İQTİsadiyyati



Yüklə 119,04 Kb.
Pdf görüntüsü
səhifə34/93
tarix05.04.2018
ölçüsü119,04 Kb.
#36065
1   ...   30   31   32   33   34   35   36   37   ...   93

Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
 
nologiya  və  fiber  optiklərdir.  Üçüncü  mərhələ  Texno‐ekono‐
mik  paradiqmanın  Fordist‐Taylorist  istehsal  sistemi  və  təşki‐
latlanmasından informasiya və kommunikasiya texnologiyala‐
rının geniş istifadə edildiyi istehsal sistemi və modellərinə tə‐
kamülüdür. 
Yuxarıda  bəhs  etdiyimiz  inqilabları,  yeni  meydana  çıxdı‐
ğında ilk olaraq və ya çox gecikmədən həyata keçirən cəmiy‐
yətlər yüksək yaşayış standartlarını əldə etmişlər. 200 il əvvəl 
sənaye  inqilabını  ilk  həyata  keçirən  İngiltərə  dövrünün  ən 
güclü və rifah səviyyəsi ən yüksək ölkəsi olmuşdur. Daha son‐
ra Almaniya, ABŞ, Fransa və Yaponiya İngiltərəyə yetişmiş və 
onu geridə qoymuşlar. 19‐cu əsrin sonu və 20‐ci əsrin başlan‐
ğıcında Fransa, Almaniya, İsveç və ABŞ kimya sektorunu inki‐
şaf  etdirərək  və  elektriki  yayğınlaşdıraraq  iqtisadi  inkişafı  tə‐
min edən yeni texnologiyaları ortaya çıxartmış oldular. İkinci 
Dünya  Müharibəsindən  sonra  texnoloji  inkişaf  sürətləndi  və 
1920‐ci illərdən etibarən istifadə edilən yarı avtomatik montaj 
xəttinə istinad edən Fordizm yerini avtomatlaşdırmaya burax‐
dı.  Bunu  həyata  keçirən  ölkələr  yenə  dünya  iqtisadiyyatına 
öndərlik etdilər. 
Göründüyü kimi, burada əhəmiyyət kəsb edən xüsusiyyət, 
dövrün mövcud olan ən son texnologiyalarının istifadə və is‐
tehsalını  həyata  keçirməkdir.  Eyni  durum  günümüzdə  yeni 
texnologiyaları  təmsil  edən  informasiya  və  kommunikasiya 
texnologiyalarını əldə etmə prosesi ilə də əlaqədardır. Beləlik‐
lə, “yeni çağ cəmiyyəti” olmaq və iqtisadi inkişafı təmin etmək 
üçün informasiya cəmiyyətini səciyyələndirən informasiya və 
kommunikasiya texnologiyaları və digər yeni texnologiyaların 
ilk mərhələdə istifadəçisi və daha sonra istehsalçısı olmaq qa‐
çınılmazdır. Ancaq belə olduğu təqdirdə cəmiyyətlər və ya öl‐
kələr, öz insanlarına iqtisadi və siyasi baxımdan daha yüksək 
standartlı həyat səviyyəsi vəd edə bilərlər. 
 
‐ 134 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
 
Yeni Çağa öz rəngini verən bu yeni texnologiyaların isteh‐
sal sistemi və əmək prosesində əmələ gətirdiyi yeniliklərə to‐
xunmaqda böyük fayda var. Belə ki, texnoloji inkişaf səviyyəsi 
ilə əlaqədar olaraq meydana gələn istehsal sistemi və əməyin 
təşkilatlanması,  cəmiyyətlərin  xarakterinə  də  təsir  edir.  1970‐
1980‐ci illərdə ortadan qalxan Fordist‐Taylorist sistem ‐ kütlə‐
viliyi, enerji yoğunluğunu, standartlaşdırmanı, sabit əmtəə is‐
tehsalını,  avtomatlaşdırmanı,  iyerarxiyanı,  təmərküzləşməni, 
kiçik  bir  sahədə  ixtisaslaşmanı  və  dövlət  idarəsini,  nəzarətini 
və  planlamasını  vacib  qılırdı.  Onu  əvəz  edən  Elastiki  İstehsal 
Sistemi,  Sadə  İstehsal  Sistemi,  Postfordizm  və  ya  Toyotizm 
olaraq  adlandırılan  sistem  isə  yeni  informasiya  və  kommuni‐
kasiya texnologiyaları anlayışına istinad edən informasiya yo‐
ğunluğunu, adaptasiyanı, elastikliyi, üfüqi təşkilatlanmanı, in‐
formasiyanın sürətli yayılmasını, bir neçə sahədə ixtisaslaşma‐
nı, dövlətin koordinasiya, dəstək və əməkdaşlığını zəruri edir. 
Yeni sistem kiçik və orta miqyaslı müəssisələr üçün daha mü‐
nasibdir.  İstehsal  münasibətlərini  Elastiki  İstehsal  Sisteminin 
müəyyənləşdirdiyi  Yeni  Çağa  və  ya  informasiya  cəmiyyətinə 
keçidin motoru kompüterlərdir. 
Fordist  sistem,  xüsusiyyətindən  dolayı,  daha  az  təhsil  gö‐
rən və istər əqli, istərsə də fiziki olsun, az bacarığa sahib insan‐
lara ehtiyac duyurdu. Yeni istehsal sistemi və yeni çağımız isə 
hər tərəfli, bacarıqlı, yüksək təhsilli, qərarlı və daha çox imkan 
tələb edən insanların hazırlanmasına şərait yaradır. Yeni İsteh‐
sal  Sistemi  sayəsində  məhsuldarlıq  artmaqda,  məsrəflər  düş‐
məkdə  və  bu  müsbət  tendensiya  ortalama  əmək  haqlarının 
yüksəlməsində  öz  əksini  tapmaqdadır.  Bu  da  öz  növbəsində 
cəmiyyətin daha çox hüquqi, siyasi və sosial haqq tələb etməsi 
ilə nəticələnməkdədir. 
Yuxarıda  ifadə  etməyə  çalışdığım  həqiqətlər  bizim  ciddi 
olaraq  texnoloji  inkişaf  mövzusuna  diqqət  yetirməmizin  əhə‐
 
‐ 135 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
 
miyyətini ortaya qoyur. Azərbaycanın həm iqtisadi, həm də si‐
yasi  inkişafı  bilavasitə  günümüzün  yeni  texnologiyalarının 
mənimsənməsindən keçir. İlk mərhələdə yeni texnologiyaların 
istifadəsini öyrənməliyik ki, yeni texnologiya inkişaf etdirmək 
üçün lazım olan bacarıq və vizyona yiyələnək. Ancaq çox təəs‐
süf olsun ki, yeni texnologiyaların bəsit bir simvolu olan inter‐
net  şəbəkəçiliyində  belə  xeyli  geri  qalmamız,  qarşımızda  qət 
edəcəyimiz çox uzun bir yol olduğunu göstərir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
‐ 136 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
İnkişafın bugünkü lokomotivi – Bilgidir!
*
 
Əkbər Eldaroğlu 
 
Neft  sənayesi  bilgi  çağında  ömrünü  başa  vurmuş  sənaye 
sahələrindən  biri  hesab  olunduğu  halda,  bizdə  iqtisadiyyatın 
lokomotiv sektoru kimi qəbul edilir. Amma nəzərdən qaçırılır 
ki,  ölkə  Küveyt  və  Səudiyyə  Ərəbistanı  kimi  neft  avantajı  ilə 
qismən zənginləşsə də, post sənaye çağında stabil və davamlı 
inkişafı təmin edə bilməyəcək. 
Bunu əslində xarici investisiyaların 70 faizinin neft sənaye‐
sinə yatırılması və ixracatda neft və ya neft məhsullarının pa‐
yının təqribən 90 faiz təşkil etməsinə baxmayaraq, bütövlükdə 
neft  sektorunda,  xarici  şirkətlər  də  daxil  olmaqla  işləyənlərin 
sayının  təqribən  65  min  nəfər  olması  da  təsdiq  edir.  Bu  rəqə‐
min  iqtisadiyyatda  məşğul  olanların  ümumi  sayında  xüsusi 
çəkisi təqribən 2 faizdir. Lakin ölkənin neft sektorunda 65 min 
nəfər belə olduqca böyük rəqəm hesab olunur. 
Dünya  praktikasındakı  standartlara  görə  hər  milyon  ton 
hasilata ortalama 1000 nəfər işçi düşür. Xarici neft şirkətlərinin 
“Əsrin Müqaviləsi” çərçivəsində qurduğu struktur da bu stan‐
dartlar  çərçivəsindədir.  ARDNŞ  isə  ildə  8‐9  milyon  ton  neft 
hasil edir. Təbii ki, onun strukturuna təkcə hasilat deyil, digər 
həlqələr  də  daxildir.  Amma  ekspertlərin  qənaətinə  görə  hətta 
bu müəssisələrlə birgə şirkətdə maksimum 30 min adam çalışa 
bilər.  Bu  gün  isə  şirkət  lazım  olduğundan  iki  dəfə  artıq  işçi 
saxlayır. 
Artıq  sənaye  çağından  bilgi  çağına  keçidin  sancıları  ölkə‐
mizdə də hiss olunmağa başlayıb. Bu gün baş verənlər əslində 
sənaye inqilabının və onun aparıcı qüvvəsi olan fəhlə sinfinin 
hakimiyyətini  itirdiyi,  bilginin  daha  çox  zənginlik  yaratdığı, 
                                                 
*
 28 fevral 2005. 
 
‐ 137 ‐


Yüklə 119,04 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə