İQTİsadiyyati



Yüklə 119,04 Kb.
Pdf görüntüsü
səhifə39/93
tarix05.04.2018
ölçüsü119,04 Kb.
#36065
1   ...   35   36   37   38   39   40   41   42   ...   93

Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
Holdinqlər və Azərbaycanda 
holdinqləşmə
*
 
Müzəffər İsmayılov 
 
Bazar iqtisadiyyatına keçidlə birlikdə leksikonumuza daxil 
olan kəlmələrdən biri də “holdinq” sözüdür. Bu məqaləmizdə, 
günlük  həyatımızda  bir  az  da  prestijli  səslənən  bu  kəlmənin 
mənası, bununla ifadə edilmək istənən şirkət formasının nə ol‐
duğu haqqında müəyyən bir məlumat verərək, holdinqləşmə‐
nin  respublika  üçün  əhəmiyyəti,  gətirəcəyi  mənfi  və  müsbət 
cəhətlərə toxunacağıq. 
Holdinqlər dünyada ilk dəfə 19‐cu əsrin sonları və 20‐ci əs‐
rin  əvvəllərində  ABŞ‐da “antitrest  qanunlar”  ilə  trest  sistemi‐
nin  qadağan  olunması  nəticəsində  ortaya  çıxmışdır.  1929‐da 
Amerikada  artıq  bu  sistemi  qəbul  edən  əyalətlərin  sayı  30‐a 
çatmışdı.  Bundan  sonra  isə  bu  cür  formalaşmalar  ardıcıl  ola‐
raq  Fransa,  İngiltərə  və  Almaniyada  qanuni  hala  gətirildi. 
Azərbaycanda  isə,  bu  sistemin  1990‐cı  illərdən  sonra əhəmiy‐
yət qazanmağa başladığını söyləyə bilərik. Burada sovet döv‐
ründə  dünyada  holdinqlərin  bir  forması  olaraq  qəbul  edilən 
“dövlət holdinqlərinin” olduğunu qeyd etmək yerinə düşər. 
Holdinq məna etibarilə ingilis dilindəki, tutmaq, bir araya 
gətirmək  mənasına  gələn  “to  hold”  felindən  törəyib.  Qanun‐
larda  isə  müəyyən  olunmuş  hər  hansı  bir  tərifinə  rastlaşmaq 
çətindir. Ölkəmizdə də istər hüquqi şəxslər haqqında və istər‐
sə də qurulacaq ticari müəssisə formaları haqqında tərtib edi‐
lən  qanunlarda  holdinqlərdən  bəhs  edilməmiş,  sadalanan  cə‐
miyyət  formaları  arasında  holdinq  sözünə  belə  yer  verilmə‐
mişdir. Sadəcə “Banklar Haqqında” Azərbaycan Respublikası‐
                                                 
*
 12 fevral 2005. 
 
‐ 155 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
 
nın Qanununda bank holdinq şirkətindən bəhs edilir. Qanun, 
bank holdinq şirkətini ‐ bank lisenziyasına malik bir və ya bir 
neçə törəmə bankı olan, fəaliyyəti baş ofisinin yerləşdiyi ölkə‐
nin  bank  tənzimləməsi  orqanları  tərəfindən  tənzimlənən  və 
nəzarət  olunan  şirkət  şəklində  tərif  edir.  Anlaşıldığı  kimi, 
bank  holdinq  şirkəti  bank  sektorunu  əhatə  edən  məhdud  bir 
anlayışdır. Halbuki, holdinq iqtisadiyyatın çox müxtəlif sfera‐
larında  fəaliyyət  göstərən  şirkətləri  özündə  ehtiva  edə  bilər. 
Bəs  onda  qanunlarda  yer  almayan  ancaq  praktikada  mövcud 
olan  bu  formalaşmanı  nə  ilə  izah  edə  bilərik?  Yoxsa  bunlar 
qeyri  qanunidirlərmi?  Xeyr,  holdinqlərin  iqtisadi  cəmiyyətlər 
ilə əlaqəli qanunlarda yer almaması, bunların qanunsuz olma‐
ları ilə əlaqəli deyil, bu şəkildəki quruluşların hər hansı bir hü‐
quqi şirkət şəkli deyil, “şirkətlər arası bir əlaqə forması” olma‐
sından qaynaqlanmaqdadır. 
Holdinqləri, mövzu ilə əlaqəli ədəbiyyata nəzər saldığımız‐
da  qarşımıza  çıxan  təriflərdən  də  istifadə  edərək,  “Ortaq  bir 
qrup məqsədi üçün birliyi əmələ gətirən şirkətlərin tam birləş‐
məsinə  ehtiyac  qalmadan,  səs  çoxluğunu  əldə  edəcək  şəkildə 
bu şirkətlərin səhmlərini əlində tutan şirkət” və ya “Bir səhm‐
dar cəmiyyətin, digər bir ya da bir neçə alt səhmdar cəmiyyə‐
tə, idarələrində söz sahibi olacaq şəkildə iştirakı, yəni bunların 
səhmlərini  alması  və  idarəetmə  şurasında  fəal  hala  gəlməsi 
forması”  şəklində  tərif  etmək  mümkündür.  Yuxarıdakı  tərif‐
lərdən də görüldüyü kimi burada bir neçə nöqtə üzərində du‐
rulmaqdadır. Bunlardan ilki, iqtisadi bir bütünlük‐iqtisadi bir 
güc əldə etmək. Digər nöqtə isə başqa bir şirkətə iştirak etmək‐
dir.  Bir  başqa  məqam  isə  iştirak  edilən  şirkətin  idarəetmə  və 
müşahidə şurasında üstünlük imkanı əldə edilə biləcək şəkil‐
də iştirak etməkdir. Burada vurğulanması lazım gələn bir baş‐
qa  məsələ  isə  bir  idarə  altında  toplanan  şirkətlərin  hüquqi 
 
‐ 156 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
kimliklərini  itirmədikləri  və  qurulan  əlaqənin  də  davamlılıq 
göstərdiyidir. 
Ümumiyyətlə holdinqlərin qurulmasında, rahat səhm dəyi‐
şikliyinə  şərait  hazırladığı  üçün  “səhmdar  cəmiyyət”  forması 
mənimsənilməkdədir.  Holdinqlərin  qurulma  prosesində,  ana 
şirkət daha öncə var olan alt müəssisələrin səhmlərini əldə et‐
mə yolunu izləyə biləcəyi kimi, alt şirkətlərin birbaşa ana şir‐
kətin özü tərəfindən qurulması şəklində də bir holdinq struk‐
turunun əmələ gətirilməsi mümkündür. 
Dünyada  qloballaşma  hərəkətləri  ilə  yanaşı  şirkətlərin  də 
rəqabət  sahəsi  genişlənmişdir.  Bu  sahədə  rəqiblərin  sayısının 
gündən‐günə artması, qlobal rəqabətdə üstünlük əldə etmə və 
yüksək rentabelliliyə qovuşma istəyi şirkətləri holdinqləşməyə 
yönləndirən  səbəblərdən  bir  neçəsidir.  Azərbaycanda  son  il‐
lərdə  ‐  bir  çoxu  xarici  investorlar  vasitəsilə  olsa  da  ‐  bir  hol‐
dinqləşmə  yarışının  başladığını  müşahidə  etməkdəyik.  Ona 
görə də burada holdinqlərin müsbət və mənfi cəhətləri üzərin‐
də durmağı vacib hesab edirik. 
Holdinqlərin faydalarını və zərərlərini iki tərəfli olaraq, yə‐
ni  həm  ölkə  iqtisadiyyatı,  həm  də  şirkət  sahibləri  tərəfindən 
dəyərləndirməmiz zəruridir. Belə ki, ölkə üçün faydalı olacaq 
bir  faktor  şirkət  sahibləri  üçün  və  ya  əksinə,  şirkət  sahibləri 
üçün faydalı olan bir xüsusiyyət isə ölkə üçün faydalı olmaya 
bilər. 
Ölkə iqtisadiyyatı üçün holdinqlərin faydaları: 
‐ Holdinqlər, böyük şirkətlərin əmələ gəlməsinə yol açaraq 
sərmayə birjasının inkişafına köməklik edə bilər. 
‐  Holdinqlərin  ölkə  iqtisadiyyatı  üçün  bəlkə  də  ən  böyük 
yararı yeni iş yerlərinin açılmasındakı rolunun çox yüksək ol‐
masıdır. 
‐ Holdinqlər, yeni istehsalat texnologiyalarından yararlana‐
raq  ölkə  ehtiyatlarının  səmərəli  istifadəsinə  köməklik  edə  bi‐
lər. 
 
‐ 157 ‐


Yüklə 119,04 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə