İsa muğanna ideal



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə12/180
tarix28.06.2018
ölçüsü5,32 Mb.
#52389
növüYazı
1   ...   8   9   10   11   12   13   14   15   ...   180

______________Milli Kitabxana_______________

kəndin ortasında,  yığnaqda  deyib:  "Kim  lap  lümbülümlüt  proletardırsa, əlini

qaldırsın".  Maaşını əllərini  qaldıranların arasında  tən  bölüb  paylayıb.  Deyiblər:

"Özünə bir  şey  qalmadı  axı".  Deyib:  "Sanadım.  Düz  otuz  nəfərsiniz.  Arvadım

yox,  uşağım  yox,  hər  gün  birinizin  evində qismət  kəsəcəm,  heç  kəsə zor

düşmüyəcək, otuz günün tamamında təzə maaşımı yenə sizə paylıyacam". Sonra

gülüb,  utananda  həmişə boynunu  qaşıyıb  yerə baxdığı  kimi,  onda  da  boynunu

qaşıya-qaşıya:  "Ayna  adında  bir  yetim  gözəliniz  var  burda,  onu  mənə alsanız,

daha hər gün birinizin qapınızda oturmaram", - deyib və elə o günü Aynadan söz

alıblar  ki,  "Get,  ay  qız.  Belə insan  yoxdur  dünyada...".  Hələ o  vaxtdan  partiya

özəyi  katibi  Cəfər  Qaryağdı  oğluna  "Lüt  Cəfər"  deyirmişlər.  "Aləmi  bəzər,  özü

lüt  gəzər" deyirmişlər  və Cəfər əmi  özü  də bu  lütlüyü  ilə fəxr  edirmiş.  Şənbə

əhvalatı  "lüt"  kəlməsinin  mənası  ilə birlikdə partkomun  özünü  də birdən-birə

dəyişdirmişdi.  Və Səməd  gözünü  açıb  dünyaya  baxanda  o  dilavər  kişinin

əvəzinə,  tez-tez  dili-dodağı əsən,  susqun, sınıq,  çoxuşaqlı bir  adam  görmüşdü.

Yadında idi ki, Şənbə əhvalatından atası da çox pozulardı: "Cəfəri yox, Qudalılar

partiya  təşkilatını soyundurublar", - deyərdi.  "Cəfərin  adı  Lüt  qalandan  bəri  elə

bilirəm sağ əlimi kəsiblər, solaxay işləyirəm", - deyərdi.

Müharibə başlananda Lüt Cəfər hamıdan əvvəl ərizə verib, "körpələrini sədr

Mədədə tapşırıb" könüllü getdi, özünün dediyi kimi, "dörd qabırğasını qospitalda

qoyub, dörd orden-medalnan  qayıtdı", əmma adı elə "Lüt" qaldı. İndi gündə bir

aşxanada  qarmon  çala-çala,  qarmonu  kimi  özü  də köhnələn  Şənbə ilə birgə

Cəfərin "Lüt" adı da köhnəlib, cəmaat arasında saysız-hesabsız ləqəblərə qarışıb,

daha  bir  o  qədər  söz-söhbətə səbəb  olmasa  da,  həqiqət  belə idi  ki,  bircə "lüt"

kəlməsi  Qonaqlının  partkomunu  ömürlük  ləkələmişdi.  Bu  "arşınmalçı"  kəlməsi

elə o  "lüt"ü  xatırlatmırdımı? Əgər  Çax-çux  Xalıq  evlənmə ə'hvalatını  da  dildə-

ağızda  olan  bir əhvalat  kimi  danışırdısa,  belə çıxmırdımı  ki,  bu  "arşınmalçı"  da

dildə-ağızda  idi  və indi  haralardasa,  kimlərsə Sultan əminin  uca  adı əvəzində,

"arşınmalçı" deyirdilər?! Bundan da belə çıxmırdımı ki, "bezobraziye" doğrudan

da fəaliyyətdə idi?! Qara məxmər üzün o cür qətiyyəti, dəyirmi fənər gözlərin o

cür parıltısı da açıq-aydın göstərmirdimi ki, "zasekreçenmy" Çax-çux Xalıq yenə

hamanca  "KeQeBe  Xudiyev"  dəstəsinin

- Gülənovun,  Sayılovun,  RİK

Atamalının himayəsində idi, "həmişəki qaydadaca çax-çuxunu eləyə-eləyə" çax-

çux" altında hamanca işini - agentliyini davam etdirirdi? Belə olmasaydı,



______________Milli Kitabxana_______________

vaxtilə Sultan əminin  qabağında  diz  çöküb,  "Stalininə də qurban  olum,

teleqramına da" deyib hönkürtü ilə aman diləyən rəzil adam indi bu qədər cürətlə

"hakimiyyətdən,  hökmranlıqdan"  danışardımı,  Sultan Əmirlinin  oğul əvəzi

yetirməsinin gözünün içinə "hökmranlığı qurtarıb", "axın çatıb" deyə bilərdimi?

Bütün  bunlardan  aydın  deyildimi  ki,  metamorfozaya  uğrayan  Sultan əmi  deyil,

onun  düşmənləri  idi,  səbəbi  isə bu  idi  ki,  "dörd  ay  bundan əvvəl,  mayda  olan

işlə" - evlənmə əhvalatı ilə indi nə isə daha əsaslı ittihamnamə düzəltmişdilər? O

"gözəl"  doğrudan  da  "başqasının  istəklisi"  idisə,  üstəlik,  "özündən  otuzca  yaş

kiçikdisə",  demək,  Sultan əminin  adına  ləkə yaxılmışdı?!  Elə ləkə ki,  Sultan

Əmirlinin  bu  dəfə mütləq  "yeşikdə qalacağına"  dəstə üzvlərinin  hamısını,  o

cümlədən Çax-çux Xalıqı da inandırmışdı? Elə bu inama görə deyildimi ki, Çax-

çux,  nəhayət,  üzə çıxıb  qorxusuz-hürküsüz  danışmağa  başlamışdı?!  "Axırı

çatıb?!"


Qatardan Səməd belə təlatümlü düşdü.

3

Ürəyinin çırpıntısı necə idisə, addımlarının sürəti də elə idi.



Vağzal  meydançasından  küçəyə çıxıb,  şəhərin  dəmiryolla  paralel  uzanan  bu

yeganə geniş  küçəsində kazarmasayağı  alçaq,  boz  binaların -rayon  idarələrinin

səkilərində

dəstə-dəstə

dayanmış  çesuyça

1

kostyumlu,  "səbət"  şlyapalı



adamlardan birinin də üzünə baxmayıb, tutqun qaşqabaqla, ağızucu salam  verə-

verə keçdi.

Heç kəslə görüşmək istəmirdi. Heç kəslə danışmaq istəmirdi. Bir rayonda ki,

"bütün  aktiv"  Xudiyev  dəstəsinin  səsinə səs  verib,  ömürlərini  mübarizələrdə

keçirmiş  kommunist  qardaşları  "əmir  törəmələri",  "şeyx  qardaşları"  adlandırıb,

"sinfi  mənsubiyyətinizi  gizlədibsiniz",  "xariclə

əlaqəniz  var,  təhlükəli

adamlarsınız" - demişdi, bir rayonda ki, hətta Stalinin teleqramından sonra da o

dəstəyə meydan verilirdi və "bezobraziye" yenidən Sultan Əmirlinin üstünə ayaq

alırdı, o rayonun hər axşam bu səkilərdə baş-başa verib saatlarla məxfi pıçıldaşan

"fəalları" ilə görüşməyin bir mənası vardımı?

Təlimatçı  işlədiyi  illərdə Səməd  bu  adamları gah  kəndlərdə - təhkim

olunduqları təsərrüfat üstündə, gah iclaslarda, müşavirələrdə, gah da

Ağ ipəksayağı parça - kostyum, don - əllinci illərin kütləvi dəbi.




______________Milli Kitabxana_______________

elə bu  səkilərdə müşahidə eləyib,  həmişə acı  təəssüf  hissi  ilə görmüşdü  ki,

xüsusilə qırx  səkkizinci  ildə tutqular,  sürgünlər  başlananda  bu  adamlar  "əsli  o

taydan  olan"  raykom  katibi  ilə üz-üzə gələr-gəlməz  nə qədər  quruyub-

qapanırdılarsa,  Gülənovla,  Sayılovla  və ya  RİK  Atamalı  ilə rastlaşanda  bir  o

qədər yumşalıb-açılışırdılar, - xüsusi hörmətlə qoşa əl uzadıb görüşüb hal-əhval

tuturdular,  toya-şana,  xeyrə-şərə çağırıb  yaxınlaşmağa, əlaqədə-ünsiyyətdə

olmağa can atırdılar. Səməd əmindi ki, bu çesuyça geyimli adamlar indi Çax-çux

Xalıqa  da  qoşa əl  uzadırdılar,  ondan  "kitayski  makintoş",  "kitayski  termos"  və

sair ala-ala,  şübhəsiz, "şeyx törəməsi" Sultan Əmirli barədə yeni  söz-söhbətlərə

qulaq  asıb,  hər  axşam  bu  səkilərdə bir-birinə ötürürdülər  və yəqin  ki,  indinin

özündə cərgələnib  Sultan Əmirlinin  qardaşı  oğluna  tamaşa  eləyəndə də elə o

barədə pıçıldaşırdılar.  "Fəallar"ı  Səməd  belə tanıyırdı  və Mədəd Əmirlini

"güdaza  verib"  indi  də o  biri  qardaşı  güdaza  verməyə hazırlaşan  çesuyçalılara

kinini heç də gizlətmək istəmirdi. Odur ki, düz keçdi.

Geridə - stansiyada  parovozun  qışqırtısı  eşidildi.  Vaqonlar  dartınıb

taraqqataraq  saldı.  Kazarmasayağı  uzun,  alçaq,  boz  binalar  boyunca əks-səda -

quru,  sərt  tıqqıltılar  axıb  uzaqlaşdı.  Səməd  hiss  etdi  ki,  tüstü  ilə dolu  kupe

qatardan  üzülməkdə,  ayrılmaqdadır.  Çax-çux  indi  də "sirlə dolu  sinəsi"  ilə

həyulaya  çevrilib  yaxınlaşır  ki,  sözünün  axırında  dediyi  o  müəmmalı  sözləri

təkrar  etsin: O evə getmə...  "O  evə getmə..."  Gəlib  çatdığı,  cəmisi  yüz  addım

irəlidə o  doğma  evin  üfüqdən  rəng  çəkib  qırmızı  çalan  qızarttaq  darvazasını

gördüyü  bir  vaxtda  nəinki  dayanmaq,  azacıq  tərəddüd  eləmək  do  Sultan

Əmirlinin  uca  adını  təhqir  kimi  bir  şey  olardı.  Bütün  sirlərin  açan  o  qızarttaq

dəmir darvazanın arxasında, sərin, ətirli bağ içindəki ikimərtəbəli ağ daş evdə idi.

Odur ki, raykomun alçaq, boz binalardan kəskin seçilən qırmızı tuf daş binasının

həyətində ikinci  katib Əziz  Mayılovla  üçüncü  katib  Məleykə bacını  görüb,

salamlaşıb,  keçən  il  rayonda  təcrübədə olduğu  aylardan  indiyə qədər  onlarla

görüşmədiyinə baxmayaraq, bu əziz adamların yanında da dayanmadı.

* * *


Darvazanı açıb,  çaylaq  daşları ilə döşənmiş,  kənarlarına  qırmızı  kərpic

düzülmüş cığıra ayaq basar-basmaz, səbirsiz boylanıb, bağın dərinliyində fasadı

ağaran evə baxanda isə elə bir aləm gördü və elə bir səs



Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə