rol oynayan  informasiya resursları mövcud ola bilməz. 

İqtisadi  nəzəriyyədə  resursların  mütləq  və  nisbi  məhdudluğu  fərqləndirilir.  Mütləq 

məhdudluq  dedikdə,  eyni  zamanda  cəmiyyət  üzvlərinin  bütün  tələbatlarının  ödənilməsi  üçün 

istehsal resurslarının kifayət olmaması başa düşülür.  Lakin tələbatlar dairəsi azaldılarsa, mütləq 

məhdudluq  nisbi  məhdudluğa  çevrilir,  çünki  məhdud  tələbatlar  üçün  resurslar  nisbətən 

tükənməzdir. 

Mütləq  məhdudluq  əsasən  təbii  və  əmək  resursları  üçün  nisbi  isə  maddi    ,  maliyyə, 

informasiya resursları üçün səciyyəvidir. 

 

 




Yüklə 0,51 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə