İQTİsadiyyati



Yüklə 119,04 Kb.
Pdf görüntüsü
səhifə28/93
tarix05.04.2018
ölçüsü119,04 Kb.
#36065
1   ...   24   25   26   27   28   29   30   31   ...   93

Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
 
ölçü, keyfiyyət tərkibi və s.) üstündəki kağızdan əldə edə bilir‐
dik. Günümüzdə öncə internet üzərindən bir paltar ilə əlaqə‐
dar  bütün  informasiyanı  əldə  edirik,  daha  sonra  kredit  kartı 
ilə paltarı satın alırıq. 
Burada  qısa  bir  haşiyə  açıb  informasiya  (information)  və 
bilgi  (knowledge)  arasındakı  fərqi  vurğulamaq  lazımdır.  Belə 
ki, informasiya üzərində işlənmiş və istifadəyə hazır hala gəti‐
rilmiş,  parçalar  halında  kodlana  bilən,  rahat  bir  şəkildə  əldə 
edilən  və  hər  kəsin  anlaya  biləcəyi  bir  tərkibə  sahibdir.  Bilgi 
isə,  daha  texnik,  əldə  edilməsi  daha  çətin  və  əldə  edilsə  belə 
anlaşılması çətin olan bir tərkibdədir. 
Bəzi tarixçilər elm və texnologiyanın avtonom və bir‐birlə‐
rindən böyük ölçüdə müstəqil proseslərdə inkişaf etmiş iki alt‐
sistem olduğu görüşünü müdafiə etməkdədirlər. Bu iki alt‐sis‐
temin fərqli məsləklər tərəfindən fərqli metodlarla ortaya çıx‐
dığı  fikri  doğrudur.  Belə  ki,  elm  adamları  üçün  yeni  bilginin 
elmi  kriteriyalara  uyğunluğu  və  elmi  jurnallarda  nəşri  daha 
önəmlidir. O bilginin tətbiq edilə bilmə imkanı isə ikinci dərə‐
cədə önəmlidir, hətta bəzən tamamən ehmal edilə bilər. Fəqət 
mühəndislər  və  texnoloqlar  üçün  bu  durumun  tam  tərsi  ke‐
çərlidir. Onların birinci öncəliyi işə yarayacaq bir praktikanın 
mümkün olmasıdır. 
Reallıqda isə bu fərqli metodoloji xüsusiyyətlərinə baxma‐
yaraq, bunlar arasında qarşılıqlı bir əlaqə mövcuddur. Dolayı‐
silə  prosesin  tək  yönlü  hərəkətini  ifadə  edən  “elmə  dayalı” 
(science‐based)  texnologiya  terminin  yerinə  “elmlə  əlaqəli” 
(science‐related) texnologiya, termini daha uyğun bir ifadədir. 
Yəni  elm  texnoloji  inkişafı  təmin  etdiyi  kimi,  texnoloji  dəyiş‐
mələrdən də öz nəsibini alır. 
Son olaraq qeyd edək ki, icadlardan sonra sənaye praktika‐
sı  (innovasiya)  üçün  keçən  müddət  getdikcə  azalmaqdadır. 
Məsələn bu müddət: 
 
‐ 108 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
‐ Fotoqraf üçün (1727‐1829) 102 il; 
‐ Telefon üçün (1820‐1876) 56 il; 
‐ Radio üçün (1867‐1902) 35 il; 
‐ Televizor üçün (1922‐1936) 14 il; 
‐ Radar üçün (1926‐1940) 14 il; 
‐ Atom bombası üçün (1939‐1945) 6 il; 
‐ Tranzistor üçün (1948‐1953) 5 il olmuşdur. 
Son  söz  əvəzi:  Əgər  R&D  investisiyaları  sabit  və  dəyişkən 
kapital  investisiyalarını  keçməyə  başlarsa,  firmanın  bir  isteh‐
sal mərkəzi olmaqdan çıxıb bir düşüncə mərkəzi halına gəldi‐
yi söylənə bilər. (Fumio Kodama) 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
‐ 109 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
‐ 110 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
Kapital, yoxsa bilgi?
*
 
Əkbər Eldaroğlu 
 
1950‐ci illərdə inkişaf etməkdə olan ölkələrin ən əsas prob‐
lemi, onların yetərli kapital yığımına sahib olmamasıydı. Yaşa‐
dığımız XXI əsrdə isə dünya kapital azlığının deyil, tam əksinə 
kapital  çoxluğunun,  xüsusilə  1997‐ci  ildəki  Uzaq  Şərqi  Asiya 
Böhranında  olduğu  kimi  qısa  müddətli  kapital  hərəkətlərinin 
yaratdığı böhranın sıxıntılarını yaşayır. 
XX əsrin bəlkə də ən mühüm yeniliklərindən biri kapitalın 
elektronlaşması olmuşdur. Artıq kapitalın 15 saniyədə dünya‐
nı 3 dəfə dolaşdığı bir əsrdə yaşayırıq. Bu gün milli dövlətlər 
kapital  üzərində  nəzarəti  təmin  edə  bilmirlər.  Bununla  bəra‐
bər,  milli  dövlətlər  artıq  informasiyanı  da  nəzarətdə  saxlaya 
bilmirlər. Təbii ki, bunu da təmin edən son illərdəki, informa‐
siya və telekommunikasiya texnologiyalarında baş verən yeni‐
liklərdir.  Bu  yeniliklər  ayrıca  milli  dövlətlərin  sütunlarını  da 
laxlatmaya başlayıb. Dünya milli dövlət modelindən millət üs‐
tü təşkilatlanmalara doğru yelkən açıb. 
Günümüzdə gəlir gətirəcək hər bir biznes layihəsi, anında 
bunu  maliyyələşdirəcək  kapitalı  dünya  bazarlarından  təmin 
edə bilməkdədir. Belə ki, özünüzə bir dəst iş kostyumu ala bil‐
mədən, arzuladığınız kapitalı dünya bazarından anında təmin 
edə bilərsiniz. Yetər ki, gəlir gətirəcək bir proyektiniz olsun. 
Torpaqdan  asılılıq  dövrünün  ardından,  qol  gücünə  daya‐
nan sənayeləşmə dövrü geridə qaldı. XIX əsrin iqtisad elmi is‐
tehsalın  əsas amillərinə  torpaq,  kapital və  əməyi  daxil  edirdi. 
XX əsrin əvvəllərində təşəbbüskarlıq da bu sıraya qoşuldu. XX 
əsrin sonlarında isə istehsalın beşinci və həm də əsas amili ro‐
lunda bilgi çıxış edir. Bilgi, XXI əsrdə xalqların qarşısında du‐
                                                 
*
 29 iyun 2005. 
 
‐ 111 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
 
ran  ən  böyük  mübarizə  mənbəyi  olacaqdır.  Çünki,  dünyada 
gəlir əldə etməyin forması da dəyişmişdir. Bu əsrdə bilgiyə in‐
vestisiya qoyaraq, yenilik yarada bilənlər rəqabət edə biləcək‐
lər. 
Bütün  inkişaf  etmiş  ölkələrdə  universitetlər  elmi  araşdır‐
maların aparıldığı, müstəqil qurumlar kimi fəaliyyət göstərir‐
lər.  Çünki  elmi  araşdırma  eyni  zamanda  yenilikləri  öyrənmə 
və özünü inkişaf etdirmə fəaliyyətidir. Araşdırmaçı, çalışması 
sırasında  bir  çox  yeni  bilgiləri  öyrənir  və  ayrıca,  göstəriciləri 
seçmə, qruplaşdırma, analiz etmə və təhlil kimi sahələrdə qa‐
biliyyətini inkişaf etdirir. 
Araşdırma hər şeydən əvvəl insana nizamlı çalışma və sis‐
temli düşünmə vərdişi qazandırır. Deyilə bilər ki, insanın dün‐
ya  görüşünü  zənginləşdirən,  hadisələrə  baxış  bucağını  geniş‐
ləndirən amillərin başında araşdırma və tədqiqat yer almaqda‐
dır. İsraildə 6 milyon əhali 1 ildə 9 min 167 məqalə, İsveçrədə 
isə 7 milyon əhali 13 min 605 elmi məqalə yayımlayır. Türki‐
yədə isə 75 milyon insan bir ildə sadəcə 3 min 774 elmi məqalə 
ortaya  qoyur.  Təəssüf  ki,  Azərbaycanda  belə  bir  statistika  ilə 
tanış olmaq cəhdlərimiz boşa çıxdı. 
Ayrıca  da  Almaniyanın  Hamburq  şəhərində  1978‐ci  ildə 
qurulan, 1999‐cu ildə 3500 tələbəsi, 100‐dən yuxarı professoru, 
500  müəllimi  olan  universitet  təqribən  ildə  100  patent  alaraq 
həm elmin həm də iqtisadiyyatın lokomotivi olmaqdadır. 
Bizdə isə universitetlər Sovet dövründə olduğu kimi təhsili 
ikinci planda tutmaqla daha çox mütləq doğruları və doqma‐
ları  olan,  kvant  fəlsəfəsindən  uzaq  qurumlar  kimi  fəaliyyət 
göstərirlər.  Hansı  ki,  tək  fikrin  hakim  ideologiya  olduğu  cə‐
miyyətlərdə nə elm inkişaf edə bilir nə də azad düşüncə. 
Əslində insan inkişaf indeksinə görə dünyanın 91‐ci ölkəsi 
olmağımız müasir çağın tələblərinə cavab verə bilməyən təhsil 
sistemimizdə axtarılmalıdır. Çünki, dünyamız ideologiyaların 
 
‐ 112 ‐


Yüklə 119,04 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə