İQTİsadiyyati



Yüklə 119,04 Kb.
Pdf görüntüsü
səhifə24/93
tarix05.04.2018
ölçüsü119,04 Kb.
#36065
1   ...   20   21   22   23   24   25   26   27   ...   93

Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
 
maqdadır. Yeni texnologiyaların inkişafı informasiya mübadi‐
ləsini  və  informasiyanın  paylaşılmasını  sürətləndirməkdədir. 
Getdikcə  bu  proses  daha  geniş  vüsət  almaqdadır.  Məsələn, 
kompüter  yaddaşının  maya  dəyəri  ildən‐ilə  aşağı  düşməkdə‐
dir.  1993‐cü  ildə  20  Mb  900  ABŞ  dollarına  ekvivalent  olduğu 
halda, artıq 1998‐ci ildə 4 Gb 300 ABŞ dolları dəyərində idi. Və 
bu proses davam etməkdədir. Kompüter yaddaşı artdıqca qiy‐
mətlər daha sürətlə aşağı düşməkdədir. 
İnformasiya cəmiyyətinə keçid iqtisadi inkişafı sürətləndir‐
məkdə və bu proses ənənəvi istehsal faktorlarında dəyişiklik‐
lərə  yol  açmaqdadır.  Sənaye  iqtisadiyyatında  investisiyaların 
əsasını maşın və avadanlıq, fabrik və zavod binası kimi əsaslı 
fondlar tutarkən, günümüzdə investisiyalar əsasən informasi‐
yanın  artırılması,  yayılması  və  insan  zəkasının  geniş  şəkildə 
istehsal prosesinə cəlb edilməsinə istiqamətlənmişdir. 
İnformasiyanı daha geniş şəkildə istifadə edən şirkətlər pul 
və  mal  dövriyyələrini  2‐3  dəfə  artırmış,  eyni  zamanda  şirkət 
işçilərinin sayı 25 faiz azalmışdır. Bu onu göstərir ki, informa‐
siya  və  yeni  texnologiyaların  geniş  şəkildə  istifadə  olunduğu 
sahələr başqalarına görə daha sürətlə inkişaf etməkdə və get‐
dikcə  bu  sahələr  ölkələrin  iqtisadiyyatlarının  əsasını  təşkil  et‐
məkdədir. Statistik göstəricilər informasiya sahələrindəki bey‐
nəlxalq  ticarətin  təbii  resurslar  beynəlxalq  ticarətindən  5  dəfə 
daha sürətlə inkişaf etdiyini göstərir. İnformasiya əsaslı əmtəə 
və  xidmətlərə  artan  tələbat  qlobal  iqtisadiyyatın  strukturunu 
dəyişməkdədir. İnformasiyanın rəqabətdə üstünlüyü təmin et‐
məsi  onu  bütün  sahələrdə  əhəmiyyətli  idarəetmə  vasitəsinə 
çevirmişdir. İnformasiyanı geniş şəkildə istifadə edən şirkətlə‐
rin maliyyə göstəriciləri analiz edildiyində informasiya idarə‐
etməsinin nə qədər vacib olduğu təsdiqlənməkdədir. Kommu‐
nikasiya,  software,  biotexnologiya  kimi  sahələrdə  fəaliyyət 
 
‐ 94 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
göstərən  şirkətlərin  əsas  fondlarının  dəyəri  həmin  şirkətlərin 
bazar dəyərinin 5‐10 faizini təşkil etməkdədir. 
Kompüter  proqramlaşdırma  sahəsində  fəaliyyət  göstərən 
“Microsoft”un  bazar  dəyəri,  fiziki  mülkiyyətinə  görə  dünya‐
nın ən böyük şirkəti olan “General Motors”un bazar dəyərin‐
dən  8  dəfə  çoxdur.  “Microsoft”  2  milyar  dollar  miqdarında 
olan fiziki mülkiyyəti ilə 500 milyard dolar miqdarında bazar 
dəyərinə sahibdir. Yəni, şirkət bu bazar dəyərini maliyyə hesa‐
batlarında görünən fiziki mülkiyyətlə əldə etməmişdir. Şirkə‐
tin bu dəyəri əldə etməsinin səbəbi mühəndislərinin kodlar və 
yeni proqramlar yaratması, müştəriləri ilə qurduğu əlaqələr və 
sahib  olduğu  sistemlər;  ümumi  ifadəsiylə  informasiyadır.  Ən 
bariz  nümunəsi  “Microsoft”  olmaqla  bərabər,  yeni  iqtisadi 
mühitdə buna bənzər nümunələr çoxdur. Başqa sözlə, şirkətlə‐
rin  yeni  zənginliyi  və  dəyər  mənbəyi  informasiya,  yəni  intel‐
lektual sərmayədir. 
Yeni iqtisadiyyatın əlamətləri dünya birjalarında daha yax‐
şı hiss olunmaqdadır. 10 il bundan əvvəl dünyanın ən böyük 
bazar dəyərinə malik 20 şirkətinin arasında informasiya sahə‐
sində fəaliyyət göstərən 2‐3 şirkət var idi. Bu gün isə tamamən 
fərqli  vəziyyət  yaranıb.  İndi  artıq  bu  siyahının  başında 
“Microsoft”, “İntel”, “Oracle” kimi yeni iqtisadiyyatın əsas şir‐
kətləri  yerləşib  və  20  ən  böyük  dəyərə  malik  şirkətlərin  17‐si 
informasiya sahəsində fəaliyyət göstərən şirkətlərdir. 
Dünya  sürətlə  yeni  iqtisadiyyatın  qanunlarına  uyğunlaş‐
maqdadır və şirkətlər bu istiqamətdə özlərini yeniləməkdədir‐
lər.  Artıq  rəqiblərindən  bir  addım  önə  keçmək  üçün  şirkətlər 
informasiyanın əldə edilməsi, emalı və ötürülməsi ilə daha sıx 
əlaqədə olmalıdır. 
 
 
 
 
 
‐ 95 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
‐ 96 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
İctimai transformasiyada 
informasiyanın rolu
*
 
Xəzər Bəşirov 
 
İnsanoğlu  kainatda  mövcud  olduğu  gündən  bəri  sahib  ol‐
duğu  mürəkkəb  beyin  quruluşu,  üstün  düşünmə  qabiliyyəti 
və  əldə  etdiyi  bilikləri  praktik  həyata  tətbiq  etmə  bacarığı sa‐
yəsində  mütəmadi  bir  inkişaf  prosesi  keçmişdir.  Bu  inkişaf 
prosesi insanlığın (bəşəriyyətin) ibtidai cəmiyyətdən, informa‐
siya  cəmiyyəti  halına  gəlməsi  ilə  nəticələnmişdir.  Elm  adam‐
ları insanın inkişaf prosesini müəyyən sınma nöqtələrinin mü‐
əyyənləşdirdiyi bir neçə mərhələ içərisində izah etməyə çalış‐
mış  və  cəmiyyətin  xüsusiyyətlərini  buna  görə  sinifləşdirmiş‐
dir. 
Bu sinifləndirmələr içərisində ən məşhuru elmi auditoriya‐
larda  daha  çox  qəbul  edilən  birinin,  məşhur  futurist  Alvin 
Tofflerin sinifləşdirməsidir. Toffler tarixi inkişaf prosesini icti‐
mai  strukturda  əsaslı  transformasiyanın  yaşandığı  üç  dalğa 
şəklində ələ almış və bu dalğaların dönüş nöqtəsini müəyyən‐
ləşdirmişdir. 
Bu dönüş nöqtələrindən ilki kənd təsərrüfatında baş verən 
inqilabdır ki, təqribən on min il əvvəl meydana gəlmiş bu inqi‐
labla  insan  mənimsəmə  və  ovçuluqdan  oturaq  həyat  tərzinə 
keçmiş  və  kənd  təsərrüfatı  cəmiyyəti  formalaşmışdır.  İkinci 
dönüş nöqtəsi isə 17‐ci əsrin sonlarından etibarən Qərbi Avro‐
pada  başlayan  və  təsiri  qısa  müddət  ərzində  bütün  dünyaya 
yayılan sənaye inqilabıdır ki, bu da sənaye cəmiyyətini ortaya 
çıxarmışdır.  Tofflerin  üçüncü  dalğa  olaraq  adlandırdığı  –  in‐
formasiyanın  əhəmiyyətinin  artdığı  və  ən  önəmli  istehsal 
                                                 
*
 28 fevral 2004. 
 
‐ 97 ‐


Yüklə 119,04 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə