İQTİsadiyyati



Yüklə 119,04 Kb.
Pdf görüntüsü
səhifə36/93
tarix05.04.2018
ölçüsü119,04 Kb.
#36065
1   ...   32   33   34   35   36   37   38   39   ...   93

Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
 
Bu  faktı  informasiya  çağına  doğru  bir  addım  kimi  də  qiy‐
mətləndirmək  mümkündür.  Bunu  izləyəcək  ikinci  və  daha 
önəmli  addım  isə  bu  bilik  və  məlumatları  sərbəst  bir  şəkildə 
təhlil edə biləcək azad düşüncə mühitinin yaradılması olmalı‐
dır. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
‐ 143 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
‐ 144 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
Markanın və Bill Gateslə görüşün 
əhəmiyyəti
*
 
Müzəffər İsmayılov 
 
Marka  və  markalaşmaq  son  illər  leksikonumuzda  xüsusi 
yer  tutan  ifadələr  arasındadır.  Marka  anlayışının  sadəcə  bir 
məhsul loqosu ya da qutunun üstündəki emblemdən ibarət ol‐
madığını da artıq çoxumuz bilirik. Markanı əmələ gətirən fikir 
və fəaliyyətlərin, bir firmanın kimliyini, gələcək proyektlərini, 
sektordakı mövqeyini bütünlüklə müəyyənləşdirəcək bir əhə‐
miyyətdə  olması  və  markalaşma  anlayışını  daha  da  önə  çıxa‐
racağı artıq şübhə doğurmur. 
Dünya,  piştaxtalarında  hər  ölkənin  məhsul  və  xidmətləri‐
nin  müştərilərə  təqdim  olunduğu  bir  “qlobal  bazara”  bənzə‐
məyə başladı. Dünya bazarında dövlətlərin iqtisadi və mədəni 
gücü, beynəlxalq arenada marka olmuş məhsul, xidmət və bil‐
gi istehsal edən qurum və quruluşlarından qaynaqlanır. Digər 
bir ifadə ilə rəqabətdə dövlətləri məhsul, xidmət və bilgi isteh‐
salında  dünya  standartlarını  müəyyənləşdirən  qurum  və  qu‐
ruluşlar əvəz etdi. Onların rəqabətdə ən güclü və ən təsirli si‐
lahı da, illər içində əmələ gələn və köklü dəyərlərə sahib ad ya 
da  markalarıdır.  İqtisadi  və  mədəni  dünyadakı  uğur  və  da‐
vamlılıq da böyük bir diqqətlə inşa edilmiş markalara əsasla‐
nır. 
Silahlardan daha çox markaların savaşdığı dünyada, hətta 
ordu gücü ilə belə fəth edilə bilməyən ölkələr markalar vasitə‐
silə  “fəth”  edilməkdədir.  Markalar  iqtisadiyyatdan  mədəniy‐
yətə, idmandan siyasətə hər sahədə müvəffəqiyyətin mənbəyi, 
dünya səviyyəsində simvolu və digər tərəfdən həyatın bir par‐
                                                 
*
 12 fevral 2006. 
 
‐ 145 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
 
çasıdır. Bunu anlayan hər bir şirkət, qurum, təşkilat yeni məh‐
sul və xidmət istehsalına investisiya qoyduğu kimi, firma mə‐
dəniyyəti və markalarına da investisiya qoymaqdadır. 
İçində yaşadığımız bilgi çağında bir məhsul, xidmət ya da 
bilginin harada istehsal edildiyi deyil, hansı firma, hansı təşki‐
lat tərəfindən, hansı marka ilə bazara çıxarıldığı önəmlidir. İs‐
tehlakçı məhsul və xidmətin Amerikada və ya Yaponiyada is‐
tehsal edilməsindən çox keyfiyyətinin təminatı olan markasına 
baxmaqdadır. Bu səbəbdən, Azərbaycanda da planlı və şüurlu 
bir şəkildə şirkətlərin markalaşma tədbirlərini həyata keçirmə‐
ləri zəruridir. Əlbəttə, daxili və xarici bazarlarda markalaşmaq 
olduqca çətin və uzun bir prosesdir. Bunun üçün olduqca yük‐
sək  məbləğlərdə  investisiyalara  ehtiyac  var.  Hal‐hazırda  isə, 
Azərbaycanda qlobal bir marka olmaq üçün lazımi vizyona və 
investisiyaya sahib olan firmaların olduğunu söyləmək çox çə‐
tindir. Elə buna görə də, maddi investisiyadan çox, intellektu‐
al  investisiya  tələb  edən  sahələr  seçilməlidir.  Bunun  üçün  ilk 
olaraq  uğur  qazana  biləcəyimiz  sahələr  müəyyənləşdirilməli 
və bu yöndə addımlar atılmalıdır. Digər sektorlarla müqayisə‐
də investisiya maliyyətlərinin az olması, buna baxmayaraq ya‐
ratdığı “əlavə dəyər”in yüksəkliyi informasiya və texnologiya‐
lar (İT) sektorunu markalaşma baxımından əlverişli qılmaqda‐
dır.  Son  illərdə  Hindistanın  da  bu  yöndə  atdığı  addımlar  və 
qazandığı uğurlar nümunə olaraq göstərilə bilər. 
Bilindiyi kimi, “Microsoft”, Bill Gatesin universitet təhsilini 
yarımçıq qoyaraq, kompüter proqramlaşdırması işinə girməsi 
ilə  ortaya  çıxan  bir  dünya  markasıdır.  Sənaye  cəmiyyətində 
güclü  markaların  böyük  fabrikləri,  geniş  torpaqları,  zəngin 
yeraltı və yerüstü sərvətləri və böyük göydələnləri var idi. Qu‐
rucusunu  dünyanın  ən  zəngin  biznesmeninə  çevirən  “Micro‐
soft”un gücü isə heç də zəngin təbii ehtiyatlara və böyük mad‐
di  sərvətə  əsaslanmır.  Bu  markanın  gücünün  arxasında  yük‐
 
‐ 146 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
sək  səviyyədə  təhsil  görmüş  proqramçılar  dayanır.  “Micro‐
soft” da həmçinin bina və dəzgahlara deyil təhsilə investisiya 
qoymaqdadır. İT sektoru yüksək intellektual investisiyaya eh‐
tiyac duyduğu üçün daim inkişafa açıq və ekstern faydası çox 
yüksək olan bir sektordur. Fərqli məhsul və xidmətlərin mar‐
kalaşması  prosesində  təbii  və  maddi  ehtiyatlardan  daha  çox 
bilgi  və  texnologiyaya  əsaslanan  ehtiyatlar  effektli  rol  oyna‐
maqdadır. 
Ötən  həftə  “Microsoft”un  qurucusu  Bill  Gatesin  İstanbula 
gəlişi və burada dünyadakı ən böyük İnformasiya və Texnolo‐
giya mərkəzlərindən birinin qurulması qərarını verməsi, digər 
tərəfdən,  Lissabonda  “Microsoft”un  dəstəyi  ilə  keçirilən  9‐cu 
“Avropa Hökumət və İnformasiya Texnologiyaları sahəsi üzrə 
Rəhbərləri Forumu ‐ 2006” toplantısında, Azərbaycanın Rabitə 
və informasiya texnologiyaları nazirinin Bill Gateslə görüşü və 
bu  zaman  “Microsoft”un  Cənubi  Qafqazda  ilk  ofisinin  Azər‐
baycanda açılacağının bildirilməsi bizim üçün bir fürsət olaraq 
görülməlidir. 
Nisbətən  subyektiv  bir  fikir  olsa  da,  məncə  Allahın  xalqı‐
mıza bəxş etdiyi ən böyük sərvət heç də neft və ya bənzəri tə‐
bii  ehtiyatlar  deyil,  yüksək  istedada  sahib  gənclərimizdir. 
“Microsoft”un Türkiyə və Azərbaycanda belə investisiyaya tə‐
şəbbüs etməsi də, regiondakı intellektual potensialın varlığını 
qəbul etdiyini göstərməkdədir. Bu sərvəti isə indidən hazırla‐
nacaq  bir  strateji  planla  doğru  zamanda,  doğru  yönə  istiqa‐
mətləndirmək  lazım  gəlir.  Burada  da  üzərimizə  düşən  ciddi 
vəzifələr var. Bu vəzifələr nələr ola bilər? İlk başda, ölkədə İT 
ilə  əlaqədar  təhsil  verən  qurumların  keyfiyyətinin  yüksəldil‐
məsi və tələb olunan standartlara çatdırılması lazım gəlir. Di‐
gər tərəfdən, lazımi təcrübəyə yiyələnmək üçün gənclərin xa‐
rici  ölkələrə  göndərilməsi,  Silikon  Vadisinin  Türkiyədə  quru‐
lacaq olması səbəbi ilə hər il ali təhsil üçün bu ölkəyə göndəri‐
lən tələbələrin İT ilə əlaqədar ixtisaslara istiqamətləndirilməsi 
 
‐ 147 ‐


Yüklə 119,04 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə