İQTİsadiyyati



Yüklə 119,04 Kb.
Pdf görüntüsü
səhifə26/93
tarix05.04.2018
ölçüsü119,04 Kb.
#36065
1   ...   22   23   24   25   26   27   28   29   ...   93

Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
Həqiqi inkişafa gedən yol
*
 
Mətin Həsənov 
 
Cəmiyyətdə, eləcə də iqtisadiyyatda hər şey hərəkətdə olsa 
da inkişafda deyil. İnkişaf qanunauyğunluq deyil, bəlkə də bu 
mifik bir fenomendir. Bunun üçün həqiqətən də qeyri‐adi “nə 
isə” etmək lazımdır. Məhz cəmiyyətin inkişafı da bu “nə isə”‐
ni  harada  axtarmasından  asılıdır.  İlk  baxışda  bu  yol  gedilmiş 
yolu yamsılamaq, təkrarlamaq cəhdi olardı. 
Bu gün qərb ölkələrinin nisbətən köhnəlmiş texnologiyala‐
rını, iqtisadi fəaliyyətin təşkili formalarını tətbiq etmək öz‐öz‐
lüyündə  inkişafdır,  amma  inkişaf  etmək  deyildir.  Çünki  bu 
yamsılama  kiminsə  daimi  irəlidə    olduğunu  qəbul  etməkdir. 
Əsl  inkişaf  isə  daim  irəlidə  olmağa  cəhdlə  şərtlənir.  İnkişaf 
nisbi anlayışdır. Bu nisbilik insan tələbatının sonsuzluğa uzan‐
ması qədərdir. 
İqtisadi  tarix  göstərir  ki,  dünya  əhalisinin  əksər  hissəsinin 
yaşadığı  “inkişaf  etməkdə  olan”  ölkələr  heç  də  inkişaf  etmir. 
Bu tip ölkələr neqativ effekt yardan çevrənin kənarlarından çı‐
xa  bilmirlər  (cercle  vicieux).  Başqa  sözlə  yaratdıqları  və  düş‐
dükləri  bu  diabolik  zəncirdə  nəyin  və  kimin  inkişaf  etməkdə 
olduğunu  görmək  mümkün  deyil.  İllərdir  borclanan  bu  ölkə‐
lərdə qloballaşan mühitdə yalnız çevrə üzərində hərəkət yox, 
geriyə, mərkəzə doğru qaçma təhlükəsi daha ehtimal olunan‐
dır,  nəinki  onların  fəaliyyəti  ilə  pozitiv  effekt  yaradan  və  za‐
man  keçdikcə  mərkəzə  yox,  irəliyə,  yəni  daha  geniş  müstəvi 
(cercle vertueux) üzərinə keçmələri. 
Bəs  biz  hansı  spiraldayıq?  “Cercle  vicieux”,  yoxsa  “cercle 
vertuex” də? 
                                                 
*
 27 mart 2004. 
 
‐ 101 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
 
Suala qəti  cavab  vermək  çox  çətindir. Nəzərə  alsaq  ki,  bö‐
yük  və  görünməmiş  iqtisadi  artım  yaşayırıq,  ölkənin  xarici 
borcları təhlükəli səviyyədə deyildir, belə təsəvvür yarana bi‐
lər ki, birinci spiralda deyilik, amma ikincidə olduğumuzu da 
əminliklə demək olmaz. 
Məhz  cəmiyyətin  və  dövlətin  də  rolu  pozitiv  effekt  yara‐
dan  sistemə  transformasiyanın  sürətləndirilməsindən  ibarət‐
dir.  Burda  fiziki  baxımından  sürətlə  keçməmək  gec  keçməklə 
deyil, ümumiyyətlə keçə bilməməklə nəticələnir. 
İdeyanın  fonunda  o  durur  ki,  nəyinsə  bir  nöqtədən  digər 
nöqtəyə  pozitiv  keçidi  mütləq  deyildir.  Ölkənin  bu  qədər  re‐
surslara  malik  olub  hökmən  inkişaf  edəcəyi  inamının  özünü 
asanlıqla doğrultmamaq ehtimalı böyükdür. 
Qərb ölkələri bu gün 2 faizlik iqtisadi artım axtarışındadır‐
lar.  Biz  də  cəmiyyət  olaraq  neft  gəlirlərini  mənimsədikdən 
sonra  bu  gün  bizə  mütləq  görünən  ətraf  sabah  kifayət  qədər 
nisbiləşəcək və bu gəlir bitdikdən sonra 2 faizlik iqtisadi artım 
məqsədində olacağıq. 
İndi  məhz  həmin  dövrə  hazırlaşmaq  lazımdır.  Bu  isə  yer 
üzərindəki  ən  mükəmməl  varlıq  olan  insanın  potensialından 
asılıdır.  Yalnız insan  özünü  mükəmməlləşdirdikcə  ətrafını  da 
dəyişmiş  olur.  Bu  da  elə  inkişaf  deməkdir.  Cəmiyyətdəki  in‐
san  davranışlarını  da  iqtisadi  münasibətlərin  doğurduğunu 
nəzərə  alsaq,  yolumuz  aydınlaşır:  Təhsilin  əvəzedilməz  rolu 
sayəsində insanın öz inkişafına nail olmaq. 
Bu  gün  yalnız  bilgi  çağının  prinsiplərinə  köklənmək  bizə 
imkan verə bilər ki, dinamik spiralda fəaliyyət göstərək. İkinci 
və  optimal  yol  budur.  Yalnız  belə  iqtisadiyyat  dəyərin  əlavə 
dəyər yaratmasına və onun da yenidən əlavənin əlavəsini ya‐
ratmasına şərait yarada bilər. 
Cəmiyyətdə  inkişaf  və  iqtisadi  artım  anlayışları  bəzən  qa‐
rışdırılır. Bu fərq yalnız terminoloji mənada deyil, eyni zaman‐
 
‐ 102 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
da konseptual baxımdan insan və dövlət davranışında gerilə‐
məyə səbəb olan effekt yarada bilər. Hazırda ərəb ölkələrinin 
varlı  olması  onların  inkişaf  etdiyinə  dəlalət  etmir.  İnkişaf  kə‐
miyyət  göstəricisi  olan  iqtisadi  artımdan  daha  geniş  anlayış 
olub daha güclü səy tələb edir. İnkişaf iqtisadi artımın keyfiy‐
yətləndirilməsidir. 
Bu  eyni  zamanda  inkişafda  “kim”  və  “nə”yin  qarşılıqlı 
struktur dəyişikliyidir. “Kim”in, yəni insanın struktur dəyişik‐
liyi  onun  beyin  strukturunun,  başqa  sözlə  düşüncə  tərzinin 
dəyişməsidir. “Nə” isə bu beynin öz ətrafının strukturunu iqti‐
sadi artımın təkanverici qüvvəsi ilə dəyişməsidir. 
Sənaye  dövründə  bu  anlayışları  fərqləndirən  elementlər 
(məsələn,  əhalinin  tərkibi,  sənaye,  kənd  təsərrüfatı,  xidmətin 
payı və s.) öz yerini daha əhəmiyyətli olan bir göstəriciyə, bil‐
ginin  payı  deyilən  bir  anlayışa  verməkdədir.  Bu  isə  tamam 
başqa davranış tələb edir və fərqli bir davranış doğurur. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
‐ 103 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
‐ 104 ‐


Yüklə 119,04 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə