İQTİsadiyyati



Yüklə 119,04 Kb.
Pdf görüntüsü
səhifə35/93
tarix05.04.2018
ölçüsü119,04 Kb.
#36065
1   ...   31   32   33   34   35   36   37   38   ...   93

Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
 
mavi  yaxalı  işçilərin  yerini  bəyaz  yaxalı  mühəndislərin  aldığı 
dövrə  təsadüf  etməkdədir.  Artıq  inkişaf  etməkdə  olan  ölkə‐
lərdə də fəhlə sinfi azalırkən bilgi və xidmət sektorunun “yeni 
orta təbəqəsi” mütəmadi olaraq inkişaf etməyə başlayıb. 
Dünənin  aparıcı  sektoru  olan  neft  və  avtomobil  sənayesi 
yerini  informasiya  və  telekommunikasiya  texnologiyalarına 
təslim edir. 1920‐ci illərin əsas istehsalı olan avtomobildə xam‐
mal  və  enerjinin  payı 60  faiz  olduğu  halda,  bilgi  çağının  əsas 
istehsalı olan mikro‐mexanizmlərdə xammal və enerjinin payı 
2 faizdir. Bu onu göstərir ki, XXI əsr “çoxlu neft ehtiyatı olan, 
ən  çox  avtomobil  istehsal  edənlərin  deyil,  ən  sürətli  və  güclü 
mikro‐mexanizmləri  ən  ucuz  qiymətə  istehsal  edən  ölkələrin 
əsri olacaqdır.” 
Buna  görə  də  “XXI  əsrin  aparıcı  ixtisasları”  sırasında 
“Kompüter Elmi” ilk sırada yer alır. Bu sahədə ixtisaslaşan hər 
kəsin  önü  hər  yerdə  açıq  görünür.  “Kompüter  mühəndisliyi” 
isə  ikinci  sırada  yer  almaqdadır.  Kompüterlə  əlaqədar  olan 
“Proqram Analitiki” ixtisası isə yeni əsrin aparıcı iş sahələrin‐
dəndir.  Dördüncü  sırada  yer  alan  sahə  isə  səhiyyə  ilə  əlaqə‐
dardır. Belə ki getdikcə insan ömrü uzandığına görə bu “fərdi 
və ailə tibb xidmətləri”ni də ön plana çıxardır. 
Beşinci  sırada  yenə  səhiyyə  ilə  əlaqədar  olan  bir  sahə  önə 
çıxmaqdadır.  Bu  da  “Fizioterapiya”dır.  Bunun  ardınca  da 
“Kompüterlə mətbəəçilik və marketinq” işləri gəlməkdədir. 
Bitməkdə olan sənaye dövrü yeni işsiz insan ordusu da ya‐
ratdığı  halda,  OECD  araşdırmaları  informasiya  və  telekom‐
munikasiya texnologiyaları sektorunda dünya miqyasında işçi 
tələbatının  600  min  ilə  1  milyon  arasında  olduğunu  göstərir. 
Araşdırmalar, hələ 2002‐ci ildə Almaniyanın 200 min, İngiltə‐
rənin isə bu sahədə 90 mindən çox işçi açığı olduğunu ortaya 
qoymuşdur.  Ona  görə  də  Almaniya  sadəcə  Hindistandan  bu 
sahədə  çox  sayda  mühəndis  idxal  etmişdir.  Hətta  Türkiyənin 
 
‐ 138 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
də 2003‐ci ildə bu sahədə mütəxəssis ehtiyacı 30 minin üzərin‐
də idi. 
Azərbaycan 1000 adam başına düşən 29 kompüter sayısı ilə 
qonşuları  Ermənistan  (16)  və  Gürcüstanı  (20)  qabaqlasa  da, 
dünya  ortalamasının  (450‐500)  çox  altındadır.  Bunun  da  əsas 
səbəbi  inkişaf  etmiş  ölkələrdə  informasiya  texnologiyalarına 
yatırılan  investisiyaların  milli  gəlirin  5‐6  faizi  olduğu  halda, 
Azərbaycanda bu nisbətin 0.001‐0.002 faiz belə olmamasıdır. 
Halbuki, sənaye çağına keçidin “lokomotivi” buxar maşın‐
ları və neft sənayesi idisə, bilgi cəmiyyətinə də keçidin “loko‐
motivi” kompüterlər olacaq. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
‐ 139 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
‐ 140 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
Ensiklopediya və virtual kitabxana
*
 
İlkin Sabiroğlu 
 
Dünyanın  ən  məşhur  ensiklopediyası  olan  “Encyclopedia 
Britannica”  ilk  dəfə  1768‐ci  ildə,  yəni  236  il  bundan  əvvəl  3 
cild şəklində İngiltərənin Edinburg şəhərində çap edildi. Brita‐
niya imperatorluğunun genişlənməsinə, ingiliscənin ən yayğın 
bir dil halına gəlməsinə paralel olaraq inkişaf etdi, yayğınlaş‐
dı.  Qərb  dünyasının  ən  məşhur  informasiya  mənbəyi  halına 
gəldi.  1930‐cu  illərdə  amerikalılar  tərəfindən  satın  alınaraq 
Chicagoda  Chicago  Universitetinə  bağlı  olaraq  nəşr  edilməyə 
başladı. 
“Encyclopedia Britannica” niyə bu qədər məşhurdur? 
Bu ensiklopediya, 1768‐ci ildən bu yana dəfələrlə yenilənə‐
rək,  genişləndirilərək  nəşr  edildi.  “Encyclopedia  Britannica”, 
Chicago  Universiteti  və  ABŞ‐dakı  bir  sıra  universitetlərlə  ya‐
naşı olaraq, Almaniya, İngiltərə, İtaliya, Hollandiya, İspaniya, 
Fransa,  Portuqaliya  və  Kanadadakı  26  universitetin  elmi 
əməkdaşlığı  ilə  nəşr  edilir.  5  mindən  artıq  yazar,  araşdırmaçı 
və elm adamının mütəmadi dəstəyini alır. Və ən əhəmiyyətlisi 
odur  ki,  içindəki  bilik  və  məlumatların  obyektivliyinə  kimsə 
şübhə  etmir.  Hətta  ABŞ  məhkəmələri  tərəfindən  “Encyclope‐
dia Britannica”dakı faktlar dəlil olaraq qəbul edilir. 
Azərbaycanın dövlət başçısı 2004 ‐2008‐ci illərdə “Azərbay‐
can Milli Ensiklopediyası”nın (AME) nəşr olunması haqda sə‐
rəncam imzalayıb. Sərəncamda 1976‐87‐ci illərdə çap olunmuş 
Azərbaycan  Sovet  Ensiklopediyasının  (ASE)  Azərbaycan  tari‐
xində  bilik  və  məlumatların  bütün  sahələrini  əhatə  edən  ilk 
universal əsər olduğu deyilir. O cümlədən, Azərbaycan dövlət 
müstəqilliyini qazandıqdan sonra xalqın həyatında mühüm ic‐
                                                 
*
 17 yanvar 2004. 
 
‐ 141 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
 
timai‐siyasi, tarixi, elmi və mədəni dəyişikliklər baş verdiyi və 
bununla  bağlı  AME‐nin  yeni  latın  qrafikasında  hazırlanması‐
na ehtiyac olduğu vurğulanır. 
Dövlət başçısı həmçinin “Azərbaycan dilində latın qrafikası 
ilə  kütləvi  nəşrlərin  həyata  keçirilməsi  haqqında”  sərəncam 
imzalayıb. 2004‐cü ildə latın qrafikası ilə çapı nəzərdə tutulan 
əsərlərin  siyahısı  sərəncama  əlavə  olunub.  Siyahıda  Azərbay‐
canın klassik ədəbiyyatı, dünya ədəbiyyatı, eyni zamanda, lü‐
ğətlər və ensiklopediyalar var. 2005‐2008‐ci illər üçün də yeni 
siyahı tərtib ediləcək. Sərəncam ilə yenidən çapı nəzərdə tutu‐
lan kitabların mətnlərinin elektron daşıyıcıları və internet vasi‐
tələri ilə yayılması, latın qrafikasında “Azərbaycan ədəbiyyatı‐
nın virtual kitabxanası”nın yaradılması nəzərdə tutulur. 
Bütün  bunları  vaxtilə  latın  qrafikasına  keçidi  tənqid  edən‐
lərə cavab kimi qiymətləndirmək mümkündür. Çünki belə bir 
zərurəti yaradan başlıca amillərdən biri sistem dəyişikliyidirsə 
(sosialst sistemin dağılması), digər mühüm amil də latın qrafi‐
kasına keçiddir. Nəticədə, Azərbaycan, əksər yazılı ədəbiyya‐
tının virtual kitabxanasını yarada bilən dünyanın nadir ölkələ‐
rindən birinə çevrilə bilər. 
Hazırda ensiklopediyaların elektron variantlarından istifa‐
də imkanları genişləndiyindən Azərbaycan Milli Ensiklopedi‐
yasının da elektron variantının hazırlanması planlaşdırılır. En‐
siklopediyaların mütəmadi olaraq yenilənməsi, nəşri və satışı 
çox çətin işdir. Lakin elektron variantının yaradılması bu pro‐
sesi asanlaşdıracaq. Məlumatları dövri olaraq yeniləmək və in‐
ternet üzərindən yayımlamaq mümkün olacaq. 
Yazımızın  əvvəlində  də  qeyd  etdiyimiz  kimi  ensiklopedi‐
yanın dəyərini artıran əsas amil içindəki bilik və məlumatların 
sıxlığı  və  obyektivliyidir.  Ona  görə  də  yeni  nəşr  ediləcək  en‐
siklopediyada  subyektiv  mülahizələrə,  şərhlərə  yer  verilmə‐
məlidir. 
 
‐ 142 ‐


Yüklə 119,04 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə