İQTİsadiyyati



Yüklə 119,04 Kb.
Pdf görüntüsü
səhifə33/93
tarix05.04.2018
ölçüsü119,04 Kb.
#36065
1   ...   29   30   31   32   33   34   35   36   ...   93

Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
 
püterlər  seçici  başına  düşən  seçki  məsrəflərini  aşağı  salacaq. 
Meşələri gedərək azalan Hindistanda, seçkilər üçün 8 min ton 
kağız istifadə olunurdu. Bu rəqəm 16 milyon ağacın kəsilməsi 
demək idi. Buna qarşılıq, bir kompüterə minlərcə seçici düşür. 
Ağaclar kəsilmədiyi kimi, eyni kompüter seçkilərdən sonra is‐
raf edilən kağızların əksinə, seçkidən sonra digər işlərdə də is‐
tifadə edilir. 
Elektronik  səsvermə  sisteminin  kağız  səsverməyə  görə  bir 
digər üstünlüyü də, kağız səsvermədə ortaya çıxan seçki sax‐
takarlıqlarının  önlənməsinə  imkan  verməsi.  Ənənəvi  kağız 
səsvermə qutuları, paramilitar qrupların dövlət hakimiyyətinə 
rəqib  çıxdıqları  ucqar  sərhəd  kəndlərində  meydana  gələn  se‐
çim saxtakarlıqlarına münbit şərait yaradır. Silahlı çətələr, seç‐
ki günü seçki mərkəzlərinə hücum edərək səsvermə qutularını 
ələ keçirir və bir‐bir səs verirlər. Ancaq, elektron səsvermə sis‐
temində  hər  seçici  öz  fərdi  nömrəsini  kompüterə  daxil  etmək 
məcburiyyətində  olduğundan,  seçki  saxtakarlıqlarının  həyata 
keçirilməsi  praktiki  olaraq  çətinləşəcək.  Hindistan  Seçki  Mər‐
kəzinin  üzvləri  elektron  səsvermənin  seçki  saxtakarlıqlarını 
əngəlləyəcəyi  ilə  bağlı  iddialıdırlar.  Kompüterlərə  yüklənən 
proqramlar  sayəsində  saxtakarlıqların  və  fiziki  güc  istifadələ‐
rinin böyük ölçüdə azalacağına ümid edilir. 
Elektron  səsvermənin  önündəki  tək  əngəl  isə,  kompüter‐
dən anlamayan bir xalqın ən önəmli demokratik haqqını kom‐
püter vasitəsilə istifadə edərkən çətinliklər yaşaması. Ona görə 
də  Hindistanda  seçki  komissiyalarının  üzvləri  kompüterlərin 
istifadəsi və bir problem ortaya çıxması durumunda necə dav‐
ranacaqları mövzusunda kurs keçiblər. Ancaq, milyonlarca se‐
çicinin birdən səsverməyə getdiyi seçki günlərində nə cür tex‐
noloji  axsaqlıqların  ortaya  çıxacağı  isə  başqa  bir  mövzudur. 
Birdən Azərbaycandakı kimi işıqlar və telefon əlaqəsi kəsilsə, 
 
‐ 130 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
həmçinin hind filmlərində olduğu kimi ani şiddətli hava dəyi‐
şikliyi ilə peyk rabitəsi də pozulsa... 
Azərbaycanda da elektron seçki keçirilməsi seçkilərin nəti‐
cələrinin  saxtalaşdırılması  kimi  təcrübənin  önünə  müəyyən 
qədər  sədd  çəkə,  ölkədə  demokratik  prinsiplərin  reallaşması‐
na öz yardımını göstərə bilər. Bu məsələ “Elektron seçki” İcti‐
mai Birliyinin qısa müddət əvvəl “Elektron seçkinin keçirilmə‐
sinin  müasir  Azərbaycanda  əhəmiyyəti”  mövzusunda  keçiri‐
lən  dəyirmi  masada  da  qaldırıldı.  Dəyirmi  masada  elektron 
seçkinin  müasirliyi  və  zəruriliyi  haqqında  danışılaraq,  içində 
seçici  haqqında  məlumat  yerləşdirilmiş  kartlar  nümayiş  etdi‐
rildi. Kartın tutumu 256 baytdır. Seçicinin kodu mikrosxemdə 
yerləşdirilib  ki,  bunu  da  xüsusi  qurğu  vasitəsilə  oxumaq 
mümkündür. Səsvermə zamanı həssas monitorda (sensor) seç‐
diyin  namizədin  şəklinin  üstünə  barmaq  toxundurmaqla  səs 
vermək  olar.  Bu  qurğular  seçki  bitdikdən  sonra  xüsusi  nöm‐
rələnmiş  protokolları  da  çap  edir.  Elektron  səsvermənin  bir 
özəlliyi də bundadır ki, 50 il istifadə oluna bilər. Bundan əla‐
və, seçici ölkənin istənilən yerindən, 3 yolla ‐ mobil telefon, se‐
çici kartları və evdən çıxmadan televizorun pultundan istifadə 
etməklə ‐ səs verə bilər. Belə ki, bu zaman seçici müəyyən ka‐
nallara siqnallar göndərməklə səs verir. Seçici 24 saat ötəndən 
sonra kimə səs verdiyini saat və saniyəsinədək öyrənmək im‐
kanına da malikdir. Səsvermə tam anonim şəkildə həyata keçi‐
rilir. Seçkinin elektronlaşdırılması iqtisadi baxımdan da sərfə‐
lidir.  “Belə  ki,  hər  bu  cür  kartın  ən  bahası  5  sentə  başa  gəlir. 
Seçki zamanı çoxsaylı müşahidəçiyə də ehtiyac qalmır”. 
 
 
 
 
 
 
 
‐ 131 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
‐ 132 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
İctimai transformasiya və 
texnoloji inkişaf
*
 
Bəhruz Məmmədli 
 
“The  Economist”  dərgisi  və  IBM  tərəfindən  həyata  keçiri‐
lən bir araşdırma olan Texnoloji İnkişaf reytinqində Azərbay‐
canın ən son pillədə olduğu qeyd edilib. Yeni texnologiyaların 
bütün dünyaya yayılmağa başladığı, hətta bəzi ölkələrin infor‐
masiya çağını yaşadığı iddia edilən bu günlərdə Azərbaycanın 
Yeni Çağa keçidi təmsil edən texnoloji inkişaf göstəriciləri ba‐
xımından sonuncu yerdə olması çox məyus edicidir. 
Bu məqalədə haqqında böyük həsəd ilə bəhs etdiyimiz tex‐
noloji  inkişaf  və  yeni  çağ  ifadələri  ilə  nəyi  nəzərdə  tutduğu‐
muzu  və  daha  da  önəmlisi  bunlardan  nəyə  görə  çox  bəhs  et‐
məli olduğumuzu aydınlığa qovuşdurmaq istəyirəm. 
Tarixə nəzər yetirdiyimiz zaman texnoloji inkişaf ilə əlaqə‐
dar  3  önəmli  hadisənin  cəmiyyətləri  səciyyələndirdiyini  görə 
bilərik.  Bunlar  əkinçilik  inqilabı,  sənaye  inqilabı  və  informa‐
siya  texnologiyaları  inqilabıdır.  Bu  inqilablara  uyğun  olaraq 
cəmiyyətləri aqrar cəmiyyət, sənaye cəmiyyəti və informasiya 
cəmiyyəti (və ya sənaye sonrası cəmiyyət) olaraq adlandırmaq 
mümkündür. Aqrar cəmiyyətə keçişi, kotan və yel dəyirmanı‐
nın kəşf edilməsi nəticəsində torpaq işləri və əkinçiliyin mexa‐
nikləşməsi  təmsil  etməkdədir.  1768‐ci  ildə  James  Wattın  icad 
etdiyi  buxar maşını, kömür,  polad,  montaj  xətti  və  böyük za‐
vodlar  sənaye  cəmiyyətini  səciyyələndirmişdir.  İnformasiya 
cəmiyyətinə keçişi təmsil edən və informasiya texnologiyaları 
inqilabına səbəb olan texnologiyalar isə kompüterlər, kommu‐
nikasiya  texnologiyaları,  mikro‐elektronika,  robotlar,  bio‐tex‐
                                                 
*
 15 may 2004. 
 
‐ 133 ‐


Yüklə 119,04 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə