İQTİsadiyyati



Yüklə 119,04 Kb.
Pdf görüntüsü
səhifə22/93
tarix05.04.2018
ölçüsü119,04 Kb.
#36065
1   ...   18   19   20   21   22   23   24   25   ...   93

Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
dən, sentyabrdakı hadisə müvəffəqiyyətsiz bir hücum idi. Bu‐
nun səbəbi də, mətində qeyd etdiyim kimi, zəif və dayaz ma‐
liyyə sistemidir. Hökumət asanlıqla hücumun qarşısını ala bil‐
mişdi.  Yeri  gəlmişkən,  bu  hücumdan  təqribən  10  gün  əvvəl 
mərkəzimizin  digər  eksperti  İlkin  Sabiroğlunun  “Gündəlik 
Azərbaycan” qəzetinin 6 sentyabr tarixli nömrəsində yayımla‐
nan  “Manat  daha  nə  qədər  möhkəmlənəcək?”  adlı  məqaləsi‐
nin son abzasında aşağıdakı fikirlər yer almışdı: “Lakin indiki 
halda manatın möhkəmlənməsi haraya qədər davam edəcək? 
Bu tendensiya başqa fəsadlar da törədə bilər... Anti‐inflyasiya 
tədbiri  kimi  manatın  möhkəmlənməsi  də  mütəmadi  davam 
edə  bilməz...  Milli  Bankı  çətin  sınaqlar  gözləyir.”  Bu  yazımız 
isə, hökuməti ehtiyat tədbirlərini artırmağa ikinci çağırışımız‐
dır. Çünki son illərdəki iqtisadi canlanmanın “köhnə növ” bir 
valyuta  böhranının  kölgəsində  qalması  bütün  əziyyətlərimizi 
boşa çıxarmış olar. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
‐ 87 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
‐ 88 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
Bilgi Çağı və zehniyyət dəyişikliyi
*
 
Xəzər Bəşirov 
 
İnformasiya  və  Telekommunikasiya  Texnologiyaları  (İKT) 
sektorunda  müşahidə  edilən  tendensiyalar  və  yaşanan  para‐
diqma dəyişikliyi bir çox sahədə olduğu kimi iqtisadi ədəbiy‐
yatda da köhnə‐yeni bölgüsünün ortaya çıxmasına səbəb oldu. 
Bu bölgü əslində iqtisadi inkişafın əsas dinamikalarında ciddi 
bir  transformasiya  prosesinin  yaşandığının  göstəricisidir.  Gə‐
ləcəyə doğru səyahətdə müvəffəqiyyətli ola bilmək üçün keç‐
mişin  strategiyaları  və  müvəffəqiyyət  reseptləri  artıq  yetərli 
deyil.  Çünki  gələcəyin  dünyasında  iqtisadi  müvəffəqiyyətin 
şərtləri keçmişdən fərqli olacaq. Tanınmış ingilis iqtisadi şərh‐
çisi  Hamish  McRae  2020‐ci  ilin  dünyasını  anlatdığı  kitabında 
bu nöqtəni xüsusi vurğulamaqdadır. McRaeyə görə 2020‐ci ilə 
qədər  torpaq,  kapital  və  təbii  ehtiyatlar  kimi  “köhnə  iqtisadi 
artım  motorları”  istər  ölkələrin  istərsə  də  şirkətlərin  iqtisadi 
müvəffəqiyyəti baxımından əhəmiyyətini nisbi olaraq itirəcək‐
dir. Bunun əvəzində keyfiyyət, təşkilat, motivasiya (həvəslən‐
dirmə) və insanların özü‐özünə nəzarəti kimi keyfiyyət xüsu‐
siyyətləri müvəffəqiyyət üçün daha əhəmiyyətli hala gələcək‐
dir.  Keyfiyyətli  insan  potensialını  ön  plana  çıxaran  bu  təsbit, 
bizim,  məşhur  iqtisadçı  Lester  Thurowun  “köhnə  üslubdakı 
rəqabət  üstünlüyü”  anlayışı  dediyi,  sənaye  çağı  rəqabət  anla‐
yışımızda  radikal  bir  dəyişikliyə  getməyimizin  zərurətini  or‐
taya qoymaqdadır. 
Thurow  “köhnə  üslubdakı  rəqabət  üstünlüyü”  anlayışının 
iki əsas dayanağı olduğunu irəli sürməkdədir. Bunlar təbii eh‐
tiyat və istehsal nisbətləridir. Bu anlayışa görə əgər ölkənizdə 
neft  varsa  neft  istehsal  edərək,  geniş  əkin  sahələrinə  sahibsi‐
                                                 
*
 24 avqust 2004. 
 
‐ 89 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
 
nizsə  kənd  təsərrüfatı  məhsulları  istehsal  edərək,  sərmayə  ilə 
zəngin ölkəsinizsə daha çox sərmayə tələb edən malları isteh‐
sal edərək bu sahələrdəki rəqabət üstünlüyü ilə dünya iqtisa‐
diyyatında  layiq  olduğunuz  yeri  tutarsınız.  Yəni  bir  mənada 
hər ölkənin dünya iqtisadiyyatında rəqabət üstünlüyünü əlin‐
də tutduğu təbii bir yeri var. 
Thurow bilgi toplumunda təbii rəqabət üstünlüyünün ara‐
dan  qalxması  ilə  “rəqabət  üstünlüyü”  anlayışının  dəyişdiyini 
və ölkələr arasında “başabaş rəqabət” imkanının yarandığı bir 
prosesin başladığına işarət etməkdədir. 
Rəqabət  formasındakı  bu  dəyişmə  kompüterlər,  proqram‐
lar,  yarımötürücülər  (semiconductor),  çiplər  (chip)  kimi  məh‐
sullar istehsal edən “beyin gücünə dayanan sənayelər”in təbii 
bir  yerə  sahib  olmamasından  qaynaqlanır.  Yəni  sahib  olduğu 
beyin  gücünü  effektli  bir  şəkildə  təşkilatlandıran  hər  ölkə  və 
ya şirkət dünyanın istənilən bir ölkəsi və ya şirkəti ilə rəqabət 
edə bilmə potensialına yiyələnə bilər. 
Thurow  “beyin  gücünə  dayanan  sənayelər”  olaraq  adlan‐
dırdığı İKT məhsullarının rəqabət quruluşundakı bu dəyişmə‐
nin inkişaf etməkdə olan ölkələr üçün geniş imkanlar yaratdı‐
ğını  söyləməkdədir.  Məsələn,  az  inkişaf  etmiş  bir  ölkə  olan 
Hindistan,  İKT  məhsullarında  inkişaf  etmiş  ölkələrlə  rəqabət 
edə  bilmə  potensialını  rəqabətin  quruluşundakı  dəyişikliyin 
yaratdığı fürsət və imkanları dəyərləndirərək əldə etmişdir. 
McRaein  və  Thurowun  bu  təsbitlərindən  iki  önəmli  nəticə 
hasil olmaqdadır. Birincisi gələcəyin müvəffəqiyyət əldə edən 
iqtisadiyyatları arasında yer almaq üçün keyfiyyətli insan po‐
tensialı  və  insan  beyni  digər  amillərdən  daha  əhəmiyyətlidir. 
İkincisi  müvəffəqiyyət  əldə  edən  iqtisadiyyatı  torpağa,  təbii 
ehtiyatlara və ya kapitala dayanan “rəqabət üstünlüyü” anla‐
yışı  deyil,  “başabaş  rəqabət”  anlayışı  müəyyənləşdirəcəkdir. 
Bu  çox  önəmlidir.  Çünki  köhnə  “rəqabət  üstünlüyü”  anlayı‐
 
‐ 90 ‐


Yüklə 119,04 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə