İQTİsadiyyati



Yüklə 119,04 Kb.
Pdf görüntüsü
səhifə20/93
tarix05.04.2018
ölçüsü119,04 Kb.
#36065
1   ...   16   17   18   19   20   21   22   23   ...   93

Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
 
– neftin və pulun qiymətinin bir‐biri ilə yaxın əlaqəsi var. Faiz‐
lər anormal şəkildə aşağı olanda qlobal tələb artacaq və nəticə‐
də  istehsalının  artırılması  potensialının  məhdud  olduğu  bir 
zamanda neftin qiyməti artacaqdır. 
Keçən  ildəki qlobal  ÜDM və  qlobal  neft  istehlakındakı  ar‐
tım son 30 ildəki ən yüksək həddinə çatmışdır. Artan neft qiy‐
mətlərini  qlobal  iqtisadi  artımın  mövcud  istehsal  imkanlarını 
aşmasının bir siqnalı olaraq da izah edə bilərik. Adətən iqtisa‐
diyyatda faizlər bu əlaqəni tənzimləməkdədir. Ancaq maliyyə 
bazarlarına  nəzər  saldığımız  zaman  görürük  ki,  son  illərdə 
faizlər  aşağı  səviyyələrdə  seyr  etməkdədir.  Beləliklə  yüksək 
neft  qiyməti  faizin  normal  şərtlərdə  yerinə  yetirməli  olan 
funksiyaları  həyata  keçirmiş  olur.  Bu  baxımdan,  yüksək  neft 
qiymətləri təbiidir və qlobal iqtisadiyyatın ifrat “isinməsinin” 
qarşısını alır. Daha effektiv yol məhdud pul siyasətinin tətbiqi 
olsa  da,  belə  siyasət  iqtisadiyyatı  tənəzzülə  sürükləmə  riskini 
artırır. 
Daha da irəli getsək söyləyə bilərik ki, artan neft qiymətləri 
artan  tələbata  qarşı  bazarın  təbii  reaksiyası  olsa  da,  neft  qiy‐
mətlərinin  sürətlə  artması  Avropa  ölkələri  kimi  yavaş  böyü‐
yən  ölkələrdə  olduqca  mənfi  nəticələrə  səbəb  olmaqdadır. 
Amerika və Çin kimi ölkələrdəki ifrat tələb neftin dünya baza‐
rındakı qiymətini artırmaqda, bu da digər ölkə iqtisadiyyatla‐
rına tətbiq edilən əlavə vergi effekti yaratmaqdadır. 
İqtisadçıların gəldiyi ümumi qənaətə görə, bir dollar əlavə 
ÜDM  yaratmaq  üçün  inkişaf  etməkdə  olan  ölkələr  inkişaf  et‐
miş  ölkələrə  nəzərən  iki  dəfə  artıq  neftdən  istifadə  etməkdə‐
dir. Çin, Hindistan kimi əksər inkişaf etməkdə olan ölkələrdə 
neft  subsidiyalaşdırılmaqdadır.  Dünya  bazarında  neftin  qiy‐
məti artdığından belə ölkə istehlakçıları lazım olduğundan da‐
ha çox neft toplamaqdadırlar. 
 
‐ 80 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
Beynəlxalq Valyuta Fondunun hesablamalarına görə son 5 
il ərzində dünya neft tələbindəki artımın üçdə ikisi inkişaf et‐
məkdə olan ölkələrin payına düşür. Çin üçün eyni göstərici 30 
faiz  təşkil  edir.  Çində  adambaşına  düşən  neft  istehlakı  ABŞ‐
dakının on beşdə biridir. Çində iqtisadi artımın artacağını nə‐
zərə alsaq, neftə olan tələbin durmadan artacağı qənaətinə gə‐
lirik. 
Dünya  neft  qiymətlərindəki  artımın  “günahını”  tamamən 
Çinin üzərinə yıxmaq olmaz. Çünki ABŞ dünya qara qızılının 
dörddə  birini  istehlak  etməklə  dünyada  ən  böyük  neft  isteh‐
lakçısı ünvanını qorumaqdadır. Amerika Avropa Birliyinə nə‐
zərən  hər  dollar  ÜDM‐də  50  faiz  daha  çox  neft  istehlak  edir, 
çünki  amerikalı  istehlakçılar  avropalı  istehlakçılara  nəzərən 
neftə  görə  2  dəfə  az  ödəyirlər.  Amerika  iqtisadiyyatının  neft‐
dən  bu  dərəcədə  asılı  olmağı,  sadəcə,  ölkə  daxilində  deyil, 
həm  də  dünya  ölkələrində  neftin  qiymətini  yuxarıya  doğru 
çəkməkdədir. 
Mütəxəssislər mövcud vəziyyətdən uzunmüddətli çıxış yo‐
lunu Amerikada benzinə qoyulan vergilərin artırılmasında gö‐
rürlər.  Çünki  vergi  tənzimlənməsi  ilə  yanacağa  olan  tələbi 
azaltmaq  mümkündür.  Avropa  ölkələrində,  xüsusilə  də,  Tür‐
kiyədə  bu  üsuldan  istifadə  olunur.  Çin  də  neft  istehlakının 
subsidiyalaşdırılması  siyasətindən  əl  çəksə  və  vergi  tənzim‐
lənməsindən  istifadə  etsə,  uzunmüddətli  perspektivdə  neftin 
qiymətinin sabitləşəcəyi qənaətinə gələ bilərik. 
Bu  gün  isə  ABŞ  və  Çində  iqtisadi  artımın  davam  etməsi 
neftə  olan  tələbatı  artırdığından,  hazırkı  vəziyyət  neftin  qiy‐
mətinin yüksək olmasını şərtləndirir. 
 
 
 
 
 
‐ 81 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
‐ 82 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
Azərbaycanda valyuta böhranı 
gözlənilirmi?
*
 
Vüqar Səlimov 
 
Bu  yaxınlarda  “Fitch”  Beynəlxalq  Reytinq  Agentliyi  33  öl‐
kənin  maliyyə  sektorlarında  gərginliyin  artmasına  dair  proq‐
nozları  əks  etdirən  “Bank  sektorunda  sistemli  risklər”  adlı 
növbəti  hesabatını  açıqladı.  Yüksək  sistemli  risklər  ölkələrin 
40 faizində müşahidə olunub və bunun səbəbi aktivlərin baha‐
laşması və milli valyutanın devalvasiyasının yüksək templərlə 
artması  fonunda  kreditləşmə  prosesinin  genişlənməsidir. 
Hesabatda ən yüksək sistemli risklər kateqoriyasına İslandiya, 
İrlandiya,  Cənubi  Afrika,  Norveç,  həmçinin  Rusiya  və  Azər‐
baycan daxil edilib. Agentlik kreditləşmənin, milli valyutanın 
real  məzənnəsinin,  səhm  və  daşınmaz  əmlakın  qiymətlərinin 
yüksək artım templərini neqativ amil kimi vurğulayıb. 
Ümumiyyətlə,  son  30  ildə  dünyadakı  valyuta  böhranları‐
nın  sayında  və  tezliyində  bir  artış  müşahidə  edilməkdədir. 
Belə ki, bir sıra ölkələr, xüsusilə də inkişaf etməkdə olan ölkə‐
lər  müxtəlif  zamanlarda  valyuta  böhranları  ilə  üzləşmiş  və 
bunların  ağır  nəticələrinə  qatlanmışdır.  Əlbəttə  ki,  bu  böh‐
ranlardan, ən yaxın tarixdə Rusiya kimi, keçid dövründə olan 
ölkələr də öz payına düşəni almışdır. Bütün bunlara baxanda 
insanın ağlına belə bir sual gəlir: Azərbaycanda valyuta böhra‐
nı olma ehtimalı varmı? 
Əvvəla  valyuta  böhranının  nə  olduğuna  baxaq.  BVF‐nun 
tərifinə  görə,  maliyyə  böhranlarının  üç  növündən  biri  olan 
valyuta  böhranı,  bir  ölkənin  pulunu  hədəf  alan  spekulyativ 
hücum  qarşısında  o  ölkə  hökumətinin  devalvasiyaya  məcbur 
                                                 
*
 3 mart 2005. 
 
‐ 83 ‐


Yüklə 119,04 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə