İsa muğanna ideal



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə13/180
tarix28.06.2018
ölçüsü5,32 Mb.
#52389
növüYazı
1   ...   9   10   11   12   13   14   15   16   ...   180

______________Milli Kitabxana_______________

eşitdi  ki,  hətta  tüstülü  kupenin  birdən-birə peyda  olub  cığırın üzərində havadan

asılı  qaldığına  və Çax-çuxun  indi  daha  ciddi  xəbərdarlıqla  "Getmə... Əvvəl

Gülbəniznən görüşməlisən hökmən" dediyinə də əhəmiyyət vermədi.

Sıxlıqdan  ağaclarının  budaqları bir-birinə pərçimlənmiş  bağdakı  toranlığın

arxasında,  evin  üst  mərtəbəsində altı  pəncərənin  altısı  da  tay-batay  açıqdı.

Soldakı  tək  pəncərənin  dalında  yataq  otağının tünd  qəhvəyi  divarlarından

başlamış,  bina  boyunca  uzanan  yetmiş  kvadratmetrlik  zalın - yemək  otağının

açıq  qəhvəyi  divarlarının künclərinə qədər,  hər  yer  üfuqün  parıltısına

bürünmüşdü.  O  parıltının  içində,  raykomun  qonaq  evinin  qarovulçusu  və

bufetçisi Seyid kişinin sarı samovarı buğ püskürürdü. Əmma Seyid kişinin arvadı

Xeyrə arvadın əvəzinə indi  orda -samovarın  yanında  qırmızı  xalatlı,  qırmızı

qıymaçalı,  zərif  bir  qadın dayanıb,  bir  ucunu  çiyninə atdığı  dəsmalla  stəkan-

nəlbəki silirdi.

Qıymat?! Yox, Qıymat deyildi.

"Saçının birini  ağ,  birini  qara  hörüb  gözləyən"  o  uca  qadın indi  xeyli  yaşlı

olmalı  idi,  hörükləri  də ağ  olmalı  idi.  Bunun  boyu  alçaraqdı,  hörükləri  isə qara

idi. Əmma  bu  da  tanışdı,  Qonaqlıların  "durnaboğaz"  dedikləri  uzun  boynu,

aşağıya doğru meylli çiyinlərinin yatımı, ümumiyyətlə, duruşu-tərpənişi kimi isə,

lap yaxın, hətta doğma adamı xatırladırdı. O qədər yaxın, o qədər doğma ki, elə

bil  Ayna  bacı  idi,  "Lüt ərimi  yemlədim,  sizi  də yemləyim", - deyə-deyə gəlib,

kandarında  çəmənotu  və qazayağı  bitən,  tavanında  qaranquşlar  uçuşan  mülkdə

"rəhmətlik 

Suranın 


samovarını" 

qaynatmışdı, 

işləməkdən 

codlaşmış

barmaqlarından  təkcə çeçələ barmağına  düşən  üzüyü  ilə stəkan-nəlbəkini

çıqqıldada-çıqqıldada silib qurtarıb indicə sədr Mədədlə ərköyününü səsləyəcək,

"Gəlin,  a  yetimlər,  çay  hazırdı" - deyəcəydi.  Ya  da  elə bil  Gülbənizdi,  Gülgəzi

qabaqlayıb  özünü  içəri  salmışdı,  "Ayna  bacının  başı  qarışıqdı  bu  gün,

gələmmiyəcək".  Bir  də ki,  bilirsən  özüm  gedəcəm  nər  Səmədimizə,  a  bacı,

incimə! - deyib  qımışıb,  eşikdən  boylanan  bacılığına  yanıq  verə-verə,  sədr

Mədədlə dəliqanlısına qulluq eləyirdi.

Səmədin  gördüyü  adam  bu  idi - öz  ata  yurdundan,  doğma  kəndindən,

məhrəm bir elqızı.

Eşitdiyi  isə çox  qəribə,  qəfil,  bəlkə də heç  bir əsası  olmayan  gur  sevinc  və

xoşbəxtlik  səsi  idi,  öz  içərisində birdəncə qaynamağa  başlamışdı:  Çax-çux  da

rədd olsun,  KeQeBe  Xudiyev-filan  da,  dəstəsi  də,  o  dəstənin  səsinə səs  verən

agent "fəallar" da! Sultan Əmirli evlənib,



______________Milli Kitabxana_______________

lap  yaxşı  eləyib! Əlinin  içindən  gəlib!  Sultan Əmirli  deyəndə,  məgər  daşdır,

dəmirdir-nədir,  Sultan Əmirli? İnsan  deyilmi?!  Sevə bilməzmi?! Təkliyin əzab-

əziyyətlərini  azmı  çəkib,  subaylığın  məhrumiyyətlərini  azmı görüb  ki,  bundan

sonra da görsün?! Könlü azmı qubarlı olub ki, bundan sonra da olsun?! Yaşasın

Sultan Əmirli  ki,  o  tay-bu  taylı  vətən  müsibətlərinin  içində,  bu  qədər  düşmən

arasında özündə qüdrət  tapıb,  belə bir  elqızı  gətirib  evinə!  Bu  elqızı  Sultan

əminin  həyatını,  şübhəsiz,  tamam  dəyişdirib,  bundan  sonra  da  dəyişdirəcək,

ömrünü uzadacaq, düşməni xar edəcək!

Bəs  "özündən  otuzca  yaş  kiçik?!"

1

yəni  lap  cavanca  qızcığaz?!  Üstəlik,



"başqasının  istəklisi?!",  "əcaib  məsələ?!".  Bu  sözlərdə elə bir  şey  yoxdursa,

tüstülü kupe yolu niyə kəsib? Qara həyula niyə belə təkidlə təkrar edir ki, "Əvvəl

Gülbəniznən görüşməlisən hökmən?!"

Səməd  bu  barədə düşünmədi.  Daha  doğrusu,  düşünmək  istəmədi.  Üfuqün

parıltısından  səhnə kimi  işıqlanmış  otaqda,  buğ  püskürən  samovar  yanında

doğma,  məhrəm elqızına bircə baxışdan kükrəmiş  sevinci,  xoşbəxtliyi ilə vurub

kupeni  dağıtdı,  həyulanı  "sirlə dolu  sinəsi",  qətran  iyi,  xofu-filanı  ilə birgə

qovub,  illərin  uzaqlığında  qalmış  "Dəli  Səməd"in  yerişini  xatırladan  zərbli

addımlarla,  dabanlarını  cığırın çaylaq  daşlarına  döyəcləyə-döyəcləyə evə

yönəldi.


Gözü  yuxarıda - otaqda  idi.  Vaxtilə,  təlimatçılıq  illərində bu  evdə gördüyü

həyatı,  məişəti  indi  daha  aydın görürdü.  O  nə həyatdı,  nə məişətdi  ki,  ad-sanı

bütün ölkəyə yayılmış Sosialist Əməyi Qəhrəmanı Əmirli yoldaş gecə saat birdə,

ikidə,  bəzən  hətta  üçdə,  dörddə evə qayıdanda  öz əli  ilə kirəqaz  yandırardı,

üstəlik,  "Bircə bala"dan  dönə-dönə üzr  istəyib,  "Bağışla,  səni  yuxudan  elədim,

bir bax gör o səbətdə yumurta qalıbmı", - deyərdi! Yorğunluqdan, üzgünlükdən,

qayğanağı  nimçəyə boşaltmağa  belə ərinib,  birbaşa  tavadan  yeyib  ayaqlarını

sürüyə-sürüyə,  zalın  o  başından  dala  acılan  qapıdan  öz  köhnə,  revkomun

vaxtından qalma "revkom kabineti"nə keçən kimi divana  döşənərdi və çox vaxt

səhərə qədər  elə orada  döşəli  qalardı.  Səhər  isə, əgər  bazar  açılana  qədər  qaçıb

getməsəydi,  Seyid  kişinin  bazardan  gətirdiyi  bir  nəlbəki  qaymaqdan  üç-dörd

qaşıq  alıb,  bir  stəkan  şirin  çay  içib,  "Mən  qaçdım,  bala,  sən  otur  arxayın  ye", -

deyərdi.  Hətta  nisbətən  asudə günlərdə,  nahara  çıxmağa  imkan  tapanda  da

"qaçmağa" tələsdiyinə görə yenə kirəqaz yan-

Bu cür evlənmək əxlaq qaydalarını tapdalamaq, "nümunəvi sovet adamı", raykom katibi üçün isə

böyük əxlaqsızlıq sayılırdı.




______________Milli Kitabxana_______________

dırıb, yenə də "Bax gör o səbətdə yumurta qalıbmı?", - deyərdi. Əmi, qardaşoğlu

gündə bəzən  iki dəfə qayğanaq  yeyərdilər.  İş  o  yerə çatmışdı  ki,  Səməd

yumurtadan diksinmişdi və yəqin ki, elə diksindiyinə görə, elini səbətə atanda və

ya  qayğanaq  ortalığa  gələndə drəhal  "yaiçnıy  paraşok"  alverçisini  qarşısında

görüb, "cəhənnəm kürəsinə" düşərdi. Əmma neyləmək olardı? Fədai əmi öz fədai

odunda  yana-yana  Qıymatdan  uzaqlaşdığı  kimi,  o  da  öz  "kürəsində"  yana-yana

cığalı Gülgəzindən aralı düşməmişdimi? Hər dəfə Qonaqlıya gedəndə "Səbr elə,

qaraçı gözəli, səbr elə", - deyib ürək sakitliyi, könül xoşluğu olmayınca  hər cür

məhrumiyyətə dözməyi  vacib  bilmirdimi?  "Qaraçı  gozəli"nin  qaş-qabaq

salladığını görəndə isə,  zarafata  başlardı:  "Birdən  elə ola  bilməzmi  ki,

Demokratlarımıznan, əmimnən  mən  də o  tayı  azad  eləməyə gedəndə səndən

göyçəyinə rast  gəldim,  vuruldum, qaldım  orda!  Belə axmaqdan  ötrü  niyə

çürüdürsən özünü? Çıx get ərə!" - deyib, Gülgəzi ağladıb, özü şaqqanaq çəkərdi.

Bu  birinci  dəfə idi  ki,  Səməd  o  yazıq  zənənlərə və əmi  ilə qardaşoğlunun

həyatına, məişətinə ayrı cür baxırdı və hətta bir növ təəccüblənirdi ki, iyirminci

ilin  may  ayından  bu  ilin  mayına  qədər,  düz  otuz  dörd  il ərzində o  cür  yaşayışa

Sultan əmi  necə dözmüşdü?!  Axı  məsələ heç  də yalnız  kirəqazda,  qayğanaqda-

fılanda  deyildi.  Məsələ onda  idi  ki,  Sultan əmi,  ümumiyyətlə,  çox  gərgin

yaşayırdı. Hətta yataq otağında "adam kimi" yatdığı gecələrdə də rahatlamnayıb,

yuxunun  içində elə ah-nalə çəkər,  elə inildəyər,  zarıyardı,  deyərdin ətindən ət

kəsirlər.  Ayıq  olduğu  vaxtlar  kimi,  aydın  tələffüzlə "Qırıb  qurtaracaqlar

milləti!..", "Sürəcəklər, ay oğul, büsbütün sürəcəklər, bircə bala!..", "Yurdumuza

murdar  millət  dolduracaqlar,  bircə bala!..",  "O  tay əldən  getdi,  bu  tay  da

getmirmi?!" - və sair qorxunc, vahiməli sözlər deyirdi. Tərslikdən,  məhz orda -

çarpayıda  yanmoyaq  yatdığı  gecələr  Bakıdan  o  Mirqəzəb  zəng  vurardı.  Sultan

əmi  sərsəm  atılıb  telefona  qaçanda  hökmən  ayağı  yorğan  üzünün  cırığına

keçərdi.  Seyid  kişinin  arvadı  Xeyrə arvadın  həftədə cəmi  bir  dəfə sildiyi  tozlu

döşəmədə yorğanı dalınca sürüyüb aparıb, Mirqəzəblə danışandan sonra, o tozlu

yorğanı çiyninə salıb, telefonun yanında oturardı, "Sən yat, yat. Yuxumu haram

elədi  yenə mənə Mirqəzəbli" - deyib  bəzən  səhərə qədər  elə orda  hərəkətsiz

qalardı.  Səməd  cınqırını  da  çıxarmayıb, əmisinin  qara  qalın qaşlarının  o

gecələrdə tədriclə çallaşıb  pırpızlaşdığına,  boz-ala  gözlərinin  necə heybətli  qan

çanağına döndüyünə tamaşa edərdi və təkcə




Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   180




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə