İQTİsadiyyati



Yüklə 119,04 Kb.
Pdf görüntüsü
səhifə29/93
tarix05.04.2018
ölçüsü119,04 Kb.
#36065
1   ...   25   26   27   28   29   30   31   32   ...   93

Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
deyil,  elmin  hakim  olduğu  bir  mərhələyə  qədəm  qoyub.  İndi 
bilgini əldə rəhbər tutanlar və bununla bəslənməyi bacaran cə‐
miyyətlər zəngin və özgür yaşamaq haqqına sahibdirlər. 
Bu  gün  bunları  düşünmək  belə,  heç  olmasa  dünənə  görə 
daha ağıllı olmaq deməkdir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
‐ 113 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
‐ 114 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
Əsl inqilab
*
 
Bəhruz Məmmədli 
 
“The Economist” jurnalının 17‐23 sentyabr tarixli ingilis di‐
lindəki  sayının  üz  qapağında  bu  sözlər  yer  alıb:  “How  the 
internet  killed  the  phone  business”.  Yəni  internet  telefon  biz‐
nesini  necə  öldürdü?  Bu  ifadə  telefon  biznesi üçün  ölüm  mə‐
nasına  gəlsə  də  bizə  görə  böyük  bir  inqilabdır.  Bəs  səbəb  nə‐
dir? 
Bunu  yaxşı  başa  düşmək  üçün  belə  bir  müqayisə  aparaq. 
Çox  deyil, 7‐8  il  bundan  əvvəl  birinə  klassik  mənada  məktub 
göndərmək  üçün  poçt  xidmətindən  istifadə  edirdik.  Məktub 
gedəcəyi  yerdən  asılı  olaraq  müxtəlif  nəqliyyat  vasitələri  ilə 
daşınırdı.  Bir  məktubun  lazım  olan  ünvana  çatması  üçün  ən 
azı 3‐4 gün, hətta 1 aya qədər zaman keçirdi. Bəzən isə heç çat‐
mırdı və bizə də nəyə görə çatmadığına dair məlumat gəlmir‐
di. Ancaq günümüzdə yazdığımız məktubun istənilən ünvana 
çatmasına  2‐3  saniyə  kifayət  edir.  Hamımızın  bildiyi  kimi, 
bəhs etdiyimiz elektron məktubdur (e‐məktub). Burada tama‐
milə fərqli bir texnologiyadan istifadə olunur. Klassik məktu‐
bun daşınmasında maşın, qatar, təyyarə kimi nəqliyyat vasitə‐
lərindən  istifadə  olunurdusa,  e‐məktubun  göndərilməsində 
isə sadə dildə desək, elektrik axımından istifadə edilir. Görün‐
düyü kimi, e‐məktubun daşınmasında istifadə olunan texnolo‐
giya  tamamilə  başqa  bir  məntiqə  dayanır.  Buna  informasiya 
və  kommunikasiya  texnologiyaları  deyirik.  Bu  texnologiya 
klassik  məktub  göndərmək  üçün  istifadə  edilən  texnologiya‐
nın  inkişaf  etdirilmiş  forması  deyil;  tamamən  fərqli,  inqilabi 
xarakterli, yeni bir texnologiyadır. 
                                                 
*
 6 oktyabr 2005. 
 
‐ 115 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
 
Yuxarıdakı  prosesə  paralel  olaraq  yaşanan  bir  inqilab  da 
internetin,  telefonun  yerini  almasıdır.  Bu  inqilab  “VOIP”  və 
“Skype”  texnologiyası  sayəsində  baş  verib.  “VOIP”  (voice 
over internet protocol) ‐ internet üzərindən səs ötürülməsi, yə‐
ni telefon əlaqəsi mənasına gəlir. “VOIP” texnologiyasına da‐
yanan “Skype”, bu yaxınlarda “eBay” adlı internet üzərindən 
kommersiya  fəaliyyəti  göstərən  bir  firma  tərəfindən  2,6  mil‐
yard  ABŞ  dollarına  satın  alındı.  “Microsoft”,  “Apple”  və 
“AOL”  da  bu  texnologiyalara  fokuslanıb.  Bu  texnologiya  ilə, 
internet  üzərindən  bir  dəqiqəlik  telefon  danışığının  qiyməti 
beynəlxalq zənglər də daxil olmaqla cəmisi 2 sentdir. Hal‐ha‐
zırda “Skype” hər gün 150 minə yaxın yeni müştərini heç bir 
investisiya  qoymadan  üzv  edə  bilər.  Çünki,  müştərinin  öz 
kompüteri  və  internet  əlaqəsinin  olması  kifayətdir.  Yəni, 
“Skype”  baxımından  yeni  bir  müştərinin  yaradacağı  məsrəf 
(marjinal məsrəf) sıfırdır. Mümkün olduğu qədər çox müştəri 
daha  çox  qazanc  əldə  olunması  deməkdir.  Bu  fakt  rabitə  fir‐
malarının  köhnə  iş  modellərinin  sonunun  gəldiyini  göstərir. 
Müştərilər baxımından isə daha keyfiyyətli və daha ucuz olan 
rabitə mənasına gəlir. 
Bəs yeni model necə olmalıdır? Yeni iş modeli “VOIP” tex‐
nologiyasına dayanmalıdır. Belə ki, artıq ABŞ‐da “VOIP” xid‐
məti  verən  və  3  milyon  müştəriyə  sahib  olan  1100  firma  var. 
Yaponiyada bu rəqəm 8 milyondur. “Skype” 54 milyon müştə‐
riyə  sahibdir.  Dünyada  köhnə  telefon  rabitəsi  sistemi  telefon 
görüşməsinin müddəti və qarşı tərəfin uzaqlığından asılı ola‐
raq  artan  bir  məbləğ  tələb  edən  bir  iş  modelinə  sahib  idi. 
“VOIP” bu iki faktoru əhəmiyyətsiz qılır. Mütəxəssislərin fik‐
rinə görə, mobil telefon və sabit telefonlar (ev və iş telefonları) 
tamamilə “ölməyəcək”, ancaq tələbi və gəliri gedərək azalacaq 
və buna paralel olaraq da bu firmaların bazar qiymətləri ucuz‐
laşacaq.  Bunun  qarşısını  almaq  üçün  rabitə  firmaları  da 
 
‐ 116 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
“VOIP”  texnologiyalarına  keçməlidirlər.  Hətta  bəzi  rabitə  fir‐
maları artıq müştərilərinə sabit bir qiymətlə xidmət göstərmək 
təşəbbüsünü  də  başlatmışlar.  Ancaq  Çin  kimi  bəzi  ölkələr 
“VOIP” texnologiyalarını qadağan etməklə problemi həll etdi‐
yini fikirləşir. 
Mütəxəssislər mobil telefonların sabit telefonlarından daha 
çox zərər görəcəyini fikirləşirlər. Çünki mobil telefonların xid‐
məti daha çox səs məhsulundan ibarətdir və xidmət haqqı sa‐
bit telefon haqqından bir neçə dəfə çoxdur. 
Yuxarıda  qısa  da  olsa  rabitə  sektorunda  inqilab  mənasına 
gələn innovasiyaları açıqlamaya çalışdıq. Məsələyə sırf iqtisa‐
di  cəhətdən  baxsaq,  bu  sahədəki  innovasiyaların  əhəmiyyəti, 
daha az məsrəflərlə daha çox tələb yaradılması, rabitə firmala‐
rının keyfiyyətli xidmət göstərməsi və bu firmaların bazar qiy‐
mətlərini qoruması və artırmasından ibarətdir. 
Maraqlıdır,  Azərbaycanın  rabitə  sektoru  inqilaba  hazırla‐
şırmı? 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
‐ 117 ‐


Yüklə 119,04 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə