İQTİsadiyyati



Yüklə 119,04 Kb.
Pdf görüntüsü
səhifə19/93
tarix05.04.2018
ölçüsü119,04 Kb.
#36065
1   ...   15   16   17   18   19   20   21   22   ...   93

Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
 
rən ölkə Almaniya, büdcədən ən çox pay alan ölkə isə İspani‐
yadır. 
Büdcə xərcləri isə 6 əsas qələmdən təşkil olunub. Büdcənin 
46  faizindən  artığı  Müştərək  Aqrar  Siyasətə,  30  faizi  Struktur 
Siyasətinə  xərclənir.  Büdcənin  təqribən  6  faizi  idari  xərclər,  4 
faizi  innovasiya  xərcləri,  7,5  faizi  xarici  siyasət  və  xarici  yar‐
dım xərcləri, qalan 6,5 faizlik qismi isə digər xərclər qələmin‐
dən ibarətdir. 
Büdcənin gəlir qələmlərinin təşkili və xərclərin bölgüsündə 
ortaya  çıxan  disbalans  hər  dəfə  büdcə  hazırlanarkən  yeni  bir 
böhranın  ortaya  çıxacağı  ilə  bağlı  proqnozların  yaranmasına 
səbəb  olur.  Əslində  bu  büdcə  bölgüsünün  təbiətinə  xas  olan 
“cəmi sıfır olan oyun” (zero sum game) xüsusiyyətindən qay‐
naqlanır. Belə ki, böyüklüyü sabit olan bir tortdan birisinin çox 
pay  alması  yalnız  digərlərinin  daha  az  pay  alması  ilə  müm‐
kündür.  2007‐2013‐cü  illər  büdcəsinin  hazırlanması  sırasında 
böhran səviyyəsinə varan müzakirələrin mənbəyində də büd‐
cə çalışmalarının bu xüsusiyyəti yatmaqdadır. 
AB  büdcəsi  ətrafındakı  müzakirələri  3  əsas  başlıq  altında 
cəmləşdirmək mümkündür. Bunlardan ilki büdcənin böyüklü‐
yü ilə əlaqədardır. Avropa Komissiyası büdcə böyüklüyünün 
AB milli gəlirinin 1,24 faizi səviyyəsində müəyyənləşməsini is‐
tədiyi halda, Hollandiyanın öndərlik etdiyi büdcə gəlirlərində 
əsas  paya  sahib  (büdcəyə  ödəmələri  aldıqları  paydan  böyük 
olan) 5 ölkə büdcənin həcminin 1 faiz səviyyəsində müəyyən‐
ləşməsini tələb edirdi. 
Bu  məsələdə  ortaya  çıxan  mənbə  ehtiyacı  ikinci  müzakirə 
mövzusunun ‐ İngiltərəyə tətbiq edilən endirimlərin təkrar ak‐
tuallaşmasına  səbəb  oldu.  Yuxarıda  büdcənin  xərclər  hissəsi 
ilə  əlaqədar  rəqəmləri  verərkən  Müştərək  Aqrar  Siyasətin 
(MAS) xərclər içərisindəki payının 46 faiz olduğunu söyləmiş‐
dik.  İngiltərə  AB  üzvlüyü  boyunca  aqrar  sektorun  milli  gəlir 
 
‐ 76 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
içərisindəki  payının  çox  az  olması  səbəbilə  MAS‐dan  mütə‐
madi  olaraq  daha  az  pay  alarkən,  Commonwelth  və  Şimali 
Amerika  ölkələri  ilə  ticari  əlaqələrinin  yüksəkliyi  səbəbindən 
AB büdcəsinə ciddi həcmdə tarif gəlirləri köçürürdü. 1984‐cü 
ildə Marqaret Tetçer bu halı nəzərə alaraq İngiltərəyə imtiyaz 
tanınmasını,  əks  təqdirdə,  MAS‐dan  ayrılacağını  bəyan  edə‐
rək,  İngiltərə  üçün  büdcəyə  həyata  keçirdiyi  köçürmələrin  66 
faizinə ekvivalent özəl bir endirim əldə etmişdi. Başda Fransa 
olmaqla  bir  çox  üzv  ölkə  artıq  şərtlərin  dəyişdiyini  və  büdcə 
mənbələrinin  artırılması  üçün  İngiltərəyə  verilən  imtiyazın 
geri alınması zərurətini irəli sürürdü. Bu tələb isə üçüncü mü‐
zakirə mövzusunun əsasını təşkil edirdi. 
İngiltərə üzv ölkələrdən gələn bu tələblərin əvəzində, Fran‐
sanın da böyük ölçüdə faydalandığı Müştərək Aqrar Siyasətin 
büdcədən  aldığı  payın  azaldılması  və  MAS  reformlarının  hə‐
yata  keçirilməsi  halında  ona  verilən  imtiyazın  qaldırılmasını 
müzakirə  edə  biləcəyini  açıqladı.  Toni  Bleyr  MAS‐da  islahat 
tələblərini “Sapir raporu”na istinadən “AB kimi bilgi toplumu 
olma yolunda ciddi əmək sərf edən bir birliyin büdcə xərcləri‐
nin 46 faizini kənd təsərrüfatı sektoruna, 4 faizini isə innovasi‐
yaya ayırmasının heç bir məntiqə sığmadığı” fikri ilə dəstəklə‐
məkdə idi. 
Qeyd  edək  ki,  2003‐cü  ildə  büdcə  xərclərinin  strukturu 
mövzusunda  tədqiqat  aparmaq  üçün  Avrokomissiya  tərəfin‐
dən səlahiyyət verilən professor Andre Sapirin rəhbərlik etdi‐
yi mütəxəssis heyəti AB büdcəsinin “tarixi qalıq” olduğu, AB‐
nin  iqtisadi  artımına  çox  az  faydası  toxunduğu,  büdcədən 
kənd təsərrüfatına ayrılan payın 15 faizə qədər aşağı salınma‐
sının və büdcənin yenidən formalaşdırılmasının zəruri olduğu 
nəticəsinə varmışdı. 
Keçən  ilin  iyun  ayında  şiddətlənən  və  böhrana  çevrilən 
büdcə müzakirələri dekabrın 16‐da Avropa Şurasının toplantı‐
sında sona çatdı. Fransa və İngiltərə arasında söz atışması ilə 
 
‐ 77 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
 
müşayiət olunan mübahisələrlə yadda qalan və hər iki tərəfin 
də mövqelərindən müəyyən dərəcədə güzəştə getməsi ilə əldə 
edilən  bu  nəticə,  şübhəsiz,  AB‐ni  rahatlatdı.  Bu  çərçivədə 
2007‐2013‐cü illəri əhatə edən yeddi illik dönəm üçün AB milli 
gəlirinin 1,045 faizinə uyğun gələn 862 milyard 363 milyon av‐
roluq büdcə müəyyənləşdi. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
‐ 78 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
Dünya İqtisadi Böhranı 
niyə baş vermir?
*
 
Əfsun Ələkbər 
 
Dünya bazarlarında neftin qiymətinin durmadan artmasını 
son illərin əsas iqtisadi hadisələrindən biri kimi səciyyələndirə 
bilərik. Bəs neft qiymətlərinin artmasını doğuran əsas səbəblər 
hansılardır  və  bu  artım  niyə  dünya  iqtisadi  böhranına  səbəb 
olmur? 
Dünya iqtisadi böhranlarına nəzər saldığımız zaman hamı‐
sının neft qiymətlərindəki sıçramalarla müşayiət olunduğunu, 
ya da birbaşa bu sıçramaların nəticəsində ortaya çıxdığının şa‐
hidi oluruq. Bu baxımdan, 2001‐ci ildən bu tərəfə neft qiymət‐
lərinin 3 dəfədən çox bahalaşması növbəti qlobal iqtisadi böh‐
ranının baş verəcəyi və ya baş verməli olduğu ehtimalını orta‐
ya  çıxarmaqdadır.  Amma  bu  illər  ərzindəki  dünya  iqtisadiy‐
yatının  konyukturuna  baxdığımız  zaman qlobal ÜDM  (Ümu‐
mi Daxili Məhsul) kifayət dərəcədə artmış, inflyasiya isə özü‐
nü  daha  təmkinli  aparmışdır.  Bu  vəziyyət  daha  nə  qədər  da‐
vam edə bilər? 
Yüksək neft qiymətinin dünya iqtisadiyyatı tərəfindən hələ 
ki, “həzm edilməsinin” əsas səbəbi bir çox ölkələrdə, xüsusilə 
ABŞ‐da  “ucuz  pul”  siyasəti  ilə  xərclərin  maliyyələşdirilməsi 
və  beləliklə  bahalı  neftin  təsirini  kompensasiyası  ilə  izah  olu‐
nur. Dünya iqtisadiyyatının iki hegemon dövləti (eyni zaman‐
da  iki  ən  böyük  neft  istehlakçısı)  ABŞ  və  Çinin  son  iki  ildəki 
iqtisadi  artımları  “ucuz  pul”  siyasəti  ilə  izah  olunur.  Bu  ba‐
xımdan  yüksək  neft  qiymətləri  aşağı  faizlərin  nəticəsi  kimi 
açıqlana bilər. Dünya iqtisadiyyatında iki ən önəmli qiymətin 
                                                 
*
 14 dekabr 2005. 
 
‐ 79 ‐


Yüklə 119,04 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə