İQTİsadiyyati



Yüklə 119,04 Kb.
Pdf görüntüsü
səhifə25/93
tarix05.04.2018
ölçüsü119,04 Kb.
#36065
1   ...   21   22   23   24   25   26   27   28   ...   93

Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
 
amillərindən birinə çevrildiyi ‐ informasiya cəmiyyətinin baş‐
lanğıc nöqtəsi isə dəqiq bilinməməklə birlikdə bir çox elm ada‐
mı tarix olaraq 1950‐ci illəri  göstərməkdədir. 
İctimai  transformasiyanı  rəmziləşdirən  bu  üç  dalğanın  da 
ortaq xüsusiyyəti hamısında informasiyanın lokomotiv qüvvət 
olmasıdır.  İbtidai  cəmiyyətlər  inkişaflarını  qarşılaşdıqları  təh‐
lükələri  aradan  qaldırmaq  məqsədi  ilə,  qazandıqları  bilik  və 
təcrübənin işığında təbiəti öyrənmə səyinə borcludurlar. Kənd 
təsərrüfatında baş verən inqilabın ortaya çıxmasında təcrübə‐
yə dayanan bu biliklərin böyük rolu olmuşdur. Kənd təsərrü‐
fatındakı inqilabdan sənaye inqilabına qədər olan prosesin çox 
uzun  sürməsinin  əsas  səbəbi,  informasiyanın  keyfiyyətindəki 
dəyişmənin  gecikməsi,  təcrübəyə  dayanan  informasiyanın  el‐
mi biliklərə çevrilə bilməməsidir. Sənaye inqilabı isə, informa‐
siyanın keyfiyyətcə xarakterini dəyişdirərək elmi biliklərə çev‐
rilməsi nəticəsində ortaya çıxmış, ictimai və iqtisadi struktur‐
da ciddi dönüş yaratmışdır. 
İnsan  beynindəki  təkamül  sayəsində  kənd  təsərrüfatı  cə‐
miyyəti, sənaye cəmiyyəti sayarkən, 1950‐ci illərdə yaşanan in‐
kişaf  prosesi  informasiya  cəmiyyətinin  doğmasına  zəmin  ha‐
zırlamışdır. Məşhur futurist Peter Druckerin ifadəsi ilə, sənaye 
inqilabı nəticəsində qol gücünü əvəz edən informasiya, Taylo‐
run idarəetmədəki inqilabından sonra iş prosesinə tətbiq olun‐
du. 1950‐ci illərdən etibarən isə informasiyanın informasiyaya 
tətbiq  olunması  ictimai  transformasiyaya  zəmin  hazırlayaraq 
informasiya  cəmiyyətini  yaratdı.  Bu  cəmiyyətdə  zənginliyin 
başlıca mənbəyi və ən əhəmiyyətli istehsal amili informasiya‐
dır. İnformasiyaya sahib olan, onu istehsal edən, ictimai həya‐
tın  hər  sahəsinə  tətbiq  edərək  effektivliyini  və  səmərəliliyini 
artıran cəmiyyətlər inkişafa öncüllük etməkdədirlər. 
Artıq informasiya mütəmadi olaraq yenilənməkdə, çox sü‐
rətli  bir  şəkildə  dəyişməkdə,  dəyişmənin  gerisində  qalan  cə‐
 
‐ 98 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
miyyətlər  isə  bunun  ağır  hesabını  ödəməkdədirlər.  Bu  gün 
elm və texnologiyadakı inkişaf o qədər sürətlə cərəyan etmək‐
dədir ki, bir elm adamı üçün beş il sonrasını belə proqnozlaş‐
dırmaq və bu mövzuda qəti bir fikir bəyan etmək olduqca çə‐
tin və karyerası baxımından təhlükəlidir. Çünki elm inkişaf et‐
dikcə  doğru  olanlar  dəyişməkdə,  dəyişən  doğrular  isə  elm 
adamlarını görüşlərini yenidən nəzərdən keçirmək zərurəti ilə 
üzləşdirməkdədir. Yaxın tariximiz dəyişmənin sürətini diqqət‐
dən  qaçıran,  hər  biri  öz  sahəsində  mütəxəssis  olan  şəxslərin 
yanlış, hətta oxuduğumuz zaman gülməkdən özümüzü saxla‐
ya bilməyəcəyimiz proqnozlarının nümunələri ilə zəngindir. 
Məsələn,  Amerikan  Patent  Dairəsi  kimi  yeniliklərin  qey‐
diyyata alındığı bir qurumun başqanı Charles H.Duell 1899‐cu 
ildə “Artıq yeni heç nə yoxdur. İcad edilə biləcək hər şey icad 
edildi.” demişdir. Fəqət bu sözlər söyləndikdən sonra dünya‐
da nələr dəyişmədi, nələr icad edilmədi ki? 
Yenə, 1949‐cu ildə, ʺPopular Mechanicsʺ jurnalında “Kom‐
püterlər gələcəkdə bəlkə də cəmisi 1.5 ton ağırlığında olacaq‐
lar.”  deyə  bir  ehtimal  irəli  sürmüşdür.  Bəlkə  də  bu  o  dövr 
üçün insanlarda həyəcan yaradan bir ehtimal idi. Bu gün diz‐
üstü kompüterlər, cib (mobil) kompüterlər keyfiyyət baxımın‐
dan 1940‐cı illərin kompüterləri ilə müqayisə olunmayacaq qə‐
dər  bacarıqlı  və  sürətli  olmaqla  bərabər,  çəki  olaraq  da  o  dö‐
nəmdə  xəyal  ediləndən  belə  çox  yüngüldür.  Hər  halda  50  il 
əvvəl, dünyanın ən dəyərli və hər kəs tərəfindən qəbul edilən 
elm adamlarından biri qalxıb da, 50 il sonra kompüterlərin sü‐
rətinin  və  bacarığının  milyard  dəfələrlə  artacağını,  çəkisinin 
isə 1.5‐2 kiloqrama qədər düşəcəyini söyləsəydi hamı onun ağ‐
lına şübhə edərdi. 
Bu  gün  həyatımızın  bir  hissəsi  halına  gələn,  çoxumuzun 
evində, iş yerində mövcud olan və zamanımızın önəmli qismi‐
ni  bölüşdüyümüz  kompüterlər  haqqında  1977‐ci  ildə  Digital 
Equipment  Corp.un  başqanı  Kenneth  Olsen  “İnsanların  evlə‐
 
‐ 99 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
 
rində kompüter saxlamaları üçün hər hansı bir səbəb görmü‐
rəm.” demişdir. Həqiqətən də belədirmi? Şəxsi kompüterimiz‐
də bir proqramın çökməsi bizim işlərimizi tamamən axsada bi‐
ləcəyi  kimi,  internetə  bağlana  bilmədiyimiz  zaman  özümüzü 
dünyadan təcrid edilmiş sayırıq. Bir sözlə, İnformasiya və Te‐
lekommunikasiya  Texnologiyalarında  (İKT)  yaşanan  sürətli 
inkişaf, bizi texnologiyadan tamamən asılı hala gətirmişdir. 27 
il əvvəl evdə saxlanılması zərurəti hiss edilməyən, hətta saxla‐
nılmasına  ehtimal  belə  verilməyən  kompüter  bu  gün  həyatı‐
mızın bir hissəsidir. 
Yuxarıdakı misallardan da gördüyümüz kimi, informasiya‐
nın  yenilənmə  sürətini  və  ictimai  transformasiya  üzərindəki 
təsirlərini  nəzərdən  qaçıraraq  bir  ehtimal  irəli  sürmək  yanlış 
olar. Lakin hər zaman keçərli olan qəti bir ehtimal irəli sürmək 
istəsək, informasiyanın bütün dönəmlərdə işə yaradığını və ic‐
timai transformasiyanın başlıca mənbəyi olduğunu söyləyə bi‐
lərik.  Bizim  vəzifəmiz  isə,  informasiyadan  yararlanaraq  icti‐
mai  transformasiyanı  gerçəkləşdirmək,  inkişafa  nail  olmaq 
üçün əlimizdən gələni etmək və bu ehtimalın nə qədər doğru 
olduğunu bir daha isbatlamaqdır. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
‐ 100 ‐


Yüklə 119,04 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə