İQTİsadiyyati



Yüklə 119,04 Kb.
Pdf görüntüsü
səhifə41/93
tarix05.04.2018
ölçüsü119,04 Kb.
#36065
1   ...   37   38   39   40   41   42   43   44   ...   93

Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
nun üçün ən başda lider və üst səviyyə idarəçilərin bir vizyo‐
na sahib olması, beynəlxalq dəyərləri tanıması və bu dəyərlərə 
əhəmiyyət verməsi lazım gəlir. 
Lüğəti mənası etibarilə vizyon ‐ qabaqcadan görmə qabiliy‐
yəti,  arzu,  xəyal  mənasına  gəlir.  Strateji  idarəetmədə  bir  ter‐
min olaraq vizyon, şəxslərin və ya qurumların, özlərinin və ya 
firmalarının gələcəkdə olmasını arzu etdikləri yerin ifadəsidir. 
Digər bir ifadə ilə vizyon, firmaların çatmaq istədikləri gələcə‐
yin  təsviridir.  Elə  buna  görə  də  vizyon  firmanın  fəaliyyəti  ilə 
əlaqədar  tətbiq  ediləcək  strategiyalara  yol  göstərəcək  yeganə 
başlanğıc nöqtəsidir. Bu mənada vizyon firmaların bir hədəfə 
fokuslanmasını və bu hədəfə yönəlməsini təmin edən bir vasi‐
tə olaraq göstərilə bilər. Bununla yanaşı vizyon, daha öncədən 
müəyyənləşdiriləcək  strategiyalar  ilə  qeyri‐müəyyənlik  və 
gözlənilməyən  şəraitlərlə  üz‐üzə  qaldığından  firmanın  nə  et‐
məsi lazım gəldiyini ortaya qoyar. 
Dünyada  müəyyən  səviyyəyə  gəlmiş  uğurlu  firmaların 
ümumi  xüsusiyyətləri,  strategiyalarını  çevrə  şərtlərindəki  də‐
yişikliklərə görə müəyyənləşdirə bilmələri ilə yanaşı müəyyən 
bir  vizyon,  məqsəd  və  hədəfə  sahib  olmalarıdır.  Cəmiyyətlə‐
rin, ölkələrin, quruluşların və hətta insanların başarı hekayələ‐
ri incələndiyində hamısının özlərinə məxsus bir vizyonu oldu‐
ğunu görürük. İş dünyasından Henry Ford (Ford Motor Co.), 
Konosuke  Matsushita  (Matsushita,  JVC,  Panasonic),  Robert 
Bosh  (Bosh),  Bill  Gates  (Microsoft),  Michel  Dell  (Dell 
Computer) kimi təşəbbüskar və sahibkarların vizyonları sahibi 
olduqları şirkətlərin beynəlxalq aləmdə böyüməsində və inki‐
şafında əsas rol oynamışdır. 
“Rotası olmayan bir gəmi” heç vaxt limana çata bilməyəcə‐
yi kimi, vizyonu bəlli olmayan bir firmanın da xaosa, uğursuz‐
luğa  yönəlməsi  gözləniləndir.  Belə  firmaların  təsadüflərlə 
uğur  qazanmasını,  böyüməsini  gözləmək  səhvdir.  Vizyonun 
mövcudluğu  və  ya  müəyyənləşdirilməsi  birbaşa  sahibkar  və 
 
‐ 163 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
 
ya üst səviyyəli idarəçidən asılıdır. Vizyonun mənimsənilməsi 
və  həyata  keçirilməsi  üçün  bir  liderə  ehtiyac  duyulur.  Vizyo‐
ner lider adlandırılan bu adamların əsas xüsusiyyətləri insan‐
ları həyəcanlandıraraq, performanslarını üst səviyyədə tutma‐
larıdır. Vizyon işçilərin bir hədəfə yönləndirilərək motivasiya‐
larının  artırılmasına  da  köməklik  göstərir.  Yuxarıda  adlarını 
saydığımız insanların güclü vizyon sahibi olduqları isə şübhə‐
sizdir. 
Gələcəkdə, sərbəst bazar iqtisadiyyatının qanunlarının tam 
mənası ilə tətbiq edildiyi mühitdə hansı şirkətlərin ömürlərini 
davam  etdirə  biləcəkləri  sualına  gəldikdə  isə  gələcəyini  indi‐
dən düşünən, bunun üçün lazımi strategiyaları müəyyənləşdi‐
rən, yəni strateji düşünmə qabiliyyətinə sahib olan, özünü gə‐
ləcəkdə ‐ 20 il, 30 il, hətta 50 il sonra görmək istədiyi yeri zeh‐
nində canlandıran və bunu yazılı hala gətirərək işçiləri tərəfin‐
dən  də  mənimsənilməsinə  nail  olan,  ona  görə  də  zamanında 
şirkətləşmə  ehtiyacını  hiss  edən  və  bu  yöndə  addımlar  atan, 
bunun üçün işçilərin lazımi təlim‐treninq ehtiyacını zamanın‐
da müəyyənləşdirən və bunu gerçəkləşdirən, qısamüddətli gə‐
lirlərin yerinə uzunmüddətli rentabelliyi hədəfləyən sahibkar‐
lara ‐ yəni vizyon sahibi sahibkarlara, liderlərə sahib olan fir‐
malar uzunömürlü olacaqlar. 
Çevrənizdəki  sahibkarlar  və  ya  liderlər  güclü  vizyona  sa‐
hibdirmi? Və ya içində işlədiyiniz təşkilatın ‐ firmanın vizyo‐
nundan siz də xəbərdarsınızmı? Siz də o vizyonu mənimsəmi‐
sinizmi? Bunlara cavabınız “bəli” isə demək, firmanız sərbəst 
bazar  iqtisadiyyatı  şəraitində  yüksək  rentabelliliklə  fəaliyyət 
göstərməyə  ən  güclü  namizəddir.  Azərbaycanın  qeyri‐neft 
sektorunu  inkişaf  etdirə  bilməsi  üçün  xarici  rəqabətdən  qorx‐
mayan vizyon sahibi şirkətlərə ehtiyacı var. 
 
 
 
‐ 164 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
Korporativ idarəetmədə inkişafımız 
niyə ləngiyir?
*
 
Fariz Hüseynov 
 
Son  vaxtlar  beynəlxalq  maliyyə  təşkilatlarının  ölkəmizə 
sərmayəyə kapital qoyuluşlarının həcmi artmaqdadır. Təsadü‐
fi deyil ki, Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) da 
ölkəmizlə  bağlı strategiyasını artıq  daha  çox  sərmayəyə  kapi‐
tal  qoyuluşları  üzərində  qurmaqdadır.  AYİB‐in  son  illərdə 
“Unibank”,  “Mikromaliyyələşdirmə  Bankı”  və  bir  neçə  gün 
əvvəl “Bank of Baku”ya sərmayə qoyması dediklərimizi təsdiq 
edir. AYİB‐in sərmayə qoyuluşlarındakı məqsədi şirkətin ida‐
rəsini  ələ  keçirmək  deyil,  korporativ  idarəetməni  inkişaf  et‐
dirməkdir. Çox vaxt AYİB şirkətin səhmlərinin 25 faizini əldə 
edərək şirkətdə pay sahibi olur. Beynəlxalq maliyyə təşkilatla‐
rının ölkəmizlə bağlı strategiyasında korporativ idarəetmə sa‐
həsi də getdikcə geniş yer tutmağa başlayıb. Korporativ idarə‐
etmə,  şirkəti  idarəetmə  prosesində  biznesdə  və  ya  şirkətdə 
maraqlı olan tərəflərin, xüsusilə də səhmdarların hüquqlarının 
nə qədər qorunduğunu göstərən qanunlarla maraqlanır. Artıq 
26  yanvar  2005‐ci  il  tarixində  Beynəlxalq  Maliyyə  Korporasi‐
yası  (BMK)  Azərbaycanda  korporativ  idarəetmə  layihəsinin 
rəsmi  açılışını  bəyan  etmişdir.  Bu  strategiyalarda  əsas  yeri 
banklar tutmaqdadır. BMK daha çox korporativ idarəetmənin 
hüquqi  bazasının  güclənməsinə  və  konseptin  tədrisi  ilə  məş‐
ğuldursa, AYİB bilavasitə səhmdar olaraq prosesdə iştirak et‐
məkdədir.  Xarici  sərmayə  qoyuluşları,  əsasən,  kiçik  və  orta 
həcmli  şirkətləri  kreditlə  təmin  edən  bankları  əhatə  etməkdə‐
                                                 
*
 20 oktyabr 2005. 
 
‐ 165 ‐


Yüklə 119,04 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə