İQTİsadiyyati



Yüklə 119,04 Kb.
Pdf görüntüsü
səhifə37/93
tarix05.04.2018
ölçüsü119,04 Kb.
#36065
1   ...   33   34   35   36   37   38   39   40   ...   93

Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
 
və sayının artırılması, indidən gələcək üçün böyük əhəmiyyət 
kəsb etməkdədir. 
Qlobal bazarda tanınan bir markanın bilgi istehsal edən və 
ya  İT  sektorunda  fəaliyyət  göstərən  qurumlardan  çıxa  bilmə 
şansının yüksəkliyini nəzərə alsaq, bu yöndə təhsilə investisi‐
ya  qoymağın  əhəmiyyəti  daha  rahat  anlaşılmaqdadır.  Çünki, 
bilgi çağında təhsilə bu gün qoyulan investisiya, gələcəklə bir‐
likdə markaya qoyulan investisiyadır. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
‐ 148 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
Keyfiyyət nədir?
*
 
Müzəffər İsmayılov 
 
Ötən  əsrin  50‐60‐cı  illərinə  qədər  dünyada,  istehsal  etdiyi 
məhsulu rahatlıqla sata bilən istehsalçılar üçün ən əsas məsələ 
daha çox istehsal edə bilməkdi. “Nə qədər çox istehsal etsəm o 
qədər çox qazanaram” yanaşması keçərli idi. Bu illərdən sonra 
əvvəlki  hakim  anlayış,  yerini  qiymətə  buraxmış,  qiymət  ən 
önəmli rəqabət vasitəsi olmağa başlamışdı. 80‐ci illərdən sonra 
isə gedərək güclənən rəqabət şəraitində istehsalçıların rəqabət 
üstünlüyü əldə etmələri üçün müraciət etdikləri faktor, “məh‐
sul keyfiyyəti” oldu. Əlbəttə günümüzdə artıq rəqabət üstün‐
lüyü əldə etmək üçün sadəcə “keyfiyyətli məhsul” yetməmək‐
də, buna əlavə olaraq müştərini məmnun salmaq və sədaqəti‐
ni artırmaq üçün fərqli metodlardan istifadə edilməkdədir. Bu 
məqalədə, “keyfiyyət”ə  əlavə  olaraq  istifadə  edilən metodları 
nisbətən  kənarda  qoyaraq,  bu  gün  Azərbaycan  bazarı  üçün 
aktuallığını qoruyan “keyfiyyət” və ya keyfiyyətli məhsul üzə‐
rində dayanacağıq. 
Əvvəla qeyd etmək istəyirəm ki, keyfiyyət dedikdə, ağlımı‐
za  ilk  olaraq  məhsul  və  ya  xidmətin  keyfiyyəti  gəlməkdədir. 
Ancaq  əslində  məhsul  və  ya  xidmətin  keyfiyyətini  bir  nəticə 
olaraq qəbul etdikdə, keyfiyyət sözünə olduqca geniş bir məna 
yüklənməkdədir.  İstehsal  prosesində,  nəticəyə  çatmaq  üçün 
diqqətə  alınması  lazım  gələn  faktorların  keyfiyyəti  də  nəzərə 
alınmalıdır. Burada isə biz olduqca geniş mənada işlədilə bilə‐
cək keyfiyyət sözünü, “keyfiyyətli məhsul və ya xidmət” mə‐
nasında işlədəcəyik. 
Artıq, bazarın tələbləri istiqamətində respublikadakı firma‐
larının strategiyalarında keyfiyyət ön plana çıxmaqda, demək 
                                                 
*
 23 iyul 2005. 
 
‐ 149 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
 
olar ki, bütün firmalar tərəfindən keyfiyyət sözü tələffüz edil‐
məkdə, “bizim məhsullarımız keyfiyyətlidir” imicinin yaradıl‐
ması hədəflənməkdədir. 
Bu kəlmə bizə nə ifadə edir? İstehsalçı “məhsul keyfiyyəti” 
dedikdə  nə  başa  düşür?  İstehlakçı  “keyfiyyətli  məhsul”  ola‐
raq,  nə  gözləyir?  Firmaların  “bizim  məhsulumuz  keyfiyyətli‐
dir”  deməsi  ilə  keyfiyyət  əmələ  gəlirmi?  Alıcılar,  keyfiyyət 
olaraq əsas nələrə diqqət etməlidirlər. 
Bu kimi və buna bənzər bir çox suala cavab vermək üçün, 
keyfiyyət mövzusunda bir çox araşdırmalar aparılmış, idarəet‐
mə elmində bununla əlaqəli ədəbiyyatın sayı olduqca artmış‐
dır. Ancaq buna baxmayaraq, keyfiyyət məfhumu fərqli şəkil‐
lərdə  tərif  edilmiş,  idarəetmə  alimləri  tərəfindən  ortaq  qəbul 
edilən ümumi bir tərif formalaşmamışdır. Bəzi alimlər keyfiy‐
yəti, “məhsul və ya xidmətdə qüsur və yanlışların olmaması”, 
bəziləri  isə  “bir  mal  və  ya  xidmətdə  mükəmməllik  dərəcəsi” 
şəklində tərif etmişlər. 
Bunu, “keyfiyyət” məfhumunun ortaya çıxması və inkişafı‐
nın öncüllərindən biri olan, Joseph M. Juran; “keyfiyyət istifa‐
dəyə  uyğunluq  deməkdir”  şəklində  tərif  etməkdədir.  Yəni, 
Jurana  görə bir  məhsulun  istifadəçisi  tərəfindən  istifadə edilə 
bilməsi, onun ehtiyaclarına uyğun şəkildə olması o məhsulun 
keyfiyyətli olması mənasına gəlməkdədir. Yenə bu mövzunun 
öncüllərindən hesab edilən Philip B. Crosby də Juranın tərifinə 
bənzər  bir  şəkildə  keyfiyyəti,  “keyfiyyət  istənilən  xüsusiyyət‐
lərə uyğunluqdur” şəklində tərif etmişdir. Ümumiyyətlə möv‐
zunun  anlaşılması  üçün  bu  gün;  “keyfiyyət  müştərilərin,  mal 
və xidmətdən umduqlarının qarşılanması və hətta daha artığı‐
nın  verilməsidir”  şəklində  bir  tərif  geniş  olaraq  istifadə  edil‐
məkdədir.  Bu  təriflərdən  də  görüldüyü  kimi,  məhsulun  key‐
fiyyəti,  onun  istifadəsindən  asılıdır.  Yəni  istifadəçilərin  xüsu‐
siyyətlərinə,  istəklərinə  və  məhsul  və  ya  xidmətdən  nə  um‐
 
‐ 150 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
duqlarına bağlı olaraq keyfiyyət şəxslərə görə dəyişməkdə və 
fərqli anlaşılmaqdadır. 
Ədəbiyyatda  mövcud  olan,  xüsusilə  istehsalçıları  maraq‐
landıran,  digər  bir  görüşə  görə  keyfiyyətin  tərif  edilməsində, 
məhsulun  ortaya  çıxarılma  prosesi  diqqətə  alınmalıdır.  Buna 
görə bir məhsulun ortaya çıxma prosesi; istehsal öncəsi fəaliy‐
yətlər, istehsal anındakı fəaliyyətlər və istehsal sonrası fəaliy‐
yətlər olmaqla üç mərhələyə ayrılmaqdadır. 
Müəyyən  bir  keyfiyyəti  əldə  etmək  üçün,  istehsala  başla‐
madan öncə, marketinq araşdırması, R&D (tədqiqat və inkişaf 
etdirmə),  dizayn,  proses  mühəndisliyi  və  bənzəri  fəaliyyətlə‐
rin  yerinə  yetirilməsi,  lazımi  xammal  və  materialın  alınması 
lazım gəlir. Bu şəkildə istehsalçı, istehlakçıların məhsulda istə‐
dikləri  özəllikləri  müəyyən  edə  bilər,  bu  özəlliklərə  uyğun 
xammal,  material  və  hissələri  satın  ala  bilər.  Bu  mərhələdə 
məhsulun  “dizayn  keyfiyyəti”  yerinə  yetirilmiş  olur.  Burada 
məqsəd, məhsulu istifadə edəcək olan istehlakçıların, arzu və 
istəklərini, məhsulu nə şəkildə görmək istədiklərini müəyyən‐
ləşdirib  məhsulun  dizaynına  əks  etdirməkdir.  Bu  mərhələ  ta‐
mamlandıqdan sonra növbəti mərhələdə yəni məhsulun isteh‐
sal  edildiyi  mərhələdə,  ilk  mərhələdə  müəyyənləşdirilmiş 
standart və spesifikasiyalara riayət edilməsinə diqqət edilməli‐
dir ki, burada da “uyğunluq keyfiyyəti”ndən bəhs edə bilərik. 
Bu  keyfiyyət  məfhumu,  məhsulun,  daha  öncə  müəyyən  edil‐
miş özəlliklərə görə istehsal edilib edilmədiyinin müəyyənləş‐
dirilməsi  üçün  istifadə  edilməkdədir.  İstehsal  sonrası  fəaliy‐
yətləri ehtiva edən son mərhələdə; məhsul istehsal edildikdən 
sonra  onun  daşınması,  müştəriyə  çatdırılması  prosesləri  və 
müştəriyə çatdırılarkən və satış sonrası mənimsənən xidmətin 
keyfiyyətini açıqlamaq üçün qəbul edilən keyfiyyət məfhumu 
isə “istifadə keyfiyyəti”dir. 
Bu görüşə görə, yuxarıda bəhs edilən bu üç keyfiyyət məf‐
humundan hər hansı birində çatışmazlıq meydana gələrsə, nə‐
 
‐ 151 ‐


Yüklə 119,04 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə