İQTİsadiyyati



Yüklə 119,04 Kb.
Pdf görüntüsü
səhifə32/93
tarix05.04.2018
ölçüsü119,04 Kb.
#36065
1   ...   28   29   30   31   32   33   34   35   ...   93

Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
 
İkinci istiqamət rabitə və informasiya texnologiyaları sahə‐
sində modernləşmə və yeni texnologiyaların tətbiqinin həyata 
keçirilməsidir. Bu sahədəki fəaliyyət texniki və texnoloji cəhət‐
dən modernləşmə və yüksək ixtisaslı mütəxəssislərin hazırlan‐
masını nəzərdə tutur. 
Üçüncüsü,  informasiya  cəmiyyətinə  keçid  üzrə  layihələrin 
hazırlanması  və  həyata  keçirilməsidir.  Bu  layihələr  “elektron 
hökumət”in  formalaşdırılması,  İnformasiya  Texnologiyaları 
Texnoparkının  yaradılması,  milli  informasiya  təhlükəsizlik 
sisteminin yaradılması və s. kimi əhəmiyyətli layihələri əhatə 
edir. 
Həyata keçirilməsi planlaşdırılan elektron hökumət layihə‐
si xüsusi əhəmiyyətə malikdir. Bu layihənin həyata keçirilməsi 
dövlət  idarəçiliyinin  təkmilləşdirilməsinə  xidmət  edir.  Ümu‐
miyyətlə, “elektron hökumət” məfhumu dövlət işlərinin elek‐
tron mühitə daşınması mənasına gəlir və vətəndaşların dövlə‐
tin  təklif  etdiyi  xidmətlərdən  24  saat  boyunca  internet,  mobil 
telefon,  televiziya  kimi  vasitələrlə  faydalanmasını  ifadə  edir. 
Layihənin həyata keçirilməsi dövlətin xərclərinin azalaraq da‐
ha rentabelli fəaliyyət göstərməsinə səbəb olacaq. 
Dövlət  xidmətlərindən  internet  mühitində  faydalanılması 
bürokratiyanın  azaldılması,  işlərin  daha  qısa  zamanda  görül‐
məsi, sui‐istifadə hallarının azaldılması ilə nəticələnəcək. Baş‐
qa sözlə, daha şəffaf və demokratik idarə şəkli ortaya çıxacaq. 
Yeri gəlmişkən, “Aztelekom” İstehsalat Birliyinin tabe müəssi‐
sələrlə yazışmalarının elektron poçt vasitəsilə aparılması elek‐
tron  hökumətin  tətbiqinə  bir  nümunə  olaraq  göstərilə  bilər. 
Məktublar elektron poçt vasitəsilə bir neçə dəqiqə ərzində ün‐
vanına  çatır.  Bu  addım  internet  istifadəçilərinə  çox  primitiv 
görünə  bilər.  Lakin  yeni  sistemin  tətbiqi  ilə  “Aztelekom”  bir 
sıra xərclərə qənaət edəcəyi kimi dövlət personalının kompü‐
terə  və  internetə  isinişməsi  baxımından  da  əhəmiyyət  kəsb 
 
‐ 126 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
edir. Digər dövlət qurumlarının da eyni istiqamətdə addımla‐
rına ehtiyac var. 
Bəhs etdiyimiz dövlət proqramının qəbulu ilə birlikdə lek‐
sikonumuza e‐Azərbaycan ifadəsinin daxilolma şansı da doğ‐
muş oldu. Artıq e‐Avropa, e‐İngiltərə kimi elektron hökumətə 
doğru  irəliləyən  ölkələrin  sırasına  Azərbaycan  son  sıralarda 
da olsa daxil olacaq. 
Bir dövlət proqramının həyata keçirilməsi, lazım olan mad‐
di  vəsaitin  ayrılmasından,  yaxud  da  başqa  sözlə,  maliyyələş‐
dirmə  şəklindən  çox  asılıdır.  Ölkəmizin  hərtərəfli  inkişafı  ba‐
xımından  müstəsna  əhəmiyyət  daşıyan  proqramların  həyata 
keçirilməsi üçün dövlət büdcəsindən də birbaşa ödənək ayrıl‐
ması, fikrimizcə, daha məqsədəuyğun olardı. Çünki belə oldu‐
ğu zaman həm daha çox vəsaitin ayrılmasına, həm də xərclə‐
rin kontrol edilməsinə imkan yaranır. Məsələyə bu rakursdan 
yanaşanda Azərbaycan Respublikasında rabitə və informasiya 
texnologiyalarının  inkişafı  üzrə  2005‐2008‐ci  illər  üçün  nəzər‐
də  tutulan  Dövlət  Proqramının  maliyyələşdirilməsi  baxımın‐
dan bir əskiklik olduğunu deyə bilərik. Belə ki, proqramın ma‐
liyyə mənbələri kimi müxtəlif müəssisə və təşkilatların, qeyri‐
dövlət fondlarının vəsaitləri, beynəlxalq və xarici ölkə təşkilat‐
larının  texniki‐maliyyə  yardımları,  kreditlər,  qrantlar,  qanun‐
vericiliklə qadağan olunmayan digər mənbələr göstərilmişdir. 
Belə  bir  önəmli  dövlət  proqramı  üçün  önümüzdəki  illərdə 
dövlət  büdcəsindən  birbaşa  vəsait  ayrılmasının  vacibliyi  açıq 
şəkildə ifadə edilməmişdir. Halbuki dövlət büdcəsindən vəsa‐
it  ayrılması  bu  proqramın  həyata  keçirilərək  e‐Azərbaycanın 
yaradılmasına təminat verərdi. 
Ümumiyyətlə, bu proqramım müvəffəqiyyətlə həyata keçi‐
rilib‐keçirilməməsi  eyni  zamanda  keçmiş  Rabitə  Nazirliyinin 
adının  dəyişdirilərək  Rabitə  və  İnformasiya  Texnologiyaları 
Nazirliyi adlandırılmasının sadəcə bir ad dəyişikliyi, yoxsa ça‐
 
‐ 127 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
 
ğımızın şərtlərinin yaxalanması zərurətini ehtiva edən bir ad‐
dım olduğunu da göstərəcək. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
‐ 128 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
Elektron seçkilərin iqtisadi əhəmiyyəti
*
 
İlkin Sabiroğlu 
 
İnternet şəraitində həyata keçirilən və rəsmi qurumlar tərə‐
findən qəbul edilən ilk elektron səsvermə ABŞ‐ın Arizona əya‐
lətində,  Demokrat  Partiyası  əyalət  valiliyinə  namizədini  mü‐
əyyənləşdirərkən gerçəkləşdirilib. Eyni zamanda elektron seç‐
ki Yaponiyada yerləşən Nimi şəhərində də sınaqdan keçirilib. 
Burada 15000 seçici cib telefonu vasitəsilə səs verib. 
Zaman irəlilədikcə elektron seçkinin əhəmiyyəti daha yaxşı 
anlaşılmaqdadır.  Əhalisinin  sayına  görə  dünyanın  ən  böyük 
ikinci ölkəsi olan Hindistanda həyata keçirilən Xalq Palatasına 
seçkilərdə  seçicilər  seçki  qutularına  zərf  atmaq  əvəzinə  elek‐
tron səsvermə adlanan üsulla kompüterə toxunaraq səs verir‐
lər. 
Hindistanda  sayı  660  milyonu  aşan  seçicilər  beş  turda  hə‐
yata  keçiriləcək  olan  seçkilərdə  kompüter  vasitəsilə  səs  verir‐
lər.  Yeni  metod  ən  çox  oxuma‐yazma  qabiliyyəti  olmayan 
hindlilərin işinə yaradı; indiyədək mürəkkəbə barmaq basaraq 
səsvermək məcburiyyətində qalan yüz milyonlarca seçici artıq 
kompüterin  tuşlarına  toxunurlar.  Hindistandakı  bu  beş  turlu 
seçkilər bütün ölkə səviyyəsində üç həftə davam edir. Bunun 
üçün  təqribən  1  milyon  ədəd  kompüter  paylandı.  Hindistan 
kimi  böyük  bir  ölkənin  seçkiləri  elektron  səsvermə  vasitəsilə 
həyata keçirə bilməsi Braziliya, ABŞ, Hollandiya kimi ölkələri 
də elektron səsverməyə keçməyə təşviq edəcək. 
Elektron  səsvermənin  mühüm  iqtisadi  əhəmiyyəti  də  var. 
Seçici sayının 660 milyonu aşdığı Hindistanda elektron səsver‐
mə kağız istifadəsinə görə iqtisadi cəhətdən ciddi bir qənaətə 
imkan yaradacaq. Milyonlarca kağız zərflərini əvəz edən kom‐
                                                 
*
 23 aprel 2004. 
 
‐ 129 ‐


Yüklə 119,04 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə