İQTİsadiyyati



Yüklə 119,04 Kb.
Pdf görüntüsü
səhifə30/93
tarix05.04.2018
ölçüsü119,04 Kb.
#36065
1   ...   26   27   28   29   30   31   32   33   ...   93

Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
‐ 118 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
Telefon biznesi rəqabətə 
hazırlaşırmı?
*
 
Bəhruz Məmmədli 
 
Son  məqaləmizdə  “VOIP”  (voice  over  internet  protocol) 
texnologiyasından bəhs etmişdik. “VOIP” ‐ internet üzərindən 
səs  ötürülməsi,  yəni  telefon  əlaqəsi  mənasına  gəlir.  İnternet 
texnologiyasındakı  bu  innovasiya  sayəsində  dünyanın  istəni‐
lən nöqtəsi ilə çox ucuz qiymətə danışmağın mümkün olduğu‐
nu  bildirmişdik.  Rabitə  şirkətlərinin  gələcəkdə  rəqabət  apara 
bilmələri  üçün  bu  innovasiyaları  mənimsəmənin  zəruriliyini 
vurğulamışdıq. Bu məqalədə isə mövzunun daha konkret mə‐
qamları üzərində dayanmaq istəyirik. 
İnternet üzərindən telefon əlaqəsi əsasən “Skype” texnolo‐
giyası vasitəsi ilə həyata keçirilir. “Skype”dan müxtəlif ölkələ‐
rə  zəng  etmənin  faydasının  nə  olduğu  yəqin  ki,  hamı  üçün 
maraqlı olar. “Skype”ın internet səhifəsində bununla əlaqədar 
bir qiymət cədvəli var. Bəzi ölkələrə zəng etmək nisbətən baha 
olsa da, internet və rabitə infrastrukturunun yaxşı inkişaf etdi‐
yi  ölkələrə  telefon  açmaq  qat‐qat  ucuzdur.  Fikrimizi  əsaslan‐
dırmaq üçün həmin cədvəldən bəzi ölkələrlə bir dəqiqəlik da‐
nışıq  qiymətlərini  seçdik.  Qeyd  edək  ki,  qiymətləndirmədə 
çox  sadə  bir  prinsipə  riayət  edilir.  Başqa  sözlə,  burada  əsas 
məsələ haradan yox, haraya zəng etməyinizdir. 
Dünyanın istənilən ölkəsindən Azərbaycanla sabit telefonla 
(ev‐ofis telefonları) “Skype” üzərindən danışmağın qiyməti bir 
dəqiqə üçün 21,2 sentdir. Azərbaycandakı hər hansı mobil te‐
lefonla danışığın bir dəqiqəlik qiyməti isə 23,7 sentdir. Bu qiy‐
mət Rusiya ilə 4,8, Moskva ilə 2,1 (mobil 4,9), Türkiyə ilə 13,7, 
                                                 
*
 22 oktyabr 2005. 
 
‐ 119 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
 
İstanbulla 6,8 (mobil 21,3), İranla 13,3 (mobil 16,8), ABŞ‐la isə 
cəmisi 2,1 sentdir. Danışıqlar üçün əlavə dəyər vergisini yalnız 
Avropa Birliyi ölkələrinin vətəndaşları ödəyirlər. Bu qayda di‐
gər  ölkələrin  vətəndaşlarına  şamil  edilmir,  yəni  onlar  heç  bir 
əlavə  dəyər  vergisi  ödəmirlər.  Telefon  danışıqlarının  hazırkı 
tarifləri ilə müqayisədə bu, olduqca ucuzdur. Bizi “VOIP”dən 
bəhs etməyə məcbur edən də məhz bu reallıqlardır. 
Bəzi  ölkələrdə  telekommunikasiya  şirkətləri  artıq  “VOIP” 
texnologiyasını  mənimsəməyə  başlayıblar.  Ancaq  buna  “Lu‐
dizm” məntiqi ilə qadağa qoyan Çin kimi ölkələr də mövcud‐
dur. Əlbəttə, belə davranış çıxan günəşin qabağını almaq istə‐
yindən başqa bir şey deyil. Ona görə də bunu əngəlləməyə ça‐
lışmaqdansa,  zəruri  hazırlıq  tədbirləri  görmək  daha  rasional 
davranış olar. 
Rabitə  şirkətlərinin  “internet  biznesi”nin  qabağında  duruş 
gətirməsi yalnız və yalnız onların yenilikçi dəyişiklikləri həya‐
ta keçirməsi ilə mümkün ola bilər. Bu, bizim ölkəmiz üçün də 
keçərlidir.  Çünki  ölkəmizdə  internetdən  istifadənin  genişlən‐
məsi  və  onun  tariflərinin  enməsi  ilə  birlikdə  rabitə  şirkətlə‐
rinin  daha  da  çətin  vəziyyətə  düşə  biləcəyini  proqnozlaşdır‐
maq  elə  də  çətin  deyil.  Məsələn,  keçən  ay  “Barmek  Azərbay‐
can Elektrik Şəbəkəsi MMC”‐nin prezidenti Azərbaycanda re‐
allaşdıracaqları bir layihə sayəsində internet tariflərinin iki də‐
fə düşəcəyini söylədi. “Dünyada analoqu olmayan” layihə ki‐
mi təqdim olunan bu layihənin əslində analoqu var. Amma tə‐
bii ki, onun Azərbaycanda da olması çox gözəl olardı. Bu layi‐
hənin  digərlərindən  fərqi  və  üstünlüyü  internetə  elektrik  xət‐
ləri  vasitəsilə  qoşulmasındadır.  Əlbəttə,  reallaşacağı  təqdirdə 
bu layihə Azərbaycanda internet istifadəçilərinin sayını da ar‐
tıracaq. Əgər “Skype” istifadəçisi üçün bir kompüter və inter‐
net xəttinin yetərli olduğunu nəzərə alsaq, bu durum ilk baxış‐
da rabitə sektoruna bir zərbə kimi görünə bilər. Ancaq zəruri 
 
‐ 120 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
hazırlıqlar  həyata  keçirilsə,  rabitə  şirkətləri  rəqabət  gücünü 
qoruya biləcəklər. Bu rəqabətdən ən çox qazanan isə heç şüb‐
həsiz ki, ölkə vətəndaşları olacaq. 
Azərbaycanda rabitə sektoruna son zamanlar yeni investi‐
siyaların qoyulduğunu və radikal innovasiyaların planlaşdırıl‐
dığını da qeyd etmək lazımdır. Belə ki, NJN şəbəkəsi (Ən Son 
Şəbəkə Avadanlığı) texnologiyasının tətbiqi nəticəsində video‐
telefonlardan hələlik yalnız Bakı ərazisində istifadə olunacaq. 
Ev telefonu ilə danışan abunəçilər bir‐birilərinin video görün‐
tülərini izləyə biləcəklər. Bundan əlavə, Rabitə və İnformasiya 
Texnologiyaları Nazirliyindən verilən məlumata görə, ev tele‐
fonlarından da mesaj göndərmək mümkün olacaq. Digər tərəf‐
dən, ölkədə ADSL (Asimmetrik Rəqəmsəl Abonent Xətti) tex‐
nologiyasının tətbiqi ləng də olsa, genişlənməkdədir. 
Dünya  ölkələrində  internet  biznesinin,  telefon  biznesini 
“öldürdüyünü” iddia edirlər. Ancaq Azərbaycanda rabitə sek‐
toru ilə əlaqədar qeyd etdiyimiz faktlar, hələlik ölkədə telefon 
biznesinin, internet biznesi ilə rəqabətdə daha üstün olduğunu 
göstərir.  Bu  əlbəttə  ki,  bizdə  internetin  daha  az  yayılması  və 
adambaşına  düşən  kompüterlərin  sayının  az  olması  ilə  bağlı‐
dır. Əslində bu durum ölkəmizdə rabitə sektoruna yeni texno‐
logiyaları  tətbiq  etmək  və  innovasiyaları  həyata  keçirmək 
üçün bir fürsət kimi də qəbul edilə və bu layihələr zaman iti‐
rilmədən reallaşdırıla bilər. 
 
 
 
 
 
 
 
 
 
 
‐ 121 ‐


Yüklə 119,04 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə