İQTİsadiyyati



Yüklə 119,04 Kb.
Pdf görüntüsü
səhifə18/93
tarix05.04.2018
ölçüsü119,04 Kb.
#36065
1   ...   14   15   16   17   18   19   20   21   ...   93

Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
 
İqtisadi  səbəblərlə  Türkiyənin  üzvlüyünə  qarşı  çıxanlar, 
üzvlüyün AB‐nə iqtisadi yükünün ağır olacağını, bu səbəbdən 
tam  üzvlük  xaricində  başqa alternativlərin  tapılmasının  zəru‐
riliyini vurğulayırlar. Bu fikri irəli sürənlər, 70 milyondan ar‐
tıq  (2050‐ci  ildə  100  milyon  olacağı  proqnozlaşdırılır)  əhalisi 
ilə birlik daxilində 83 milyonluq Almaniyadan (2050‐ci ildə 78 
milyon olacağı proqnozlaşdırılır) sonra ikinci ölkə olacaq Tür‐
kiyənin adambaşına düşən milli gəlir səviyyəsinin 25 üzv ölkə 
ortalamasının sadəcə 30 faizi qədər olduğunu, dolayısilə əhali‐
sinin artım sürəti yüksək, kasıb və qeyri‐stabil bir Türkiyənin 
birlik  iqtisadiyyatına  zərər  verəcəyini,  ucuz  əmək  ehtiyatları 
ilə birliyin əmək bazarlarını alt‐üst edəcəyini qeyd edirlər. Be‐
lə  bir  yanaşma  bəlkə  hazırkı  vəziyyət  üçün  keçərli  ola  bilər. 
Amma  Türkiyənin  üzvlüyünün  10‐15  il  sonra  reallaşacağını, 
bu  müddətdə  Türkiyənin  ortalama  iqtisadi  artım  sürətinin 
(4%)  Avropa  Birliyi  (25  ölkənin)  ortalamasının  (2%)  üzərində 
olacağının proqnozlaşdırıldığını nəzərə aldığımız zaman gəlir 
fərqinin nisbətən azalaraq birlik ortalamasının 50 faizinə çata‐
cağı  anlaşılır.  Xatırladaq  ki,  2004‐cü  ildə  birliyə  daxil  olan  10 
ölkənin gəliri də təqribən əvvəlki 15 birlik üzvü ölkənin orta‐
lamasının 50 faizinə bərbər idi. Bundan əlavə kənd təsərrüfatı, 
əmək  ehtiyatlarının  sərbəst  hərəkəti  kimi  bəzi  mövzularda 
müvəqqəti və ya daimi məhdudiyyətlərin tətbiq edilə biləcəyi‐
ni nəzərə alsaq bu mövzudakı narahatçılıqların bir az şişirdil‐
miş olduğunu söyləmək mümkündür. 
“Centre  for  European  Policy  Studies”in  (CEPS)  direktoru 
Daniel Gros bir məqaləsində Türkiyənin birliyə təqribi maddi 
yükünün nə qədər ola biləcəyini iki fərqli yanaşma içərisində 
ələ alıb. Gros ilk olaraq Türkiyənin bu gün AB‐nin tamhüquq‐
lu üzvü olduğu təqdirdə birliyə maliyyətinin nə qədər olacağı‐
nı hesablayıb. AB büdcəsinin xərclər hissəsi əsasən adambaşı‐
na düşən milli gəliri birlik ortalamasının 75 faizindən az olan 
 
‐ 72 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
bölgələrə ayrılan Struktur Fondları və birliyin aqrar sektorunu 
dəstəkləmək üçün təşkil edilən Müştərək Aqrar Siyasət xərclə‐
ri olmaq üzrə iki başlıca maddədən formalaşmaqdadır. Türki‐
yə  bu  gün  üzv  olmuş  olsaydı  hər  il  Struktur  Fondlarından 
ÜDM‐nin 4 faizi qədər, yəni təqribən 9.5 milyard avro, Müştə‐
rək Aqrar Siyasət fondlarından isə 9 milyard avro maddi dəs‐
tək almış olacaqdı. Türkiyənin AB büdcəsinə ÜDM‐sinin 1 fai‐
zi qədər pay ayıracağını da hesaba qatsaq bu gün tamhüquqlu 
üzv olacağı təqdirdə AB‐nə maddi yükünün 16 milyard avro, 
yəni birlik ÜDM‐sinin 0.16 faizini təşkil edəcəyi ortaya çıxır. 
Türkiyənin mövcud qaydalar və şərtlər daxilində 2015‐ci il‐
də AB‐nə tamhüquqlu üzv olacağını fərz edək. Bu halda Tür‐
kiyə yalnız digər yeni üzv olan ölkələrə də tətbiq olunan 5‐10 
illik  keçiş  mərhələsindən  sonra  birliyin  maliyyə  ehtiyatların‐
dan  tam  şəkildə  faydalana  biləcək.  Maliyyə  ehtiyatlarından 
tam şəkildə faydalanma imkanının yaranması ilə birlikdə, mü‐
zakirə prosesində iqtisadi artım sürəti AB‐nə nisbətən yüksək 
olması  proqnozlaşdırılan  və  bu  səbəbdən  büdcədən  alacağı 
payı  artacaq  olan  Türkiyənin  birliyə  maddi  yükü  birliyin 
ÜDM‐sinin  0.2  faizinə  çatacaqdır.  20  milyard  avrodan  yuxarı 
olan bu məbləğ Türkiyə iqtisadiyyatına əhəmiyyətli dəstək ola 
bilər. Bəs AB bu məbləği qarşılaya bilərmi? Suala veriləcək ca‐
vab  isə  yenə  Türkiyənin  üzvlüyünü  dəstəkləyən  və  qarşı  çı‐
xanların  baxışına  görə  dəyişməkdədir.  Birlik  ÜDM‐sinin  2‐3 
faizini təşkil edən, AB‐nin xarici ticarətində sadəcə 3 faiz paya 
sahib olan Türkiyə iqtisadiyyatının birlik iqtisadiyyatına təsiri 
də məhdud olar. Ayrıca milli büdcələrin ÜDM‐nin 40‐50 faizi‐
nə  çatdığını  nəzərə  alsaq  Türkiyəyə  ayrılacaq  0.2  faizlik  pay 
əhəmiyyətsiz  kimi  görünə  bilər.  Fəqət  AB  büdcəsinin  birlik 
ÜDM‐sinin 1.25 faizi ilə məhdudlaşdırıldığını hesaba qatdığı‐
mız zaman büdcədən alınacaq 0.2 faizlik bir payın əhəmiyyəti 
ortaya çıxır. 
 
‐ 73 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
 
Bu rəqəmlər Türkiyənin AB‐nə sadəcə maddi yükünü orta‐
ya  qoymaqdadır.  Türkiyənin  üzvlüyünün  birliyə  faydası  ola‐
cağı  kimi,  birliyə  uyğunlaşma  prosesinin  Türkiyəyə  maddi 
maliyyəti  də  şübhəsiz  ağır  olacaqdır.  Lakin  reformları  həyata 
keçirmiş, güclü, dinamik və rəqabətçi bir Türkiyə iqtisadiyyatı 
həm  Türkiyə,  həm  də  AB  üçün  maddi  yükünü  aşan  müsbət 
bir sinerji yarada bilər. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
‐ 74 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
Avropa Birliyi büdcə böhranını 
necə aşdı?
*
 
Xəzər Bəşirov 
 
Avropa Birliyi (AB) büdcəsinin əsası 1958‐ci ildə idarəetmə 
xərclərini  qarşılamaq  məqsədilə  Belçika  frankı  cinsindən  mü‐
əyyənləşdirilən və təqribən 7,3 milyon avroya ekvivalent olan 
büdcə ilə qoyulub. Lakin 1998‐ci ilə qədərki 30 illik müddətdə 
Müştərək Aqrar Siyasətin inkişafına paralel olaraq artan büd‐
cəyə  1988‐də  struktur  fondlarının  və  innovasiyanın  maliyyə‐
ləşdirilməsi kimi mövzuların, 1993‐də isə bəzi xarici yardımla‐
rın  maliyyələşdirilməsi  kimi  başlıqların  əlavə  edilməsi  ilə 
2005‐də  AB  büdcəsi  106  milyard  avroya  çatmış  oldu.  Hal‐ha‐
zırda birliyə daxil olan dövlətlərin milli gəlirlərinin 50 faizinə 
çatan milli büdcə xərcləri ilə müqayisə etdiyimiz zaman birli‐
yin  büdcəsi  AB  milli  gəlirinin  təqribən  1  faizi  kimi  kiçik  bir 
nisbəti ifadə etməkdədir. Buna baxmayaraq, büdcə AB tarixin‐
də  ən  ciddi  müzakirələrə,  bəzənsə  böhranla  nəticələnən  pro‐
seslərin  yaşanmasına  səbəb  olan  başlıca  mövzulardan  birini 
təşkil edir. 
AB  milli  gəlirinin  1,24  faizini  keçməməsi  şərtilə  birlik  qu‐
rumları  tərəfindən  hazırlanan  və  qanunla  tənzimlənməsi  la‐
zım gələn büdcənin gəlirlər hissəsi 4 əsas qələmdən təşkil olu‐
nub. Bu gəlir qələmlərindən ilk ikisi ənənəvi mənbələr olaraq 
bilinən  kənd  təsərrüfatı  və  gömrük  vergilərindən  ibarətdir. 
ƏDV və üzv ölkələrin milli gəlirləri nisbətində birlik büdcəsi‐
nə ödəmələri digər iki əhəmiyyətli gəlir mənbəyini təşkil edir. 
Büdcə gəlirlərinin 23 faizi Almaniya, 18 faizi Fransa və 14 faizi 
İtaliya  tərəfindən  qarşılanarkən,  büdcəyə  ən  çox  vəsait  köçü‐
                                                 
*
 5 yanvar 2006. 
 
‐ 75 ‐


Yüklə 119,04 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə