İQTİsadiyyati



Yüklə 119,04 Kb.
Pdf görüntüsü
səhifə31/93
tarix05.04.2018
ölçüsü119,04 Kb.
#36065
1   ...   27   28   29   30   31   32   33   34   ...   93

Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
‐ 122 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
E‐dövlətə doğru
*
 
Əkbər Eldaroğlu 
 
E‐dövlət dövlətin vətəndaşlar qarşısında vəzifə və xidmət‐
lərinin elektron rabitə vasitəsilə rahat və təhlükəsiz bir şərait‐
də həyata keçirilməsidir. Elektron dövlətdə qeydiyyat vəsiqə‐
sinin, ölkəmizdə olduğu kimi, 1 aya deyil, 1 dəqiqə 52 saniyə‐
də  hazırlanması  mümkün  olur.  E‐dövlət  ayrıca  da  dövlət  və‐
təndaş münasibətlərinin sürətli, asan, ucuz və təhlükəsiz şəra‐
itdə tənzimlənməsidir. Doğan, ölən, evlənən, boşanan və ölkə‐
ni tərk edən insanların sayı hər gün anında izlənə bilir. 2005‐ci 
ildən  neçə  nəfərin  məktəbə  başlayacağı,  nə  qədər  insanın  səs 
verə biləcəyi, nə qədər insanın əsgərlik yaşına gəldiyi kimi bil‐
giləri anında öyrənmək olur. 
Kanada  və  inkişaf  etməkdə  olan  bir  ölkə  kimi  Sinqapur 
dünyada e‐dövlətin ən gözəl modelini formalaşdırıblar. Artıq 
bizim kimi inkişaf etməkdə olan Ürdün belə bu sahədə böyük 
uğurlar əldə edib. 1999‐cu ildən bu ölkənin yazılım ixracatın‐
dan əldə etdiyi gəlirlər hər il artmaqda davam edir. 2001‐ci il‐
də  60  milyon  dolların  2005‐ci  ildə  850  milyon  dollara  yüksəl‐
məsi gözlənilir. Bununla birlikdə, 30.000 insanın bilgi texnolo‐
giyaları sektorunda işə cəlb olunması da ayrı bir qazanc saxla‐
maqdadır.  Hansı  ki,  bizdə  aparıcı  sektoru  olan  neft  sənayesi 
gələcəkdə bütövlükdə 30 min insanı işlə təmin edə biləcək. Ür‐
dünün  qazancı  İsrail  və  Hindistanla  müqayisədə  daha  azdır. 
Bilgi  sektorunda  İsrailin  illik  qazancı  5  milyard,  Hindistanın 
isə 15 milyard dollar təşkil etməkdədir. 
Dünyadakı  iqtisadi  böhranlar  zamanı  investisiya  qoyuluş‐
ları  azaldığı  təqdirdə,  internet  istifadəsində  və  e‐ticarətindəki 
                                                 
*
 12 fevral 2005. 
 
‐ 123 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
 
müsbət meyllər artmaqda davam edir. Artıq bilgi rahat həya‐
tın, şəffaflığın və dürüstlüyün əsas təminatçısına çevrilmişdir. 
Bu gün Qərb ölkələrində internet vasitəsilə mal ticarətində 
də  böyük  bir  artım  yaşanır.  Tətil  mövsümlərində  hədiyyəlik 
mallar,  qalstuk  və  kitablar  internet  kanalı  ilə  ən  çox  satılan 
mallar  sırasındadır.  İnternet  vasitəsilə  həyata  keçirilən  hotel, 
avtomobil  və  uçuş  biletlərin  qabaqcadan  sifarişi  bu  günə  qə‐
dər hər zaman ilk sırada yer aldı. 
Amerika Ticarət Odasının məlumatlarına görə, online satı‐
şın artım sürəti ənənəvi ticarətdən 19 dəfə daha çoxdur. Ötən 
il Amerikada e‐ticarət həcmi 100 milyard dolları keçdi. 2005‐ci 
ildə internetdən istifadə edən avropalıların 45 faizi internet va‐
sitəsilə ticarət edəcək. 
“E‐marketer”  firmasının  araşdırmasına  görə,  2004‐cü  ilin 
sonu etibarilə dünya miqyasında şirkətlərarası e‐ticarət həcmi 
1.4 trilyon dollar oldu. Bu rəqəm 2005‐ci ilin sonunda isə tam 
3.4 trilyon dollara çatacaq. 
Sıra artıq internet vasitəsilə seçkilərə çatıb. İnternet vasitə‐
silə həyata keçirilən və rəsmi orqanlar tərəfindən qəbul edilən 
ilk  elektron  seçki  Amerikanın  Arizona  əyalətində,  Demokrat 
Partiyasının əyalət valisi namizədinin seçilməsi sırasında ger‐
çəkləşdi. Biz isə hələ bir dəfə də olsun dünyanın artıq tərk et‐
məkdə olduğu bir sistem üzrə normal seçki keçirə bilməmişik. 
Azərbaycan  iş  adamları  və  gənc  beyinlərimiz  dünyadakı 
yeni fürsətlərdən maksimum dərəcədə pay almaq üçün gecik‐
mədən çalışmalara başlamalıdır. Lakin bu hər şeydən öncə in‐
tellektual  yaradıcılığın  səviyyəsinə  bağlıdır.  Çünki  kompüter 
insan beyninin düşünmə modelinə əsaslanan bir texnologiya‐
dır. Nə yazıq ki, intellektual yaradıcılığın inkişaf etmədiyi öl‐
kələrdə kompüter və internetdən də təyinatı üzrə istifadə edil‐
məməkdədir.  Qol  gücünə  olan  tələb  hər  gün  azaldığı  halda, 
intellektual yaradıcılığa olan tələb artır. 
 
‐ 124 ‐


Yeni Dünyada Yeniləşən Azərbaycan İqtisadiyyatı 
E‐Azərbaycan
*
 
Bəhruz Məmmədli 
 
Oktyabrın  21‐də  ölkə  prezidenti  tərəfindən  “Azərbaycan 
Respublikasında rabitə və informasiya texnologiyalarının inki‐
şafı  üzrə  2005‐2008‐ci  illər  üçün  Dövlət  Proqramı  (Elektron 
Azərbaycan)” təsdiq edildi. Proqramın əsasını 2003‐cü il fevra‐
lın  17‐də  yenə  ölkə  prezidenti  tərəfindən  təsdiq  olunmuş 
“Azərbaycan  Respublikasının  inkişafı  naminə  informasiya‐
kommunikasiya  texnologiyaları  üzrə  Milli  Strategiya  (2003‐
2012‐ci illər)” təşkil edir. Son məqaləmizdə Azərbaycanda ra‐
bitə  və  informasiya  texnologiyaları  sahəsindəki  mövcud  və‐
ziyyəti bəzi yeniliklərdən də bəhs edərək oxuculara çatdırma‐
ğa çalışmışdıq. Ayrıca rabitə sektorunda innovasiyaların həya‐
ta keçirilməsinin zəruriliyini qeyd etmişdik. 
Haqqında  bəhs  etdiyimiz  dövlət  proqramı  bu  istiqamətdə 
atılan müsbət bir fakt kimi qeyd edilməlidir. Proqramın məq‐
sədi  “Azərbaycanda  rabitə  və  informasiya  texnologiyalarının 
inkişafını təmin etmək və bu yolla ölkənin hərtərəfli tərəqqisi 
üçün  xidmət  göstərmək,  eyni  zamanda  informasiya‐kommu‐
nikasiya  texnologiyalarının  (İKT)  inkişafı  üzrə  Milli  Strategi‐
yanın  həyata  keçirilməsini  təmin  etmək,  müəyyən  edilmiş 
məqsədlərə və fəaliyyət istiqamətlərinə uyğun olaraq layihələ‐
ri planlaşdırmaq və icra etmək” dən ibarətdir. 
Dövlət  proqramında  üç  istiqamətdə  fəaliyyət  göstərilməsi 
nəzərdə tutulur. Birincisi, rabitə və informasiya texnologiyala‐
rı  sahəsində  iqtisadi‐struktur  islahatlarının  aparılmasıdır.  Bu 
islahatlar  liberallaşma  və  tənzimləmə  sahəsindəki  fəaliyyəti 
əhatə edir. 
                                                 
*
 1 noyabr 2005. 
 
‐ 125 ‐


Yüklə 119,04 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə