İQTİsadiyyati



Yüklə 119,04 Kb.
Pdf görüntüsü
səhifə27/93
tarix05.04.2018
ölçüsü119,04 Kb.
#36065
1   ...   23   24   25   26   27   28   29   30   ...   93

Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
Bilgi İqtisadiyyatı, 
Texnologiya və İnnovasiya
*
 
Natiq Sabiroğlu 
 
Məşhur futurist Alvin Toffler istehsalatda heyvan gücünün 
tətbiqi ilə “Aqrar İnqilab”ın (birinci dalğa), qol gücünün (fiziki 
əmək)  tətbiqi  ilə  “Sənaye  İnqilabı”nın  (ikinci  dalğa)  və  nəha‐
yət beyin gücünün (insan kapitalı) tətbiqi ilə də “Bilgi İnqila‐
bı”nın (üçüncü dalğa) gerçəkləşdiyini söyləməkdədir. 
Rus  iqtisadçısı  Nikolay  Kondratiyevin  (1925)  izindən  ge‐
dən  Joseph  Schumpeter  “Ardıcıl  Sənaye  İnqilabları”  və  ya 
“Ardıcıl Texnoloji Dəyişmə Dalğaları” olaraq adlandırdığı tex‐
noloji  transformasiyaların  bir‐birini  əvəz  etməsini  ortalama 
olaraq yarım əsrlik inkişaf dövrlərinə ayırmışdır. Hər dövr bir 
meta‐paradiqmaya dayanmaqdadır. 1990‐cı illərdən sonra baş‐
layan və bilgi iqtisadiyyatı, yeni iqtisadiyyat, elektronik‐iqtisa‐
diyyat,  rəqəmli  (dijital)  iqtisadiyyat  və  ya  çəkisiz  iqtisadiyyat 
(weight‐less economy) kimi terminlərlə ifadə edilən çağda tə‐
məl istehsal faktoru mikro‐elektronikadır. 
Bilgi  çağı  mübahisələrində  ciddi  bir  əlavə  dəyər  yaradan 
William Knoke “Cəsur Yeni Dünya: 21‐ci Əsrin Əsas Yol Xəri‐
təsi”  (Bold  New  World:  The  Essential  Road  Map  to  the  21st 
Century)  adlı  kitabında  qeyd  edir  ki,  mənimsəmə  və  natural 
iqtisadi dönəmlərdə, insanlar ya istehsalatla məşğul deyildilər, 
ya da istehsal etdikləri sadəcə özlərini təmin edirdi. Yəni iqti‐
sadi münasibətlər sıfır (nöqtə) boyutlu idi. Daha sonra torpaq 
yolları üzərində ticarətin inkişafı ilə düz xətli iqtisadi münasi‐
bətlərə  yəni,  birinci  boyuta  (bir  ölçülü  müstəviyə)  keçildi.  Su 
kanalları və dəniz yollarının ticarətdə önəmli hala gəlməsi ilə, 
                                                 
*
 24 iyun 2005. 
 
‐ 105 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
 
iki  boyutlu  (iki  ölçülü  müstəvi)  iqtisadi  münasibətlər  ortaya 
çıxdı.  Daha  sonra,  insanoğlunun  yerin  cazibə  qüvvəsindən 
qurtularaq təyyarəni icad etməsi və kosmosa çıxması ilə, iqti‐
sadi  münasibətlər  üç  boyutlu  (üç  ölçülü  müstəvi‐fəza)  hala 
gəldi. Və nəhayət, internetin icad edilməsi ilə məkansız (virtu‐
al)  və  qismən  də  zamansız  iqtisadi  münasibətlərin  təməli  qo‐
yulmuşdur.  Yəni  artıq  dördüncü  boyutda  yaşayan  məkansız 
və zamansız cəmiyyətə keçmişik. 
Əkinçilik cəmiyyətində geniş ailələr (qəbilə, tayfa və s.) ic‐
timai həyatın ən sadə və ən müqəddəs vahidləri idi. Daha son‐
ra  sənaye  cəmiyyətinə  keçilməklə  çəyirdək  ailə  (ata,  ana  və 
uşaqlar)  ictimai  həyatın  ən  müqəddəsi  halına  gəldi.  Və  nəha‐
yət,  bilgi  cəmiyyəti  insanı  müqəddəslərin  müqəddəsi  halına 
gətirdi. 
Maraqlıdır bilgi çağına keçməyimizə rəğmən, iqtisadi ədə‐
biyyatda bilginin iqtisadi inkişaf və artım, məşğulluq səviyyə‐
si, xarici ticarət, məhsuldarlıq və s. kimi makro və mikro‐iqti‐
sadi təsirlərini araşdıran və analiz edən çalışma olduqca məh‐
duddur. Ümumiyyətlə, mal və xidmətlərin texnoloji ömrünün 
gedərək qısaldığı bir zamanda bu problem, sadəcə bilgi iqtisa‐
diyyatı  ilə  deyil,  texnologiya  araşdırmaları  ilə  də  bağlıdır. 
Jewkes və digərlərinə görə, iqtisadçıların böyük əksəriyyətinin 
texnoloji dəyişmə və inkişaf mövzularını ‐ və fikrimizcə, bilgi 
iqtisadiyyatını ‐ araşdırmamaqlarının üç səbəbi mövcuddur: 
‐  İqtisadçıların  texnik  elmlər  və  texnologiya  mövzusunda 
cahilliyi; 
‐ Bütün zamanlarını qısa dönəmli konyunktura hərəkətləri 
ilə məşğulluq problemlərinə ayırmaları; 
‐ İstifadə edilə biləcək statistikaların olmaması. 
Chris  Freeman  və  Luc  Soeteyə  görə,  keçmişdə  icadların, 
kəşflərin  və  yeniliklərin,  günümüzdə  də  bilgi  iqtisadiyyatı 
çalışmalarının  ehmal  edilmiş  olması,  sadəcə  iqtisadçıların  bu 
 
‐ 106 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
mövzudakı  məlumatsızlıqlarından  və  ya  digər  iqtisadi  sahə‐
lərdəki  fəaliyyətlərindən  qaynaqlanmamaqdadır.  İqtisadçılar 
daha çox öz versiyalarının və ümumən qəbul edilmiş düşüncə 
sistemlərinə bağlılıqlarının qurbanıdırlar. Bu düşüncə sistemi, 
bütün  yenilikləri  “ekzogen”  olaraq  qəbul  etməkdə  idi.  Yəni, 
icad və kəşflər şəxsi keyfiyyətlər nəticəsində təsadüfən ortaya 
çıxmaqdadır. Məsələn, James Watt çaynikdən çıxan buxarı gö‐
rüb  təsadüfən  buxar  makinasını,  Isaac  Newton  başına  alma 
düşməsi ilə yerin cazibə qüvvəsini kəşf etmişdir və s. Halbuki 
çaynikdən buxar çıxmasını Wattdan əvvəl də müşahidə edən‐
lər  olmuşdu.  Alma  daha  öncə  də  bir  çoxlarının  başına  düş‐
müşdü.  Dolayısilə,  bu  önəmli  kəşflər  təsadüfi  deyildi.  Ayrıca 
bu  icadçılar  kəşflərini  sadəcə  doğuşdan  gətirdikləri  xüsusiy‐
yətlərə  deyil,  daha  çox  sonradan  sistematik  öyrənmə  yolu  ilə 
əldə etdikləri bilgilərə borcludurlar. Qısaca, həm Watt, həm də 
Newton,  çox  dahi  doğulsaydılar  belə,  bu  sistematik  təhsil  ol‐
madan icadçı ola bilməzdilər. 
Günümüzün  iqtisadi  artım  nəzəriyyələri  texnologiyanı  və 
dolayısilə bilgini artıq “endogen” olaraq qəbul etməkdədirlər. 
Yəni  nəzəri  araşdırma  –  icad  ‐  praktiki  inkişaf  ‐  innovasiya 
prosesi  artıq  sistematik  və  koordinasiyalı  fəaliyyətlərin  məc‐
musudur. Bu gerçəyi anlayan firmalar özlərinin müstəqil R&D 
departamentlərini  qurmaqdadırlar.  Qısaca,  Marxın  makinalar 
haqqında söylədiyi elmin sənaye sisteminə “giriş nöqtəsi” gü‐
nümüzdə firmaların R&D (research and development) depar‐
tamentləri  üçün  keçərli  bir  tərifdir.  Hesablamalar  R&D  üçün 
xərclənən  hər  1  ABŞ  dolarının  yeni  makinalara  xərclənən  hər 
bir dollara nisbətlə səkkiz qat daha yüksək qazanc gətirdiyini 
ortaya qoyur. 
Əvvəllər  bilgi  fiziki  malların  bir  kölgəsi  idi.  İndi  isə  bilgi 
artıq  mallardan  tamamən  qopmuş  və  özünə  xas  bir  gerçəklik 
qazanmışdır. Məsələn, əvvəl mağazaya gedib bir paltar aldığı‐
mızda,  o  paltarla  bağlı  bütün  informasiyanı  (marka,  qiymət, 
 
‐ 107 ‐


Yüklə 119,04 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə